İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Kaş valideynlərim biləydi!
    5:49 PM
    Kaş valideynlərim biləydi!
    ON BİRİNCI FƏSİL
    DƏCƏLLİK, İTAƏTSİZLİK VƏ KOBUD RƏFTAR
    Sual: İnkişafda olan uşaq üçün itaətsizlik təbiidirmi?
    Cavab: Bəli, övladınız üçün bütün inkişaf mərhələlərində itaətsizlik təbii haldır. İtaətsizliyinə görə əsəbiləşdiyinizi dərk etməyən uşaq hələ ki dəcəlliyin mə`nasını anlamır. Valideynin razılığını onun narazılığından fərqləndirə bilən uşaq öz hərəkətlərinə nəzarət etməyə başlayır. Dəcəllik də başa düşən uşağa aiddir. Valideyn uşağın hərəkətini o zaman dəcəllik kimi qiymətləndirməlidir ki, onun bilərəkdən hərəkət etdiyinə əmin olsun.
    Uşağın dəcəlliyinə görə narahat olmayın. O, sizin qoyduğunuz qanunlardakı zəif nöqtələri axtarır. Onun məqsədi sizi narahat etmək yox, tə`yin olunmuş çərçivənin hüdudlarını müəyyənləşdirməkdir. Sizin narahatçılığınız o vaxt əsaslı olar ki, uşaq dəcəlliyə ara verməsin.
    Sual: Övladımın itaətkarlığına görə narahat olmalıyammı?
    Cavab: Valideynin bütün istəklərini qeyd-şərtsiz yerinə yetirən uşaq, çox güman ki, sərt rəftarla tərbiyə olunmuşdur. Yalnız qorxu altında şəxsiyyəti sındırılmış uşaqlar bütün deyilənlərə əməl edir. Belə uşaqlar yalnız ətrafdakıları razı salmaq barədə düşünürlər. Onlar daim göstəriş gözləyir və müstəqil şəkildə hər hansı bir işi başa çatdıra bilmirlər. Uşaq vaxtı müt`i olan insanlar yaşa dolduqdan sonra yalnız əl altında işləyə bilir, yaradıcılıq qabiliyyətindən məhrum olurlar.
    Məktəbdə müəllimlər belə uşaqları daha çox sevirlər. Hətta onları başqalarına nümunə göstərirlər. Elə valideynlər də onları əzizləyir. Amma belə uşaqlar öz uşaqlıq dövrlərindən ləzzət ala bilmirlər. Yaşıdları onları məsxərəyə qoyur və özlərindən uzaqlaşdırırlar. Müt`i uşaqlar daim böyüklərin razılığını güddüklərindən öz şəxsiyyətlərini biruzə verə bilmirlər. Bu hal onlarda ömür boyu davam edir.
    Sual: Uşağı kobud rəftara vadar edən nədir?
    Cavab: Özündə daxili nəzarət mexanizmi yarada bilməyən uşaqlar kobud rəftarlı olurlar. Yə`ni bu uşaqlar nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirə bilməmişlər. İnsanın rəftarını tənzimləyən vicdan müxtəlif səbəblərdən məhv ola bilər. Kobud rəftarlı uşaqlar ani ləzzətlərin ötəri olduğunu anlamırlar. Onlar cəmiyyətdən alacaqları böyük mükafatı qoyub, ani ləzzətə üstünlük verirlər. Valideynlər övladlarına anlatmalıdırlar ki, ilk baxışdan ləzzətsiz görünən bir iş çox faydalı ola bilər. Əgər uşaq ani ləzzətlər dalınca qaçırsa, demək, onun tərbiyəsində səhvə yol verilmişdir. Tərbiyənin başlıca müddəalarından biri "böyük məqsədə ani ləzzətlərdən keçməklə çatmaq olar” prinsipi üzərində qurulmalıdır. Övladınızı çətin bir işin öhdəsindən gəldikdə mükafatlandırsanız, o başa düşər ki, mükafat əldə etmək üçün hansısa şərtlərə əməl olunmalıdır.
    Uşağın kobud rəftarlı olmasının başqa səbəbləri də var. Məsələn, valideyn və ya müəllim fərqinə varmadan uşağı şər adlandırarsa, bu ittiham uşağı şərə sövq edə bilər.
    Uşağı yersiz tənbeh etməyin. Nahaq tənbeh insanın yaxşılığa marağını azaldır. Yersiz tənbeh olunan uşaq qərara gəlir ki, yaxşı və ya pis olmağın heç bir fərqi yoxdur. Bu düşüncə tərzi olduqca qorxuludur. Bu düşüncə tərzinə malik insanlar ətrafın yersiz ittihamlarına cavab olaraq ani ləzzət ardınca qaçır, heç bir qayda-qanun tanımır, bir sözlə, ləzzət üçün yaşayırlar.
    Çox uşaqlar tanıyıram ki, ətrafın sevgisini qazanmaq istəsələr də, öz kobud rəftarlarından əl çəkə bilmirlər. Çünki bu uşaqların böyüyüb, boya-başa çatdıqları mühitdə cəmiyyətin tələbləri haqqında təsəvvür formalaşmayıb. Bu uşaqların əksəriyyəti yaxşı rəftarın ləzzətini duymayıblar. Onların tərbiyəsində " insan və cəmiyyət” mövzusunda heç bir söhbətə yer verilməyib. Onların qulağı "sən şərsən”, "səndən bir şey çıxmayacaq”, "səninlə danışmaq faydasızdır” kimi ittihamlara vərdiş verib. Belə uşaqların valideynləri başı öz problemlərinə qarışmış insanlardır. Bu valideynlər yalnız uşaq xətaya yol verdikdə onu yada salırlar. İstisnasız olaraq bütün uşaqlar valideynin diqqətinə ehtiyac duyurlar. Yalnız pis iş gördükdə bu diqqəti qazana bilən uşaq məhz valideynin diqqətini cəlb etmək üçün pis işlərini davam etdirə bilər.
    Sual: Nə üçün övladım bu yolla diqqəti cəlb etmək istəyir?
    Cavab: Güman ki, bu uşaq yaxşı işlər gördükdə ona diqqət edən olmur. Yaxşılıqla diqqət qazana bilən uşaq başqa yola əl atır. Onu bu yolu seçməyə sizin münasibətiniz vadar edir. Əgər uşağın yaxşı işləri qiymətləndirilmirsə, o pis işlərlə diqqəti cəlb etməyə məcburdur.
    Sual: Daim dəcəllik edən uşaqla necə davranmaq lazımdır?
    Cavab: Əvvəlcə bu dəcəlliyin səbəbini araşdırın. Bu səbəbi tapmamış problemi həll etmək olmaz. Dəcəllik səbəbsiz olmur. Çox güman ki, bu dəcəlliyin əsas səbəblərindən biri uşağın müsbət işlərinin qiymətləndirilməməsidir. Güman ki, bu uşaq cəmiyyətdən də öz yaxşı işinə cavab ala bilmir. Onun qazancı yalnız tənbeh və məhrumiyyətlərdir. İtaətsiz övladın valideyni, adətən, övladına vaxt ayıra bilməyən problemli bir valideyndir. Övladının müsbət hərəkətlərinə biganəlik göstərən ata-analar az deyil. Bu valideynlərin işi uşağı yalnız pis iş gördükdə danlamaqdır.
    Qəbulumuzda olan valideynlərin əksəri övladının kobud rəftarından şikayətlənir. Onlar öz uşaqlarının biganəliyindən, təhsildə geriliyindən narahat olurlar. Bu uşaqlar zehnli və iste`dadlı da ola bilərlər. Sadəcə, onun qabiliyyətlərinin üzə çıxması üçün düzgün şərait yaradılmalıdır. Bu uşağı biganəlikdə qınayan valideyn əslində onun üçün münasib şərait yaratmamışdır. Uşaq ona qarşı tətbiq olunmuş qeyri-münasib qanunlara öz biganəliyi, kobudluğu ilə cavab verir. O, kiçik bacı-qardaşını incidərkən valideyn onu qınamaqla yarasına duz səpir. Belə bir uşağı qadağalarla islah etmək mümkünsüzdür. Bir sözlə, uşağın kobud rəftarında sirr axtarmayın. Onun yaxşı işlərini qiymətləndirmək lazımdır. Əgər uşağın müsbət hərəkətləri biganəliklə üzləşirsə, o da öz ətrafındakılara biganəlik göstərəsidir. Kobud rəftarlı uşağın islahı üçün bu rəftarın səbəbini araşdırın. Çalışın ki, uşaq sizinlə ünsiyyətdən ləzzət alsın. Uşaq sizin himayənizi, ona arxa olduğunuzu hiss etməlidir. Uşaq ona qadağan edilmiş bir şeyin zərərli olduğunu başa düşməlidir. Əgər deyilənlərə müvəffəq olmasanız, övladınız şəxsiyyətsiz insanlarla yaxınlığı sizinlə yaxınlıqdan üstün tutacaqdır.
    Sual: Axı övladım məndən nə istəyir?
    Cavab: Övladınız sizinlə münasibətdən ləzzət duymalıdır. Eyni zamanda, o sizin qarşınızda məs`uliyyət hiss etməlidir. Bu iki hissdən məhrum olan övlad problemlər yaradısıdır. Övladını razı salmağa çalışmayan valideyn onu evdən qaçaq salır. Müşahidələrdən mə`lum olur ki, zəif valideynlərin himayəsi altında böyüyən uşaq gənc yaşlarında amansızlığa meyilli olur. Özünə başı qarışmış valideynlər uşağın ehtiyaclarına cavab verəcək qanunlar hazırlaya bilmədiklərindən, bu uşaq kənar qanunlarla yaşamağa başlayır. Adətən, oxşar problemli uşaqlar dostlaşaraq öz gəncliklərini puça çıxarırlar. Onlar öz daxili boşluqlarını bir-birləri ilə sıx əlaqələr vasitəsi ilə doldurmaq istəyirlər.
    Hər bir uşaq öz şəxsiyyətinin tanınmasını və fərqli cəhətlərinin qiymətləndirilməsini istəyir. Uşaq daxili enerjisinin düzgün istiqamətləndirilməsi üçün valideynin köməyinə möhtacdır. Siz belə bir vəzifəni yerinə yetirməkdən qürur duymalısınız.
    Övladınız sizin himayəniz sayəsində inkişafa başlayır və hər gün öz bacarığını daha çox biruzə verir. Onu öz gücünə inandırmaq lazımdır. İnanmıram ki, ona hər şeyin yaxşısını vermək, ifrat dərəcədə rahat şərait yaratmaq faydalı olsun. Unutmayın ki, yalnız qarşılıqlı məhəbbət faydalı olur və uşağın ehtiyaclarını ödəyir.
    Sual: Məs`uliyyətsiz uşaqla nə etmək lazımdır?
    Cavab: Bə`zən uşaq itaətsiz görünməsə də, tələb olunan işlərə maraq göstərmir. Bu uşaq heç nəyə əhəmiyyət vermir. Sanki onun məs`uliyyət hissi yoxudur. Zənnimcə, bu uşaq qədərincə qiymətləndirilməmiş və ona özünü göstərmək üçün imkan verilməmişdir.
    Əslində uşaq hansısa bir mükafata görə bütün tapşırıqları həvəslə yerinə yetirə bilər. Çox vaxt bu mükafat sizin razılığınızdan ibarət olur. Əgər uşaq üçün sizin razı qalıb-qalmamağınızın fərqi yoxdursa, çətin ki, istəyinizə həvəslə əməl etsin. Bundan ötrü isə uşağın reaksiyalarına biganə qalmamalısınız. Əgər biganə qalsanız, o da biganə olacaq. Biganələşmiş uşaq isə yalnız öz istəkləri barədə düşünəcək.
    Bə`zən isə uşağın bütün vəzifələrini valideyn öz üzərinə götürür, onu zəhmət çəkməyə qoymur. Belə uşaqlar əllərini ağdan qaraya vurmayıb, qulluqçu gəzirlər. Hansı ki, problemlərini həll etməyə çalışan insan həm inkişaf edir, həm də öz işindən ləzzət alır. Zəhmətə alışmamış uşaq isə böyüdükdən sonra daim başqalarından kömək gözləyir.
    Sual: Uşağa məs`uliyyət hissini aşılamaq olarmı?
    Cavab: Uşağa kiçik işlər tapşırıb, bu işdə ona kömək edin. Əgər o bu vəzifəni yerinə yetirə bilsə, məhəbbətinizlə mükafatlandırın. Bu yolla uşaqda məs`uliyyət hissi yaratmaq olar.
    Sözsüz ki, az yaşlı uşaqlara kiçik işlər tapşırmaq olar. Uşağa tapşırılmış işdə ona kömək etmək, hər hansı bir işdə uşağın köməyini qiymətləndirmək onu hərəkətə gətirir. Məsələn, iki yaşlı uşaqlar valideynə ev işlərində həvəslə kömək edirlər.Əgər göstərdiyi köməkliyə görə ona təşəkkür etsəniz, daha çox çalışacaq. Öz vəzifəsinə əməl etməyən, uşağa biganə olan valideyn övladının məs`uliyyət hissini öldürür.
    Sual: Nə üçün bə`zi uşaqlar daim deyilənin əksini edirlər?
    Cavab: Uşağın belə rəftarı səbəbsiz deyil. Əvvəla, uşaq bu hərəkəti ilə sizin diqqətinizi cəlb etmək istəyir. Ən pis halda, bu rəftarın arxasında qəzəb dayanır. Bə`zən uşaq yalan danışır, oğurluq edir, başqa pis işlərə əl atır və bütün bu işlərdən xəbərdar olmağınzı istəyir. Bilərəkdən belə işlərə əl atan uşaq, sözsüz ki, diqqətinizi cəlb etmək istəyir. Cəmiyyətin diqqətini cəlb edən işlər uşaq üçün bir vasitə olur. O, diqqət mərkəzində olmaq üçün hətta polisi də işə qatır. Uşaq bütün əziyyətlərə razıdır, təki sizin diqqətinizi cəlb etsin.
    Sual: Uşağı bu yola vadar edən nədir?
    Cavab: Uşağın belə rəftarı ondakı daxili ağrılardan doğur. Çox güman ki, o, sizin sevginizdən məhrum olmaqdan qorxur. Bu vəziyyət, adətən, uşağa kifayət qədər vaxt ayıra bilməyən ailələrdə yaranır. Belə uşaqlar ətrafdakı uşaqlara qarşı aqressiv olurlar. Onda özünü göstərməyə meyl yaradan sevgiyə olan ehtiyacdır. Ətrafdakılar belə dikbaş uşağın burnunu ovmaq istəyirlər. Əslində o sevgiyə möhtacdır. Burnu ovulanın isə ehtiyacı daha da artır.
    Sual: Kobud rəftarlı uşağa necə kömək etmək olar?
    Cavab: Əvvəlcə, uşağı bu həddə çatdıran səbəbi tapın. Tez-tez müxtəlif mənfi hərəkətlərə yol verən uşağın hər kobudluğunun səbəbini tapmaq üçün vaxt dar olsa da, bu səbəbləri tapmaq zəruridir. Əgər bu kobudluğun əsas səbəbi uşağın özünü göstərmək istəyidirsə, problemi həll etmək mümkün olacaq. Onu həmişəkindən daha çox və daha diqqətlə dinləməyə çalışın. Çalışın ki, onun dərdlərinə şərik olmaqla başqalarına üz tutmasının qarşısını alasınız. Övladınızın taleyi, sözsüz ki, hamıdan çox sizi narahat edir. Başqaları məs`uliyyət hiss etmədiyindən uşağa yanlış məsləhətlər də verə bilər. Əgər siz övladınızla vaxtında yaxın münasibət yarada bilməsəniz, onun şəxsiyyəti məhv ola bilər.
    Sual: Uşaq hansı yollara əl ata bilər?
    Cavab: Valideynin diqqətsizliyi ilə qarşılaşmış uşaq özünü göstərmək üçün istənilən bir yola əl ata bilər. Bə`zi uşaqlar dostlarının diqqətini cəlb edib, onları həyəcanlandırmaq üçün ağlasığmaz yalanlar uydururlar. Onlar bu yalanları elə həvəslə quraşdırırlar ki, hətta özləri də inanmağa başlayırlar.
    Uşaq diqqəti cəlb etmək üçün cinayətə əl atır, oğurluq edir, dava-dalaş salır, adam bıçaqlayır. Bu uşaqları cinayətə sövq edən başlıca səbəb özünü göstərmək həvəsidir. Belə uşaqlar məhz valideyni narahat etmək üçün cinayətə əl atırlar.
    Sual: Daha ağır vəziyyətlərdə nə etməliyəm?
    Cavab: Siz özünüz köməyə möhtacsınız. İfrat itaətsizlik yaş artdıqca dərinləşəsidir. Belə vəziyyətlərdə əlinizdən gələn yeganə iş mütəxəssisə müraciət etməkdir.
    Category: Kaş valideynlərim biləydi! | Views: 844 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024