İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    9:36 AM
    Məhəbbət iksiri
    ÜÇÜNCÜ FƏSİL
    MƏ᾽NƏVİ YÜKSƏLİŞ AMİLİ
    Məhəbbət insanın mə᾽nəvi tərəqqisi və nəfsinin saflaşdırılması üçün bir iksirdir. Allah-taalaya eşq bəsləmək, bütün əxlaqi çirkinlikləri sağaldır, bütün gözəl sifətlərin hamısını bir yerdə aşiqə hədiyyə edir. İlahi eşq aşiqi öz mə᾽şuquna elə cəzb edir ki, Allahdan başqa hər kəslə rabitəni kəsir.
    İmam Zeynul-abidin (ə)-a mənsub edilən «Munacate mühibbin» də belə qeyd olunur:
    «Pərvərdigara! Kim Sənin məhəbbətinin şirinliyini daddıqdan sonra başqasını özünə yar seçər? Kim Sənin dərgahınla ünsiyyət yaratdıqdan sonra Səndən ayrılmaq istəyər?!» («Biharul-ənvar», 93/160, «Məfatihul-cinan», Xəmsətə əşərə duasının Muhibbin münacatı.)
    İmam Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir:
    «Allaha məhəbbət nuru hər vaxt bir bəndənin qəlbinə saçsa, onu başqa məşquliyyətlərdən saxlayar. Allahdan başqa hər şeyi yad etmək zülmət deməkdir. Qəlbini Allaha məxsus edən, Allaha aşiq olan şəxs Allahın ən müxlis bəndələrindən, camaat içərisində ən doğru danışan, öz əhd-peymanına ən çox vəfalı qalanlardır»(«Mizanul-hikmət», 2/958/669/3153.)
    İnqita᾽nın (yə᾽ni, bütün varlıqlardan ayırılb Allaha diqqət yetirmək) ilkin mərhələsində əmmarə-nəfs ölür, insanın əqli həyatı başlanır və onun ən yüksək mərhələsində qəlbin gözləri Allah nuru ilə aydınlaşır və insan ulul-elm adlanan tövhidin ən yüksək mərhələsinə nail olur. Şə᾽baniyyə münacatında belə oxuyuruq:
    «Pərvərdigara! (Bütün varlıqlardan əl üzüb) yalnız Sənin dərgahına sığınmağın ən yüksək mərhələsini mənə əta et və qəlbimizin gözlərini Sənə nəzər etmək nuru ilə işıqlandır».(«Biharul-ənvar», 94/99.)
    HƏQİQİ İKSİR
    Allah məhəbbətinin kimyagərliyi və həqiqi iksir barəsində Şeyxdən çoxlu maraqlı hadisələr qeyd olunmuşdur. O cümlədən buyurur:
    İksir elmi ardınca olduğum zaman bir müddət riyazətlə məşğul oldum və nəhayət çıxılmaz vəziyyətə düşdüm. Heç nə əldə edə bilmədim. Mə᾽na almində mənə bu ayə buyuruldu:
    «Hər kəs izzət və başıucalıq istəyirsə (bilməlidir ki,) bütün izzət Allaha məxsusdur».(Fatir surəsi-10.)
    Ərz etdim: Mən iksir elmi istəyirdim.
    Buyuruldu: İksir elmini izzət və başıucalıq üçün istəyirlər və izzətin həqiqəti də bu ayədədir. Buna görə də tam xatircəm oldum.
    Bu hadisədən bir neçə gün sonra iki nəfər riyazətçi bizim mənzilin qapısına gəlib məni soruşdular. Görüşdükdən sonra dedilər: İki ildir ki, iksir elmi barəsində çalışırıq, indi heç nə əldə edə bilməyib çıxılmaz vəziyyətdə qalmışıq. İmam Riza (ə)-a təvəssül etdikdə bizi sizə doğru yönəltdi.
    Şeyx təbəssüm etdi və yuxarıdakı hadisəni onlar üçün deyib əlavə etdi: Mən həmişəlik rahat oldum. İksirin hiqəqəti Allahın Özünə çatmaqdadır.
    Şeyx bə᾽zi vaxtlar bu barədə Ərəfə duasının bu hissəsini dostları üçün oxuyardı:
    «Pərvərdigara, Səni itirən nəyi tapmışdır və Səni tapan nəyi itirmişdir?!»
    İmam Səccad (ə) Məkarimul-əxlaq duasının axırlarında Allah məhəbbətinin kimyagərliyi haqqında incə bir məsələyə toxunaraq deyir:
    «Pərvərdigara!.. Məhəbbət yolunu mənə asanlaşdır və onun vasitəsi ilə dünya və axirət xeyirini mənə kamil et».(Səhifeyi-səccadiyyə» məkarimul-əxlaq duası)
    ŞEYXİN ƏN BÖYÜK BACARIĞI
    Şeyxin ən mühüm xüsusiyyəti və bacarığı Allah-taalanın məhəbbət iksirinə nail olmasıdır. Şeyx bu kimyagərlikdə mütəxəssis idi və şübhəsiz bu ayələrdə buyurulanların bariz nümunəsi idi: Yuhibbihu və yuhibbunəhu (Allah onları, onlar da Allahı sevər)(Maidə-54)
    Vəlləzinə amənu əşəddu hubbən lillah (yə᾽ni, iman gətirənlər Allaha daha çox şiddətli məhəbbət bəsləyirlər).(Bəqərə-165)
    Hər kəs ona yaxınlaşsaydı məhəbbət iksirindən faydalanardı.
    Cənab Şeyx buyururdu:
    Allaha məhəbbət bəsləmək axırıncı bəndəlik mənzilidir, məhəbbət eşqindən də üstündür. Eşq sonradan yaranan, məhəbbət isə zati bir şeydir. Aşiq müəyyən səbəblərdən mə᾽şuqundan ayrıla bilər, lakin məhəbbət belə deyildir. Əgər aşiqin mə᾽şuqundan nöqsan tapılsa, kamallarını əldən versə, ola bilsin ki, onun eşqi aradan getsin, lakin ana özünün nöqsanlı övladına da məhəbbət göstərir.
    Sonra deyirdi: Əməllərin dəyərinin mizan və me᾽yarı əməl edən şəxsin Allah-taalaya məhəbbətinin mizanı qədərdir.
    ŞİRİN VƏ FƏRHAD
    Bə᾽zi vaxtlar şagirdləri başa salmaq üçün «Fərhad və Şirin» hadisəsindən misal çəkərək deyirdi:
    Fərhadın vurduğu hər bir külüng, Şirinin adı və eşqi ilə idi. Hər iş görürsənsə onun axırına qədər bu halda olmalısan. Bütün fikrin-zikrin Allah olmalıdır, özün yox!
    MƏHBUBUN EŞQİNƏ YAZ!
    Şeyxin şagirdlərindən biri nəql edir ki, mən bir ticarətxananın katibi idim. Bir gün Şeyx mənim yanıma gəlib belə buyurdu: «Bu dəftərləri kimin üçün yazırsan?»
    Dedim: «Ustadım üçün».
    Buyurdu: «Əgər bu dəftərlərdə öz adını yazsan ustadın sənə irad tutarmı?»
    Dedim: «Hökmən irad tutar».
    Sonra buyurdu: «Ölçdüyün bu parçaları kimin üçün ölçürsən, özün üçün, yoxsa ustadın üçün?»
    Dedim: «Onun üçün».
    Sonra buyurdu: «Başa düşdünmü?»
    Dedim: «Xeyr».
    Buyurdu: «Fərhad hər bir külüngü vuranda, «Şirin can!» deyir və öz mə᾽şuqundan başqa heç nəyi yad etmirdi. Bu dəftəri öz məhbubunun eşqinə yaz. Parçanı Onun eşqinə ölç. Belə olan halda bunların hamısı vüsalın müqəddiməsi olacaq. Çəkdiyin hər bir nəfəsi Allah eşqilə çək».
    AŞİQLİK DƏRSİ VER!
    Şeyxin müridlərindən biri belə nəql edir: Mərhum Şeyx Əhməd Səidi tanınmış müctehid və mərhum ağa Burhanın xaric dərsindəki ustadı idi.(Mərhum ağa Burhan Tehranın böyük alimlərindən və «Burhan» adlı elmiyyə mədrəsəsinin tə᾽sisçisi idi. Bu mədrəsəni Rey şəhərində həzrət Əbdül-əzim Həsəni (ə)-ın məqbərəsinin qonşuluğunda tikdirmişdi.)
    Bir gün mənə dedi: Tehranda bir dərzi tanıyırsanmı ki, mənə qəba tiksin?
    Mən cənab Şeyxin ünvanını ona verdim. Bir müddətdən sonra onu gördüm. Məni görən kimi dedi: Mənə nə elədin?! Məni haraya göndərdin?!
    Dedim: Necə ki? Məgər nə olmuşdur ki?
    Dedi: Mənə tanışlıq verdiyin bu cənabın hüzuruna getdim ki, mənə qəba tiksin. Mənim ölçümü götürəndə, harada işlədiyimdən soruşdu. Dedim ki, tələbəyəm.
    Buyurdu: Dərs oxuyursan, yoxsa tədris edirsən?
    Dedim: Dərs verirəm.
    Dedi: Hansı dərsləri verirsən?
    Dedim: Xaric dərsini.
    Şeyx başını yelləyib dedi: Yaxşıdır, amma eşq dərsi verginən.
    Bu cümlənin mənə nə qədər tə᾽sir etdiyini deyə bilmərəm! Bu cümlə məni tamamilə dəyişdirdi.
    Mərhum Səidi bu hadisədən sonra Şeyxlə əlaqə yaradır və onun hüzuruna gedirdi. Həm də Şeyxlə tanış etdiyimə görə mənə dua edirdi.
    EŞQİ PƏRVANƏDƏN ÖYRƏN
    Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu nəql edir:
    «Bir gecə Allahla münacat edərək, Onun dərgahında raz-niyaz etməklə məşğul idim. Gördüm ki, bir pərvanə çırağın ətrafına fırlanır. O qədər fırlandı ki, axırda özünü çırağa vurdu və yerə düşdü. Amma can vermədi. Çoxlu zəhmətlə yenidən hərəkətə gəldi və uçmağa başladı, bədəninin o biri tərəfini də çırağa vurub özünü həlak etdi. Bu cəryanda mənə belə ilham olundu ki: «Filankəs! Eşqbazlığı bu heyvandan öyrən. Daha öz vücudunda heç bir iddiaya yer qalmasın». Mə᾽şuq qarşısında həqiqi eşqbazlıq və məhəbbət bu heyvanın etdiyi kimi olmalıdır. Mən bu qəribə hadisədən ibrət dərsi aldım və halım dəyişildi.
    ALLAHA MƏHƏBBƏTİN MÜQƏDDİMƏLƏRİ
    Mütəal Allaha məhəbbətin müqəddiməsinin əsası Ona dair mə᾽rifət kəsb etməkdir.(Allaha məhəbbətin müqəddimatı ilə daha artıq tanış olmaq üçün «Əl-məhəbbətü fil-kitabi və sünnəti» kitabına baxa bilərsiniz)
    Mümkün deyildir ki, insan Allahı tanısın, amma Ona aşiq olmasın.
    İmam Həsən Müctəba (ə) buyurur:
    «Hər kəs Allahı tanısa, Onu sevər».(«Tənbihul-xəvatir», 1-ci cild, səh.52.)
    Bu barədə əsas məsələ bundan ibarətdir ki, görəsən hansı mə᾽rifət Allah məhəbbətinin yaranmasına səbəb olur? Bürhani mə᾽rifət, yoxsa şühudi mə᾽rifət?
    Cənab Şeyx buyurur: Mətləbin məğzi bundan ibarətdir ki, insan Allaha qarşı şühudi məhəbbət kəsb etməyincə aşiq ola bilməz. Əgər arif olsa görəcəkdir ki, bütün yaxşılıqlar Allahda cəm olmuşdur.
    «Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?!» (Nəml surəsi-59)
    Belə olan surətdə insanın Allahdan başqasına arxalanıb diqqət yetirməsi qeyri-mümkündür.
    Qur᾽ani-Kərim Allah barəsində şühudi mə᾽rifət kəsb edən iki dəstə barəsində söhbət açır: Biri məlaikələr, digəri isə elm sahibləridir.
    «Allah şəhadət verir ki, Ondan başqa heç bir mə᾽bud yoxdur, eləcə də mələklər və elm sahibləri də (buna şəhadət verirlər).» (Ali-İmran surəsi, 18-ci ayə)
    İmam Əli (ə) birinci dəstənin, yə᾽ni mələklərin Allaha məhəbbət və mə᾽rifətinin şirinliyi barəsində belə buyurur:
    «Sonra Allah-taala asimanlarda sakin olmaları və Öz mələkutunun ən yüksək məqamlarını abad etmələri üçün mələklərdən yeni məxluqatlar yaratdı ki... Allaha ibadət etməyə məşğul olmaq onları bütün işlərdən saxlayır. İmanın həqiqəti onlarla Allaha mə᾽rifət arasında rabitə bərqərar etmişdir. Haqqa yəqin onları heyran və sərgərdan etmiş, Allah yanında olanlardan başqa şeylərə əlaqə tapmamışlar. Onlar ilahi mə᾽rifətin şirinliyini dadmış, ilahi mə᾽rifət camlarından sirab olmuşlar».(«Nəhcul-bəlağə» 91-ci xütbə.)
    ŞÜHUDİ MƏ᾽RİFƏTƏ ÇATMAQ
    Şühudi mə᾽rifətə çatmaq üçün qəlbin güzgüsünü günah çirkablarından və mə᾽siyət zülmətlərindən təmizləməkdən başqa bir yol yoxdur. Əbu Həmzə Somalinin imam Səccad (ə)-dan nəql etdiyi duada deyilir:
    «Pərvərdigara, Sənə doğru seyr edənlərin yolu yaxındır və doğrudan da Sən Öz yaratdıqlarından məxfi (hicabda) deyilsən; yalnız Sənin dərgahında (nalayiq) əməllər hicab qərar verir».(«Məfatihül-cinan», Əbu Həmzə Somali duası.)
    Allah Öz bəndələrindən gizli deyil, Onunla bəndələr arasında heç bir hicab yoxdur. Hicab yalnız bizim yaramaz əməllərimizdən əmələ gəlir. Əgər yaramaz işlərimizin qəlbdə yaratdığı çirkinliklər qəlbin güzgüsündən təmizlənsə, qəlbimiz Allah-taalanın gözəl camalına şahid olaraq Ona eşq bəsləyər:
    Cəmali yar nə darəd hicab və pərde vəli
    Qubari rəh be nişan ta nəzər təvani kərd
    Allaha barəsində mə᾽rifət yolunda mövcud olan toz-torpağı silmək, yaramaz əməllərin yaratdığı hicabları qəlbdən təmizləmək üçün ilk növbədə qəlbi dünya məhəbbətindən paklamaq və boşaltmaq lazımdır. Çünki, Allaha məhəbbətlə dünya məhəbbəti heç vaxt bir yerə sığmaz.
    İLAHİ MƏHƏBBƏTİN BƏLA VƏ AFƏTLƏRİ
    İlahi məhəbbətin əsas bəlası dünyaya məhəbbət bəsləməkdir. Şeyxin məktəbində insanın dünyanı Allaha görə istəməsi ilahi vüsala yetişməyin müqəddiməsi sayılır. Dünyanı Allahdan başqa işlər üçün sevmək ilahi məhəbbətin bəlasıdır. Bu kimi işlərdə dünyanın haram və ya halal olmasının arasında heç bir fərq yoxdur. Əlbəttə aydındır ki, haram dünya insanı Allahdan daha çox uzaqlaşdırır. Peyğəmbəri-əkrəmdən (s) nəql olunan hədisdə buyurulur:
    «Həqiqətən dünya məhəbbəti və Allah məhəbbəti heç vaxt bir qəlbdə bir yerə sığışmaz».(«Mizanul-hikmət», 2/960/672/3162.)
    İmam Əli (ə) bu barədə buyurur:
    «Gündüzlə gecə bir yerə sığmadığı kimi, Allah məhəbbəti ilə dünya məhəbbəti də bir yerə sığmaz».(«Mizanul-hikmət» 2/960/672/3164.)
    Digər bir hədisdə buyurulur:
    «Dünya məhəbbətinə qəlbində yer verən bir şəxs Allah məhəbbətini necə iddia edə bilər?!» («Mizanul-hikmət», 2/960/672/3163.)
    Cənab Şeyx dünyanı həmişə «qoca qarı» adı ilə ifadə edir, bə᾽zi vaxtlar öz məclislərində müridlərinə üz tutub buyurardı:
    «Yenə də görürəm ki, başınız bu qoca qarıya qarışıb!»
    Sonra Hafizin bu şe᾽rini oxuyardı:
    Kəs nist ki oftade an zülfi du ta nist
    Dər rəhqozəri kist in damu bəla nist
    Həqiqətdə Şeyx bu məsəli aşağıdakı hədisdən əxz etmişdi:
    «Dünyanın həqiqəti İsa (ə) üçün aşkar oldu. O, bu mukaşifədə dünyanı qoca bir qarı kimi görürdü: dişləri tökülmüş və bütün zinət əşyalarını özündən asmışdır. Sonra dedi: Nə qədər ərə getmisən? Dedi: Saya bilməmişəm! Həzrət buyurdu: Ərlərinin hamısı ölüb, yoxsa sənə təlaq verən də var? Dünya dedi: Hamısını öldürmüşəm. Həzrət İsa (ə) buyurdu: Vay olsun sənin gələcək ərlərinin halına ki, sənin əvvəlki ərlərindən ibrət almadılar. Necə oldu ki, onları bir-birlərinin ardınca öldürdün, amma onlar səndən uzaqlaşmadı?!» («Tənbihul-xəvatir», 1/146, «Mizanul-hikmət», 4/1744/1253/6010.)
    Şeyx təkrar buyurardı:
    Mənim yanıma gələn bu şəxslər yalnız qoca qarının sorağına gəlirlər.(Gündəlik həyat və məişət çətinliklərinin həll olunmasına işarədir.)
    Heç kəs gəlib demir ki, mən Allahla küsmüşəm, mənimlə Allah arasında barışıq yarat!
    BATİNDƏ DÜNYAPƏRƏST OLANLAR
    Bəsirət nəzərləri ilə camaatın batinini görən Şeyx, dünya əhli, axirət əhli və Allah aşiqlərinin batininin necəliyi barəsində buyururdu: Haram yolla dünyanı əldə edənlərin batini it kimidir. Axirəti istəyənlər xonsa (həm kişi, həm də arvad) kimidir, Allahı istəyənlər isə əsil kişidir!
    ALLAHVARİ ÜRƏK
    Şeyx buyurardı: Ürək nə istəyirsə onu da göstərir. Çalışın qəlbiniz Allahı göstərsin! İnsan hər nəyi sevirsə onun şəkli qəlbində in᾽ikas olunur. Mə᾽rifət əhli onun qəlbinə nəzər saldıqda onun hansı bərzəx surətində olmasını başa düşür. Əgər insan bir şəxsin gözəlliyinə aşiq olmuşsa, yaxud pula, mülkə və s. şiddətlə məhəbbət bəsləyirsə, həmin əşyalar o şəxsin bərzəx surətini təşkil edir.
    NƏ İŞ GÖRMÜSƏN?!
    Şeyxin müridlərindən biri belə nəql edir: Bir gecə yuxuda şəhvətli və insanı həyəcanladıran səhnə gördüm. Həmin yuxu bütün günü mənim zehnimi özünə məşğul etmişdi. Sübh Şeyxin hüzuruna getdim. Məni görən kimi başını aşağı salıb irfani bir bu şe᾽r zümzümə etdi.
    Başa düşdüm ki, nə isə ciddi bir məsələ vardır və o, heç bir səbəb olmadan bu şe᾽rləri oxumaz. Bir qədər oturdum, Şeyx başını aşağı salmışdı və dərziliklə məşğul idi. Sonra soruşdu: Bir məsələ vardırmı?!
    Buyurdu: Nə iş görmüsən ki, surətin qadın surətinə düşüb?
    Dedim: Yuxuda gözəl bir qadını gördüm, onun hadisəsi mənim zehnimdə qalıb.
    Buyurdu: Elə budur, istiğfar et.
    SƏNDƏ NƏLƏR GÖRÜRƏM!
    Şeyxin müridlərindən biri belə nəql edir: Bir gün Şeyxin mənzilinə getmək məqsədi ilə evdən çıxdım. Yolda gözüm bir hicabsız qadına düşdü və mənim diqqətimi cəlb etdi. Şeyxin evinə çatanda onun yanında oturdum. Şeyx mənə baxıb buyurdu: Filankəs, səndə nələr görürəm?!
    Ürəyimdə Allahı çağırıb dedim: Ya Səttarəl-Üyub! (Ey eybləri örtən Allah!)
    Şeyx güldü və buyurdu: Nə etdin ki, səndə müşahidə etdiyim şeylər aradan getdi?!
    QADINA ÇEVRİLMİŞ KİŞİLƏR
    Doktor Hacı Təvəkküli belə nəql edir: Bir gün özümün diş poliklinikamdan hərəkət etdim, bir yerə getmək istəyirdim. Maşına mindim. «Firdovsi» meydanına çatar-çatmaz maşın saxladı. Bir qədər adam mindi, sonra gördüm ki, sürücü qadındır. Ətrafıma baxanda hamını qadın sifətində gördüm. Hamısı bir şəkildə və bir paltarda! Gördüm ki, mənim yanımda oturan da qadındır! Özümü yığışdırdım və fikirləşdim ki, səhvən qadınların maşınına minmişəm. Elə bildim ki, bu avtobus qadınlara məxsus olan avtobusdur. Maşın dayandı və bir qadın yerə endi. O qadın yerə enəndən sonra hamı kişiyə döndü.
    Əvvəlcə Şeyxin yanına getmək istəmədiyim halda, maşından düşən kimi mərhum Şeyxin yanına getdim. Mən sözə başlamamış o, buyurdu: Gördünmü, bütün kişilər qadın halında idi. Çünki, o kişilər həmin qadına diqqət yetirmişdilər və hamısı qadın sifətində idi! (Sonra dedi:) Can verən zaman hər kəs nəyə diqqət yetirirsə, o şey onların gözləri önündə təcəssüm tapır. Lakin, Əmirəl-mö᾽minin Əli (ə)-a məhəbbət insanların qurtuluşuna səbəb olur.
    Necə də yaxşıdır ki, insan Allahın camalında fani olsun... Nəticədə başqalarının görmədiyini görsün, başqalarının eşitmədiyini eşitsin.
    O STOL NƏDİR?
    Doktor Səbati deyir: Seyyid Cə᾽fər adlı bir pinəçi deyirdi: Evimizdə böyük bir stol var idi, onu qoymaq üçün münasib yer tapmırdıq. Onu hara qoyacağımı həmişə fikirləşirdim. Gecə Şeyxin məclisinə getdim o, məni görən kimi (qəlbimə işarə edərək) dedi: O stol nədir ki, oraya qoymusan?!
    O şəxs birdən gülməyə başladı və dedi: Cənab Şeyx, onu qoymağa bir yer tapmadım, ona görə də buraya qoydum.
    İLAHİ SİRLƏRLƏ TANIŞLIQ
    Cənab Şeyx inanırdı ki, ilahi sirlərdən agah olmağın əsası Allahı istəməkdir. O, buyururdu: Zərrə qədər Allahdan qeyrisinin məhəbbəti qəlbində olsa, ilahi sirlərlə tanış olmağın qeyri-mümkündür.
    ALLAHDAN BAŞQA HEÇ NƏ İSTƏMƏ!
     
    «Allahdan başqa heç nəyi istəmə» inancını iki mələk ona öyrətmişdi. Şeyxi sevənlərdən biri onun belə buyurduğunu deyir: Bir gecə iki mələk mənə iki cümlə gətirdi və Allah dərgahında fani olmağın yollarını mənə öyrətdilər. Həmən iki cümlə bundan ibarət idi: «Özündən heç bir şey demə və Allahdan başqa heç nəyi istəmə».(
    Xacə Nəsirəddin Tusi bu barədə buyurur: «İnsan vəhdət dərəcəsinə yalnız bundan sonra çata bilər ki, varlıq və yoxluq qapılarını öz üzünə bağlaya. Və nəzərini bu iki dərəcədən yüksəklərə apara. Və insan nə qədər ki, varlıqla yoxluq arasında tərəddüddədir, təkcə dünya və ya təkcə axirət adamıdır. Əgər məcazi varlığı və həqiqi yoxluğu istəyirsə, dünya adamıdır və axirət ona haramdır; əgər həqiqi varlığı və məcazi yoxluğu istəyirsə, axirət adamıdır və dünya ona haramdır. Əgər nə varlığı və nə də yoxluğu istəmirsə, əksinə Allah adamı olsa, dünya və axirət hər ikisi ona haramdır. Yə᾽ni təkcə dünyaya və ya axirətə nəzər etsə onun kamal dərəcəsindən və əksinə çevrilər. Çünki, nə qədər ki, insan axirət və behişti, savab və səadəti tapıb öz kamalını istəmişdir, öz kamalını da öz xeyrinə istəmiş olur. Deməli özünü istəmişdir, Allahı yox. Belə olan halda kəsrət adamıdır, vəhdət adamı deyildir. Belə ki, buyurmuşlar: «Allahdan başqa hər nə görürsənsə, bütdür, onu sındır». Belə isə Allahdan başqasını istəmək bütpərəstlikdir. Çünki hər kəs Allahı tanısa onun əlaməti budur ki, Allahdan başqasını istəməsin və Allahı tanımaq, Allahı istəmək hələ də kəsrətdən sayılır. Çünki, vəhdətdə tanıdan və tanınan yoxdur, istəmək və istənilən yoxdur, hər şey Allahdır, vəssəlam. Deməli, hər kəs Allahdan başqasını görmürsə vəhdətin talibidir. Əgər Allah-taala varlıq və yoxluq hicablarını onun qarşısından götürsə bu mərtəbəyə çatar. («Təvəlla və təbərra» risaləsi, Əxlaqi Möhtəşəmidən, səh.569.  
    )
    ƏQL VƏ RUHUN MƏRTƏBƏLƏRİ
    Cənab Şeyx buyururdu:
    «Əgər insan əql mərtəbəsində olsa, heç vaxt ibadətdən boyun qaçırmaz və Allah qarşısında günah etməz. Çünki: «Əql o şeydir ki, onun vasitəsi ilə Allaha ibadət olunur və cənnətlər kəsb edilir». Bu mərtəbədə insan Allahdan başqasına — behiştə nəzər yetirir.
    Lakin, ruh məqamına çatarkən, yə᾽ni, «Ona Öz ruhumdan üfürdüm» yalnız Allaha nəzər yetirir.
    MƏHƏBBƏT ƏSASINDA OLAN İBADƏT
    İnsan Allahı sevməyin ən yüksək mərhələsində olduğu məhəbbət əsasında Allaha ibadət edir, o heç də cəhənnəmin qorxusundan, yaxud behiştə hərislikdən ibadət etmir. Belə ki, imam Cə᾽fər Sadiq (ə) öz ibadəti barəsində buyurur:
    «İnsanlar Allaha ibadət etməkdə üç dəstəyə bölünürlər: Onlardan birincisi ibadətin mükafatını almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir və o da tamahdır. İkinci bir dəstə cəhənnəmin qorxusundan ibadət edirlər ki, bu da qulların ibadətidir və o da qorxudur. Amma mən Allah-taalaya eşq və məhəbbət bəslədiyimə görə Ona ibadət edirəm. Bu da kərimlərin ibadətidir və o əmin-amanlıq sərmayəsidir. Çünki, Allah-taala buyurur: «Onlar Qiyamət gününün qorxu və vəhşətindən amandadırlar». Həmçinin Allah-taala buyurur:
    «De, əgər Allahı dost tutub sevirsinizsə...» Buna əsasən hər kəs Allahı sevirsə, Allah da onu sevər, hər kəs Allahı sevsə (Qiyamət gününün vəhşətindən) amanda olar».(«Mizanül-hikmət», 7/3418/2495/11647.)
    Cənab Şeyx öz dostlarına təkrarən tövsiyə edərdi ki, çalışsın Allahı istəməkdə bu nöqtəyə çatsın ki, Allaha ibadətdə eşq və məhəbbətdən başqa heç bir məqsədləri olmasın.
    HƏR ŞEYİ ÖZÜN ÜÇÜN, HƏTTA ALLAHI!
    Cənab Şeyx buyururdu:
    «Ey insan! Nə üçün Allahdan başqasını istəyirsən?! Məgər Ondan qeyrisində nə görmüsən?!(«Hədisi-Qüdsi »də buyurulur: «Ey insan övladı, hər şey səni özü üçün istəyir, Mən də səni Özüm üçün istəyirəm. Belə isə Məndən qaçma!» «Əlməvaizul-ədədiyyə», səh.420)
    Əgər O istəsə, heç bir şey tə᾽sir göstərə bilməz. Sənin qayıdış yerin Ona doğrudur!
    Allahı buraxıb Ondan başqalarını əldə etmək istəyirsənmi?! Nə üçün bu qədər öz dövrənə fırlanırsan?! Allahı istə və bütün istənilən şeyləri Onunla vüsala çatmaq üçün qərar ver. Məsələ burasındadır ki, biz hər bir şeyi, hətta Allahı da özümüz üçün istəyirik.
    TƏQVANIN ƏN YÜKSƏK MƏRTƏBƏSİ
    ənŞeyx təqvanın mərtəbələri barəsində buyururdu: Təqvanın müəyyən mərtəbələri vardır. Onun ən kiçik mərtəbəsi vacibatı yerinə yetirib haram işlərdən çəkinməkdir ki, bu çoxları üçün çox yaxşı bir işdir. Lakin təqvanın ən yüksək mərtəbəsi — Allahdan başqa bütün şeylərdən çəkinməkdir. Bu mə᾽naya ki, insan öz qəlbində Allah məhəbbətindən başqa heç bir şeyə yer verməsin.
    MƏHƏBBƏT MƏKTƏBİ
    Şeyx inanırdı ki, insan öz qəlbini Allahdan başqalarından təmizləməyincə insaniyyətin yüksək məramına çata bilməz. Hətta əgər bir kəsin məqsədi özünü kamala yetirmək olsa da, yenə həqiqi məqsədə çatmayacaqdır.
    Buna görə də əgər bir şəxs onun yanına gəlib yol göstərməsini istəyirdisə və «nə qədər riyazətlə məşğul oldumsa heç bir fayda vermədi» — deyirdisə, Şeyx buyururdu: Siz nəticə almaq üçün iş görürsünüz. Bu məktəb nəticə məktəbi deyil, əksinə məhəbbət məktəbi və Allahı sevmək məktəbidir.
    QƏLBİN BƏSİRƏT GÖZLƏRİNİN AÇILMASI
    Mərhum Şeyx təcrübə əsasında başa düşmüşdü ki, insanın bəsirət gözünün, qəlbinin qulağının açılması və qeyb sirləri ilə tanış olması mütləq mə᾽nada Allah qarşısında ixlasla əməl edib Allahı sevməkdən ibarətdir. O, buyururdu: Əgər qəlbinizdən muğayat olub gözləsəniz və Allahdan başqasına onda yer verməsəniz başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyi sözləri eşidəcəksiniz.
    Əgər insan öz qəlbinin gözünü Allahdan qeyrilərindən saxlasa, Allah ona nuraniyyət bağışlayar və onu ilahiyyatın lazım olan işləri ilə tanış edər.
    Əgər bir şəxs Allah üçün işləsə onun qəlbinin gözü açılar.
    Dostlar! Dua edin ki, Allah sizi mə᾽nəvi karlıq və korluqdan xilas etsin. İnsan Allahdan başqısını istəyən vaxta qədər həm kardır, həm də kor!!
    Başqa sözlə desək, Şeyx inanırdı ki, şühudi mə᾽rifət yalnız sağlam qəlb vasitəsi ilə mümkün ola bilər. Yalnız o qəlblər tam sağlam sayılır ki, onda zərrə qədər dünya məhəbbəti olmasın, bundan əlavə Allahdan başqa heç nəyi istəməsin. Bu da imam Sadiq (ə)-ın sağlam qəlb haqqında buyurğunun xülasəsidir. O Həzrət (ə) «İlla mən ətəllahə bi qəlbin səlimin» ayəsi
    barəsində buyurur:
    «Sağlam qəlb o qəlbdir ki, dünya məhəbbətindən pak (sağlam) olsun».(Şüəra surəsi, 89-cu ayə) («Mizanül-hikmət», 10/4984/3388/16931.)
    Digər bir hədisdə buyurur:
    «Sağlam qəlb o qəlbdir ki, Allahla görüşə gələndə Allahdan başqa onda heç bir şey olmasın. Hər hansı bir qəlbdə şəkk, yaxud şirk olsa saqit və xəstədir».(Mizanül-hikmət» 10/4984/3388/16930.)
    QƏLBİN BATİNİ SİMASI
    Şeyx buyururdu: Əgər insanın bəsirət gözü açılsa Allahdan başqalarının qəlbinə yol tapması ilə eyni zamanda onun özünün bərzəx surətinin dəyişilib başqa formaya düşdüyünü hiss edər. Əgər Allahdan başqasını istəyirsənsə sənin dəyər və qiymətin elə istədiyin şeylər qədərdir. Əgər Allahı istəsən qiymətinin həddi-hüdudu yoxdur. «Mən kanə lillahi kanəllahu ləhu» Hər kəs özünü Allaha sərf etsə, Allah da onun üçün olar. Əgər bütün anlarda ilahi məhəbbətə qərq olsan, Allah nuru sənin qəlbinə saçar və istədiyin şeyləri ilahi nurla görərsən.
    HƏR BİR ŞEYİN HAZIR OLDUĞU QƏLB
    Şeyx buyurur: Çalış, qəlbin Allah üçün olsun. Qəlbin Allah üçün olsa, Allah oradadır. Allah orada olduqda Onunla əlaqədar olan bütün şeylər orada hazır və zahir olur. Hər vaxt iradə etsən hamı sənin qəlbində hazır olacaqdır. Çünki, Allah orada olduğu üçün bütün peyğəmbərlərin və övliyaların ruhu da oradadır. Məkkə-Mədinəni iradə etsən, hamısı sənin yanındadır. Belə isə çalış qəlbin yalnız Allah üçün olsun ki, Allahın məxluqları sənin yanında hazır olsun.
    İLAHİ İŞLƏR GÖRƏN İNSAN
    Cənab Şeyxin nəzəri bu idi ki, əgər Allah məhəbbəti qəlbə qələbə çalsa və doğrudan da qəlb Allahdan başqa heç bir şeyi istəməsə insan ilahi xilafət məqamına çatar və ondan ilahi işlər baş verər. O, bu barədə belə buyururdu: Əgər bir şey başqasına qələbə çalsa, məğlub olan şey qalib olan şeyin növünə çevrilir. Məsələn dəmiri odda qızdırdıqda bir müddətdən sonra od qələbə çaldığından odun yandırmaq xüsusiyyəti dəmirə sirayət edir. Həmçinin, insanın işləri öz xaliqi ilə əlaqədar olan işləri ilə də belədir.
    Həmçinin buyururdu: Biz heç də fövqəladə bir iş görmürük, əksinə biz ilahi insan sayılan fitrəti tapmışıq. Hər şeyi ruh insana bağışlayır. Öküz ruhu öküzün işini görür, xoruz ruhu xoruzun işini görür. İndi deyin görüm, insanın ilahi ruhu nə işlər görə bilər? Gərək ilahi işlər görsün!
    «Və nəfəxtu fihi min ruhi»(Hicr surəsi-29, Sad surəsi-72)
    Bu ayələr də bu mətləbə işarə edir.
    QƏLBİN TƏMİZLƏNMƏSİ
    Buna əsasən qəlb Allahdan başqalarının məhəbbətindən təmizlənməsə şühudi mə᾽rifət kəsb oluna bilməz. Mə᾽rifət də hasil olmayınca insan mütləq kamala aşiq ola bilməz. Buna görə də əsas məsələ bundan ibarətdir ki, qəlbi dünya məhəbbətindən paklamağın çox da sadə bir iş olmadığını bilək. Biz öz qəlbimizi «qoca qarının» şərindən necə paklaya bilərik?
    Cənab Şeyxin nəzərinə görə qəlbi bəlalardan təmizləyən şey onu həqiqi tövhidə yaxınlaşdıran şeylə eynidir: Bunlara əvvəlki fəsildə işarə olundu, yə᾽ni, daim özünü Allahın hüzurunda hiss etmək, Əhli-beytə (ə) təvəssül və gecələr raz-niyaz etmək, eləcə də Allahın bəndələrinə xeyir vermək.
    ALLAHLA AŞİQLİK ÜSLUBU
    Cənab Şeyx qeyd olunan amillər içərisində Allahla xüsusi ünsiyyət yaradıb məhəbbət bərqərar etmək üçün, Allah bəndələrinə ehsanın rolunu xüsusilə qeyd edirdi. Onun nəzərinə görə ilahi eşqin yolu məhz Allahın məxluqatına məhəbbət bəsləyib onlara hörmət etməkdir. Xüsusilə zəif və ehtiyacı olan insanlara.
    Rəsuli Əkrəmdən (s) nəql olunan hədisdə buyurulur:
    «İnsanlar Allahın ailəsidir, Allah yanında insanların ən sevimlisi o kəsdir ki, Allahın ailəsi üçün fayda yetirsin və bir ailəni şad etsin».(Kafi, 2/164/6)
    Başqa bir hədisdə qeyd olunur ki, Peyğəmbərdən (s) soruşdular: Allah dərgahında ən sevimli şəxs kimdir?
    Həzrət (s) buyurdu:
    «Camaata ən çox fayda verən».(Kafi, 2/164/7)
    Başqa bir hədisə əsasən me᾽rac gecəsi Allah-taala Peyğəmbərə (s) belə buyurdu:
    «Ey Əhməd! Mənim dostluğum fəqirlərə məhəbbətdir. Belə isə fəqirləri özünə yaxınlaşdır, onların məclislərinə get, çünki fəqirlər Mənim dostlarımdır».(«İrşadül-qülub» səh.199)
    Şeyxin şagirdlərindən biri deyir: Şeyxin yol göstərməsi ilə bir müddət Ayətullah Kuhistaninin yanına — Nikaya gedirdim. Bir gün sübh Nikaya getmək üçün «İranpeyma» qarajına gəldim «Nasir Xosrov» küçəsində ikən cənab Şeyxi gördüm. O, buyurdu: Hara gedirsən?
    Dedim ki, Nikaya, Ayətullah Kuhistaninin yanına gedirəm.
    Buyurdu: Onun tutduğu yol zahidlikdir. Gəl gedək mən sənə Allaha aşiqlik dərsi öyrədim!
    Sonra mənim əlimdən tutub, hazırkı «İmam Xomeyni» xiyabanı ilə apardı. Kiçik bir küçədə yerləşən bir evin qapısını döydü. Həyətdə bir daxma göründü ki, kiçikli-böyüklü bir neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara işarə edib buyurdu: Bu biçarə insanların müşküllərini həll etmək insanı Allah aşiqi edər! Sənin dərsin budur, Ayətullah Kuhistaninin yanındakı dərs isə zahidlik idi. İndi aşiqlik dərsindəsən.
    Bundan sonra on il müddətində Şeyxlə birlikdə şəhərdən kənarda yerləşən biçarələrin yanına gedirdik. Şeyx onları mənə göstərir və yemək hazırlayıb onlara çatdırırdıq.
    Category: Məhəbbət iksiri | Views: 1169 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024