İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    9:34 AM
    Məhəbbət iksiri
    BEŞİNCİ FƏSİL
    ALLAH ÖVLİYALARININ ZİKRİ
    Şeyxin Allahı zikr edib Onu yad etmək haqqında əsaslı bir göstərişi var idi ki, müxtəlif yerlərdə təkrarən ona tə᾽kid edirdi. Bəyan edəcəyimiz kimi, bu göstəriş islam hədislərindən çıxarılmışdır, lakin mühüm məsələ Şeyxin bu barədəki şəxsi təcrübələridir.
    Ümumiyyətlə bu ilahi şəxsiyyətin və saleh bəndənin kəlamı ona görə əhəmiyyətlidir ki, özünün batini təcrübələri və kəlamlarından ibarətdir.
    ÖZÜNÜ DAİM ALLAHIN HÜZURUNDA BİLMƏK
    Cənab Şeyx öz şagirdlərini elə tərbiyə etmək istəyirdi ki, onlar hər bir halda özlərini Allahın hüzurunda hiss etsinlər. Bu da həqiqətdə həzrət Peyğəmbərin (s) insan tərbiyə edən mühüm kəlamının məğzidir:
    «Allahı «kamil» zikr ilə yad edin». Soruşdular: «Kamil zikr nədən ibarətdir?»
    Buyurdu: «Gizlində və məxfi zikr».(«Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493.)
    Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) belə buyurur:
    «Gözətçi mələyin eşitmədiyi məxfi zikr, onların eşitdiyi zikrdən yetimş dəfə fəzilətlidir».(«Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493.)
    Məxfi şəkildə edilən zikrin aşkarda edilən zikrdən üstünlük və fəziləti məhz onun insanın ruhi tərəqqisində və yüksəlişində ifa etdiyi mühüm rolla əlaqədardır. Dildə zikr etmək çox asandır, lakin qəlbdə zikr etmək xüsusi ilə onu davam etdirmək çox çətin bir işdir. Məhz buna görə də imam Baqir (ə) bu işi ən çətin işlərdən biri kimi qeyd edir:
    «Üç şey bəndələrin ən çətin işlərindəndir: Mö᾽minin insaflı olması, dini qardaşına kömək və hər bir halda Allahı yad etmək. Bu da o mə᾽nayadır ki, insanın günahla qarşılaşaraq onu yerinə yetirmək istədikdə, Allahı yad etməsi onu günah iş etməkdən saxlayar. Bu da Allah-taalanın buyurduğu kəlamın mə᾽nasıdır: "Pərhizkar olan şəxslərə şeytan vəsvəsələri yaxınlaşdıqda Allahı yad edərlər. Çünki, onlar bəsirət sahibi olan insanlardır”». («Mizanül-hikmət», 4/1856/1342/6454)
    Başqa bir hədisdə imam Sadiq (ə) mö᾽minin insaflı olmasını, bərabərliyə riayət etməsini və Allahı daim zikr etməsini ilahi vaciblər arasında ən çətin bir iş hesab edir və buyurur ki, Allahı hər halda yad etmək dedikdə, məqsəd dildə zikr etmək deyil. Baxmayaraq ki, dildə zikr etmək də Allahı zikr etmək sayılır:
    «Hüseyn Bəzzaz deyir: İmam Sadiq (ə) mənə buyurdu: Allahın bəndələrinə vacib etdiyi əməllərin ən çətinindən sənə xəbər verimmi?
    Ərz etdim ki: Bəli.
    Buyurdu: Camaatla insafla rəftar etmək, (dini) qardaşınla həmdərd olmaq və hər bir halda Allahı yad etmək. Allahı yad etmək dedikdə məqsədim "Sübhanəllahi vəl həmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbər»—deyil. Bu da zikrdir, amma Allahı yad etmək dedikdə, məqsədim itaət və günahla qarşılaşarkən Allahı yad etməyi nəzərdə tuturam.(«Mizanül-hikmət», 4/1856/1342/6455.)
    Çox çətin məsələ budur ki, insan özünü hər bir halda Allahın hüzurunda görsün. Əgər insan üçün belə bir vəziyyət irəli gələrsə, həvayi-nəfsinin və şeytanın ona qələbə çalaraq onu Allah qarşısında itaətsizliyə vadar etməsi qeyri mümkündür.
    NƏFSİN VƏ ŞEYTANIN ƏLİNDƏN XİLAS OLMA YOLU
    Şeyx buyururdu: Nəfsin şərindən xilas olmaq üçün Allaha diqqət yetirib, özünü daim Onun hüzurunda hiss etməkdən başqa bir çıxış yolu yoxdur. Nə qədər ki, Onun hüzurundasan və Allahla rabitən kəsilməyib, nəfs səni aldatmağa qadir deyildir.
    O, özü də əksər hallarda aşağıdakı ayəyə işarə edərək buyururdu:(Hər kəs Rəhman Allahın yadından qəlbini döndərsə onun üçün bir şeytan tə᾽yin edərik ki, onunla həmnişin olar». (Züxruf surəsi-36.))
    «Hər vaxt insan öz diqqətini Allahdan kəssə, pusquda dayanan şeytan və nəfs onun qəlbini öz ixtiyarına keçirər və öz işlərinə başlayarlar.
    MƏNDƏN ƏL ÇƏK!
    Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql edir: Öz nəfsimi mə᾽na aləmində görüb dedim: Məndən əl çək! Dedi: Sən bilmirsənmi ki, səni həlak etməyincə səndən əl çəkən deyiləm?!
    Bəlkə də məhz bu mükaşifənin səbəbinə görə Şeyx aşağıdakı şe᾽ri daha çox oxuyardı:
    Dər dəbistani əzəl hüsnü tu irşadəm kərd
    Bəhri seydəm ze kərəmi lütfü to imdadəm kərd
    Nəfsi bəttinəti mən mayili hər batili bud
    Feyz bəxşi tu əz dəsti vey azadəm kərd
    İlahi mərhəmət və feyz Allahı yad və zikr etməyə davam edilməsi yolu ilə insanın qəlbinə nazil olur. Allahın yadı insanın qəlbinə daxil olarkən ilk növbədə insanın qəlbini şeytani vəsvəsələrdən, nəfsani aludəliklərdən təmizləyir və onu Mütləq Fəyyazın feyzini almağa hazırlayır. Əmirəl-mö᾽minin Əli (ə) bu barədə buyurur:
    «Qəlbin ləyaqətli olmağının səbəbi, onun Allah zikrinə məşğul olmasıdır».(«Mizanül-hikmət» 4/1846/1340/6394.)
    İnsan özünü daim Haqq taalanın hüzurunda hiss etsə, nəfsin və şeytanın əsarətindən xilas olar və bu azadlıqla onun qəlbindəki və ruhundakı müxtəlif xəstəliklər müalicə olunar. İmam Əli (ə) buyurur:
    «Allahı yad etmək-şeytanın qovulması səbəbidir».(Mizanül-hikmət», 4/1850/1340/6427.)
    «Allahı yad etmək, ruhun xəstəliklərinin dərmanıdır».(«Mizanül-hikmət», 4/1850/1340/6418.)
    «Ey O kəs ki, adın dərman, Sənin yadın şəfadır»!(«Mizanül-hikmət», 4/1850/1340/6419.)
    İlahi feyz, Allahı daim zikr etmək yolu ilə qəlbə insani həyat bağışlayır və onu nuraniləşdirir, ruhu qüvvətləndirir və qəlb sahibi ilə Allah arasında ünsiyyət yaradır və tədriclə insana eşq və məhəbbət iksiri verilir.
    Allah barəsində sözün tam mə᾽nasında arif olan, insan ruhlarının dərdlərindən agah olan İmam Əli (ə) kimi böyük şəxsiyyət bu barədə buyurur:
    «Hər kəs subhan Allahı yad etsə, Allah da onun qəlbini dirildər, fikir və düşüncəsini aydınlaşdırar».(«Mizanül-hikmət», 4/1848/1340/6399.)
    «Həmişə Allahı yad etmək ruhların qidasıdır».(«Mizanül-hikmət», 4/1848/1340/6403.)
    «Allahı yad etmək ünsiyyətlərin açarıdır».(«Mizanül-hikmət», 4/1852/1340/6435.)
    «Hər kəs Allahı çox yad etsə, Allah onu sevər».(«Mizanül-hikmət» 4/1852/1340/6435.)
    Bu müxtəsər kəlamlarda qeyd olunanlar Allahı yad etməyin insan həyatında və onun ruhunun tərəqqisindəki bərəkətlərindəndir. Lakin, bunlara dərindən diqqət yetirməklə aydın olur ki, Allahı yad etdiyimiz anlar nə qədər dəyərli, Allahı yadımızdan çıxartdığımız vaxtlar isə bizim üçün nə qədər ziyanlıdır.
    YUXUDA DA ALLAHI YAD ETMƏK
    Doktor Səbati deyir: Bir gün nahara dostlardan birinin evində qonaq idik. Yemək yeyəndən sonra hamı istirahətə başladı. Mən gözlərim yumulu halda uzanmışdım. Bu halda Allahı yad edir və bu barədə fikirləşirdim. Bu zaman qarşımda uzanan cənab Şeyx məni görüb dostlara belə tövsiyə etdi: Yuxuda da gərək Allahı yad edəsən.
    Yuxuda da Allahı yad etmək barəsində etdiyi tövsiyəni mən yalnız həmin yerdə eşitdim, daha başqa vaxtlar bu sözü heç bir yerdə eşitmədim.
    BƏRZƏXDƏN XƏBƏRDARLIQ
    Şeyxin dostlarından biri belə nəql edir: Bir gün Şeyxin hüzurunda idim, buyurdu: Bərzəxdə bir cavanı gördüm, o deyirdi: Siz bilmirsiniz ki, burada nə xəbərlər var?! Bura gələndən sonra başa düşəcəksiniz. Allahdan başqası üçün çəkdiyiniz hər bir nəfəs sizin ziyanınıza tamam olacaq.
    BƏ᾽Zİ ZİKRLƏRİN XÜSUSİYYƏTLƏRİ
    Şeyxin məktəbində zikrin xasiyyətləri barəsində söhbət edərkən unutmamalıyıq ki, onun məktəbi nəticə məktəbi deyil, məhəbbət məktəbidir. O kəs nəticə hasil edər ki, Allahdan başqa heç nə istəməsin, hətta öz kamalını belə nəzərə almasın. Buna əsasən zikrin tə᾽siri hər nə olsa belə, onda əsas məqsəd Allahdan başqaları olmamalıdır.
    İKİ ZİKRƏ DAHA ÇOX TƏ᾽KİD
    Şeyxin müridlərindən biri belə deyir: Şeyx istiğfar edib salavat göndərməyə daha çox əhəmiyyət verirdi. O, başa düşmüşdü ki, bu iki zikr Allaha doğru seyr edənlərin sanki iki qanadıdır. O, buyururdu: Hər kəs həyatında çoxlu salavat göndərsə, ölüm zamanı Peyğəmbər (s) onun dodaqlarından öpər.
    NƏFSƏ QƏLƏBƏ ÇALMAQ ÜÇÜN
    1. «La hovla vəla quvvətə illa billahil-əliyyil-əzim» zikrini daimi təkrarlamaq;
    2. «Ya daimu, ya qaim» zikrini demək;
    3. İnadkar nəfsi məğlub etmək üçün sübh və axşam on üç dəfə, yaxud yüz dəfə «Allahummə ləkəl-həmdu və iləykəl-müştəka və əntəl-müstəanu» duasını oxumaq;
    4. Hər gecə yüz dəfə «Ya zəkiyyut-tahiru min kulli afətin bi qudsihi» duasını oxumaq.(Bu zikr həzrət İdris (ə)-ın dualarının bir hissəsidir. «Misbahul-müctehid», səh.601.)
    Cənab Şeyx nəfsə qələbə çalmaq üçün qeyd olunası axırıncı zikrlərə daha çox tə᾽kid edərək buyururdu: Mən özüm ondan istifadə etmiş və bu yolla varid olmuşam. Hətta bir gün onu o qədər təkrarladım ki, axırda nəfsim öldü. Öz-özümə dedim ki, bunu o qədər davam etdirəcəyəm ki, vücudum yoxluğa çevrilsin. Bəşər təbiyyətinin tələbinə uyğun olaraq onu təkrarlamaqdan qafil oldum, bu zaman öz nəfsimi dirilmiş gördüm. Mə᾽lum oldu ki, hər kəs dünyaya diqqət yetirsə nəfsi güclənər. Bu zikrin oxunuşu nəfsə qələbə çalmaq üçün çox tə᾽sirlidir.
    NAMƏHRƏM GÖRDÜKDƏ ŞEYTAN VƏSVƏSƏLƏRİNƏ QƏLƏBƏ ÇALMAQ
    Doktor Fərzam nəql edir ki, cənab Şeyx Rəcəbəli «Ya xəyrə həbibin və məhbubin, səlli əla Muhəmmədin və ali Muhəmməd» zikrini naməhrəm gördükdən sonra oxumağı çox tə᾽sirli hesab edirdi. Dəfələrlə bu zikri etməyi mənə tövsiyə etmişdi ki, şeytanın vəsvəsələrindən amanda olam. O, deyirdi: Gözün naməhrəm qadına düşəndə xoşun gəlməsə bil ki, xəstəsən! Amma əgər xoşun gəldisə, dərhal gözlərini yum, başını aşağı sal və de: Ya xəyrə həbibin... Yə᾽ni, Pərvərdigara, mən Səni istəyirəm, bunlar nədir?! Bunlar sevilməli deyildir. Hər şeyin ki, davamı yoxdur, ona ürək bağlamaq olmaz.
    ALLAH MƏHƏBBƏTİ ÜÇÜN
    Qırx gecə ərzində min dənə salavat göndərmək qəlbdə mütəal Allahla dostluq yaranmasına səbəb olur.
    BATİNİN SƏFALI OLMASI ÜÇÜN
    Cənab Şeyx sübh çağları «Saffat», gündüzlər isə «Həşr» surəsinin oxunmasını batinin səfalı olmasında faydalı hesab edirdi. Şeyxin müridlərindən biri deyir ki, o, mənə belə buyururdu: «Həşr» surəsini hər gecə oxuyun. O, inanırdı ki, Allahın ismi-əzəmi bu mübarək surənin axırıncı ayələrində yerləşir.
    İMAM ZAMAN (Ə)-IN HÜZURUNA ÇATMAQ ÜÇÜN
    «Rəbbi ədxilni müdxələ sidqin və əxricni muxrəcə sidqin vəc᾽əlni min lədunkə sultanən nəsira»< ayəsini hər gecə yüz dəfə oxumaq.(İsra surəsi-80.)
    Nəql olunduğuna görə Şeyxin şagirdlərinin əksəriyyəti bu zikri daim təkrar etməklə imam Zaman (ə)-ın hüzuruna çatmışlar, lakin onu zahirdə tanımamışlar. Nümunə üçün bir neçəsini qeyd edirik:
    1. Ayətullah Ziyarətinin imamla görüşü.
    Şeyxin şagirdlərindən biri nəql edir ki, cənab Şeyx mərhum Ayətullah Ziyarətiyə Məhdişəhərdə imam Zaman (ə)-ın hüzuruna çatmaq üçün müəyyən göstərişlər vermişdi.(O, höccətul-islam vəl-müslümin cənab seyyid Həmid Ruhaninin atasıdır.)(Zahirən bizim qeyd etdiyimiz işlərdən ibarət idi.) Onu yerinə yetirdikdən sonra Şeyxə müracət etdi və dedi ki, sənin dediklərini yerinə yetirdim, amma müvəffəq olmadım?!
    Şeyx diqqət yetirib buyurdu: Məsciddə namaz qıldığın zaman bir seyyid sənə yaxınlaşıb dedi ki, üzüyü sol ələ taxmaq məkruhdur. Siz də dediniz ki, hər bir məkruh caizdir. Onu deyən imam Zaman (ə) idi.
    2. Bir dükançının imam Zaman (ə)-la görüşü.
    İki nəfər dükançı bir seyyid ailəsinin məişətini tə᾽min etməyə öhdədar olmuşdular. Onlardan biri imam Zaman (ə)-la görüşmək və ya hüzuruna çatmaq üçün Şeyxin dediyi zikrləri təkrarlamağa başladı. Qırxıncı gecədən əvvəl seyyid ailəsinin övladlarından biri onun yanına gəlib bir sabun istəyir. Dükan sahibi deyir: Anan da təkcə bizi tanıyır! Filankəsdə də vardır. (Bunu deyib qonşuluqdakı dükanı göstərir.) Oradan da ala bilərsiniz.
    Bu şəxs deyir: Gecə yatmışdım, birdən hiss etdim ki, həyətdən məni səsləyirlər. Eşiyə çıxdım və heç kəsi görmədim. Yenidən yatdım və yenə də çağırdılar. Bu iş üç dəfə təkrar olundu. Üçüncü dəfə evin qapısını açdıqda gördüm ki, üzü niqablı bir seyyid dayanıbdır. O, mənə dedi: Biz öz övladlarımızı idarə edə bilərik, lakin istəyirik ki, siz bir məqama çatasınız.
    ÇƏTİNLİKLƏRİN ARADAN QALDIRILMASI VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ
    Doktor Fərzam deyir: Cənab Şeyx müşküllərin həll olunması və xəstəliklərin müalicə olunması üçün bə᾽zi Qur᾽an ayələrini və duaların cümlələrini salavat ilə birlikdə deməyi tövsiyə edirdi. O cümlədən:
    «Rəbbi inni məğlubun fəntəsir və əntə ərhəmur-rahimin».(Qəmər surəsinin 10-cu və Ə᾽raf surəsinin 151-ci ayələrindən iqitibas olunub.)
    Mənim özümün də bir çətinliyim var idi. Buyurdu ki, bu zikri deyim:
    «Ya Rəbbi, inni məssəniyə-zurru və əntə ərhəmur-rahimin».
    Həmçinin buyururdu: Bunlar zikrdir,onları salavatla de.
    Uşaqlarımız xəstələnəndə buyururdu ki, bunları deyək:
    «Ya mən ismihu dəva və zikruhu şəfa, səlli əla Muhəmmədin və ali Məhəmməd».
    ŞİDDƏTLİ İSTİLİYİN VƏ SOYUĞUN DƏF EDİLMƏSİ
    Şeyxin şagirdlərindən biri belə deyir: Məkkeyi-müəzzəməyə ilk səfərimdə Şeyxə dedim ki, istiliyin şiddətindən yaranacaq təhlükəni dəf etmək üçün nə edim?
    O, istilik və soyuqluğun törədə biləcəyi xətərləri dəf etmək üçün bu ayəni oxumağı məsləhət gördü:
    «Səlamun əla İbrahimə, kəzalikə nəczil-muhsinin».(«Salam olsun İbrahimə. Bax beləcə yaxşı əməl sahiblərinə mükafat verərik». Saffat surəsi-109, 110-cu ayələr.)
    «Ya naru, kuni bərdən və səlamən əla İbrahimə»(«Ey od! İbrahim üçün soyuq və salamat ol».Ənbiya-69.)
    Category: Məhəbbət iksiri | Views: 1138 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024