İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    9:25 AM
    Məhəbbət iksiri
    DÖRDÜNCÜ BÖLMƏ
    ŞEYXİN VƏFATI
    BİRİNCİ FƏSİL
    ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
    Nəhayət 1340-cı hicri-şəmsi ilinin şəhrivər ayının 22-də Şeyxin bərəkətli ömür quşu bir ömür mə᾽nəvi tərəqqidən və ruhi saflaşdırmadan sonra Allah dərgahına pərvaz etdi. Onun ilahi ruhunun ərşə pərvazının baş vermə əhvalatı çox ibrətamiz və eşitməlidir. Burada mərhum Şeyx Rəcəbəli Xəyyatın vəfatının bəyan olunması ilə eyni zamanda böyük ilahi şəxsiyyətlərdən iki nəfərinin də vəfatını—Şeyxin vəfatına çox oxşar olduğuna görə—qeyd edəcəyik.
    VƏFATDAN ƏVVƏLKİ GÜN
    Şeyxin övladı onun vəfatından əvvəlki günü belə vəsf edir: Vəfatından əvvəl atam tamamilə sağlam idi. Anam evdə yox idi, təkcə mən evdə idim. Axşamçağı atam gəldi, dəstəmaz alıb mənə dedi: Bir azca yorğunam, əgər o şəxs gəlib paltarlarını aparmaq istəsə qayçıların yanındadır, otuz tümən də zəhmət haqqısıdı.
    Atam o vaxta qədər deməmişdi ki, bir kəs gəlsə ondan zəhmət haqqı al və ya kimsə nə qədər verməlidir. Mən bu hadisədən heç nə başa düşmədim.
    ŞEYXİN ŞAGİRDLƏRİNDƏN BİRİNİN YUXUSU
    Şeyxin müridlərindən biri sadiq yuxu vasitəsi ilə vəfatından əvvəlki gecə onun ilahi dərgaha pərvaz edəcəyini bilmişdi. O, bu yuxunu belə bəyan edirdi: Şeyx vəfat etdiyi günün qabaqkı gecəsində yuxuda gördüm ki, «Qəzvin» məscidinin qərb tərəfindəki dükanların qapısını bağlayırlar. Soruşdum: Nə olubdur? Dedilər ki, cənab Şeyx Rəcəbəli dünyadan getmişdir. Nigaran halda yuxudan ayıldım, gördüm ki, gecə saat üçdür. Öz yuxumu doğru yuxulardan hesab etdim. Sübh azanından sonra namazı qılıb, dayanmadan cənab Radimənişin yanına getdim. Belə sübh tezdən gəlməyimi görüb təəccübləndi. Mən də yuxumu ona danışdım.
    Sübh saat beşdə hava işıqlanmamış Şeyxin mənzilinə yola düşdük. Şeyx qapını açdı, içəri daxil olub oturduq. Şeyx də oturub buyurdu: Belə sübh tezdən harada idiniz?
    Mən yuxumu demədim, bir qədər söhbət etdikdən sonra Şeyx böyürü üstə uzandı, əllərini başının altına qoydu və buyurdu: Bir şey deyin, şe᾽r oxuyun!
    Məzmunu aşiqlərin ayrılacğını çatdıran bir şe᾽r oxuduq.
    ŞEYX ÖLÜM YATAĞINDA
    Bir saat keçməmişdi ki, Şeyxin halı birdən birə dəyişildi. Dedim ki, həkim gətirək. Mənim yəqinim var idi ki, Şeyx bu gün dünyadan gedəcəkdir. O, buyurdu: İxtiyar sahibisiniz.
    Həkim bir nüsxə yazdı, aptekə gedib dərman aldıq, qayıdanda gördük ki, Şeyxi o biri otağa aparıblar. O, üzü qibləyə oturmuşdu, ayağının altına ağ bir parça salmışdılar. Əlinin baş və şəhadət barmağını o parçaya sürtürdü.
    Mən daha diqqətli idim ki, görəsən belə bir ilahi şəxsiyyət dünyadan necə gedəcəkdir. Ona bir halət baş verdi, sanki bir kəs onun qulağına nə isə deyirdi, o isə cavabında dedi: İnşaallah!
    Sonra buyurdu: Bu gün neçənci gündür? Bu günün duasını gətirin?!
    Mən o günün duasını oxudum, buyurdu: Verin Seyyid Əhməd də oxusun.
    O da oxudu, sonra Şeyx buyurdu: Əllərinizi asimana qaldırın və deyin: Ya Kəriməl əfv, ya Əziməl əfv, əl-əfv, Allahım məni bağışla!
    Mən dostuma baxıb dedi: Get, cənab Süheylini bura çağır. Çünki, mənə elə gəlir ki, yuxum doğrudur və bu ayrılıq nöqtəsidir. Bunu deyib getdim.
    XOŞ GƏLMİSİNİZ AĞA!
    Bu hadisənin davamını Şeyxin övladlarından biri belə deyir: Gördüm ki, atamın olduğu evdə çox səs-küy var. Dedilər Şeyxin halı pisdir, dərhal otağa daxil oldum.Atam bir neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı və sonra oturub gülərüzlə dedi: Xoş gəlmisiniz ağa!(Mərhum Süheylidən nəql olunubdur ki, «ağa» dedikdə məqsəd imam Zaman (ə) idi ki, ömrünün axır vaxtlarında onun görüşünə gəlmişdi)
    Əl verib görüşdü, sonra əlini çəkdi və iş qurtardı, dodağında gülüş Allahın dərgahına qovuşdu.
    QƏBRİN BİRİNCİ GECƏSİ
    Şeyxin dostlarından biri deyir: Yuxu aləmində mərhum Şeyxin qəbrinin birinci gecəsində onun hüzuruna çatdım. Gördüm ki, movla Əli (ə) tərəfindən ona böyük bir məqam verilmişdir. Ona yaxınlaşdım, çox incə və həssas bir nəzərlə məni süzdü və sanki ata öz istəkli oğluna nəsihət vermək istəyir, oğlu isə diqqət yetirmir. Onun baxışından yadıma saldım ki, o, həmişə belə buyurardı: Allahdan başqa heç nəyi istəməyin, amma biz yenə də həvayi-nəfsə giriftarıq.
    Ona yaxınlaşdım, iki cümlə buyurdu: Birinci cümləsi: Həyatın düzgün xətti Allah və Onun övliyaları ilə ünsiyyətdə olmaqdadır.
    İkinci cümlə: O kəs həqiqi şəkildə yaşadı ki, onun əyalı toy gecəsi öz köynəyini Allah yolunda ehsan etmişdi.
    İKİNCİ FƏSİL
    AYƏTULLAH HÖCCƏTİN VƏFATI
    Fəslin əvvəlində qeyd etdiyimiz kimi, cənab Şeyxin ibrətamiz həyatının sonunda iki Allah övliyasının vəfatını da—cənab Şeyxin vəfatı ilə oxşar olduğuna görə—burada qeyd edirik. Onlardan biri böyük alim Ayətullah Höccətdir ki, Şeyxin mərcəyi-təqlidi idi. Şeyx onun ixlasını tə᾽rifləyir və deyirdi ki, qəlbində dünya cah-cəlalı, şan-şöhrəti yoxdur. İndi o böyük ilahi şəxsiyyətin vəfatını hörmətli kürəkəni həzrət Ayətullah hacı Şeyx Mürtəza Hairinin dilindən nəql edirik. Onun mənim (müəllifin) üzərində ustadlıq haqqı vardır.
    EVİN TƏ᾽MİR OLUNMASI
    Əvvəldə qey edirəm ki, mərhum ağa Höccət mənim (yə᾽ni, Ayətullah Hairinin) ustadım və qayınatam idi. Onun evinə çox get-gəl etmir və ona aid işlərə dəxalət etmirdim. Lakin o, mərhum Ayətullah Bürucerdinin dövründə təqribən Azərbaycanın əksəriyyətinin mütləq şəkildə mərcəyi təqlidi idi. Tehranda yaşayan azərbaycanlılar və Azərbaycanın başqa yerlərindən olanlar əksər hallarda ona müraciət edirdi. O, tələbələrə aylıq təqaüd verirdi və öz səviyyəsində maddi cəhətdən əliaçıq idi. Bu ilin qışında—zahirən qışın əvvəlləri idi—hava da çox soyumamışdı. O, evini tə᾽mir etməyə məşğul idi. Həyətin bir tərəfinin torpağı götürülmüşdü ki, orada yeni bir bina tikilsin. Digər bir tərəfdə isə bənnalar ev tikilişi üçün lazım olan işləri görürdülər, o cümlədən o zaman hər bir evdə vacib sayılan quyu qazmağa, yaxud quyunun divarlarını hörməyə məşğul idilər. Bu tə᾽mir işlərinin öhdədarı da onun özü və Tehranda yaşayan müridlərindən biri idi ki, hal-hazırda dəqiq yadımda deyil, zənnimcə Çayçı adlı bir şəxs idi.
    MƏN ÖLMƏLİYƏM
    Müəllif (yə᾽ni Ayətullah Hairi) deyir: Mən bir gün sübh onun xidmətinə getdim. O, taxtın üzərində oturmuşdu, vəziyyəti çox da qeyri-adi deyildi. O, bronxit-asma xəstəliyi səbəbi ilə adətən hava soyuyanda təngənəfəsliyə düçar olurdu. O zaman soyuqların başlaması ilə adət üzrə olduğundan artıq çox da narahat nəzərə çarpmırdı. Xəbər tutdum ki, bənnalara və işçilərə tapşırıb ki, işi saxlasınlar. Dedim: Ağa, nə üçün işi dayandırmısınız?
    Çəkinmədən dedi ki, mənim əcəlim çatıbdır, artıq bənnalar nəyimə lazımdır?!
    Mən də heç bir şey demədim. Bu cavabdan təəccüb edib-etməməyim yaxşı yadımda deyil. Sonra mənə buyurdu: Əzizim! Bu bir neçə günü bura gəl.
    Onun məqsədi bu idi ki, əvvəldəki vaxtlar kimi ondan uzaq gəzməyim.
    PƏRVƏRDİGARA, ÖHDƏMDƏ OLANLARA ƏMƏL ETDİM!
    Mən zahirən hər gün sübh evin küçə qapısındakı otaqda dərs dediyim «Məkasib» sinfini qurtardıqdan sonra gedirdim, bə᾽zən gecələr də lap tez gedirdim. Bir gün (zənnimcə çərşənbə günü idi) xüsusi şəkildə xəbər göndərdi ki, hüzuruna gedəm və bir işi yerinə yetirəm. Mən hüzuruna getdikdə onun yanında dəmir mücri (mərhum atasının mücrisi onun yanında idi, yaxud başqa bir mücri idi, indi şəkk edirəm) var idi. Mərhum ağa hacı Seyyid Əhməd Zəncani(Hazırkı mərcəyi təqlidlərdən biri olan mərhum Ayətullah Ağa Musa Zəncanin atası.)də onun qarşısında oturmuşdu. Bütün malikiyyət sənədlərini və sairləri ağayi Zəncaniyə, eləcə də nəqd olan pul qutusunu mənə verdi ki, müəyyən olunmuş yerlərdə sərf edim. Onun bir hissəsini də mənim özümə həvalə etdi. Əvvəllər öz vəsiyyətini bir neçə nüsxədə yazmışdı ki, onlardan birini mənim yanıma göndərdi. Hal-hazırda o mənim yanımdadır. Nəcəfdə, Təbrizdə, Qumda onun müəyyən məbləğdə pulları var idi. Hacı Məhəmməd Hüseyn Yəzdinin yanında (o, mərhum atamın vəsilərindən biri idi) idi. Vəsiyyət etmişdi ki, onun vəkillərinin yanında olan pullarının hamısı mübarək İmamın (ə) payındandır, sonralar ağayi Bürucerdinin məscidinin böyük bir hissəsini təşkil edən torpaq sahəsini də mədrəsə üçün almışdı və onun öz adına idi. Vəsiyyətnamədə yazmışdı ki, o da mübarək İmam (ə) payındandır və bir kəsə irs verilməz. Əgər ağayi Bürucerdi istəsə məscid üçün verilə bilər.
    Onun pulları həmin sandığın içində olanlar idi. Bir neçə gün idi ki, heç kəsdən xüms, zəkat vergilərini almırdı. Amma zahirən ağayi Zəncani alırdı. Onun vəfat etdiyi ayın əvvəlində aylıq təqaüdləri Zəncani ağa verdi. Təkcə bir neçə qran dəmir pul onun cibində qalmışdı ki, onun qızı (mənim həyat yoldaşım) onun cibindən çıxardıb balışının altına qoymuşdu və demişdi ki, atam sağalsa onu sədəqə versinlər. Bu işi qədim qadınların hamısı görürdü. Mən də bu adətlə qədimdən tanış idim. Məncə sədəqə verilməli olan pulu girov götürürdülər. Təkcə o pul qalmışdı ki, ondan da ağanın xəbəri yoxdu. Qutunun içində olan pulları müəyyən yerə çatdırım deyə, mənə verdikdə əllərini yuxarı qaldırıb dedi: Pərvərdigara! Mən üzərimdə olan vəzifələrimə əməl etdim, Sən də mənim əcəlimi yaxınlaşdır.
    MƏN GÜNORTA ÇAĞI VƏFAT EDƏCƏYƏM
    Münasibətimiz çox səmimi olduğundan ona dedim: Ağa, sizin bu qədər qorxmağınız yersizdir! Siz həmişə qış fəsli gələndə bir qədər narahatçılıq keçirir, sonra sağalırsınız.
    O, belə buyurdu: Xeyir, mənim işim və ya vəfatım zöhr vaxtıdır.
    Mən daha bir söz demədim və dərhal onun buyurduğu işi yerinə yetirmək üçün getdim. Mən onun zöhrdən qabaq vəfat etməsindən və pulların qeyri-müəyyən vəziyyətdə qalaraq vərəsəsinə və ya baqasına həmin yerdə məsrəf olunmasını bilmədiyim üçün dərhal faytona mindim. Günorta çatmamış bu işləri yerinə yetirib qayıtdım, hələ o vəfat etməmişdi.
    QUR᾽ANLA İSTİXARƏ
    Bu hadisədən bir gün qabaq mənə demişdi ki, onun üçün Qur᾽anı gətirim. Sonra Qur᾽anı açıb diqqət və zikrlə əvvəldəki ayəni oxudu:
    (Ləhu də᾽vətul həqq)
    «Onun üçündür haqqın də᾽vəti və çağırışı.»(Rə᾽d surəsi-14)
    Zahirən o ağladı və Allahla razi-niyaz etdi. Həmin gecə, yoxsa dəqiq bilmirəm, sonrakı gecə öz möhürünü də sındırdı.
    AĞA ƏLİ, BUYURUN!
    Vəfatının yaxın günlərindən birində gözü qapıya dikilmişdi. Belə nəzərə çarpırdı ki, qeyri-adi şeyləri müşahidə edir. Birdən dedi: Ağa Əli, buyur!
    Çox çəkmədi ki, əvvəlki vəziyyətinə qayıtdı, son iki-üç günü adətən zikr deyir, Allahla raz-niyazla edirdi. Bir dəfə «Ədilə» duasını istədi. Vəfat etdiyi gün mən tam xatircəmliklə «Məkasib» dərsini evdə demişdim. Çünki onun vəziyyəti çox da qeyri adi deyildi. Sonra onun yatdığı kiçik otağa getdim. O zaman mənim həyat yoldaşım, yə᾽ni mərhum Höccətin qızı da orada idi. Ağanın da üzü divara tərəf idi və zikr edir, dua oxuyurdu. O, dedi: Ağa bu gün bir az iztirablıdır. Onun iztirabı zahirdə həmin zikrlər və dualardan ibarət idi. Mən salam verdim, cavabını aldıqdan sonra buyurdu: Bu gün hansı gündür?
    Dedim: Şənbədir.
    Dedi: Ağa Bürucerdi dərsə getdimi?
    Dedim: Bəli.
    Sonra səmimi qəlbdən şad oldu və bir neçə dəfə dedi: Əlhəmdu-lillah!
    Bə᾽zi söhbətlər də etdi ki, ixtisara riayət olunsun deyə, onları qeyd etmirik.
    TÜRBƏT SUYU
    Onun qızı deyir: Ağa bu gün bir qədər iztirablıdır, bir qədər türbət verək.
    Dedilər: Yaxşıdır.
    Sonra türbəti hazırladılar, hüzuruna gətirdim ki, onu içsin. O, oturdu, mən stəkanı onun qabağına apardım. O, belə fikirləşdi ki, yeməli və ya dərmandır. Bir qədər narahat oldu və dedi: Bu nədir?
    Dedim: Türbətdir.
    Dərhal onun vəziyyəti düzəldi, üzününü ifadəsi dəyişildi və türbət suyunu axıra qədər içdi, sonra bu sözləri dedi:
    «Axiru zadi minəddünya türbətül Hüseyn» Yə᾽ni, «dünyadan götürdüyüm axırıncı ehtiyat-Hüseyn türbətidir».
    Yenidən yatdı və əvvəlki vəziyyətinə qayıtdı. O, dua oxuyur raz-niyaz edirdi. Dəqiq yadımda deyil, deyəsən mən də onun yaxınlığında idim. İkinci dəfə zahirən öz göstərişi ilə «Ədilə» duasını onun üçün qiraət etdilər. Ağa Seyyid Həsən (onun ikinci oğlu) üzü qibləyə oturmuşdu, onun özü də sinəsini balışa söykənmiş halda oturub dua oxuyurdu. Ağa həm farsca və həm də türkcə tam səmimiyyətlə kəlimeyi-şəhadətini dedi, Allah-taala qarşısında öz əqidə üsullarını bəyan etdi.
    KİMİN FƏSLİ VAR?
    Yaxşı yadımdadır, Əmirəl-mö᾽minin Əli (ə)-ın xilafətini iqrar etdikdən sonra türkcə dedi: Bilafəsl, heç bir fasiləsi yoxdur, lap bilafəsildir. Kimin fəsli var?! (Yə᾽ni,Əmirəl-möminin Əli əleyhissəlam Həzrət Peyğəmbərdən sonra onun birinci haqq xəlifəsidir və onların arsında fasilə yoxdur.)
    Həzrət Peyğəmbərin (s) övladlarından olan imamların, eləcə də Əli (ə)-ın barəsində bu ayəni oxudu:
    «Onların məsəli pak bir ağacın məsəli kimidir; onun kökləri sabit, budaqları isə asimandadır».(İbrahim surəsi-24 )
    Mən də bir tərəfdə dayanmışdım və bu maraqlı və mə᾽nəvi haləti tam qəribəliklə müşahidə edirdim. Zehnimdən belə keçdi ki, ona belə deyim: Ağa, bizi də dua et! Amma xəcalət hissi bu sözü deməyə mane oldu. Çünki əvvəla, o kişi özünə məşğul idi və başqa şeylərə fikir vermirdi. Yalnız Allahın hüzurunda ölümdən qabakı mə᾽nəvi vəzifələrini yerinə yetirməklə məşğul idi. İkincisi bu istək göstərəcəkdi ki, biz də ağanın ölümünə, Allah-taala qarşısında canını təslim etməsinə diqqət yetiririk.
    Mən həmin gün sakit dayanaraq bu hadisənin davamını izləməyə başladım. Onun oğlanlarından biri olan Seyyid Həsən və qızı, bəlkə də ailə üzvlərindən bir neçəsi ilə dayanmışdı. Onun belə dediyini eşitdik: Pərvərdigara! Mənim əqidələrimin hamısı hazırdır, onu Sənə tapşırıram ki, mənə qaytarasan.
    Mən elə oradaca durmuşdum və elə bu vəziyyətdə idim. Ağa oturub üzü qibləyə balışa söykəndiyi halda birdən nəfəsi dayandı. Elə fikirləşdilər ki, ağanın qəlbi tutulmuşdur, ona görə də ağzına bir qədər dərman tökdülər. Mən gördüm ki, dərman onun dodaqlarının kənarından yerə tökülür. Artıq o, vəfat etmişdi. Türbət suyundan başqa hətta bir damla olsun belə dərman içmədi. Mən dəqiq şəkildə görürdüm ki, o, artıq vəfat etmişdir. Evdən çıxdıqda «Höccətiyyə» mədrəsəsindən azan səsini eşitdim. Onun vəfatı həqiqətən də özü dediyi kimi, zöhr vaxtına düşdü. O, çərşənbə günü demişdi ki, mənim işim və ya əcəlim zöhr vaxtıdır.
    Ayətulluh Hairi axırda belə deyirdi: Bu hadisə möhkəm imanın göstəricisi olmaqla yanaşı, bir neçə qeybi ayələrə də dəlalət edir:
    1. Birincisi budur ki, o, özünün ölümünün zöhr vaxtı baş verəcəyini yəqin şəkildə xəbər vermişdi;
    2. Mükaşifə aləmində Əmirəl-mö᾽minin Əli (ə)-ı müşahidə etmişdi.
    3. Xəbər vermişdi ki, onun içdiyi türbət suyu bu dünyadan götürüdüyü axırıncı ehtiyatdır və belə də oldu.
    Özü də türbəti istəməmişdi və ehtimal da vermirdi ki, ona verilən stəkandakı su türbət suyu olsun. Ona görə də ikrah hissi ilə demişdi ki, bu nədir.
    ÜÇÜNCÜ FƏSİL
    HACI AXUND TÜRBƏTİNİN VƏFATI
    Vəfat etməsi çox maraqlı olan ilahi övliyalardan biri də mərhum hacı axund Türbəti idi. O, məşhur xətib mərhum Hüseynəli Raşidin atasıdır.
    O, «Unudulmuş fəzilətlər» adlı kitabında atasının şərhi-halını və onun vəfat etməsini belə bəyan edir:
    VƏFATDAN BİR HƏFTƏ QABAQ
    Ailə üzvülərimizin ondan müşahidə etdiyi mühüm hadisələrdən biri də bu idi ki, atam 1322-ci şəmsi ilinin mehr ayında şənbə günü (1362-ci hicri qəməri ilinin şəvval ayının 17) gün çıxandan iki saat sonra vəfat etdi. O, həmin zamanlarda sübh namazını üzü qibləyə uzandığı halda (ehtizar halında) qılmışdı. Üzünü qibləyə çevirmiş və son anlarda ayıqlığı çoxalmışdı. Ahəstə bə᾽zi kəlmələr deyirdi. Özü də başa düşmüşdü ki, axırıncı anlarını yaşayır. Ona görə də dediyi axırıncı kəlmə «La ilahə illəllah» sözü idi.
    SALAM OLSUN SƏNƏ, YA RƏSULƏLLAH!
    Keçən həftənin bazar günü sübh namazını qıldıqdan sonra üzü qibləyə uzandı və əbasını üzünə çəkdi. Gözlənilmədən bacadan saçan günəş işığı kimi bir nur onu əhatə etdi. Bədəni başdan ayağadək nuraniləşdi, uzun xəstəlik nəticəsində saralıb solmuş çöhrəsi birdən-birə şəffaf nur verməyə başladı, hətta üzərinə çəkilmiş nazik əbanın altından da belə görünürdü. Sonra dedi: Əssəlamu əleykə ya Rəsuləllah! Siz mənim kimi zəlil bir bəndəni görməyə gəlmisiniz.
    Sonra onun görüşünə bir-bir gələnlərin pişvazına çıxır, o cümlədən Əmirəl-mö᾽minin Əli (ə) və bir-bir imamları qarşılayırdı. Nəhayət on ikinci imama salam verdi və onların gəlişindən minnətdarlığını bildirdi. Sonra həzrət Fatimeyi Zəhra (ə)-a salam verdi, daha sonra həzrət Zeynəbə salam verdi və ağlayaraq dedi: Bibi, mən sizin üçün çox ağlamışam.
    SALAMA OLSUN ANAMA!
    Sonra anasına salam verib dedi: Anacan, səndən çox minnətdaram, sən mənə pak süd vermisən.
    Bu vəziyyət gün çıxandan iki saat sonraya qədər davam etdi. Sonra bədənində zahir olmuş nuranilik yavaş-yavaş aradan getdi və əvvəlki xəstəlik və solğun vəziyyətinə qayıtdı və canını tapşırdı.
    HÜSEYNƏLİ, MƏNƏ ƏZİYYƏT VERMƏ!
    Bu iki gün arasında mən ona dedim: Biz Peyğəmbərlərdən və böyük şəxsiyyətlərdən rəvayət nəql edirik və arzu edirik ki, kaş özümüz bu işləri dərk edib başa düşək. İndi ki, sən mənə yaxın adamsan, belə halət baş verdikdə ürəyim istəyir ki, onun nə olduğunu deyəsən.
    Atam sükut etdi və heç nə demədi. İki-üç dəfə təkrar etdim, yenə də cavab vermədi. Dördüncü və ya beşinci dəfə dedi: Hüseynəli, mənə əziyyət vermə!
    Dedim: Mənim məqsədim bu idi ki, bir şey başa düşüm.
    Dedi: Mən səni başa sala bilmərəm, get özün başa düş.
    Onun bu vəziyyəti mənim, anam, qardaş-bacılarım və bibim üçün hələ də müəammalı şəkildə qalmaqdadır. Hətta bu mətləbləri yazdığım vaxtda belə, 1354-cü ilin tir ayının 24-ü sübh saat 9-30 dəqiqəyə qədər (1395-ci hicri qəməri ilinin rəcəb ayının 5) hələ də bu məsələni başa düşə bilməmişəm. Yalnız bunu deyirəm ki, atamın vəfatından qabaq onda belə bir halət müşahidə olunmuşdu.
    («Unudulmuş fəzilətlər» səh.149.)
    Son
    Category: Məhəbbət iksiri | Views: 1067 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024