İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Kitabın adı: Zərif nöqtələr
    7:54 AM
    Kitabın adı: Zərif nöqtələr
    60. Gənclər və inqilab məsələlərinə qarşı məsuliyyət hissi.
    Gənc nəsil daim inqilab məsələlərinə qarşı məsuliyyət hiss etməli, özünü inqilabın problemlərindən kənara çəkməməlidir. İnqilab bu gün ona hansı vəzifəni diqktə edir? Ondan nə istəyir? Onun inqilabın inkişafında nə rolu ola bilər? Onun vəzifəsi nədir? Gənc zümrə özünü daim meydanda olan geniş kütlədən ayırmamalıdır. Onların tərəqqisinə, savadlanmasına, məlumatlanmasına kömək etməlidir. Universitetin qapısı xalqın üzünə açıq olmalıdır. Tələbə universitet mühitində hasara alınmamaldır. Tələbə öz ailə üzvləri ilə, dostları ilə aydınlaşdırıcı münasibətdə olmalıdır. Özünü ölkənin, cəmiyyətin problemlərində şərik hesab etməlidir(Böyük Rəhbərin dini elm mərkəzləri və universitet tələbələri ilə görüşündəki çıxışından: 1369.9.28.).
    61. İmam Xomeyninin gənclərin könüllərini cəzb etməkdə və böyük İslam inqilabının meydana gəlməsində rolu.
    İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmədi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdur. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi.
    İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adının və yolunun bərəkətindən könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.
    Həmişə belə olmuşdur. İlahi bir məsələ ortaya çıxdıqda tağut toxumaları öz-özünə kənarlaşır. Önəmli olan budur ki, o ilahi əzm, o ilahi təşəbbüs meydana girsin. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: "Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” ("Maidə,23”). Kənara çəkilsəniz heç bir nəticəsi olmayacaq. Ən böyük insanlar, ən böyük müqəddəslər, zəkalar meydana atılmayıb kənara çəkilsələr, bütün dalğalar onların başının üstündən ötüb keçəcək və onlar, geri qalacaqlar. Amma elə ki, həmin iman, əzm, həmin bilik, nur dolu saf ürək meydana atıldı, artıq sehr batil olacaqdır.
    Hər bir sehr möcüzənin gəlişi ilə batil olur. Musanın əsası meydan atıldısa, sizin meydana atdıqlarınız cadu və aldadıcıdır, həqiqət deyil. Həqiqət, Musanın əsasıdır. O daxil oldusa, bütün sehrlər bir göz qırpımında aradan gedirlər.
    İmam bu işi gördü. Ona görə də ürəklər ona doğru cəzb oldu. Bəziləri təəccüblənirlər. bu hadisəni təhlil edə bilmirlər. Necə oldu ki, yanlış, qeyri-sağlam, bütün mədəni amillərin gəncləri fəsada sövq etdiyi bir sistemdə, birdən-birə gənclər meydana atıldılar və bu böyük inqilab baş verdi? Səbəb bu idi. Bu sosioloji, psixoloji baxımdan da tam aydın təhlil oluna bilər. İmam bu meydana elə bir miniklə atıldı ki, o miniyə minən hər kəs sağlam yatmışları oyada bilər.(Böyük Rəhbərin "Səfərbər” ("Bəsic”) şagird və tələbələrlə görüşündəki çıxışından: 1378.6.13.)
    62. İslam Respublikasının ən böyük fəthi budur ki:
    61 ya 62-ci ildə Bostan qəsəbəsi fəth olunduqda İmamın xalqa müraciəti oldu. İmam orada "Fəth əl-fütuh” (fəthlər fəthi) ifadəsini işlətmişdi. Bəziləri bunun Bostan döyüşünə aid olduğunu düşünürdülər. Amma İmam onu demirdi. İmamın fəthdə məqsədi bu ayıq, agah insanları yetişdirmək idi. Həqiqətən də İslam Respublikasının fəthi gəncləri ruhi yüksəlişin, əzəmətin bu mərhələsinə yetirmək idi. Onlarda özünəgüvənc hissi yaratmaq, bütöv bir dünyanın geniş miqyaslı hücumuna sinə gərib ölkəsini, varlığını, İslamı müdafiə əzmi yaratmağı idi. Bunun ən bariz nümunəsi zorakı müharibə idi və bu günədək davam edir. İndi də biz dünyanın hücumu, təcavüzü qarşısında dayanmışıq.(Böyük Rəhbərin "Gənclər həftəsi” münasibəti ilə gənclərlə görüşündəki çıxışından: 1377.2.7)
    63. Ölkənin gənc nəslini tərbiyə etmək ən çətin işlərin ön xəttində olmaqdır.
    İnsan tərbiyə etmək olduqca çox önəmlidir. Xüsusilə savadlı insan tərbiyə etmək daha çox əhəmiyyətə malikdir. Bizim indi məktəblərdə milyonlarla gənclərimiz, yeniyetmələrimiz təhsil alırlar. Onlar inqilabın uşaqlarıdırlar. Yaxın gələcəkdə qırx il yox, on il, onbeş il sonra şübhəsiz ölkə onların əlində olacaq. Onların biri sıravi işçi, biri müdir, biri deputat, biri nazir olacaq. Bu, belədir. Onların öz zamanlarında vəzifələri ölkəni inqilabın, İslamın məqsədlərinə doğru, daha yüksək mərhələyə, daha yaxşı vəziyyətə doğru inkişaf etdirməkdir. Çünki dayanmaqdan, donuqluqdan söhbət gedə bilməz. Onlar gəlib bizdən daha yaxşı, daha öndə hərəkət etməlidirlər.
    Bəli, onlar bugünkü, rəsmilərdən daha yaxşı olmalıdırlar. Onlar irəli getməlidirlər. Bir halda ki, onlar nə inqilabı görmüşlər, nə də inqilab dövründəki vəziyyətlə inqilabdan öncəki vəziyyəti müqayisə etmək gücünə malikdirlər. O dövrün azğınlığını, şəhvət düşkünlüyünü, təşəbbüssüzlüyü, asılılığı və s. görməmişlər. Bu uşaqlar bunları görməyiblər. İmamı görməyiblər. Müharibəni, Tehranın bombardman olmasını görməyiblər. Belə bir halda tərbiyə olunmaq, böyük inqilab karvanını bizim çatdırdığımız yerdə bizdən alıb bir addım da irəliyə aparmaq istəyirlər. Görün nə çətin işdir. Bu işi görməlidirlər? Bu işi sizin tərbiyə etdikləriniz görməlidirlər. Onlar bunu bacararlar, yoxsa yox?
    Yəni siz öz işinizə bu gözlə baxın. Bü gun kimin təlim-tərbiyə işlərində rolu varsa, dünənin, inqilabdan öncənin mübarizələrinin keçirdiyi hissi keçirməlidir. Yəni özünü çətinliklərin ön xəttində hiss etməlidir. Bu şəkildə, bu ruhiyyə ilə işləməlidir. Elə bir iş gördüyünü hiss etməlidir ki, əgər görməsə, soyqırım olacaq. Nə üçün? Çünki bunlar uşaqları tərbiyə etməlidirlər(Böyük Rəhbərin ikinci günlər ümumi görüşləri zamanı söylədiyi çıxışından: 1377.1.31.).
    64. Sionistlər ilk növbədə gəncləri inqilabdan ayırmaq üçün plan hazırlayırlar.
    Dünya görmüş zirək sionizm siyasətçiləri bu inqilabın böyük olduğunu başa düşdülər. Onunla mübarizə aparmağı qərara aldılar. Onlar bu məqsədlə plan hazırladılar. Onlar əslində bu böyük tarixi hərəkatdan vahimələnirlər. Buna görə də uzun müddətli proqramlar hazırlayırlar. Çalışırlar xalqı, ilk növbədə gəncləri, sabahın xalqı olacaq bu günün gənclərini inqilabdan ayırsınlar(Böyük Rəhbərin Səfərbər ("Bəsic”) şagird və tələbələrlə görüşündəki çıxışından: 1378.6.12.).
    65. Gənclər, xüsusilə tələbə gənclər siyasi düşüncəyə malik olmalıdırlar.
    Xalqın əli ilə böyük işlər görmək istəyən, sistemi xalqın çiynində, xalqın sonsuz qüdrəti ilə mənzil başına yetirmək istəyən, xalqı sistemin hər şeyi hesab edən hökumətin vətəndaşları, gəncləri, xüsusilə tələbə gəncləri qeyri-siyasi ola bilərlərmi? Alimlərin ən aliminin, biliklilərin ən biliklisinin belə siyasi zəkası, siyasi düşüncəsi olmasa, düşmən onu bir nabatla o tərəfə apara, özünə cəzb edə bilər, öz mənafeyi naminə istifadə edə bilər. Bizim gənclərimiz bu incə məqamları dərk etməlidirlər.(Böyük Rəhbərin Səfərbər ("Bəsic”) şagird və tələbələrlə görüşündəki çıxışından: 1378.6.13.)
    66. Bu gün bizim gəncimiz hər hansı məqsədə doğru hərəkət etdiyini bilməlidir.
    Avropa dünyasının, bu günün hökmranı, əsasən Qərb və onun mütilərinin ən önəmli çatışmazlığı bir fikir çatışmazlığı, bələdçi bir düşüncə, bu günlərdə geniş yayılmış dillə desək, düzgün təfəkkürə söykənən, gerçəkliyi düzgün başa düsən, ideologiya çatışmazlığıdır. Onların ən mühüm çatışmazlığı bu fikir sisteminin olmamasıdır. Buna görə də yanlış ideologiyalar qondarıb (zorla xalqa) sırıyırlar. Bu inqilabdan qorxmalarının ümdə səbəbi də budur. Onlar bilirlər ki, bu inqilab düzgün dünyagörüşünə, yaradılışı samballı dəlillərlə dərk edən düzgün təfəkkür sisteminə söykənir.
    Buna görə də hamı bilir ki, dünyanın harasında, yolun harasında (hansı cərgədə) yer alıb və hansı məqsədə doğru hərəkət edir. Yaşam məqsədyönlü, mübarizə də məqsədyönlü olur. İslam təfəkküründə insan həyatının məqsədi kamillik dərəcəsinə yüksəlməkdir. Bu mənəvi kamillikdir, amma mütləq, maddi zinətlərə də özündə yer verir. Necə deyərlər, dünyadan keçən axirətdir. Məqsəd ədalətin hakim olduğu cəmiyyət, sağlam cəmiyyət, inkişaf etmiş, mənəvi ölkə, eyni halda yüksək maddi gücə malik, mənəviliyə meylli, insani əxlaqın, həqiqi insaniyyətin hiss olunduğu cəmiyyət, ölkə qurmaqdır.
    Görün necə yüksək və gözəl məqsəddir. Qərblilərdə bu yoxdur. Onların bir – birinin üzərinə qaladıqları sivilizasiyalar, mövcud müsabiqələr hamısı fərdin birinciliyinin, fərdi mənfəətpərəstliyin üzərində qurulmuşdur. Buna görə də bu müsabiqədə bir yerdə inkişaf əldə edirlər, digər yerlərdə isə sarsıntılarla üzləşirlər. Bu əxlaqi sarsıntılar, bu fikri çatışmazlıqlar, gənclərin əsəb gərginlikləri, bu iztirab və məqsədsizlik həmin mənfəətpərəstlikdən, özünəpərəstişdən, şəxsiyyətpərəstlikdən törəyir.
    İslam sistemində belə deyil. İslam fəlsəfi təfəkkürü, İslam prinsiplərini düzgün başa düşmək insana hər an yolun harasında olduğunu, hansı məqsədə doğru hərəkət etdiyini hiss etdirir. Hadisələri təhlil etmək gücü tapır. Hər bir şəraitdə öz vəzifəsini müəyyənləşdirir. Bu gün bizim gəncimiz belə olmalıdır.(Böyük Rəhbərin Səfərbər ("Bəsic”) şagird və tələbələrlə görüşündəki çıxışından: 1378.6.13.)
    67. Gənclərin ictimai-siyasi məsələlərdəki səliqə, zövq fərqliliyindən qorxmaq lazım deyil. Bir şərtlə ki, …
    Səliqə, zövq fərqliliyindən çox da qorxmaq lazım deyil. Səliqə fərqi pis şey deyil. Bunun eybi də yoxdur. Misal üçün, iki siyasi səliqə var. Bir gənc bu səliqəni qəbul edir, digəri başqa səliqəni. Burada acınacaqlı hal düşünmədən, araşdırmadan hərəkət etmək, tələsik qərara gəlmək, özündən çıxmaq, araşdırmadan iş görməkdir. Mən, əziz gənclərə bu vəziyyətdən uzaq olmağı tövsiyə edirəm. Gəncliyin zəruri şərti tələsik qərara gəlmək deyil.
    Əlbəttə, gəncliyin mənası hərəkət etməkdə, işə başlamaqda qorxusuzluq deməkdir. Gəncliyin mənası budur ki, insan həyata keçəcək işin dolaşıqlığına düşməsin. Amma, özündən çıxmaq, taktikasız addım almaq, ölçülüb-biçilməmiş addım atmaq demək deyil. Gənc (həm ölçülüb-biçilməmiş) həm də ölçülüb-biçilmiş iş görə bilər. Yəni düşünərək iş görə bilər. Əgər bu xüsusiyyət – düşünmək, araşdırmaq, haqq-həqiqət sorağında olmaq xüsusiyyəti mövcud olarsa, – bütün bunlar tam olaraq gəncdə ola bilən xüsusiyyətlərdir, bəzisi isə misal üçün, haqq sorağında olmaq prinsipcə gənclərin xüsusiyyətlərindəndir – səliqə fərqinin heç bir mənası yoxdur və azğınlığa səbəb olmayacaqdır. Ən azı ümdə problem törətməyəcəkdir.
    Başqasını inkar – insanın ictimai məsələlərdə müəyyən mövqe tutub bundan qeyrisi ola bilməz deməsi – düzgün deyil. Bu, yaxşı hal deyil. Əlbəttə, bəzi etiqadi prinsiplərdə belə də olmalıdır. Yəni düşünərək, araşdıraraq sabit bir nöqtədə dayanıb qətiyyətlə: "Belədir, qeyrisi ola bilməz” demək lazımdır. Burada "belədir, qeyrisi ola bilməz” demək pis deyil. Əksinə, yaxşıdır. Lakin ictimai məsələlərdə, siyasi məsələlərdə, müxtəlif ictima münasibətlərdə "belədir, qeyrisi ola bilməz” demək doğru deyil. Fikrimcə, insan tərəf müqabilinin fikirlərinə qarşı dözümlülük göstərməlidir. Öz düşüncəsini gerçəkləşdirməkdə meyar və ölçü alaraq ölçüb-biçməyi əsas götürməlidir. Əgər belə olarsa, fikrimcə, heç bir problem qarşıya çıxmaz(Böyük Rəhbərin "Gənclər həftəsi” münasibəti ilə gənclərlə görüşündəki çıxışından: 1377.2.7.).
    68. Ürəyim istəyir ki, gənclərimiz dünyanın ən kiçik siyasi hadisələri haqqında düşünsünlər, onları təhlil etsinlər.
    Bizim sözlərimizlə Amerikalıların sözləri arasında yerdən göyədək fərq var. Biz deyirik ki, bunların rəsmini belə görmək istəmirik. Bunlarla sonuna qədər əlaqə yaratmaq istəmirik. Onlar isə deyirlər ki, əgər bizimlə əlaqə qurmaq istəyirsinizsə, bu işi görməlisiniz, o işi görməlisiniz. Bu iki söz arasında nə əlaqə var?
    Sanki bunlarla əlaqə yaratmaq üçün onlarla vasitə salmış bir ölkə haqqında söhbət edirlər. Hələ bir şərt də qoyurlar? Nə şərt?! Biz şərt qoyuruq. Arxasında, tarixi keçmişində bu qədər faciələr olan ölkə ilə əlaqə qurmaq üçün şərt qoyuruq. Bizim şərtimiz o ölkənin tövbə etməsidir. Bizim şərtimiz dünya üçün faciələr törətməyə son qoymaqdır. Siz gəlib bizim qarşımıza şərt qoyursunuz? Əlaqə yaradılmasını şərtli, müzakirələri isə şərtsiz edirlər. Dəqiqtli olun! Mənim ürəyim istəyir ki, bu gənclərimiz, – istər oğlan, istər qız – hətta məktəb şagirdləri dünyanın ən kiçik siyasi hadisələri üzərində düşünsünlər, təhlil etsinlər(Böyük Rəhbərin hegomonluğa qarşı milli mübarizə münasibəti ilə şagird və tələbələrlə görüşündəki nitqindən, 1372.8.12.).
    69. Hazırki dövrdə gənclərin vəzifəsi həmişəkindən daha ağırdır.
    Diqqətli olmaq lazımdır ki, hazırki dövrdə bu vəzifə həmişəkindən daha ağırdır. Niyə? Çünki hazırda cəmiyyətdə gənc nəsil xüsusi rol oynayır. Çünki gənc əhali artmışdır. Çünki gənc nəslin ölkənin siyasi, ictimai, mədəni həyatındakı təsir gücü böyükdür. Burada məsələ gəncin özü ilə bağlı vəzifəsi olub – olmaması deyil. Yox, məsələ burasındadır ki, geniş gənc əhali, onların meydanda olmaları, xüsusilə ölkəmizin sədaqətli gənclərindəki ayıqlıq dünyanın çox az yerində var və onların vəzifələrini ağır və önəmli edir.(Böyük Rəhbərin İsfahan gəncləri ilə görüşündəki çıxışından: 1380.8.12.)
    70. Gənc nəsil belə bir meydanda vəzifə və məsuliyyət daşıyır.
    Biz bu gün həssas şəraitdəyik. (Belə olan halda) gənc məsələlərə laqeyd qala bilərmi? Düşmənin bizə hücumu təbii məsələdir. Xüsusi cihazların olması və düşmənin planlarının dərinliklərindən bizə xəbər gətirməsi lazım deyil. Əlbəttə, bizə xüsusi xəbərlər gəlir. Belə deyil ki, heç nədən xəbərimiz yoxdur. Lakin bu xəbərlər, məlumatlar sızdırılmasa belə düşmənin əleyhimizə plan hazırlaması, fitnə salmaq istəməsi aydın, təbii və tam məntiqlidir. Bəziləri fitnə təxəyyülü məsələsini ortaya atırlar. Universitetlərdə, ölkənin ziyalı mühitində bir insan xəcalət çəkmədən: "Fitnə təxəyyüldür,” – deyir. "Düşmən bizim əleyhimizə fitnə törətmir”, – deyir. Necə deyərlər, anam səhv edir, pişiyin də xortdan olduğunu təsəvvür edir. Bu nəciblikdə amerikalılar və fitnə?!(Böyük Rəhbərin İsfahan gəncləri ilə görüşündəki çıxışından: 1380.8.12.)
    71. Gəncin bütün cidd-cəhdi sistemi qorumaq olmasıdır.
    Gənc öz sayıqlığı, hövsələsi, cidd-cəhdi ilə iş və təhsil mühitində, gələcəkdə tutacağı vəzifələrdə bütün qüvvəsi ilə sistemi mühafizə etməyə, qorumağa çalışmalıdır. Sistemin qüsurlarını, nöqsanlarını aradan aparmaq bir məsələ, onu devirmək istəyənlərlə mübarizə isə digər məsələdir. İnsan bir universitet mühitində bir nəfər "ziyalı”nın: "Kişi odur ki, ölkədə qalıb bu sistemlə mübarizə aparsın və onun kökünü qurutsun”, - dediyini eşitdikdə dərin hüznə qərq olur. Bu İslami, ilahi demokratik (xalqa dayanan) sistemlə mübarizə aparan kişidirmi?!
    Yolunda bu qədər insan, xalq səyi olan, bu qədər gəncləri fədakarlıq edən, yolunda bu qədər şəhid qanı axan, bu ölkəyə ürəyi yananların, onu möhkəmlətmək uğrunda o qədər çətinliyə, problemlərə qatlaşdığı, böyük bir millətin bütün varlığı ilə ayaqda saxladığı, dünyada İslamın izzəti, İranın şərəfi, ucalığı olan sistemə qarşı mübarizə?! Belə bir sistemin kökünü qazımaq üçün çalışmaq kişilikdir?! Bu nə böyük namərdlikdir. Əlbət ki, bu tam dar düşüncəyə söykənən təsəvvürlər yalnız xəstə, qərəzli ürəklərdən sadir olur. Bu sistem çox güclüdür. Ən dərin köklərdəndir və Allaha şükürlər olsun ki, böyük düşmənçiliklər də onu sarsıda, yerindən dəbərdə bilmişdir.(Böyük Rəhbərin İsfahan gəncləri ilə görüşündəki çıxışından: 1380.8.12.)
    72. Gənc nəslin ölkənin tarixi məsələlərinə, inqilabın necə formalaşdığına diqqətinin zərurəti.
    Bugünkü nəsil, xüsusilə gənc nəsil öz ölkəsinin tarixindən xəbərdar olmalıdır. Məşrutə zamanından bu yana daha önəmlidir. Siz hansı ixtisasda təhsil almağınıza baxmayaraq, fərqlənənlər olduğunuz üçün – inşallah bundan sonra da fərqlənənlərdən olacaqsınız – bilməlisiniz ki, ölkəniz hansı şəraitdə olmuşdur və hansı şəraitdədir. Siz, xüsusilə keçmiş rejimin tarixini bilməlisiniz. Bugünkü nəsil İslam inqilabının bu ölkəni rejimin cəngindən necə qutardığını bilmir. Biz, bütün varlığımızla rejimi hiss etmişik deyə bunları yaxşı bilirik. Bunlar inikas olunmalı, deyilməlidir.
    Sizin dünya məsələləri haqqında məlumatınız artmalıdır. Hesab edirəm ki, bu və ya digər tələbə bu ölkənin, bu inqilabın qaniçən qurdların əlindən necə alındığını, iyirmi üç il ərzində hansı zəhmətlərə qatlaşılaraq buraya gəlib çıxdığını, ona qarşı (bu gün də pusquda duran) düşmənçilikləri tam bilsə, bu sistemdə nə etməli olduğunu bilər. Öz vəzifəsini hiss edər, müəyyən edər. İranlı gənc həm ayıq-sayıqdır, həm də siyasi görüşə malikdir. Buna görə də qaranlıq bir şey qalmır.
    Deməli, mənim tövsiyə etdiyim çıxış yolu kitab oxumaq, geniş mütaliə etmək, tələbə ictimaiyyətini yanlış bəhslərə yox, düzgün, həqiqi bəhslərə yönəltməkdir. Əlbəttə, ürəyi nuraniləşdirmək, özünütərbiyə və bu kimi məsələlər geniş mövzudur ki, lazımi yerdə təkid olunmalıdır(Böyük Rəhbərin "Əmir Kəbir” sənaye universitetinin tələbələri ilə görüşündəki çıxışından: 1379.12.9.).
    73. Gənc, ədalətin, qanuni azadlığın və İslam ideyalarının gerçəkləşəcəyi islahat tələb edir.
    Gənc təbii olaraq islahat tələb edir. Əlbəttə, mənim bu gün geniş yayılmış islahatçı və mühafizəkar ifadələri ilə işim yoxdur. Mənim məqsədim islahatçılıq adlanan siyasi jest deyil. Bəziləri islahatçılıqdan dəm vururlar, amma nə istədiklərini, nəyin ardınca getdiklərini əsla bilmirlər. Bəziləri islahatçılıqdan dəm vururlar, bir halda ki, nəzərdə tutduqları əslində islahatçılıq yox, bir növ irtica, geriyə dönüşdür. Görürsünüz ki, bəziləri gözəl, cəzzab islahat adı altında dinin insan həyatında yalnız təşrifat məqsədi daşıdığı dövrə qayıtmaq istəyirlər. Bu artıq islahatçılıq deyil. Bu, islahatçılığın alternatividir. İslahatçılıq geriliklə, geriyə dönüşlə yox, təkamül və tərəqqi ilə müşayiət olunmalıdır.
    Əlbəttə, bəziləri də islahatçı ifadəsindən istifadə edirlər, amma məqsədləri amerikasayağı islahatdır.
    Mən bir-iki il öncə cümə namazında açıqladım ki, islahat - inqilabı və amerikasayağı olmaqla iki növdür. Amerikasayağı islahat budur ki, Məhəmməd Rza Pəhləvi kimi dağıdıcı bir virus yenidən İrana qayıtsın və işləri öz əlinə keçirsin. Sonra da onu gümüş podnosda amerikalı ərbablarına təqdim etsin. Amerika və İngiltərə mətbuatının, siyasətçilərinin İranda islahatdan dəm vurduğunu görürsünüz. Onların məqsədi belə bir şeydir. Yəni iş başında onlara müti, mürid olan dağıdıcı virus əyləşsin. Ölkədə iş başına belə bir şəxs keçsin və hər şeyi onların ixtiyarına versin.
    Əlbəttə, bəziləri də səmimi, doğru islahatçıdırlar. Buna şübhə yoxdur. Həqiqətən, çatışmazlıqları, əyintiləri, düyünləri, təmayülləri görüb ağrınırlar. Bunları islah etmək istəyirlər. Bu öz yerində xoşagələn haldır. Gənc bu növ islahatçıdır. Yəni təbii olaraq, ədalət, şəri ədalət, İslam ideyalarının gerçəkləşməsi tərəfdarıdır. Həqiqətlər, İslam ideyaları onu həyəcana gətirir, onda cazibə yaradır.
    Yaddaşına həkk olunmuş İmam Əli (ə) simasının təsviri onu həyəcana gətirir. Mövcud qüsurları onunla müqayisə edir, uyğunlaşdırır və islahat tələb edir. Bu çox gözəl cəhətdir.(Böyük Rəhbərin İsfahan gəncləri ilə görüşündəki çıxışından: 1380.8.12.)
    74. Gənclər bütün sahələrdə yer almalıdırlar; amma intizamla.
    Əziz gənclər! Siz İnqilab və İslamın ümidlərisiniz. Sizin davranışınız ölkəni tərəqqi, inkişaf yolunda sürətlə önə çəkə bilər. Ölkənin gənci ayıqcasına, tədbirlə, hövsələ ilə, şəraiti nəzərə alaraq danışarsa, qərara gələrsə, əməl edərsə ölkə gülüstana dönər. Yersiz təşvişlər, həyəcanlar ortaya atılarsa, düşmən dərhal istifadə edəcəkdir.
    Mən dəfələrlə demişəm, yenə də təkrar edirəm: Mənim fikrimcə, ölkənin gəncləri bütün meydanlarda hazır olmalıdır. Amma intizamı da gözləməlidir. Şahidi olduğumuz hadisələr, kimlərinsə universitetə hücum etməsi, intizamsızlıqdandır. Hansı adla həyata keçirilməsindən asılı olmayaraq, yanlış və məhkumdur. Əgər dini müdafiə adı ilə də həyata keçsə, yanlışdır. Mən, dəfələrlə müxaliflərin içində qətiyyən sərt rəftar etməyin deməmişəmmi? Çünki bu düşməni sevindirir. Biz bunları dəfələrlə demişik. Nə üçün qulaq asmadılar? Nə üçün qulaq asmırlar? Hətta əgər sizin qanınızı cuşa gətirəcək bir şey etsələr, misal üçün, fərz edin Rəhbərə hörmətsizlik etsələr belə, yenə səbir etməlisiniz, susmalısınız. Əgər mənim şəklimi də yandırsalar və ya cırsalar, susmalısınız. Öz gücünüzü ölkənin ehtiyacı olacaq gün üçün, gənc və möminlərin düşmən qarışısında duruş gətirməli olacağı gün üçün qoruyun. Fərz edin, əgər bir gənc və ya bir aldanmış tələbə bir söz deyib, bir iş görüb, nə eybi var? Mən ona güzəşt edirəm(Böyük Rəhbərin bir qrup tələbə və müxtəlif zümrələrə mənsub xalqla görüşündəki çıxışından: 1378.4.21..).
    75. Qərb mədəniyyəti ilə bağlı bir mühüm məqam var və ürəyim istəyir ki, siz gənclər ona diqqət yetirəsiniz.
    Qərbi rədd etmək əsla onun texnologiyasını, elmini, inkişafını, təcrübələrini rədd etmək demək deyil. Heç bir ağıllı adam belə bir iş görməz. Qərbi rədd etməyin mənası onun hökmranlığını rədd etməkdir. Burada məqsəd həm siyasi, həm iqtisadi, həm də mədəni hökmranlıqdır. Mən bu az fürsətdən istifadə edib, Qərb mədəniyyətinin hökmranlığı haqqında bir neçə söz demək istəyirəm. Ümid edirəm ki, inşallah sizin üçün faydalı olacaqdır.
    Qərb mədəniyyəti gözəlliklər və çirkinliklər toplusudur. Heç kim deyə bilməz ki, Qərb mədəniyyəti birbaşa, büsbütün çirkindir. Yox, Qərb mədəniyyətinin də digər mədəniyyətlər kimi gözəllikləri var. Heç kim heç bir mədəniyyətə qarşı belə davranmır. Yəni heç kim demir ki, qapımızı bu və ya digər mədəniyyətin üzünə tam bağlayaq. Yox, bu, belə deyil. Qərb mədəniyyəti də Şərq mədəniyyəti kimi, dünyanın digər mədəniyyətləri kimi yaxşılıqlar və pisliklər toplusu olan bir mədəniyyətdir. Ağıllı millət, ağıllı toplum onun yaxşılıqlarını götürür, öz mədəniyyətinə əlavə edir. Öz mədəniyyətini zənginləşdirir. Pislikləri isə rədd edir. Öncə də dediyim kimi bu məsələdə Avropa, Qərb, Amerika, Latın Amerikası, Afrika və Yapon mədəniyyəti arasında fərq yoxdur. Heç bir fərq yoxdur. Dediyim məsələdə hamı birdir. Biz hansı mədəniyyətlə üzləşsək, təbii olaraq, bacardığımız qədər onun müsbət tərəflərini əxz etməliyik. Bizə uyğun olmayanlarını, - pis və zərərli olanlarını – bizim fikrimizdəki yaxşılıqlarla ziddiyyət təşkil edənlərini isə rəd etməliyik. Bu ümumi qaydadır. Lakin Qərb mədəniyyəti ilə bağlı mühüm bir məqam var və ürəyim istəyir ki, siz gənclər bu məqama diqqət yetirəsiniz. Qərb mədəniyyətinin – yəni, avropalıların mədəniyyətinin elə bir eybi var ki, mənim bildiyim qədərincə bu eyb başqa heç bir mədəniyyətdə yoxdur. Onun eybi "işğalçılığ”ında, hökmranlığa can atmasındadır. Bunun mütləq, coğrafi, tarixi səbəbləri var.
    Onlar dünyada elmi üstünlük əldə etdikdən sonra öz siyasi, iqtisadi hökmranlıqları ilə yanaşı – hansı ki, on doqquzuncu əsrdə birbaşa müstəmləkəçiliklə nəticələndi – öz mədəniyyətlərini də zorla sırımağa çalışdılar. Xalqların mədəniyyəti ilə mübarizəyə qalxdılar. Bu, pisdir. Bir millət mənim mədəniyyətim bu ölkədə hakim olmalıdır deyirsə, bu, qəbulolunası deyil. Hətta yaxşı olsa belə mədəniyyətin zorla ötürüldüyü xalq bunu bəyənmir.
    Yəqin ki, siz öz iştahınızla, öz meylinizlə qatıq-çörək yeməyə, qarşınıza kabab qoyub zorla bunu yeməlisən deyilməsindən üstünlük verərsiniz. Bir iş zorla həyata keçirildikdə, güc tətbiq edildikdə, təkəbbürlülüklə boyuna qoyulduqda kim olsa, ona qarşı çıxır. Belə də olmalıdır. Misal üçün qalstuk Qərbə aiddir. Qərblilər bunu istəyirlər, xoşları gəlir, ənənələrinə uyğundur. Amma siz, digər ölkənin vətəndaşı olmanıza baxmayaraq, kostyum geyinib qalstuk taxmamısınızsa, ədəbsiz sayılırsınızmı? Nə üçün? Bu, sizin mədəniyyətinizdir. Mənim təqsirim nədir? Əgər kostyum geyinibsinizsə, qalstuk vurmalısınız. Əks təqdirdə fılan rəsmi məclisə buraxılmayacaqsınız. Ədəbsiz, səliqəsiz, nəzakətsiz adam təsiri bağışlayacaqsınız. Bu, Qərb mədəniyyətinin zorla sırınmasıdır. Qərbli qadının öz həyat tərzi var. Onların qadın məsələsi, qadının yaşayış tərzi, qadının geyimi, kişilərlə münasibəti, cəmiyyət içinə çıxması ilə bağlı – pis və ya yaxşı, ondan söhbət getmir – öz mədəniyyətləri var. Amma bu mədənəyyəti bütün dünya xalqlarına zorla tətbiq etmək istəyirlər. Qərb mədəniyyətini bu cəhəti pisdir.(Böyük Rəhbərin gənclərlə görüşündəki çıxışından: 1377.11.13..)
    76. İran xalqının Qərb mədəniyyəti ilə barışmazlıqlarının səbəbi.
    Çalışırlar ki, Qərb mədəniyyətini əsassız ölkə və rejimlərin dövlət başçıları vasitəsi ilə xalqlara inyeksiya etsinlər. Əsassız Pəhləvi xanədanı və rejimi bu qəbildəndir (Allah onlardan İran xalqının başına gətirdiklərinə görə keçməsin). Onlar müxtəlif üsullarla Qərb mədəniyyətini (ölkəmizə) hakim etməyə çalışırlar. Buna görə İran xalqını, milli mədəniyyəti, milli inancları təhqir etdilər.
    Tarixə nəzər salın, Pəhləvi hakimiyyəti dövründə, bir az ondan qabaq, Qacar hakimiyyətinin sonlarında, qərblilərin hücumu başlamışdı və Pəhləvi dönəmində klüminasiya həddinə yüksəldi. O dövrün yetişdirmələri İran xalqının özünü idarə etməyə belə qabiliyyəti olduğuna, bir iş görə biləcəyinə, bilik sahəsində yenilik edə biləcəyinə inanmırdılar. Buna səbəb nədir? Buna səbəb millətlərin mədəniyyətinin zorla tətbiqidir. Milli kimlik mədəniyyətlə formalaşır. Hər bir millətin kimliyi onun mədəniyyətidir. Bunu yaralamaq, zədələmək olmaz. İran millətinin Qərb mədəniyyəti ilə barışmazlığına səbəb budur(Böyük Rəhbərin gənclərlə görüşündəki çıxışından: 1377.11.13.).
    77. Gənclərin ailə qurmasının ən ümdə maneələri mədəni maneələrdir.
    İş məsələsi evlilik məsələsi ilə də əlaqəlidir. Evliliyin maneələrindən biri işsizlik problemidir. Lakin evlilik haqqında deməliyəm ki, əzizlərim evliliyin mədəni maneələrini əhəmiyyətsiz saymayın. Evlilik gənclərə lazımdır. Gənclərdə onu istəyirlər. Amma maneələr var. Bütün maneələr iqtisadi maneələr deyil. İqtisadi maneələr problemin yalnız bir hissəsidir. Başlıca problem mədəni problemlərdir Ənənələr, öyünmələr, təmtəraq, rəqabət aparmaq, cah-cəlal - bax, görülməli işi görülməyə qoymayan bunlardır. Siz özünüz və ailələriniz bu düyünləri açmalısınız. Mən, hər il keçirilən tələbə toylarından çox razıyam və bu məni sevindirir. Əgər toyu sadə, dəbdəbəsiz, təşrifatsız etmək adətə çevrilsə, fikrimcə, bir çox problemlər həll olacaqdır. İslamda evliliyin sadə yolla başa gəlməsi tövsiyə olunur. İnqilabın əvvəllərində də belə idi. Amma təəssüflər olsun ki, bu təmtəraq, dəbdəbə bir az işi korlayıb(Böyük Rəhbərin "Əmir Kəbir” instutunun müəllim və tələbələri ilə görüşündəki çıxışından: 1379.12.9..).
    78. Gəncin qəlbinə, zehninə elə bir şey ötürməməliyik ki, onu günaha doğru sürükləsin.
    Biz, gəncin könlünə, zehninə elə bir şey ötürməməliyik ki, onu günaha, yanlışlığa sürükləsin. Bu, onun fikrini seçim üçün azad qoymaqdan fərqlidir. Siz bilirsiniz ki, sentimental məsələlər kimsəyə seçim imkanı vermir. İnsanı seçim gücü olmadan müəyyən istiqamətə sürükləyir. Bir çox kinofilmlərdə görürük ki, bir şeyi göstərmək üçün intim cazibələrdən istifadə edirlər. Musiqidə də başqa yolla həyata keçirilir. Digər incəsənət növlərində də başqa cür. Elə şərait yaradılmalıdır ki, incəsənət xadimi öz əsərini azad, öncə qeyd etdiyimiz məcburiyyət olmadan – müştəri yığmaq məcburiyyəti olmadan ortaya qoya bilsin və beləcə düzgün və kamil incəsənət ortaya çıxsın(Böyük Rəhbərin mədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.).
    79. Novatorluq, bəzənmək, geyim və gənclərin ona münasibəti.
    Gözəlliyə, gözəlləşdirməyə, estetizmə meyllilik fitri bir məsələdir. Əlbəttə, güman ki, bu, novatorluqla bir az fərqlidir. Novatorluq daha ümumi, geniş anlayışdır. Bəzənmək, geyim və bu kimi şeylər isə xüsusi kateqoriyalardır. İnsanın, xüsusilə gəncin gözəllikdən, gözəlləşdirmədən xoşu gəlir. Ürəyi istəyir ki, özü də gözəl olsun. Bunun eybi yoxdur. Təbii və qaçılmazdır. İslamda da qadağan olunmamışdır. Qadağan olunan fitnə-fəsaddır.
    Bu gözəllik, gözəlləşdirmək cəmiyyətdə çöküşə, fitnə-fəsada səbəb olmamalıdır. Əxlaqi pozğunluqlar törətməməlidir. Bu, necə olmalıdır? Yolları bəllidir.
    Əgər qadın-kişi münasibətlərində sərhədsizlik mövcud olsa, bu, cəmiyyətdə fəsada gətirib çıxaracaqdır.
    Əgər gözəlliyə, geyimə, saç düzümünə, görünüşə və s. fikir vermək həyatın başlıca məşğuliyyətinə çevrilərsə, azğınlıq, tənəzzül olar. Bu, tağut dövrünün zadəgan, kübar qadınlarının bəzək masası arxasında oturmasını xatırladır. Sizcə, neçə saat otururdular? Düz altı saat! Bu, həqiqətdir. Bizim dəqiq məlumatımız var idi ki, düz altı saat bəzənməyə sərf edirdilər. Bir insan bəzənmək üçün bu qədər vaxt sərf edir. Misal üçün, bir toy mərasiminə dəvət olunub, ona görə də saç düzümünü filan modeldə bəzətmək istəyir. Əgər iş bu yerə çəkərsə, tənəzzül və azğınlıqdır. Amma özü-özlüyündə özünü göstərmək, naz satmaq olmadan görkəmə, geyimə, saç düzümünə fikir verməyin eybi yoxdur.
    İslamda özünü göstərmək, yəni qadınların kişilər qarşısında özünü göstərməsi, naz satması, onları cəlb etməsi qadağandır. Bu, bir növ fitnədir və xeyli sayda qüsurları var. Bunun eybi yalnız hər hansısa gənc qız və ya oğlanın günaha düşməsi deyil. Bu, ilkidir. Bəlkə də demək olar ki, ən kiçiyidir. Bunun ardı ailələrə gedib çıxır. Bu növ qeydsiz-şərtsiz ünsiyyət ailə təməllərini sarsıdır. Çünki ailə eşqlə yaşayır. Ümumiyyətlə ailənin əsası eşq üzərində qurulub. Əgər bu eşq – gözəlliyə eşq, qarşı cinsə eşq – başqa yerdə təmin olunarsa, artıq ailənin söykənəcəyi möhkəm dayaq aradan gedəcək, ailə sarsılacaq. Bu günlərdə Qərbdə olduğu vəziyyətə düşəcək(Böyük Rəhbərin "Gənclər həftəsi” münasibəti ilə gənclərlə görüşündəki çıxışından: 1377.2.7.).
    Category: Zərif nöqtələr | Views: 1080 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024