İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Kitabın adı: Zərif nöqtələr
    7:42 AM
    Kitabın adı: Zərif nöqtələr
    İNCƏSƏNƏT VƏ MUSİQİ
    80. İncəsənət bir ilahi nemət, çox gözəl bir həqiqət və yeni halda da məsuliyyət gətirəndir.
    İncəsənət çox qiymətli gövhərdir. Onun dəyər və qiyməti yalnız könülləri, gözləri özünə cəzb etməyində deyil. Bir çox şeylər var ki, könülləri, gözləri cəzb edir, amma incəsənətə aidiyyəti yoxdur. Yox, bu bir ilahi nemət, bəxşişdir. İncəsənətin həqiqəti – istənilən növ incəsənətin – bir ilahi bəxşişdir.
    Doğrudur, incəsənətin görünməsi izahının keyfiyyətindən asılıdır. Lakin bu, incəsənətin tam həqiqəti deyil. İzahdan öncə sənət hissi, sənət idrakı var. Əsas məsələ buradadır. Bir həqiqətin, bir incəliyin, gözəlliyin dərk olunduqdan sonra ondan bəzən qeyri-sənətçilərin başa düşmədiyi minlərlə tükdən də incə məqamlar aşkarlanır. Sənətçi daxilində alovlanan sənət işığı ilə, öz sənətçi ruhu ilə bu zəriflikləri, dəqiqlikləri və həqiqətləri üzə çıxarır. Bu bir idrakdan, bir inikasdan, bir izahdan doğan gerçək incəsənətdir. Əslində incəsənət çox ilahi bir nemətdir, çox gözəl bir həqiqətdir. Təbii ki, Allah tərəfindən bu nemətə layiq görülən şəxs digər sərvətlərdə olduğu kimi bunun da məsuliyyət yükünü hiss etməlidirlər. Yəni Allahın verdikləri, vəzifələri həyata keçirməklə şərtlənir. Bu vəzifələrin hamısının şəri və dini olması zəruri deyil. Bir çox insanın ürəyindən mənşə alan vəzifələrdir.
    Sizin gözünüz varsa, bu, bir çoxlarında olmayan nemətdir. Lakin bu göz təbii olaraq, sizə verdiyi həzz və s. imkanlardan başqa, üzərinizə vəzifə də qoyur. Kor yıxıldıqda əlindən tutmalısınız. Bu vəzifə sizin gözünüz olduğu üçündür. Bunu dinin deməsi lazım deyil. Haqqında Quran ayəsinin də nazil olması lazım deyil. Bunu sizin ürəyiniz anlayır. Dünyada elə bir adam tapılmaz ki, hansısa sərvətli adamın – hətta onun imkanları öz əlinin zəhməti, alnının təri ilə qazanılmış olsa belə - yoxsula qarşı laqeyd olduğunu, ona tənə vurduğunu görüb pisləməsin. Halbuki sərvətli adam sizə bu var-dövləti özüm qazanmışam, öz malımdır deyə bilər. Lakin siz bunu üzr olaraq qəbul etməzsiniz. Əgər sərvət, nemət, gəlir varsa, onun qarşılığında vəzifə də var.
    Əlbəttə, incəsənət sizdə sənət istedadı, duyumu olmayınca bir dəfədə əl zəhməti, alın təri ilə qazanılacaq şey deyil. İstedadınız olmasa, hələ birinci küçədə qalacaqsınız. O zövq, duyum sizin işiniz, qazancınız deyil, onu sizə vermişlər. Allah bütün nemətləri insana verir. Doğrudur, onun məcrası cəmiyyət, ata, ana, mühit və digər şeylər olur. Amma fürsəti, çalışmaq, zəhmət çəkmək ciddiyyətini sizə Allah vermişdir ki, siz də vücudunuzda sənəti yüksəltmişsiniz(Böyük Rəhbərin mədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.).
    81. Mən incəsənətin gerçək, ciddi və əsaslı roluna inanıram.
    Mən sənəti sevənlərdən, onun missiyasına inananlardanam. Mən bütün varlığımla incəsənətə inanıram. Bəziləri incəsənətin yalnız təşrifat, zinət xarakteri daşıdığına inanır, plov üzərindəki zəfəran rolunu oynadığını düşünürlər. Amma mən belə düşünmürəm. Mən incəsənətin gerçək, ciddi və əsaslı rolu olduğuna inanıram. Bu gün də dünya miqyasında bizə dəyən zərbələr incəsənət vasitəsilə həyata keçirilir. Hətta rabitə sahəsində görülən işlər də sənət qatqısı olmadan təsirli olmur. Dünyanın məşhur "propaqan”daları (təbliğatları) özü bir növ sənətdir. Bunlar qeyri-incəsənət, qeyri-fiziki işlərlə həll olunmur. Böyük sənət istedadı lazımdır ki, bir ismarıcı xalis yanlışlıq olmasına rəğmən, dinləyicisinin canına hopdursun və haqq olduğunu göstərsin. Hazırda dünya belə idarə olunur.(Böyük Rəhbərin Mədəni İnqilab Ali şurasının üzvləri ilə görüşündəki çıxışından: 1381.9.26)
    82. Sənət və sənətçiyə münasibət
    Sənət və sənətçi məsələsi həm zərif, həm də olduqca dəqiq və həssas məsələlərdəndir. Bu sahədə çətin sərhədlər mövcuddur. Əgər biz bu sərhədləri nəzərə almasaq, səhv edə bilərik. Layiq olduğunun əksini edə bilərik. Əlbətdə, bu bizə aiddir.Sənətçinin riayət etməli olduğu məsələlərdən söhbət getmir. O, başqa söhbətin mövzusudur. Biz ölkədə sənət və sənətçi məsələsi ilə, bu mühüm mövzu ilə qarşı-qarşıyayıq. Sərhədləri düzgün tanıyıb, düzgün mühakimə yürütməli, həmin mühakimə əsasında da əməl etməliyik(Böyük Rəhbərin Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşündəki çıxışından: 1380.05.1.).
    83. Sənətçi, həm incəsənətin forması, qəlibi, həm də məzmunu ilə bağlı məsuliyyət daşıyır.
    Bəzilərinə görə, öhdəçi incəsənət ifadəsindəki birinci söz ikinci sözlə ziddiyyət təşkil edir. İncəsənət insanın azad illüziyasına əsaslanır. Öhdəçi isə zəncir vurulmuş deməkdir. Bu ikisi bir-biri ilə necə uyğunlaşır? Bu, bir təsəvvürdür. Əlbəttə, düzgün təsəvvür deyil. Sənətçinin məsuliyyəti, öhdəçiliyi onun sənətçiliyindən öncə insanlığı ilə əlaqədardır. Nəticədə incəsənət xadimi sənətçi olmazdan öncə bir insandır. İnsan məsuliyyətsiz ola bilməz. İnsanın ilk məsuliyyəti insanlar qarşısındadır. Doğrudur, insan təbiət, yer, göy qarşısında da məsuliyyət daşıyır. Amma onun böyük məsuliyyəti insan qarşısındadır. Bundan başqa incəsənət adamı onda olan çox fərqli imtiyazlara görə, öncə qeyd etdiklərimizdən əlavə digər öhdəçiliklərə də malikdir.
    Sənətçi həm incəsənətin forması, qəlibi, həm də məzmunu ilə bağlı məsuliyyət daşıyır. İncəsənət duyumu, zövqü olan şəxs kiçik işlərlə kifayətlənməməlidir. Bu, bir öhdəçilik, məsuliyyətdir. Tənbəl və çalışmayan sənət adamı, öz sənət işinin yüksəlməsi, yaradıcılıq etmək üçün çalışmayan sənət adamı, əslində əməl baxımından öz incəsənət məsuliyyətinə əməl etməmişdir. İncəsənət xadimi daim çalışmalıdır. Ola bilər, insan sənət baxımından elə bir yerə çatsın ki, ondan artıq gedə, çalışa bilməsin. Amma bacardığı qədər incəsənət formasının yüksəlişi üçün çalışmalıdır. Bu forma qarşısındakı öhdəçilikdir və həyacan, eşq, məsuliyyət hissi olmadan əldə olunmur. Əlbəttə, bu həyacan və eşq də məsuliyyətdir.
    Bu da insanı işə vadar edən, tənbəllik, qayğısızlıq etməyə qoymayan güclü əldir.
    Bundan başqa məzmun qarşısında da öhdəçilik var. Biz ortaya nə qoymaq istəyirik? İnsan hörmətli və əzizdirsə, onun zəkası və fikri də hörmətli və əzizdir. Dinləyici, tamaşaçı sırf bizi dinləyir, izləyir deyə ona hər şeyi verə bilmərik. Ona nə verdiyimizə baxmalıyıq.
    Bəzi dostlarımızın hansı siyasi cinaha qatılıb-qatılmamağınızla bağlı dediyi sözlər söhbətimizin mövzusu deyil. Siz artıq bu məsələlərdən keçməlisiniz. Söhbətimizin mövzusu əxlaq və fəzilətdir. Mən, zənnimcə, Romain Rolland-in bir sözünü oxudum. O, deyir ki, incəsənət işində bir faiz sənət, doxsan doqquz faiz əxlaq, yaxud ehtiyat üçün belə deyək, bu və ya digər incəsənət işində on faiz sənət, doxsan faiz isə əxlaq olmalıdır. Düşünürəm ki, bu fikir yanlışdır. Əgər məndən soruşsalar, mən deyərəm ki, yüz faiz sənət, yüz faiz əxlaq. Bunlar bir-birinə zidd deyil.
    İşi yüz faiz incəsənət işi ilə təqdim etmək və eyni zamanda da onu yüz faiz yüksək, ilahi, tərəqqipərvər və fəzilət məzmunu ilə doldurmaq lazımdır. Bəzi incəsənət məsələlərinə can yandıran adamlar buna çalışırlar ki, biz illüziya, azad sənət bahənasi ilə fəziləti, əxlaqı ayaq altına ata bilmərik.
    Bu çox mühümdür. Buna görə də öhdəçi incəsənət doğru ifadədir.
    İncəsənət xadimi özünü bir həqiqətə bağlı hesab etməlidir. O həqiqət nədir? Sənətçinin həqiqətin hamısını və ya bir hissəsini görə, dərk edə bilməsi üçün hansı bilik, təfəkkür səviyyəsinə malik olmalı olduğu başqa söhbətin mövzusudur. Əlbəttə, təfəkkür, düşüncə, rasional idrak səviyyəsi nə qədər yüksək olarsa, zərif sənət idrakına daha çox keyfiyyət verər.
    Hafiz Şirazi yalnız bir incəsənət xadimi deyil. Onun sözlərində yüksək maarif də mövcüddür. Bu maarif də yalnız incəsənətçi olmaqla əldə olunmur. Buna fəlsəfi, fikri dayaq lazımdır. Yüksək təfəkkürün dayaq nöqtəsi, mənşəyi bu incəsənət idrakına, sonra isə incəsənətin izah olunmasına dəstək verir. Əlbəttə, hamı bir səviyyədə deyil. Belə olması da gözlənilir. Bu, bütün incəsənət sahələirənə aiddir. Memarlıqdan tutmuş rəssamlığa, layihəçiliyə, heykəltaraşlığa, kino sənətinə, teatra, şeirə, musiqiyə və digər sənət sahələrinə qədər bundan istisna deyil.
    Bir zaman siz təfəəkkürə malik memar görürsünüz. Bir zaman isə təfəkkür baxımından çılpaq olan, heç bir təfəkkürə söykənməyən memar görürsünüz. Bunlar bir bina inşa etmək istəsələr, hər ikisi ayrı şəkildə layihələşdirəcək. Əgər bir şəhərin salınmasını iki nəfər belə adama tapşırsanız, onun yarısı digər yarısı ilə tam fərqlənəcək. Hər halda bu öhdəçilik lazımdır.
    Öhdəçi incəsənət bir həqiqətdir. Biz onu etiraf etməliyik. Sərbəstliklə təsadüfi, hər gün dəyişən, bəzənsə səviyəcə düşük, qeyri-sağlam duyğularla incəsənətin arxasınca gedib başıuca olmaq olmaz. Çünki sənətçidə olan şənlik, sevinc – sənətçinin özünəməxsus şənliyi, sevinci var ki, digər adi şadlıqlardan fərqlənir və qeyri-sənətçidə əsla müşahidə olunmur, - o halda həqiqətən baş verəcək ki, nəyin ardınca getdiyini, nə iş görmək istədiyini bilsin. Yalnız bu halda öz sənətçiliyi ilə təskinlik, sevinc hiss edə bilər. Bu halda mütləq, insani əxlaq, fəzilətlər ülvi, ilahi, dini maarif diqqəət mərkəzində olmalıdır.(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.)
    84. Dini incəsənət İslam dininin ideyalarını təcəssüm etdirə bilən, göstərə bilən incəsənətdir.
    Dini incəsənətə tabe olmağı digər fundamental, qapalı, dostlarımızın təbirincə desək, filan cahil, nadan toplunun metodlarının ardınca getməklə qarışdırmaq yanlışdır. Səbəbsiz özünüzü ittiham etməyin. Dini incəsənət səmavi dinlərin ən üstün ideyaları olan İslam dininin ideyalarını təcəssüm etdirə bilən, göstərə bilən incəsənətdir. Bu ideyalar insanın səadətini, mənəvi hüququnu, yüksəlişini, təqvasını, ictimayi ədaləti təmin edir.
    Əlbəttə, bu cür əməl olunub-olunmamasına dair heç bir məcburiyyət yoxdur. Mənim bu sahədə fikirlərimlə tanış olanlar bilirlər ki, mən, incəsənətin fərmanla, direktivlə, sərəncam və bu kimi şeylərlə düzələcəyinə inanmıram. Bu, sərəncamla düzəlməyən şeylərdəndir. Situmul olmalıdır. Bu, napak stimul olsa belə.(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.)
    85. İncəsənətin yönü, məqsədi olmalıdır. Sənətçi işinin nə olduğunu bilməlidir.
    İncəsənətin problemlərindən biri tənəzzüldür. İncəsənət tənəzzülə uğramışdır, çökmüşdür. Digər problem isə özbaşınalıqdır. Hamı hüdüdları aşmışdır. Növbəti problem cəhəti itirmək və tapmamaqdır. İncəsənət sağlam da olsa, onun cəhəti müəyyən olunmalıdır. Bilinməlidir ki, biz bu incəsənətlə nə iş görmək istəyirik. "Sənət sənət üçün” tezisi məşhur yalanlardan idi. Bunu bizə öyrədənlər özləri də buna inanmırdılar. İnqilabdan öncə, "Sənət sənət üçün” şüarını verənlərlə söhbət olunduqda: "Bu şeyləri daxil etməyin”, - deyirdilər. Amma sonra başa düşdük ki, buna əsla inanmırlar.
    Onlar o dövrdə incəsənətin - əlbəttə o zaman dostlarımız əsasən şeirdən istifadə edirdilər -başqa ideyalara, məqsədlərə xidmət etdiyini görüb mane olmaq istəyirdilər. Amma növbə özlərinə çatdıqda malik olub-olmadıqları sənət növlərini büsbütün hegemon qüvvələrin qulluğuna cəlb edirdilər. Dustaqxanadan azad olurdular. Gedib Fərəhin və digərlərinin ofisində incəsənət işinə girirdilər. "Sənət sənət üçündür” tezisini başqaları üçün istəyirlər. Amma növbə onlara çatanda deyirlər, lazım deyil.
    Atom silahından, kimyəvi silahlardan istifadə etmək, kütləvi qırğın silahları istehsal etmək, millətlərə qarşı pis davranmaq, millətlərin sərvətini qarət etmək, onların heysiyyətinə təcavüz etmək özləri etdikdə eyibsiz, onlara qarşı olunduqda isə pisdir. Onlar da belə idilər. Buna görə də mən bu tezisə əsla inanmıram. İncəsənətin yönü, səmti, məzmunu, məqsədi olmalıdır. İncəsənət xadimi işinin nəyin uğrunda olduğunu bilməlidir. Bəlli olmalıdır ki, nəyi aşkara çıxarmaq, göstərmək istəyidir, sonra isə icra olunmalı və xaricdə gerçəkləşməlidir.(Böyük Rəhbərin Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşündəki çıxışından: 1381.9.26.)
    86. İncəsənət ehtirasa, gərginliyə, bayağılığa və insanın, cəmiyyətin başqa şəkilə salınmasına xidmət etməməlidir.
    Dini incəsənət heç bir vəchlə riyakarcasına təzahür mənasını daşımır. Bu incəsənət formasının dini sözlərlə meydana gəlməsi də məcburi deyil. Ola bilər ki, bu və ya digər sənət nümunəsi yüz faiz dini olsun, lakin onda adi danışıqda işlədilən, qeyri-dini sözlərdən istifadə olunsun. Təsəvvür etmək lazım deyil ki, dini incəsənət mütləq bu və ya digər dini əhvalatı təsvir etməli, yaxud hansısa dini məsələdən, misal üçün, ruhanilikdən və s. söhbət açmalıdır.
    Dini incəsənət odur ki, bütün dinlərin, hamısından çox isə İslam dininin insanlar arasında yaymağa çalışdığı maarifi, uğrunda qurbanlar verilən, qanlar tökülən həqiqətləri çatdırsın, əbədiləşdirsin və yaddaşlarımıza həkk etsin. Bu maarif yüksək dini maarifdir. Bunlar elə həqiqətlərdir ki, bütün İlahi peyğəmbərlər (s) onları insanların həyatına gətirmək üçün olmazın zəhmətlərə qatlaşmış ağır yüklərin altına girmişlər. Biz, burada əyləşib kainatın islahatçılardan, peyğəmbərlərdən, Allah yolu mücahidlərindən ibarət ən seçilmiş insanlarının səylərini məzəmmət edib ona qarşı laqeyd qala bilmərik.
    Dini incəsənət bu maarifi təbliğ edir. Dini incəsənət cəmiyyətdə ədaləti bir dəyər kimi təqdim edir. Baxmayaraq ki, siz sənət əsərinizdə ədalət haqqında heç bir ayə, heç bir hədis işlətmir, dinin adını belə tutmursunuz. Misal üçün, kino və ya teatrın dini olması üçün mütləq oradakı hansısa dini simvolun adının, formasının olmasına lüzum yoxdur. Yox, siz ədalət məsələsi ilə bağlı təsviri incəsənətdə ən aydın sözü deyə bilərsiniz. Bu halda dini incəsənət mövqeyindən çıxış etmiş olacaqsınız.
    Dini incəsənətdə ciddi şəkildə nəzərə alınası məsələ incəsənətin ehtirasa, gərginliyə, bayağılığa, insan və cəmiyyətin başqa şəkilə salınmasına xidmət etməlidir.(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.)
    87. İnqilabın sənət və sənətçidən umacağı budur ki:
    İnqilabın sənət və sənətçidən umacağı incəsənət sahəsində estetik baxışa əsaslanır. Bu, çox böyük umacaq deyil. Bir millət səggiz illik müdafiədə bütün varlığı ilə meydana gəldi. Gəncləri cəbhəyə getdi. Öz dəyərləri uğrunda fədakarlıq etdilər. Əlbəttə, əsasən din üçün getdilər. Hərçənd ki, bəziləri vətənlərini, ölkənin sərhədlərini qorumaq, müdaifiə etmək üçün də fədakarlıq göstərə bilərlər. Analar, atalar, həyat yoldaşları, övladlar, arxa cəbhədə çalışan digər şəxslər də başqa cür qəhramanlıq göstərdilər.
    Siz, səggiz il Müqəddəs Müdafiənin xatirələrini nəzərdən keçirin. Görün, bir cəmiyyətin vəziyyətinə, keyfiyyətinə baxış üçün bundan gözəl bir şey tapıla bilərmi? Siz dünyanın ən samballı dramatik əsərlərində bir insanın fədakarlığını müşahidə etdikdə onu tərifləyir, yüksək qiymətləndirirsiniz.
    Sizin üçün hansısa inqilabçının, misal üçün Jan Darkın və ya hansısa ölkənin fədakar əsgərinin kinofilmini, musiqisini, rəsm əsərini təsvir etdikdə qəlbən, daxilən, öz vicdanınızda onu tərifləməyə bilmirsiniz. Bu incəsənət əsərində göstərilənlərdən min dəfələrlə dəyərli hadisələr səggiz il Müqqəddəs Müdafiə dönəmində, İnqilabın özündə, sizin evinizin içində baş vermişdir. Bu gözəllik deyilmi? İnqilabın umacağı budur və bu həddən artıq istək deyil. Deyirlər, nə üçün gözəllik görünmür. Bu məsələyə etinasız olanlar bu gözəlliyi görmək istəmirlərmi?
    Mənim əzizlərim! Sizin bir çoxlarınız tarixlə tanışsınız. Məndə tarixlə tanışam. Mən yetmiş, səksən ilin, ondan öncənin tarixini sətir-sətir, təkrar-təkrar oxumuşam. Biz, həqiqətən, hegemonların caynağına ən çox ilişmiş millət olmuşuq.
    Mən Hindistan yarımmateriki haqqında geniş mütaliələr etmişəm və bu haqda bir kitab da yazmışam. İranın vəziyyətini bu yarımmateriklə müqayisə etdikdə görürəm ki, ora İngiltərənin bir başa müstəmləkəsi olmasına baxmayaraq, bir ölkənin insanlarının dünyanın şər qüvvələri tərəfindən əzilməsi baxımından bizim ölkəmiz pisdən də pis vəziyyətdə olmuşdur. Onlar öz doğmalarının, özününkülərin, həmvətənlərinin xəyanətinə, ikiüzlülüyünə, fəsadına, asılılığına, məruz qalmamışdılar. Onların ölkəsinə bir ovuc ingilis daxil olmuşdu. Onların özününkülər Qandi, Nehru, Mövlana Məhəmməd Əli, Mövlana Şövkət Əli, Cinah və digərlərindən ibarət idi. Onlar ingilislərlə döyüşürdülər. Olduqca çox əzab çəkmişdilər. Lakin bizim vəziyyətimiz belə deyildi.
    İngilislər Rza Xanı öz əlaltıları kimi iş başına gətirdilər ki, istədiklərini həyata keçirə bilsinlər. Bu sözlər danılmaz faktdır. Yalnız mənim dediyim söz deyil. Bu söz tarixin aydın səhifələrindəndir. Həm tarixçilər yazmışlar, həm də otuz il, qırx il sonra üzə çıxan sənədlər göstərmişdir.
    Bir neçə gün bundan öncə bu qəbildən olan sənədlərdən birində oxuyurdum ki, Seyid Ziya, Rzaxan və ingilis məmurunun iştirakı ilə keçirilən iclasda Rzaxan demişdir: "Mənim siyasətdən başım çıxmır. Siz nə əmr etsəniz, mən ona qulaq asacam”. Həqiqətən, belə idi. Amma onun mütiliyinin azacıq sarsıldığını hiss etdikdə, gerçək müstəqilliyə də yox, əksinə Hitler Almaniyasına meyilli olduğunu gördükdə onu kənarlaşdırdılar və oğlunu iş başına gətirdilər. Təbii ki, Rzaxan Hitlerə baxdıqda həyacana gəlirdi və həzz alırdı. Bunlar ölkənin həqiqətlərindəndir.
    İran sizin dediyiniz bütün bu dərin mədəni özəlliklərə malik olmasına baxmayaraq, - doğru deyirsiz, mən də bu fikirdəyəm - təhqir olundu. Əlli il, altmış il bizə o kəslər hökmranlq etdilər ki, onları hakimiyyətə biz gətirməmişdik. Çünki İranda xalq hakimiyyəti əsla olmamışdı. Bu, öz cəsarətləri də deyildi.
    Kaş ki, diktator olsalar belə, heç olmazsa, Nadir şah kimi öz qollarının gücünə, yaxud Ağa Məhəmməd xan kimi öz hiyləgərlikləri ilə hakimiyyətə gələydilər. Amma belə deyildi. Başqaları gəldilər, bunları bu millətə hökmran etdilər və bu millətin bütün maddi-mənəvi sərvətlərini qarət etdilər. Çoxsaylı əzab-əziyyətlər bahasına, bu mənhus hadisəyə qarşı böyük bir hərəkat başladıldı. Canlar fəda edərək, qəddar düşmənə sinə gərərək bir yerə çıxa bildi. Bu, gözəl deyilmi? İncəsənət bunun kənarından sakitcə keçə bilərmi? Bu, inqilabın umacağıdır. İnqilabın əvvəlindən üzü bəri dediyimiz və istədiyimiz inqilab incəsənəti budur. Bu umacaq çoxdurmu? Musiqi, film, teatr, rəssamlıq və digər incəsənət qolları bu məsələ ilə məşğul olmalıdır. Bunlar lazımi şeylərdir.
    İnqilabın sənət və sənətçilərdən umacağı zorakı və artıq umacaq deyil. Bu istək, umacaq incəsənət estetizminə əsaslanır. İncəsənət odur ki, gözəllikləri dərk etsin. Bu gözəlliklərin gül və bülbül olması zəruri deyil. Bəzi vaxtlar bir nəfəri oda atıb ona dözmək hər bir güldən, bülbüldən gözəldir. Sənətçi bunu görməli və sənət dili ilə göstərməlidir(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.).
    88. İncəsənət və siyasətin qarşılıqlı təsirləri
    Mənim incəsənət xadimlərinə, incəsənətlə məşğul olanlara həmişə tövsiyəm bu olmuşdur ki, bunları siyasi oyunlara qatmayın. Bu, indinin söhbəti deyil. Prezident olduğum dövrdə mədəniyyət naziri ilə, digər müxtəlif məsul işçilərlə keçirdiyim görüşlərdə bu məqamı onlara xatırladırdım. Müxtəlif şəxslərə müxtəlif tövsiyələrim də olurdu. Hamısı bu istiqamətdə idi ki, siyasi cinahların, siyasi xətlərin, yarımpartiyaların bu məsələlərə daxil olmasına və onu ələ keçirməsinə imkan verməyin. Çünki bu halda hər şey məhv olacaqdır.
    Amma yanılmayın. Əgər dəyərlərin qorunmasından, onları davam etdirməkdən, yaxud dəyərlərin başqa hala salınmasından söhbət gedirsə, bir xəttə meyillilik olmalıdır. (Burada artıq) mən nə o tərəfdənəm, nə də bu tərəfdən deyə bilməzsiniz. Bu, mümkündürmü? Bu, şəxsiyyətsizlik olur.
    Ola bilərmi ki, insan bir dəyərə həm inansın, həm inanmasın? Bir dəyəri həm qorusun, həm qorumasın? Burada insan mövqey seçməli və üzərində dayanmalıdır.
    Əlbətdə, mən əsla inkar etmirəm. Kiminsə səhv etməsi mümkündür. Bu halda insan səhvini düzəltməlidir. Bir çox hallarda bəzi dostlar öz əsərlərini mənə göstərdikdə, yaxud başqa vasitə ilə mən onların əsərlərini gördükdə rollarlda, danışıqlarda, yaxud sizin dilinizlə desək dialoqlarda və ya səhnələşdirmələrdə bəzi qüsurlar diqqətimi cəlb etdi və onlara dedim. Əlbəttə, bəziləri düzəliş apardılar, bəziləri isə düzəliş aparmadılar. Düzəliş aparanlara təşəkkür etdik. Düzəliş aparmayanlardan isə heç vaxt niyə düzəliş aparmadılar deyə gileylənmədik. Ondan qalmış gileydən yuxarı bir addım ataq.
    Hər halda burada hədlər var. Bu hədlərə laqeyd yanaşmaq olarmı? Öncə də dediyim kimi dəyərlərə qarşı laqeyd qalmaq olmaz. Bunu bu və ya digər siyasi cinahların üzərinə atmaq olmaz. Amma biz məsələ də var. Baxın, mənim əzizlərim! Hazırki dünyada siyasət incəsənətdən ləyaqətsiz şəkildə yararlanır. Keçmişdə də istifadə etmişdir. Bir neçə gün öncə Amerika Xarici İşlər Nazirliyi tərəfindən 28 mordad çevrilişi ilə bağlı yaydığı sənədi tərcümə edib mənim üçün gətirdilər. Əlbəttə, bu hadisə baş verdikdə mənim yaşım çox deyildi. On dörd, on beş yaşlarında idim. Çox az şey yadımda qalıb. Amma ağızlardan çox eşitmişəm, kitablarda da çox oxumuşam. Lakin heç bir yerdə bu qədər geniş məlumat yoxdur. Bu hadisənin icraçıları özləri həmin sənədləri yazmış, xarici işlər nazirliyi və CİA üçün göndərmişlər. Bu sənədlər amerikalılara aiddir. Əlbəttə, bu Amerika və İngiltərənin birgə həyata keçirdiyi əməliyyat olmuşdur. Bu, məruzədə də tam olaraq öz əksini tapmışdır. Sənədin mənim diqqətimi çəkən hissəsi budur. Ruzvelt deyir: Biz Tehrana gəldikdə bir çamadan dolusu məqalə gətirdik. Tərcümə olunub qəzetlərdə dərc olunmalı idi. Habelə özümüzlə karikaturalar da gətirmişdik. Fikir verin, CİA təşkilatı onunla uyğunlaşmayan, onun mənafeyini təmin etməyən, xalqın seçiminə söykənən bir hakimiyyəti – Pəhləvi dövrünün bütün dövlətlərinin əksinə olaraq, bu, milli dövlət idi və xalqın seçimi ilə hakimiyyətə gəlmişdi - Sovetin dəmir pərdəsinin arxasına keçə bilər bəhanəsi ilə onun əleyhinə bütün vasitələrdən, o cümlədən incəsənətdən də istifadə etdi.
    Əlbəttə, o günlərdə onların işinə yarayacaq, etibar edə biləcəkləri karikaturaçılar yox idi. Sənədlərdə göstərilir ki, biz CİA-nın İncəsənət şöbəsinə bu şeyləri hazırlamalarını sifariş verdik.
    İki il öncə italyanlar da bir kitab yazdılar. Həmin kitab farscaya da tərcümə edilmişdir. Orada da CİA təşkilatının İncəsənət şöbəsinin mövcüdluğuna işarə vurulmuşdur. Siyasət incəsənətdən belə istifadə edir. Siz burada nə etmək istəyirsiniz?
    Əgər dünyanın bütün siyasətçilər, hegemonları, quldurları, ixtiyar sahibləri gəlib öz müqəddəs kitabları qarşısında siyasətdə incəsənətdən istifadə etməyəcəklərinə dair and içsəydilər, insan nisbətən arxayınlaşardı və deyərdi ki, şükürlər olsun, incəsənət xilas oldu. Amma onlar incəsənətdən istifadə edirlər. Siz nə iş görmək istəyirsiniz? Siz onların incəsənət vasitəsi ilə əldə etdiklərinə qarşılıq olaraq bu vasitədən faydalanmaq istəmirsinizmi? Bu ağıla müvafiqdir? Yox, bu ağıla müvafiq deyil.(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.)
    89. Təsviri sənətə, filmə, musiqiyə rəng qatmaq üçün cinsi cazibələrdən istifadə etməyin.
    Biz gəncin könlünə, zehninə elə bir şey ötürməməliyik ki, onu günaha, yanlışlığa sürükləsin. Bu, onun fikrini seçim üçün azad qoymaqdan fərqlidir. Siz bilirsiniz ki, sentimental məsələlər kimsəyə seçim imkanı vermir. İnsanı seçim gücü olmadan müəyyən istiqamətə sürükləyir. Bir çox kinofilmlərdə görürük ki, bir şeyi göstərmək üçün intim cazibələrdən istifadə edirlər. Musiqidə də başqa yolla həyata keçirilir. Digər incəsənət növlərində də başqa cür. Elə şərait yaradılmalıdır ki, incəsənət xadimi öz əsərini azad, öncə qeyd etdiyimiz məcburiyyət olmadan – müştəri yığmaq məcburiyyəti olmadan ortaya qoya bilsin və beləcə düzgün və kamil incəsənət ortaya çıxsın(Böyük Rəhbərin mədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1.).
    90. İncəsənət xadimlərinin CİA-nın İncəsənət şöbəsi qarşısında vəzifəsi
    CİA təşkilatının incəsənət şöbəsi var və inqilabdan sonra bizim əleyhimizə, şiəlik və İslam əleyhinə çəkdikləri filmlər çoxdur. Siz iranlı rejissor, kino və teatr aktiyoru, musiqiçi, bəstəkarsınız və bu gerçəyi, məzlumiyyəti dərk edirsiniz. Bu halda sizin vəzifəniz nədir?Heç bir vəzifəniz yoxdurmu?
    Mən eşitmişəm ki, Rusiyada dünya müharibəsi zamanı Əliyev şuru - məşhur musiqidir, əlbəttə, mən nə bu müsiqini eşitmişəm, nə də nə olduğunu doğru-düzgün bilirəm - xalqı döyüş meydanına atılmağa təhrik etməkdə ən təsirli vasitə olmuşdur. Yəni insani məqsədlərə xidmət yönündə yer almışdı. Təbii olaraq, bu istək, umacaq hər bir ölkənin sənətçilərindən gözlənilir. Belə olan halda bu məsələyə necə laqeyd yanaşa bilərik? Bir halda ki, düşmən incəsənət vasitələrindən istifadə edir(Böyük Rəhbərin ölkənin məədəniyyət işçiləri, incəsənət xadimləri və fikir adamları ilə görüşündəki çıxışından: 1380.5.1).
    91. Halal və haram musiqinin xüsusiyyətləri, musiqiçinin ictimai qabiliyyəti
    Sual: Öncə sizdən soruşulan və cavab verdiyiniz fiqhi tərəflərindən əlavə xüsusi olaraq müsiqinin bir incəsənət forması kimi ictimai qabiliyyətləri haqqında fikriniz nədir? Sizcə, bugünkü cəmiyyətimizdə, bizim bugünkü tələblərimizə, bugünkü gənclərimizin tələblərinə, gənclərimizin istədiyi yenilikçiliyə nəzərən musiqi hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin qeyri-ənənəvi musiqinin xüsusi tərəfləri haqqında bir beynəlxalq dil kimi – qərb dili yox - fikriniz nədir? Fikrinizcə, mədəni təcavüzlə mübarizənin ən yaxşı yolu – mədəni təcavüzün ən mühüm metodlarindan biri incəsənət və musiqi vasitəsidir - pak, xalis, ölkəmizin milli, dini şəraitinə uyğun örnək göstərmək deyilmi?
    Cavab: Yox, mən musiqinin mədəni təcavüzlə mübarizənin ən yaxşı yol olduğuna inanmıram. Müsiqinin belə bir çıxarı yoxdur. Yaxşısı budur ki, mədəni təcavüzə qarşı mübarizə yollarından biridir, deyək. Bəli, yollardan biridir. Əlbəttə, bəzi şərtlər altında ola bilər. Amma bunun ən yaxşı yol olduğuna inanmıram. Baxın, musiqi haqqında iki məsələ var. Birincisi budur ki, görək, ümumiyyətlə musiqinin halal və ya haram olmasının meyarları hansılardır. İkincisi isə real nümünələrlə bağlıdır. Hüdüdlar təyin etməliyik ki, siz demişkən, gənclərimiz hansı müsiqinin halal, hansının haram olduğunu bilsinlər. Əlbəttə, bu ikincisi asan iş deyil. İnsanın müxtəlif musiqiləri - xarici musiqini, İran musiqisini, bütün növləri ilə - bir-bir müəyyənləşdirməsi çətin işdir. Amma ümumi ölçüləri var ki, onları demək olar.
    İnsanı avaralığa, bayağılığa, halsızlığa, həyatın gerçəklərindən soyumağa və s. bu kimi hallara sürükləyən musiqi halal musiqi deyil, haramdır.
    Musiqi insanı mənəviyyatdan, Allahdan, zikrdən qafil edirsə, haramdır. İnsanı günaha, şəhvət düşgünlüyünə sövq edirsə, haramdır. İslamın nəzəri budur.
    Musiqidə bu zərərli, haramlığa səbəb olacaq xüsusiyyətlər olmadıqca, təbii ki, haram deyil. Mənim dediklərimin bəziləri mahnının musiqisi, bəziləri isə sözləri ilə bağlıdır. Yəni, ola bilər ki, bir sadə, zərərsiz mahnı səslənsin, amma bu mahnıda oxunan şeir azdırıcı olsun. Avaraçılığa, tufeyliliyə, şəhvət düşkünlüyünə, qafilliyə və bu kimi şeylərə rəğbətləndirən şeirlərə yazılan musiqilər haramdır.
    Demək, musiqinin halal və ya haram olmasını göstərən meyar budur. İmam Xomeyninin də ömrünün sonlarında musiqi haqqında verdiyi rəy buna əsaslanırdı. "Ləhv” musiqisi də var. Ola bilər ki, musiqi fiqh terminalogiyasına görə, "ləhv” musiqisi olsun. "Ləhv” qafillik , Allahı xatırlamaqdan uzaqlaşmaq, həyatın gerçəklərindən uzaq düşmək, məşğuliyyətdən, çalışmaqdan uzaq düşmək və bayağılığa, tufeyliliyə yuvarlanmaq deməkdir. Bu növ musiqi haram olur. Bu, icra keyfiyyəti ilə də ərsəyə gəlsə, sözlərə də yazılmış olsa yenə də fərqi yoxdur.
    Siz beynəlxalq dil deyirsiniz. Özünüz demişkən, sərhədləri aşmış, müəyyən yerlərdə yayılmış musiqi, mütləq yaxşı musiqidirmi? Bir musiqinin yalniz filan ölkənin sərhəddindən xaric olması, müxtəlif ölkələrə yol tapması, bir qrup tərəfdar toplaması həmin musiqinin yaxşı olduğunumu göstərir? Yox, əsla belə deyil. Ola bilər ki, o musiqi şəhvət düşgünlüyünə, ehtirasların oyanmasına təhrik edir. Təbii ki, bir qrup qafil gəncin də ondan xoşu gələcək. Dünyanın harasında əllərinə düşsə, istifadə edəcəklər. Bu. musiqinin yaxşı olduğunu göstərmir.
    Mən qəti olaraq deyə bilmərəm ki, əsil İran musiqisi halal musiqidir. Yox, belə deyil. Bəziləri güman edirlər ki, halal və haram musiqini ayıran sərhəd ənənəvi İran musiqisi və qeyri-klassik musiqidir. Keçmiş dövrlərdə din və şəriət carçılarının mübarizə apardığı və haram olduğunu elan etdiyi musiqi öz ənənəvi İran musiqimizdir. Hansı ki, padşah sarayında, əxlaq pozğunlarının, şəhvətə meyilli, şəhvətə qərq olan insanların yanında səslənirdi. Bu, həmin haram musiqidir.
    Demək, musiqinin haram və ya halal olmasının kriteriyası İran musiqisi, ənənəvilik, qədimilik, klassiklik, qərblilik və ya şəqrlilik deyil. Bunun sərhəddi mənim dediklərimdir. Bu meyarı sizə göstərə bilərik. Amma hansı bu və ya digər lent yazısının halala, yaxud harama aid olduğunu müəyyənləşdirə bilmərik.
    Əlbəttə, indi bəzi təşkilatlar ayırırlar. Mən bunun yüz faiz düzgün olduğundan əmin deyiləm. Bəzən bizə məlumat verilir ki, rüsvayçı lent yazıları "icazəli” adı ilə yayılır. Bəzən isə bunun əksi ola bilər. Mən indi bilmirəm bu kontrollar nə dərəcədə gerçəkçi və meyarlara uyğun həyata keçir. Amma mənim sizə bir yaxşı gənc kimi, öz övladlarım kimi nəsihət olaraq, öz fikirlərim olaraq deyə biləcəklərimi dedim.
    Fikrimcə, musiqi azdırıcı ola bilər, insanı şəhvət girdabına sala bilər. İnsanı bayağılığa, günaha, səviyyəsizliyə qərq edə bilər. Bunlar olmaya da bilər, bunun əksi də ola bilər. Halal və haram sərhəddi buradır. Mən ümid edirəm ki, siz gənclər təqva azuqəsi ilə meydana girib elə sənət əsərləri yaradacaqsınız ki, sözün əsl mənasında həm yaxşı musiqinin xüsusiyyətlərinə malik olacaq, həm əsl mənada müsbət təsir gücünə malik olacaq, həm də gəncləri və ruhları saflığıa, mənəviyyata, gerçəyə doğru yönələcəkdir.(Böyük Rəhbərin gənclərin suallarını cavablandırarkən söylədiyi çıxışından: 1377.11.13.)
    92. Musiqi sənəti bilik, düşüncə və İlahi fitrətin sintezidir. Bu sənəti Allah yolunda sərf edin.
    Musiqi məsələsi cəmiyyətdə, xüsusi ilə də tele-radio şirkətində aktiv mövzulardandır. Əlbəttə, musiqinin mahiyyəti haqqında danışmaq istəmirəm. Çünki bu məsələ haqqında danışmaq xüsusi şərait tələb edir. Burada, musiqi studiyasında bu sənət formasının digər tərəflərindən söhbət açaq.
    Musiqi antik elmlər bölgüsünə görə riyaziyyatın bir qoludur. Diqqət, dəqiq hesablamalar tələb etdiyi üçün riyaziyyat elminin qollarından sayılır və dəqiq sənətdir. Başqa sözlə desək, musiqi sənəti bəşər təbiətinə, fitrətinə əsaslanan hesablamadır. Hansı ki, insan zəkası o hesablamanı təcrübə əsasında əldə edib və onun üçün qayda-qanunlar nəzərdə tutmuşdur. Əlbəttə, bu gün qərblilər və avropalılar musiqi sahəsində böyük inkişaflara nail olmuşlar. Dəqiq və sistematik qaydalar yaratmışlar. Bu gün artıq vəziyyət başqa şəkil almışdır.
    Keçmişdə musiqinin bugünkü problemlərindən söhbət getmirdi. O zaman improvizasiya geniş yayılmışdı. Xanəndə (bədahətən) oxumaq qərarı alırdı və yanında əyləşmiş musiqiçi də çalmağa başlayırdı. Çalğiçı öncədən bilmirdi ki, xanəndə nə oxuyacaq. Ona görə də xanəndə ağzını açan kimi, o da onunla birgə sazını kökləyir və ifa etməyə başlayırdı. Yəni notlar əsasında qurulmuş heç bir qayda yox idi. Mənim bu sahədə təcrübəm və məlumatım yoxdur. Lakin bu sahənin mütəxəssislərindən eşitmişəm ki, not ortaya çıxmazdan öncə çalğı və ya xanəndəliklə məşğul olan fəallar fitrətə, sağlam zövqə uyğun olaraq məntiqi nizamı əsas götürür və qaydalara riayət edirlər.
    Musiqinin əsas yeddi dəsgahı və digər şöbələri yalnız İran musiqisinə aid deyil. Bu, bütün dünya musiqilərində mövcüddur və elə nizamlanmışdır ki, hansı səsi çıxarsanız o dəsgahlardan birinə uyğunlaşır. Əslində bütün Şərq və Qərb musiqisi bu dəsgahlara sığır. Əgər diqqət yetirsəniz, görərsiniz ki, muğamlar və hər dəsgahın fərqli şöbələri başlanğıc nöqtəsindən sonadək münəzzəm bir axarla gedir. Yəni bir yerdən başlayır, enir, yüksəlir və bitir. Bütün bunlar bu sənətə hakim olan nəzmin göstəricisidir.
    Bunlardan nəticə almaq olar ki, musiqi sənəti bilik, düşüncə və İlahi fitrətin sintezidir. Allahın bəxş etdiyi fitrətin göstəricisi ilk növbədə insanların səsi, ondan sonra isə insanların əli ilə ərsəyə gələn musiqilərdir. Demək, şahidsiniz ki, bunun əsası Allahdandır. Əgər bu məsələ ilə bağlı Mövləvinin şeirlərinə müraciyət edib: "Musiqi əflak sədasının inikasıdır”, - desək və onu Mövləvinin nəzərdə tutduğu ürfani aləmlə birləşdirsək, gerçəklərdən təxəyyülata lağım atmış oluruq. Çünki onun bu haqda dedikləri gerçəklik yox, xəyaldır və təbii ki, digər bir məna kəsb edir. Amma xəyala qapılmayan gerçək aləmdə xanəndənin boğazından çıxan səs ilahi mənşəyi olduğu bir halda möhkəm, geniş, cazibəli və rəngarəng bir bina kimi formalaşır.
    Yuxarıdaki izahın ilk nəticəsi budur ki, biz bu sənətdən Allah yolunda istifadə etməliyik. Mən bu məqamı sizin xanəndələrin, çalğıçıların, bəstəkarların, musiqiçilərin diqqətinə çatdırmaq istəyirəm ki, bu ilahi nemətlərin ərsəyə gətirdiyi, fitri istedad və zövqlə, ağıla müvafiq nizam-intizamla formalaşan və əslində cansızlara can vermək olan sənətdən Allah yolunda, Onun razılığı yolunda istifadə edin.(Böyük Rəhbərin Tele-radio şirkətinə baxış keçirərkən musiqiçilər üçün söylədiyi nitqdən: 1375.5.9.)
    93. Qərb və Şərqdə musiqinin yeri və meydana gəlməsi.
    Biz, gənc yaşlarımızdan bəzi incəsənət xadimlərinin sözlərini eşidirdik. Olduqca əsassız sözlər idi. Əsasən bu məqama toxunurdular ki: "Biz incəsənətdən təfəkkür, öncəgörüm və siyasət yolunda istifadə etmirik”. Bu iddianı edənlər şeir və digər sənət növlərində başqalarından daha çox siyasətə xidmət edirdilər. Bu kimi bəhslərə girmək məqsədim yoxdur. Amma demək istəyirəm ki, insanın iradəsinə söykənən hər bir şey bir məqsəd uğrunda olmalıdır.
    Məqsəd nə qədər uca olsa, o iş və ya sənət də daha dəyərli olacaq. Təəssüflər olsun ki, Şərqdə musiqinin məqsədi özü qədər yüksək olmamışdır. Burada Şərq dedikdə məqsədim İran və ərəb ölkələridir. Hindistanda, Çində və digər Uzaq Şərq ölkələrində musiqinin vəziyyətindən xəbərim yoxdur. Hər halda İran musiqi tarixini İslamdan öncə və sonra oxumuşam və ərəb musiqisinin, xüsusi ilə İslamdan sonrakı taleyindən xəbərdaram.
    Tədqiqatıma əsasən deyə bilərəm ki, bizim regionumuzda musiqi yüksək ilahi məqsədlərə qulluq etməmişdir. Bu, musiqinin Qərbdəki durumunun əksidir. Bilirsiniz ki, mən təbii olaraq anti-qərb insanlardanam. Belə ki, Qərbin heç bir xüsusiyyəti məni heyrətə salmır, cəzb etmir. Eyni halda Qərbin müsbət xüsusiyyətlərini hesablamalarla təsdiq edirəm. Bu xüsusiyyətlərdən biri də musiqi məsələsidir. Doğrudur, Qərbdə bayağı, rəqs musiqiləri və digər səviyyəcə düşük musiqilər mövcuddur. Amma dünyanın həmin nöqtəsində hələ qədimdən təlimverici və mənalı musiqilər olmuşdur. Elə bir musiqi ki, arif, bilici, zəkalı insan bilet alır, konsert salonunda əyləşir və saatlarla ondan ləzzət ala bilir. Qərbdə bəzən bir milləti xilas edən, bəzən isə bir təfəkkür məcmusunu doğru səmtə yönəldən musiqilər az olmamışdır. Qərb belə xüsusiyyətə malik olub və malikdir. Öncə də söhbət açdığım Şərqdə isə (sözügedən məhdud coğrafi məkanda) təəssüflər olsun ki, musiqi belə bir etibara malik olmamışdır. Burada musiqi "Ləhv” musiqidən və çalğı alətlərindən ibarət olmuşdur. Fəqihlər buna "haram ləhv musiqisi”deyirlər.
    Fərz edin ki, filan xəlifənin bir gecə yuxusu qaçırmış. Musiqiçilər xanəndə kənizlərlə birgə onun şənlənməsi üçün şərait yaratmalı imişlər. Öncə də qeyd etdiyim xüsusiyyətlərə malik ağıllı, zövqlü musiqiçi özünü sındırmalı, xəlifənin taxtının yanında əyləşib növbənöv sənət formalarını fəda etməli idi ki, xəlifə, qan tökməsinin, qəsavət və xəbisliyinin zəruri şərti olan ruh düşgünlüyündən qurtulsun.
    Bu, musiqinin ərəb xəlifələrinin, əmirlərinin saraylarındakı vəziyyəti idi. Eyni şeyi İran sultanları haqqında da demək olar. "Ləhv” musiqi tərəfdarı olan və saraylarında bu növ musiqiyə yer verən padşahlar az olmamışlar. Bunun bariz nümünəsi kimi Qacar sarayını və həmin sülalənin padşahlarını göstərmək olar.
    Diqqət yetirirsiniz ki, musiqi hansı cərəyanların və kimlərin qulluğunda olmuşdur?! Fəqihlərin sözlərində musiqinin haram, yasaq, əl vurmamalı, yaxın düşməməli şey olmasına səbəb də budur(Böyük Rəhbərin Tele-radio şirkətinə baxış keçirərkən musiqiçilər üçün söylədiyi nitqdən:1375.5.9).
    94. Bu halda musiqini pak və müqəddəs adlandırmaq olar.
    Bizim musiqi tariximizin formalaşdığı regionda musiqinin mənası düzgün deyil. Siz ona düzgün məna verməli, əslində onun xilas olmasına bais olmalısınız.
    Mənim musiqiçilərə sözüm budur ki, musiqini ülvi məna və məqsədlərə doğru aparsınlar. Filan aşiqin sevdiyi məşuqəsindən etinasızlıq görüb, qəlbi sındığından əlinə saz alıb musiqinin təsiri altında ayrılıq göz yaşı tökməkdən güddüyü əyyaşlıq məqsədindən daha ülvi məqsədlərə doğru yönəltsinlər. Musiqinin istifadəsində belə bir məqsəd dəyərli deyil. Bir nəfərin ürəyinin istəyinə görə bəstələyib səsləndirməyin, oxumağın, musiqinin etibarını təşkil edən o riyazi düşüncəni, elmi, məntiqi hesablamanı bu qədər xar etməyin nə dəyəri var? Musiqidə dəyər, məqsəd bu deyil. Yüksək musiqi yüksək, ülvi məqsədlərə xidmət edən musiqidir. Əgər belə olarsa, o zaman musiqini pak və müqəddəs adlandırmaq olar. O zaman biz də qərblilər kimi konsert verə bilərik (adını "Xanəndə məclisi” qoyaq ki, Qərbə aid termini işlətməyək) və xalq, istər siravi insanlar, istərsə də dindarlar bilet alıb sizin musiqinizi, nəğmənizi dinləmək üçün o məclisə gələr.
    İnqilabdan sonra musiqi sahəsində çalışanların musiqiyə göstərməli olduğu qayğı göstərilmədi. Əlbəttə, bu heç də o demək deyil ki, yaxşı işlər görülməmişdir. Mütləq, olmuşdur ki, bu gün biz burda əyləşib sizin əsərlərinizi dinləyiri. Mən elə adam deyiləm ki, haram musiqi səsləndirildikdə oturub dinləyim. Bu məsələdə haram olan yenə də haramdır.
    Harama qarşı münasibətdə ehtiyata yer yoxdur. Mən də bir şəriət hakimi kimi fiqhə əsaslanıram və heç kimi nəzərə almıram. Lakin musiqi sahəsində bəzi sədaqətli və ürək yandıran sənətçilər inqilabın əvvəlindən başlayaraq, yaxşı işlər görmüşlər. Əlbəttə, bu görülməli işlərin hamsını əhatə etmir.
    Hər halda bundan sonra deyəcəm ki, bizim müğənnilərimiz, çalğıçılarımız dindar kütlədir və musiqidə müəyyən meyarları nəzərə alırlar. Onların bu prinsiplərə riayət etmələri musiqini müəyyən həddə keçmiş vəziyyətindən çıxarmışdır. Bu günün musiqiləri ya şəklidir, ya da pak və eyibsiz. Əlbəttə, onlarla yanaşı iradlı musiqilər də mövcuddur. Son günlərdə bəzi dostların suallarına cavab olaraq demişəm ki, şübhəsiz, kəlam, söz sizin işinizin yönlənməsinə təsir göstərir. Başqa sözlə desək, səslənən musiqi ilə birgə oxunan sözlər hidayət xarakterinə malikdir. Bu, sözün ürfani, əxlaqi, ictimai və ya siyasi mənasında yatmışdır. O zaman demək olar ki, hidayət edən söz musiqiyə ülvi yön verir. Bir zaman musiqi azdırıcı sözlərlə birgə olur. Fərz edin ki, tam maddi, cismani bir aşiqin öz məşuqəsi üçün çəkdiyi yanğıyı təsvir edir. Bu yanğı məşuqəsinə yetmək, onunla gecəni sübhədək birgə olmaq üçündür. Başqa heç bir məqsədi yoxdur. Tam maddi məqsəddir. Şübhəsiz, bu məqsədlə deyilən sözlər haramdır. Araşdırıb yaxşı şeirlər tapmaq sizin məharətinizdir.
    Əlbəttə, Hafiz və Sədinin şeirləri də hamısı ürfani deyil. Bəzi maddi, cismani şeirləri də var. Elə şeirlər tapın, elə sözlər tapın ki, həqiqətən ürfani, əxlaqi mənası olsun. Saibin qəzəlləri və hind səbki ilə yazan bəzi şairlərin qəzəlləri əxlaqi baxımdan yaxşı və məqbuldur. Bu növ sözlərə musiqi bəstələyin ki, gözəl əsərlər ərsəyə gəlsin(Böyük Rəhbərin Teleradio şirkətinə baxış keçirərkən musiqiçilər üçün sözylədyi nitqdən: 1375.5.9.).
    95. Musiqini məqsədyönlü, mənalı bəstələyib səsləndirin və ondan "ləhv” rəngini təmizləyin.
    Mənim siz musiqiçilərdən, bu mühüm sahənin bilicilərindən istəyim budur ki, məsuliyyət hiss edin və musiqini xilas edin. Əlbəttə, mən istəmirəm ki, məfhumlar bir-biri ilə qarışsın. Bəzi ənənəvi musiqi biliciləri deyirlər: "Musiqi inqilabdan öncə bayağı idi. Lakin inqilabdan sonra, şükürlər olsun ki, bu bayağılıq aradan getdi”. Bir mütəxəssisə görə, musiqi bayağı idi. Xoşbəxtlikdən inqilabın təbii məhdudiyyətləri o bayağılığı musiqinin əndamından təmizlədi. Mən digər bölgüdən danışmaq istəyirəm. Çünki yalnız bayağılığın aradan getməsinə qane olmuram. Mən deyirəm ki, siz həmin qeyri-bayağı ənənəvi alimanə musiqinin özünə də cəhət verməyə borclusunuz. Mənim sizdən umacağım, musiqini məqsədyönlü etmənizdir. Mən bunu siz bəstəkarlardan, musiqiçilərdən umuram. Əgər siz bunu edə bilsəniz, elə bir iş görmüş olacaqsınız ki, tək İslam İran sivilizasiyası üçün yox, bütün dünya üçün uğurlu olacaqdır. Hətta ola bilər ki, gələcəkdə başqaları da sizin bu səyinizin nəticəsindən bəhrələnəcəklər.
    Dediyim kimi, Uzaq Şərqdə, Hindistanda, Çində musiqinin vəziyyətindən xəbərim yoxdur. O haqda muhakimə yürütmək istəmirəm. Sizin musiqini məqsədyönlü edəcəyiniz təqdirdə əgər ərəb dünyası və digər İslam ölkələrinin musiqiləri də bundan faydalanacaqdır. Musiqini məqsədyönlü, mənalı bəstələyib səsləndirin və ondan "ləhv” rənglərini təmizləyin. İnsan sənəti sonsuzdur. Əgər bu prinsipə inanırsınızsa, fiziki təhriklər icad edən "ləhv” tərəfini ondan ayırmamağın nə lüzumu var. Siz dağıdıcı cəhətlərini ondan ayırmaqla yeni cəhərlər meydana gətirin.
    Vaxtı ilə bu cəhətləri yaradanlar, icad edənlər sizdən yüksəkdə idilərmi? Əlbəttə, zövqlu, bilikli insanlar olmuşlar. Necə ki, siz də istedadlı, bilikli insanlarsınız. Mən sizi qəmginliyə, zövqsüzlüyə çağırmıram. Mənim çağrışım, dəvətim ülviliyə, musiqi hadisəsini bəşəriyyətin maddi problemlərindən kənara çəkməyə, yüksəyə qaldırmağa doğrudur. Ümidvaram ki, bu dəvətə cavabınız müsbət olacaq və musiqini ülviliyə sövq edəcəksiniz. Əgər siz də etməsəniz, nəhayət, digərləri gəlib bu təkamül üsulunu həyata keçirəcəklər. Hər halda bəşər həyatda təkamül etməyə məcburdur. Musiqi sahəsində elə əsərlər ərsəyə gətirmək lazımdır ki, xalqların, müdrik zəkalı insanların yolunu açsın. Hər əlsiz-ayaqsız, əyyaş adam musiqidən həzz alıb onun üçün səsləndiyini təsəvvür edirsə, əhəmiyyəti, dəyəri yoxdur. O musiqi dəyərlidir ki, ondan müdrik, mütəfəkkir, bəzən bir addımı, bir mövqeyi dünyanı silkələyən insanlar bəhrələnir, istifadə edirlər.
    Yadımdadır keçənlərdə biz mübarizə ilə məşğul idik. Bir vaxt Bethovenin musiqisindən, sinfoniyasından söhbət düşdü. Bəzi məlumatlı adamlardan eşitdim ki, Əliyev şürü Sovetin xilas olmasına səbəb olub. Sovet məkanında bir bəstəkar, musiqiçi sizin şur ladınızdan bir musiqi hazırlayır və böyük bir milləti silkələyir.
    Mən Əliyevi tanımıram və onun şurunu eşitməmişəm. Amma şurun nə olduğunu bilirəm və bilirəm ki, istedadlı insan bir musiqi ilə bir milləti dəyişə, silkələyə bilər. Musiqi vadisində bu məsələlərin ardınca gedin. Musiqi bu istiqamətə yönlənməlidir. Tele-radio şirkəti bu sahədə üzərinə daha çox məsuliyyət düşən orqandır. Tele-radio şirkətinin adını çəkməyim Mədəniyyət Nazirliyini unutmağım demək deyil. Mədəniyyət Nazirliyi də bu sahədə ən çox məsuliyyət daşıyan idarələrdəndir. Amma siz üzərinə ən çox öhdəlik, məsuliyyət düşənlərdənsiniz. Elə isə bu işin ardınca gedin(Böyük Rəhbərin Tele-radio şirkətinə baxış keçirərkən musiqiçilər üçün söylədiyi nitqdən: 1375.5.9.).
    96. Univeristetlərdə musiqi yayılmamalıdır.
    Hazırda ölkənin univeristetlərində musiqi geniş yayılır. Belə olmamalıdır. Musiqi yaymaq İslamın istəyinə zidd işdir. Doğrudur, bütün musiqilər haram deyil. Amma musiqini yaymağın mənası bu deyil ki, diqqətlə araşdırıb, qeyri-haram musiqini tapsınlar və onu öyrətsinlər, yaysınlar.(Böyük Rəhbərin Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşündəki çıxışından: 1381.9.26)
    Category: Zərif nöqtələr | Views: 1386 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024