İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Kaş valideynlərim biləydi!
    5:53 PM
    Kaş valideynlərim biləydi!
    ALTINCI FƏSİL
    TƏRBİYƏ VƏ TƏNBEH
    Sual: Övladın tərbiyəyə ehtiyacı varmı?
    Cavab: Bəli, uşaq mütləq tərbiyə olunmalıdır. Tərbiyə insanın fiziki və psixoloji inkişafı üçün zəruridir. Tərbiyə təhsil mərhələlərindən biridir. İstər elm və sənətdə, istər gündəlik həyatımızın hər hansı bir sferasında qanunlar mühüm rol oynayır. Tərbiyə haqqında danışarkən iki oxşar vəziyyəti qeyd edə bilərik. Mövzudan mövzuya atılmaq fikrində deyiləm. Sadəcə, tərbiyə ilə tənbeh arasında fərq olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Çoxları bu iki məfhumu qarışdırır.
    Uyğun qanunlar, intizam normaları tərbiyənin əsas mahiyyətini təşkil edir. İnsanın cəmiyyətə uyğunlaşmasında qayda-qanunların müstəsna əhəmiyyəti vardır. Uşaq bu yolla başqalarının hüquqlarını tanıyır, bu hüquqlara hörmət edir. Bütün dünyada, eləcə də, təbiətdə mövcud olan qanunların əhəmiyyətini dərk edən uşaq anlayır ki, o başqalarının istəklərini də nəzərə almalıdır.
    İnkişafda olan uşaq üçün tərbiyənin əvəzolunmaz faydaları var. Tərbiyə nəticəsində uşaq müşahidə edir ki, ümumi qanunauyğunluqlara zidd hərəkətlərin nəticəsi acıdır. Qanunlar uşağa bir şeyin ardınca nəyin gələcəyini qabaqcadan xəbər verir. Tərbiyə nəticəsində uşaq anlayır ki, insanın xoşbəxtliyi üçün faydalı çərçivələr var.
    Məsələn, ünsiyyət vasitəsi olan dil insanlara bir-birlərini anlamağa kömək edir. Amma onun da öz qanunları var. Fizika və kimya əsas elmlərdən hesab olunur. Çünki bu elmlər səlis qanunlar üzərində qurulmuşdur. Alimlər məhz həmin qanunlar sayəsində elmlər arasında əlaqə yarada bilirlər. Qanun və nizamdan kənar istənilən bir əlaqə xaosdur.
    Qeyd etməliyik ki, tərbiyə və tənbeh fərqli anlamlardır. Tərbiyə, qanunu öyrədirsə, tənbeh tapdalanmış qanuna görə cəzadır.
    Tərbiyə valideynin övlada sevgisindən doğur. Tərbiyə nəticəsində uşaq hiss edir ki, siz ona biganə deyilsiniz. İstənilən bir uşaq onun tərbiyəsi ilə məşğul olmayan valideyni özünə qarşı diqqətsiz hesab edir. Tərbiyədə ciddilik uşağın düşüncəsində sizin sevginizin bəyanıdır.
    Sual: Körpənin tərbiyəsi nə vaxtdan başlanmalıdır?
    Cavab: Sürünməyə, iməkləməyə başlayan körpə artıq tərbiyə olunmağa hazırdır. O öz hərəkətlərini idarə etməyi bacarır, istədiyini götürür, istəmədiyini uzaqlaşdırır.
    Tərbiyə üçün əsas şərtlərdən biri körpənin fiziki hazırlığıdır. Amma ən əsas şərt uşağın valideynə e`timadıdır. Uşaq böyüklərin ona qarşı sevgisinə əmin olmalıdır.
    Vaxtı çatmamış tərbiyə körpənin böyüklərə e`timadını itirir. Hələ sizin sevginizi hiss etməyə qadir olmayan az yaşlı uşağın tərbiyəsi mənfi nəticələr verə bilər. Qanunlara riayət valideynə sevgi ilə yanaşı olarsa, körpə tapşırıqları həvəslə yerinə yetirər. Axı valideynin məhəbbətini dadmamış uşaq bu məhəbbəti itirməkdən də qorxmur. Əgər itiriləsi bir şey yoxdursa, körpə nə üçün özünü əziyyətə salmalıdır.
    Sual: Övladı tərbiyə etmək üçün valideyn münasibdirmi?
    Cavab: Uşağı tərbiyə etmək üçün onun inanıb e`timad etdiyi şəxs daha münasibdir. Tərbiyəçi körpəni qoruyub, onun ehtiyaclarını ödəyir, ona səmimi münasibət göstərir. Əgər uşaq uyğun münasibətləri valideyndən görürsə, demək, valideyn tərbiyəçi ola bilər.
    İnsanı heyvanla müqayisə etmək fikrində olmasam da, qeyd etməliyəm ki, it üçün ən yaxşı tə`limçi itin e`timad göstərdiyi şəxsdir. İt, adətən belə bir şəxsə daha çox itaət göstərir.
    Əgər uşaq əmin olsa ki, valideynləri onu sevir, onlara itaəti özünə borc biləcək. Uşaq valideyn məhəbbətini dadmalıdır ki, bu məhəbbəti itirməkdən qorxsun.
    Sual: Əgər valideyn öz övladı ilə səmimi münasibətdədirsə, bu münasibət yaxşı tərbiyəçi olmaq üçün kifayət edərmi?
    Cavab: Bəli. Əgər artıq, uşaq sizin məhəbbətinizə ehtiyac duyursa, bu ehtiyac tərbiyədə amil ola bilər. Müvəqqəti şəkildə bu məhəbbəti kəsməklə ona anlada bilərsiniz ki, qayda-qanunlara əməl etməməyin bu sayaq pis nəticələri ola bilər. Uşaq qayda-qanuna əməl etdiyi vaxt sizin xoş təbəssümünüzlə, əməl etmədiyi vaxt narazılığınızla qarşılaşmalıdır.
    İnanın ki, körpəlik vaxtı ehtiyacları ödənmiş, başqalarına və sizə e`timad göstərmiş uşaq sizin narazılığınıza biganə qalmayacaq, özünü düzəltməyə çalışacaq.
    Uşaqla səmimi münasibətin başqa faydaları da var. Azyaşlı uşaqlar başqalarını təqlid etməyə çalışırlar. Elə buna görə də valideynlər uşağın yanında nalayiq söz və hərəkətlərdən çəkinirlər. Bəli, uşaq gördüyünü bir anda götürür. Sizdən "təşəkkür edirəm”, "bağışlayın” kimi nəzakətli sözlər eşitməyən körpə, çətin ki, danışığında uyğun sözlərə yer ayıra.
    Uşaq, adətən, sevdiyi şəxslərin sözlərini və hərəkətlərini təkrarlayır. Çalışmalısınız ki, körpənizin ən çox sevdiyi şəxs siz özünüz olasınız. Əgər uşaq həyatda düzgün yol seçərsə, sizin alqışlarınız onu daha da ruhlandıracaqdır. Əgər övladınız sizi sevirsə, sizin rəftarınız onun üçün ideala çevriləcəkdir. Bu rəftar onun ruhunda və canında əks olunacaqdır.
    Sual: Tərbiyənin ruha və cana hopması münasibdirmi?
    Cavab: Bəli, münasibdir. Uşaq bu yolla "ağı qaradan” seçməyə başlayır və ictimai qayda-qanunlara yiyələnir. Bizim "vicdan” adlandırdığımız dəyər artıq formalaşmış "ağı qaradan” seçmə xüsusiyyətidir. Vicdan insan vücudunun müqəddəslik simvoludur. Vicdan incidildiyi vaxt insan günah hiss edir. Günahı hiss etmək çox mühüm keyfiyyətdir. İnsanı bir sıra ləyaqətsiz işlərdən çəkindirən çox vaxt vicdan olur. Vicdanlı insan üçün günah olduqca ağrılı bir hissdir. Uşaqlıq dövründə vicdan güclənib formalaşmazsa, bu insan böyüdüyü vaxt etdiyi əməllərin başqalarına zərərli olub-olmadığına fərq qoymayacaq. Yə`ni vicdansız insanı pozduğu hüquqlar qətiyyən narahat etmir. O yalnız cəzadan qorxur. Belələrinin cəmiyyətdə qəbul olunmaması normal haldır.
    Sual: Tərbiyə mövzusunda bir misal çəkin.
    Cavab: Mən hələ bir yaşı olmamış körpə haqqında danışacağam. Təsəvvür edin ki, iməkləyə-iməkləyə evdə "ova” çıxmış körpə elekrik rozeti tapır. O əvvəlcə bu "ikigözlü ilan başını” maraqla nəzərdən keçirir. Əlini rozetə uzadarkən siz səsinizi qaldıraraq e`tiraz edirsiniz. Keçirdiyiniz narahatçılıqdan təbii olaraq üzünüzdə acıqlı ifadə görünür. Demək, siz öz reaksiyalarınızla uşağa "olar-olmazı” anlada bilirsiniz.
    Amma sizin bu reaksiyanız hələ işin başlanğıcıdır. Çox ehtimal ki, körpə növbəti dəfə əlini rozetə uzadacaqdır. Aydındır ki, siz yenə də mənfi reaksiya göstərəcəksiniz. Yox o öz təcrübələrini dayandırmaq fikrində deyil. Əgər əvvəl sağ əlini uzadırsa bu dəfə sizə baxa-baxa sol əlini uzadacaq. O, nəzəriyyəçi alim kimi sizin reaksiyalarınızı öyrənir. Onu tənha qoymayın. O, qonşu otağa sivişib öz rozet təcrübəsini qonşu otaqda davam etdirə bilər. Əgər bütün cəhdlər zamanı sizin mənfi reaksiyanızla qarşılaşsa, əmin olacaq ki, bu predmetə toxunmaq olmaz. Təəssüf ki, əksər valideynlər uşağın davamlı sınaq aparacağını anlamırlar. Məsələn, birinci dəfə əlini rozetə uzadan uşaq valideyn çölə çıxdıqdan sonra yenidən işini davam etdirəcək. O elə bilir ki, rozetə valideynin yanında dəymək olmaz. Demək, siz sınaqlar başa çatanadək körpəni tərk etməməlisiniz. Siz o qədər səbirli olmalısınız ki, körpə son qərara gələ bilsin. İnanın ki, o öz təcrübələrinin sonuna çatdıqdan sonra mə`nalı şəkildə gülümsəyir. Çünki başa düşüb ki, valideyni narahat edən səbəb nə imiş.
    Uşaq bu sayaq biliklərə çox maraqlıdır. O vaxtaşırı sınaqları təkrarlayır ki, valideynin fikrinin dəyişib dəyişmədiyini anlasın. O sizin qəlbinizi sındırmaq fikrində deyil. Uşaq başqalarında mənfi emosiya yaradacaq hərəkətlərdən çəkinir. Çünki o sevilmək istəyir. O gördüyü müsbət işin əvəzində hədiyyə almaqdan ləzzət duyur.
    Sual: Tərbiyənin xüsusi vaxtı varmı?
    Cavab: Xeyr, tərbiyə üçün xüsusi vaxt qeyd olunmur. Tərbiyə tə`yin olunmuş qanunların icrasını tələb etməkdir. Çalışmalısınız ki, bu qanunlar dəyişməz olsun. Əgər tə`yin etdiyiniz qanunlarda tez-tez dəyişiklik aparsanız, uşaq bu qanunları ciddi qəbul etməyəcək. Ağaca çıxan şəxs budağın üstündə durub, digər bir budaqdan əli ilə tutmalıdır. Əgər bu iki şərtdən birinə əməl olunmasa, yıxılmaq təhlükəsi var. Eləcə də, yıxılan yuxarı yox, aşağı yıxılır. Körpəni bu sayaq məsələlərlə qanunların icrasına həvəsləndirmək lazımdır.
    Tərbiyə zamanı elə üsullardan istifadə etmək lazımdır ki, tərbiyə prosesi oyun kimi maraqlı olsun. Mə`lumdur ki, oyunun davamı üçün qanunlara əməl etmək lazımdır. Elə ki, uşaq qanuna itaətsizlik göstərir, oyun dərhal dayanır. Körpələr qanunauyğun oyunları xoşlayırlar. Bu onu göstərir ki, onlar qanunları sevirlər. Uşaq üçün nəzərdə tutulmuş qayda-qanunların başqa faydaları da var. Uşaqlar bu üsulla öz hərəkətləri ilə ətrafdakılar arasındakı əlaqəni proqnozlaşdırmağı öyrənirlər. Əgər körpə qarşıda nə baş verəcəyini tə`yin etməyi bacarırsa, qorxu və həyəcandan uzaq olur. Çünki qorxu və iztirab qəfil hadisələrdən yaranır.
    Sual: Əgər uşağa qarşı tələblərimdə güzəştə getsəm, nəticə nə olar?
    Cavab: Əgər tələblərinizdə israrlı olmasanız, uşaq tərəddüd və iztiraba düçar olar. Uyğun iztirab gələcək fəaliyyətlərdə özünü göstərəcək və daha artıq zəhmət tələb edəcək.
    Güzəştə vərdiş etmiş körpə üçün sizin reaksiyanız gözlənilməz olur və uşaq özünü müdafiəsiz hiss edir. Uşağın müalicəsi üçün müraciət edən bə`zi valideynlər övladlarına lazımınca diqqət göstərmirlər. Uşaqlarla aparılan söhbətlərdən mə`lum olur ki, bu uşaqlar öz valideynlərinin diqqətsizliyindən əziyyət çəkiblər. Bu uşaqlar valideynin diqqətini cəlb etmək üçün hər işə əl atırlar. Onlar elə güman edirlər ki, valideyn onlara diqqətsiz olduğundan heç əsəbləşmir də.
    Tələblərinizdə israrlı olmasanız körpənin tərbiyəsində problemlər yaranacaq. Çünki o daim öz azadlığının sərhədlərini müəyyənləşdirmək istəyir. Elə düşünməyin ki, o sizi əsəbləşdirmək istəyir. Onun bütün hərəkətləri valideynin diqqətini qazanmaq üçündür. Valideynin gücünə və sevgisinə əmin olan körpə rahatlıq tapır. Onun rahatlıq tapması üçün isə tələblərinizdə israrlı olmaqdan başqa yol yoxdur.
    Bə`zi problemlər israrlı olmamaqdan yox, tələblərinizin dəyişkənliyindən yaranır. Bə`zi valideynlər öz körpəsinə başqalarının icad etdiyi qanunlarla yanaşır. Yeni dayə, baba və nənənin tərbiyəsi tətbiq olunmuş qanunlarda dəyişikliyə səbəb ola bilər. Ən əsası körpənizin tərbiyəsində təsadüfi adamların tövsiyələrinə qulaq asmayın.
    Uşaq məntiqi qayda-qanunlarla tərbiyə olunmalıdır. Əgər qanunlar körpəyə zülm edəcək dərəcədə məntiqsizdirsə, siz bu qanunlar üzərində israrlı ola bilməyəcəksiniz. Bu uyğunsuzluğu dərk etmək çətin deyil. Hövsələdən çıxaraq uşağa ağır qanunlar tətbiq etməyiniz həmin məntiqsizlikdən doğur. Məsələn, e`lan edirsiniz ki, "əgər yeməyini sonadək yeməsən otaqdan çıxmayacaqsan”. Belə bir qərarın icrası sizin özünüz üçün iztirablıdır. Çünki siz bu qərarınızla əslində uşağı həbs edirsiniz. Amma dediyinizdən dönsəniz qeyri-ciddi görünəcəksiniz. Demək, siz öz məntiqsiz qərarınızla özünüzü pis vəziyyətə salırsınız. Qarşınızda iki yol var: ya zülm etməli, ya da bacarıqsız tərbiyəçi olduğunuzla razılaşmalısınız.
    Bütün bu problemlərin qarşısını almaq üçün tərtib etdiyiniz qanunlar məntiqli olmalı, aranızdakı e`timad və sevgiyə zərbə vurmamalıdır.
    Sual: Körpənin tərbiyəsi üçün müəyyənləşdirilmiş qanunlar onun azadlıq hissinə zərbə vurmurmu?
    Cavab: Xeyr, qanun-qaydaya sövq edilməyən uşaq azadlığın mahiyyətini dərk edə bilməz. Təəssüf ki, bə`zi valideynlər qanunları azadlıq hissinə zidd hesab edirlər. Onlar uşaq üçün çərçivəsiz bir mühit yaradırlar. Mənə elə gəlir ki, çərçivəsiz mühitdə yaşayan uşaq sizin diqqət və sevginizi dəyərləndirə bilməyəcək. Bu isə böyük faciədir. İnanın ki, qayda-qanunsuz mühitdə yaşayan uşaq özünü idarə edə bilmir və öz ətrafına dağıdıcı münasibət göstərir. Bu tip uşaqların cinayətə, vəhşiliyə daha çox meyli olur. Fitrətən mərhəmətli olan bir varlıq yanlış tərbiyə nəticəsində amansızlaşa bilər.
    Bə`zən elə adamlarla rastlaşırıq ki, uşaqlığını tam azad mühitdə keçirdiyindən gələcəyini tə`yin etmək qabiliyyətini itirmişdir. Onlar valideynin əvəzində özləri üçün qanunlar tətbiq etmiş və bu yetərsiz qanunların nəticəsində yaradıcılıq iste`dadından məhrum olmuşlar.
    Sual: Dediklərinizdən belə mə`lum olur ki, siz uşağın tənbeh olunması tərəfdarısınız.
    Cavab: Tənbeh xoşagəlməz olsa da bə`zi şəraitlərdə zəruridir. Əgər siz körpəni pis vərdişlərdən xoşluqla çəkindirə bilmirsinizsə, demək tənbehdən istifadə etməlisiniz. Amma tənbeh və tərbiyə ayrı-ayrı məfhumlardır. Tərbiyə qayda-qanunlarla tanışlıqdırsa, tənbeh itaətsizliyə görə verilən cəzadır. Tənbeh tərbiyəni, tərbiyə isə tənbehi əvəz edə bilməz. Əgər uşağa tənbeh barədə xəbərdarlıq etmisinizsə tənbeh etməyə hazır olun. Bə`zi valideynlər uşağı tənbehlə qorxutmaqda həddi aşırlar. Bu iş tövsiyə olunmur. Əgər belə etsəniz sabit qayda-qanunları zəiflətmiş olacaqsınız. Əgər tənbeh etmək fikriniz yoxdursa, bu barədə danışmamağınız yaxşıdır. Tənbehlə qorxudub, onu yerinə yetirməyəcəksinizsə, uşağın pis işini görməməzliyə vurmağınız daha yaxşıdır. Əgər öz tənbehinizdə zülmə yol verməyə bilmirsinizsə, tənbehdən çəkinin. Dəyərli valideyn olmaq üçün düşünülməmiş hərəkətlərdən və bu hərəkətlərin uğursuz nəticələrindən çəkinin.
    Sual: Konkret tənbeh ölçüləri mövcuddurmu?
    Cavab: Buraxılmış səhvə görə tənbeh həmin səhvə uyğun olmalıdır. Yalnız səhər dişini fırçalamadığı üçün uşağı həvəslə gözlədiyi futbol müsabiqəsindən məhrum etmək düzgün deyil. Axı diş yumaqla futbol arasında nə əlaqə var?! Əslində, uşağın öz dişini fırçalamaması ciddi tənbehə layiq deyil. Ən yaxşı yol budur ki, uşağın öz dişini yumasında şəxsən iştirak edəsiniz. Demək, tənbeh həm keyfiyyət, həm də kəmiyyət baxımından buraxılmış nöqsana uyğun olmalıdır.
    Ağır tənbeh nəticəsində uşaq öyrənə biləcəyi bir işin qarşısında aciz qala bilər. Əgər uşaq sizin tənbehinizi özünə qarşı zülm kimi qəbul edərsə, siz narahat olmalı, ona tənbehin əhəmiyyətini anlatmağa çalışmalısınız. Mülayim tənbehlər daha tə`sirlidir.
    Müşahidələrdən mə`lum olur ki, çox ağır tənbehin nəticəsində uşaq bir də pis vəziyyətə düşməmək üçün yol axtarır.
    Bir misal: sinifdə qızları incitmiş bir oğlanı müəllim məcbur etmişdi ki, beş yüz dəfə "mən daha qızları incitməyəcəyəm” sözlərini yazsın. Bu oğlanla aparılan söhbətlərdən mə`lum oldu ki, onun qızlara qarşı yox, müəllimə qarşı rəftarı dəyişib. O, qərara gəlmişdi ki, qızları xəlvətdə incitsin. Bu oğlan qızlara qarşı pis münasibətin mahiyyətini anlamamışdı.
    Əgər sizin uşağınız hansısa bir pis işi dəfələrlə təkrarlayırsa, ona işin mahiyyətini anlatmağa çalışın. Nəzərinə çatdırın ki, bu işə görə tənbeh olunacaq. Ona bildirin ki, necə tənbeh olunacağı haqqında birgə qərar çıxarılacaq. Uşağın özündən soruşun ki, o hansı tənbehə layiqdir. İnanın ki, onun təklif etdiyi tənbeh üsulu öz ağırlığı ilə sizi təəccübləndirəcək. Bu üsuldan istifadə edən bir valideynə uşaq belə təkliflər etmişdi: "Mənə üç həftə yemək vermə”; "Bir il dostlarımla görüşməyə icazə vermə...”
    Sizin öz övladınızla tənbeh barədə məsləhətləşməyiniz onun tənbehini yüngülləşdirir. Bu üsulun tətbiqi nəticəsində siz ədalətli hakim olaraq qalırsınız.
    Tənbeh uşağın tərbiyəsində o vaxt tə`sirli olur ki, siz vəziyyəti nəzarət altında saxlayasınız. Amma öz məhəbbətinizi də əsirgəməməlisiniz. Övladınız hiss etməlidir ki, siz onun düşüncələrini nəzərə alırsınız. Tənbeh növü seçilərkən uşağın hissləri nəzərə alınmazsa gördüyünüz iş mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əksər valideynlər uşaqlarına otaqlarını səliqə-səhmana saldıra bilmirlər. Hansı ki, söhbət otağın tamamilə təmizlənməsindən yox, qismən yığışdırılmasından gedir. Uşaq paltarlarını hara gəldi atmamalıdır. Əgər valideyn e`lan etsə ki, paltarı yerə atılan övlad ev işlərində on beş dəqiqə kömək etməli olacaq, uşaq öz nöqsanını aradan qaldırmağa çalışar. Valideyn edə bilər ki, xəcalətli bir görkəmdə uşağa desin: "Bütün yollar səmərə vermədiyindən səni tənbeh etməyə məcburam və bu sonuncu yoldur.”
    Tənbehə sövq edən rəftar haqqındakı əvvəlki xatırlatma çox əhəmiyyətlidir. Bu xəbərdarlıq ona seçim şansı verir. O, öz rəftarını dəyişməklə tənbehin qarşısını ala bilər. Demək istəyirəm ki, onun yanına sillə vurmazdan qabaq ona xəbərdarlıq edin. Ona rəftarını dəyişməklə sillənin qarşısını almaq imkanı verməlisiniz. Bu halda rəftarını dəyişməyən uşaq onun nə gözlədiyini qabaqcadan bilir. Yadınızda saxlayın ki, bu sillə ağrıdıcı olmamalıdır. Ona gücünüzü göstərməyiniz yetər. Uşağın bu kiçik sillədən sonra şiddətlə ağlamasına heyrət etməyin.
    Sual: Uşağı vurmaq nə zaman ziyanlıdır?
    Cavab: Vurmaq o zaman ziyanlıdır ki, tərbiyə ilə əlaqədar deyil. Yə`ni e`lan olunmamış qanunların pozulmasına görə uşağı vurmaq olmaz. Pis iş görməmiş uşağı tənbeh etmək zərərlidir. Axı günahsız insanı hansı əsasla tənbeh etmək olar. Əgər sizin tənbehiniz uşağın səhvindən ağır olarsa, uşaq sizi rəhmsiz hesab edər. Uşağın səhvindən böyük fasilə keçəndən sonra tənbeh tə`sirsiz olur. Məsələn, həftənin ikinci günü səhv iş görmüş uşağı bazar günü oynamağa icazə vermirsinizsə, sizin bu vaxtı keçmiş tənbehiniz uğurlu deyil. Səhvindən bir neçə gün ötüşmüş uşaq öz səhvi ilə tənbeh arasında əlaqə görmür. Onun fikrincə, siz insafsızlıq göstərərək onu səbəbsiz yerə tənbeh edirsiniz. Bəli, vaxtı keçmiş tənbehin səmərəsi yoxdur.
    Bə`zən valideyn əsəbi olduğu üçün səbəbsiz yerə uşağı tənbeh edir. Bu cür hadisələr zamanı uşaq böyüklərə inamını itirir. Çünki onu himayə etməli olan valideyn ona zülm edir. Valideyni bu cür rəftarına görə rəhmsiz hesab etmək olar.
    Sual: Tərbiyə məqsədi ilə hədiyyə vermək tənbeh etməkdən üstün deyilmi?
    Cavab: Bəli, bu üsul daha yaxşıdır. Mən hədiyyə dedikdə oyun-oyuncaq yox, sizin məhəbbətinizi nəzərdə tuturam. Yaxşı rəftar müqabilində maddi hədiyyə vermək maddiyyatın mənəviyyatdan üstün olduğunu göstərir. Amma insan adını uca tutanlar yaxşı bilirlər ki, məhəbbətdən doğan razılıq maddi hədiyyədən doğan razılıqdan qat-qat üstündür. Əgər uşağı yalnız hədiyyələr vasitəsi ilə yaxşılığa sövq etsək, onun insani hisslərini zəiflətmiş olarıq. Belə ki, uşağın yaxşı rəftarı sizin məhəbbətinizdən yox, maddi hədiyyələrdən asılı olur.
    Tez-tez hədiyyə alan uşaq maddiyyata maraqlı olur. O, hər yaxşı rəftarına görə hədiyyə gözləyəcək və bir dəfə gözlədiyi hədiyyə verilməyəndə öz yaxşı işini əhəmiyyətsiz hesab edib, ondan əl çəkəcək.
    Heç bir insan dünyaya var-dövlət eşqi ilə gəlmir. Bu hiss sonradan formalaşır. Məsələn, uşaq pis işinə görə oyuncaqlarından məhrum edilirsə, o elə başa düşür ki, oyuncaq sevgidən üstündür.
    Ardıcıl şəkildə yaxşı işinə görə hədiyyə almış, pis işinə görə oyuncaqlardan məhrum edilmiş uşaqlar öz gələcək həyatlarında bu prinsiplərlə yaşamağa üstünlük verirlər. Belə uşaqlar hədiyyə xatirinə dərs oxuyur, hədiyyə xatirinə yaxşılıq edirlər. Mən elə övladlarla rastlaşmışam ki, yaxşı oxuduğu üçün valideynindən avtomobil umur. Demək, bir qrup insan gördüyü işdən yox, yalnız bu işin müqabilində alacağı haqdan ləzzət duyur. Çünki onlarda hər şeyi maddi nöqteyi-nəzərdən dəyərləndirmək əqidəsi formalaşmışdır. Onlar üçün elm yox, elmin müqabilində əldə edəcəkləri maddiyyat maraqlıdır. Bəli, valideyn öz hədiyyələri ilə övladının insanlıq hisslərini yaralaya bilər.
    Sözsüz ki, bu üsul insanın ictimai həyatına tə`sirlidir. Əşya, maddiyyat tərəqqi və məhəbbət kimi dəyərləndirilir. Bu üsul maddiyyatçılığa, tamahkarlığa aparır. İnsani dəyərlər arxa plana keçir və insan başqalarına pis tə`sir edəcək mənfi rəftarına əhəmiyyət vermir. Qəbulumda olmuş bir çox xəstələr hansısa maddi bir şeyi (məsələn, villa, avtomobil) öz sağlamlıqları və xoşbəxtlikləri üçün əsas hesab edirlər. Onlar gecə-gündüz dünya malı haqqında düşünür, səbəbsiz yerə dükanları gəzirlər. Hətta e`tiraf edirlər ki, gündə yeni bir şey almasalar rahatlanmırlar. Əgər bu insanların ilkin tərbiyəsinə nəzər salsaq, həmin "yaxşı iş əvəzində hədiyyə” üsulu ilə rastlaşarıq.
    Sual: Belə çıxır ki, uşağın hədiyyəsi yalnız məhəbbət olmalıdır?
    Cavab: Bəli! Əksər valideynlər uşaq pis iş görənə də ona diqqət göstərmirlər. Onlar öz övladlarına vaxt ayırmır, demək olar ki, yalnız öz problemləri ilə məşğul olurlar. İnanın ki, valideynin diqqətinə ehtiyaclı olan körpə məhz bu diqqəti cəlb etmək üçün pis işə əl atır. Məsələn, iməkləyən körpə sizin ona fikir vermədiyinizi görüb, əlindəki şeyi hara gəldi çırpır. Yalnız onun bu hərəkətindən sonra siz onunla məşğul olursunuz. Başqa bir misal: qucağında körpəsini tutduğu halda telefon söhbətinə şirnikən ana, demək olar ki, öz körpəsini unudur. Bu vaxt körpə ananın diqqətini özünə cəlb etmək üçün əlindən gələn bütün pis işlərə əl atır.
    Körpəsini yalnız hədiyyə ilə sevindirmək istəyən valideyn körpəni başqalarına qarşı biganə edir. Amma məhəbbət təmənnalı körpə ətrafına diqqətli olur və istənilən bir adamdan məhəbbət gözləyir. Bəli, məhəbbət həyatın ən böyük dərsidir. "Hədiyyə” üsulu isə insani dəyərləri aradan qaldırır, tamahkarlığı gücləndirir. Övladlarınıza sevgini tanıtdırın. Bunu bacarsanız o sizə və başqalarına qarşı diqqətli olacaqdır.
    Category: Kaş valideynlərim biləydi! | Views: 834 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024