İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:34 PM
    İslamda Əxlaq 2
    XIV FƏSİL
    (Riyazət) Zahidlik və nəfslə cihad
    İlkin mərhələlərdən biri də riyazət və nəfslə cihaddır.
    (Riyazət) zahidlik dedikdə məqsədimiz tərkidünyalıq, hindular kimi özünə qapılma, kilsə keşişləri, sufilər, dərvişlər deyildir. Əksinə, burada vacib əməlləri əda, haram buyurulmuşları tərgitmə, digər xeyirxah əməllərə özünü məcbur etmə və öyrətmə nəzərdə tutulmuşdur. İnsan nəfsi təbii olaraq rifah və rahatlıq ardınca gəzir. Heyvani istəklərə, şəhvətə əsir olaraq vacib əməllərdə səhlənkarlıq, günaha batmaq və qanunları pozmağa daha çox meyl edir. Buna görə də heyvani nəfsi ram edib itaətə gətirmək üçün (həvayi nəfslə) ehtiras və şəhvətlə mübarizə, onun islah olunmasına (normallaşdırılmasına) çalışmaq lazımdır. Riyazət dedikdə üç şey nəzərdə tutulur: birincisi, haqqa qovuşmağa mane olan əməlləri aradan qaldırmaq; ikincisi, heyvani nəfsi, əməli əqlə müti etmək; üçüncüsü isə, insanı ilahi feyz və hidayətləri, qeybi yardımları qəbul etməyə hazırlamaq. «Qurani-Kərim»də bu barədə buyurulur:
    "Bizim uğrumuzda cihad edənləri öz yolumuza (haqq yoluna) hidayət edərik.” («Ənkəbut» - 69).
    Daxili düşmənlə mübarizə.
    İnsanın ən təhlükəli düşməni olan nəfslə mübarizə, şübhəsiz, çox çətin bir işdir. Rəvayət və hədislərdə həvayi-nəfsi tərk etməyin zəruriliyi barədə dönə-dönə söhbət açılmışdır. Bu rəvayətlərdən bəzilərini nəzərinizdən keçiririk.
    Əmirəl-möminin(ə) buyurmuşdur:
    "İnsanın ən qorxulu düşməni onun nəfsidir.”( «Qürər» mündəricat: s.393.)
    Başqa bir rəvayətdə isə buyurur:
    "Sənin ən yaxın düşmənin nəfsindir.”(yenə orda: s.392.)
    "Sənin nəfsin döyüşkən düşmən və misilsiz hücumçudur. Əgər ondan qafil olsan, səni öldürəcək.”(yenə orda: s.392.)
    "Düşməninizlə vuruşduğunuz kimi, həvayi-nəfsinizlə də vuruşun.”(İbn Əbil Hədid «Şərhi-nəhcül-bəlağə» XX c/ s.314.)
    İmam Sadiq(ə) belə buyurmuşdur:
    "Düşməninizdən çəkindiyiniz kimi, həvayi-nəfsinizdən də çəkinin.”(«Səfinətül Bihar» II c/ s.728.)
    Sədi Şirazi «Gülüstan» əsərində yazır:
    Bir arifdən soruşdular:
    -Peyğəmbər(s) buyurur ki, insanın nəfsi onun bütün düşmənlərindən qatı və təhlükəli düşməndir. Bu hədisin mənası nədir?
    Həzrəti-Mühəmməd(s) dedi:
    -Çünki hər hansı bir düşməninə yaxşılıq etsən və ya istədiyini ona versən, səninlə dost olar, amma nəfsə nə qədər yaxşılıq edib istədiyini versək, düşmənçiliyi daha da artar.(Ustad şəhid Mürtəza Mütəhhəri "Kamil insan”
     )
    Ehtiras və şəhvətlə mübarizə aparmaq riyazətdə ən mühüm addımdır. Mücahidlərin mövlası Əmirəl-möminin Əli(ə) ismət məqamında olmaqla yanaşı buyurur:
    ".Qorxusu və dəşhəti çox olan qiyamət günü asudə olsun deyə, mən nəfsimi təqvalı, əxlaqlı və ram etməyə çalışıram...”(«Nəhcül bəlağə» (Sübhi Saleh): 45-ci məktub.)
    Çünki həvayi-nəfsə hakim kəsilib onu ram etmək çox çətin bir işdir. Əgər insan ilkin mərhələdə özünə nəzarət etməyib daxili təlabatlarını ödəməkdə azad olaraq çətinlik və məhrumiyyətlərə dözməzsə, nəfsani qüvvələr ona hakim kəsilər və nəhayət, günaha müqavimətgöstərmə qüvvəsini əldən verər, belə ki Əmirəl-möminin(ə) buyurmuşdur:
    "Nəfsani qüvvələrin güclənməmiş onlarla vuruş! Çünki üsyankar qüvvələr təcavüz etməkdə və özbaşınalıqda möhkəmlənərlərsə, sənə hakim kəsilib hansı tərəfə istəsələr, çəkərlər. Nəticədə isə, onlara müqavimət qüvvəsini itirərsən.”(«Qürər» mündəricat: s.187 / hədis №6444.)
    Həzrəti-Əli(ə) başqa bir yerdə buyurur:
    "Allahın itaətkar bəndəsinə çevrilmək sizə asan olsun deyə, günahları tərk etməklə öz nəfsinizə hakim kəsilin.”(Yenə orda: s.129 / hədis №6410.)
    Bir sözlə, insan öz daxili istək və şəhvətini islah etməzsə (normallaşdırmazsa), həmişəlik günah içində qərq olar. Belə bir islahın zahidliyə ehtiyacı vardır.
    Başqa bir tərəfdən də yaradılmışların əxlaqi vicdana və məsuliyyət hissinə malikdir. Bu hissiyyat ona xəbərdarlıq edir, əxlaqi öhdəlik və məsuliyyətlərə tərəf çəkir. Nəticədə isə, insan daxilində şiddətli savaş başlayır. Bu savaşda yalnız ilahi və insani düşüncələri qüvvətləndirən, şeytani və nəfsani vəsvəsələri ram edənlər qələbə çalır. Şübhəsiz, bu cihad insanın zahirindəki düşmənlə vuruşmaqdan qat-qat çətindir. Əziz Peyğəmbərimiz(s) bu cihadı "Cihadi-əkbər” (böyük cihad) adlandırmışdır.
    Müsəlmanlar kafir və müşriklərlə savaşdan qayıdarkən o Həzrət belə buyurmuşdu:
    -Afərin, kiçik cihadı başa vuran xalqa! Amma cihadi-əkbər (böyük cihad) onların öhdəsindədir.
    Soruşdular:
    -Ey Allahın Rəsulu, böyük cihad hansıdır?
    Peyğəmbər (s) buyurdu:
    -Nəfslə edilən cihad.(«Biharül-ənvar» XXVII c/ s.65)
    Bu cihadda, həqiqətən, öz nəfslərini islah edib xeyirxah işlərə vadar edənlər müvəffəqiyyətə nail olur.
    Əmirəl-möminin(ə) buyurur:
    "Nəfsini islah etməyən şəxs özünü məhv etmişdir.”(«Ğürər» mündəricat: s.389)
    "Dözümsüzlük və düşüncəsizliyi özünüzə adət etməyin, çünki belə bir azadlıq sizi zülmkarlığa tərəf çəkər. Səhlənkarlıq etməyin ki, bu, sizi qanunları pozmağa və günah etməyə vadar edər”(«Nəhcül bəlağə» Xütbə №86)
    "Nəfsin üsyankarlıq etdikdə ona qarşı ciddi ol ki, önündə ram olsun.”(«Ğürər» mündəricat: s.392.)
    "Dilin adət etdiyini, nəfsin isə uyuşdurduğunu istər.”(«Ğürərül-hikəm» şərhi: V c/ s.131 / hədis №7634.)
    Nalayiq adətlərlə mübarizə.
    Tanrı dərgahına aparan yolda ən böyük maneə nalayiq adətlərdir, buna görə də onlarla mübarizə aparmaq lazımdır. Çünki pis adətlər tərk edilməyincə özünüislah və vəzifələri yerinə yetirmədə bəndə nailiyyət əldə edə bilməz. Əli(ə) buyurur:
    "İtaət və ibadətlərin sizə asan olması üçün adətlərinizi tərk edin.”(Yenə orda: IV / s.381 / hədis №6405)
    "Riyazətin bəlası pis adətlərdir.”(Yenə orda: III c/ s.104 / hədis №3933.)
    "İbadətlərin ən üstünü pis adətləri tərk etməkdir.”(Yenə orda: II c / s.375 / hədis №2873.)
    "Nəfsinizi adətləri tərk etməklə ram edin.”(Ğürərül-hikəm» şərhi: IV c/ s.38 / hədis №5199.)
    Sözsüz ki, adəti tərk etmək onun yaranmasından çətindir. Əmirəl-möminin(ə) bu barədə buyurur:
    "Siyasət və tədbirlərin ən çətini adətləri tərk etməkdir.”(Yenə orda: II c / s.393 / hədis №2969.)
    İlkin mərhələdə bu mübarizəyə girişmək çətin nəzərə çarpır, amma heç bir şeydən qorxmayıb Allahdan yardım diləyərək, səbir, dəyanətlə nicat və qələbə sahilinə yetişmək lazımdır. Uca Yaradan səbirlilərlədir. Kim bu yola qədəm qoyarsa, tədriclə bütün işlər ona asanlaşıb maraqlı görünər. Şairin dediyi kimi:
    Əgər ləzzətin tərk edilməsinin ləzzətini duysan,
    Bir daha nəfsin ləzzətini ləzzət hesab etməzsən.
    Hamının təsəvvür etdiyinin əksinə olaraq, bu işə başlamaq yaşlılardan cavanlara daha asandır, çünki cavanın qəlbi çirkinlik və nalayiq xislətlərə hələ aludə olmamış, fitrət çırağı onun qəlbində hələ sönməmişdir.
    Əmirəl-möminin(ə) övladı imam Həsən(ə)-ə buyurur:
    "Cavanın qəlbi xam torpaq kimidir: ona hər nə səpsən, bitər. Buna görə də mən, qəlbin daşlaşmamış, zehnin cürbəcür fikirlərə aludə olmamış sənin tərbiyənə təşəbbüs göstərdim.....”(«Nəhcül bəlağə» Feyzül İslam: 31-ci məktub.)
    Beləliklə, özünüislah yoluna qədəm qoymaq istəyənlər bu üsyankar və itaətə gəlməyən nəfsi cilovlayıb öz iradəsi qarşısında ram etməli, bu yolda heç bir çətinlikdən qorxmayıb əlindən gələni əsirgəməməlidirlər.
    Hər şey istək və düşüncəyə bağlıdır. Başqa sözlə, insan özünü müalicə etmək üçün gərək ağrı hiss etsin. Kim özündə bu hissiyyatı oyadarsa, hər şeydən əvvəl təbib və dərman ardınca gedər, gecə yarısı yuxudan durub, özünü müalicə üçün bir vasitə gəzər. Xəstə sağalması üçün çox yeməkdən əl çəkib, pəhriz saxlamalıdır. Xəstəliyi olan şəxs mikroblardan özünü qorumaq üçün natəmiz yerlərə getməz, yoluxucu xəstəliyi olan adamlarla durub-oturmaz, canını təhlükədən qorumaq üçün şübhəli şeylərdən çəkinər.
    Təqvalı yaşayıb axırda Allah dərgahına saf qəlblə getmək istəyiriksə, qətiyyətli olub əməl meydanına atılmalıyıq:
    "İnsana ancaq öz əməli (öz zəhməti) qalar! Şübhəsiz ki, onun əməli (zəhməti) görünəcəkdir!” («Nəcm» - 39,40).
    Şeytanın istəklərinin ziddinə hərəkət etsək, o, bizdən əlini üzüb başqasının ardınca gedər.
    İmam Sadiq(ə) vəsvəsəyə düçar olub çox şəkk edən şəxs barədə buyurur:
    "Namazı pozmaqla qoymayın bu xəbis sizdə bənd alsın, çünki şeytanla necə rəftar etsən, elə də öyrəşəcək. Namazda çox şəkk etsəniz, buna fikir verməyin, belə ki bu işi bir neçə dəfə təkrarlasanız, bir daha o sizin tərəfə gəlməyəcəkdir. Şeytan istəyir ki, sizə hakim kəsilsin. Sizi özünə qarşı itaətsiz gördükdə əl çəkib gedər və bir daha geriyə dönməz.”(«Vafi» II c/ s.150.)
    Hədisi-şərifdən belə məlum olur ki, insan şeytanın istək və şübhələrinə qarşı nə qədər etinasız yanaşarsa, bir o qədər də onun şərindən uzaq olar. Bir çoxlarının düşündüyündən fərqli olaraq, şeytan əvvəldən insana hakim kəsilmir. Əksinə, o yalnız hökmranlığını qəbul edib ona üz tutanlara ağalıq edir.
    Allah-təala buyurur:
    "Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!” («Hicr»- 42).
    "Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!” («Nəhl» - 100).
    Zahidlik (riyazət) və hidayət
    Uca Yaradana tabe olub onun itaətkar bəndəsinə çevrilmək üçün şeytanın əsarətindən xilas olmaq mümkündür. Bu işdə Allah özü rəhmət və hidayət mələkləri vasitəsi ilə bəndəsinə mərhəmət edər. «Qurani-Kərim»də buyurulur:
    "Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.....” («Ənkəbut»- 69).
    Başqa bir yerdə buyurulur:
    «Şübhəsiz, Rəbbimiz Allahdır!” - deyən, sonra da sözünün üstündə möhkəm duran kəslərə mələklər nazil olub (belə bəşarət verərlər): "Qorxmayın və kədərlənməyin!.....” («Fussilət» - 30).
    Buna görə Allah yolunda cihad və riyazət etməyin iki böyük əhəmiyyəti vardır: biri insanı şeytanın əsarətindən qurtarır; digəri isə insanı mələklər və saleh adamlarla həmsöhbət edir. Dünyada bundan gözəl nə ola bilər?
    Nəfsin islah olunmasının və pərhizkarlığın (riyazətin) əhəmiyyəti
    Nəfsin saflaşdırılması və riyazət o qədər əhəmiyyət kəsb edir ki, əmirəlmömin Əli(ə) bütün kəramət və fəzilətləri ilə belə buyurur:
    "O böyük və dəhşətli qiyamət səhnəsinə arxayın daxil olmaq və hamının titrədiyi yerdə sakit qalmaq üçün mən öz üsyankar nəfsimi təqva ilə tərbiyə etdim. Nəfsimi elə öyrətmişəm ki, bir çörəklə (onu da əgər tapsam) kifayətlənsin. Xörək əvəzində duzla qane olur.”(«Nəhcül bəlağə»: Sübhi Saleh: 53-cü məktub.)
    O Həzrət Malik bin Əştərə belə buyurur:
    "Rəiyyət sənə qarşı bədgüman olduqda tez bunu ifşa et. Bədbinliyə səbəb olan şey haqda öz üzrünü onlara açıq-aydın söylə. Məsələni izah edib sənə qarşı etdikləri bədbinliyi özündən dəf et. Çünki bu iş sənin nəfsinin tərbiyələnməsinə səbəb olar....”(Yenə orda 53-cü məktub.)
    Zahidlik (riyazət) və səbir
    Səbrin özünün də bir neçə növü vardır.(Əxlaq alimləri səbri beş növə bölmüşlər: 1) nəfsani qüvvələr və şəhvət qarşısında səbir; 2) ibadətdə səbir; 3) müsibətlər qarşında səbir; 4) müstəhəb əməlləri yerinə yetirməkdə səbir; 5) zalım hökmdarlar qarşısında səbir. Məlumdur ki, səbrin sonuncu bölməsi bəyənilməmişdir, çünki zülm qarşısında səbir etmək haramdır. İnsan özünün və başqalarının hüququnu qorumalıdır. Lakin səbrin digər növləri bəyənilmiş sifətlərdir. İmanın yarısını təşkil edən də səbrdir. Peyğəmbər(s) buyurmuşdur: "Səbir imanın yarısıdır.” («Cameüssəadat» III c/ s.287).)Sevimli Peyğəmbərimiz(s) bir hədisdə buyurur:
    «Kim mətinliklə düçar olduğu bəlanı dəf edənədək səbir edib dözərsə, Allah-təala onun üçün yerdən göyə qədər üç yüz dərəcə yazar. Hər kim Allahın əmrlərinə itaət etməkdə səbir edərsə, Allah-təala onun üçün ərşindən yerin dərinliklərinədək olan altı yüz dərəcə (rütbə, məqam) yazar. Hər kim də Allaha qarşı günah etməməkdə səbir edərsə (yəni, nəfsinə müqavimət göstərərsə), Allah-təala onun üçün ərşin son nöqtəsindən yerin dərinliklərinədək doqquz yüz dərəcə yazar.”(Üsul Kafi» II c/ s.91 / hədis №15.)
    Başqa bir hədisdə imam Baqir(ə) buyurur:
    "Behişt çətinlik, narahatlıq və (çətinliklər müqabilindəki) səbirlə örtülüdür». Deməli, çətinlik qarşısında səbirli olan şəxs behişt əhlindəndir. Cəhənnəm isə ləzzət və şəhvətlə örtülmüşdür. Belə çıxır ki, kim nəfsi qarşısında mütidirsə (ürəyi istəyəni edərsə), cəhənnəmə daxil olar.”(«Üsul Kafi» II c/ s.89 / Səbr fəsili / hədis №7)
    İmam Baqir(ə) yenə bir hədisdə buyurur: "Atam Əli ibn Hüseyn(ə) (imam Zeynulabidin(ə)) vəfat edərkən məni sinəsinə dayayıb buyurdu: "Övladım, atamın vəfat edərkən mənə etdiyi nəsihəti mən də sənə edirəm. (O da bu vəsiyyəti atası Əli(ə)-dən nəql edir):
    ".....Övladım, həqiqət acı olsa da, ona döz.”(Yenə orda: II c/ s.91 / hədis №13)
    Əlbəttə, ilkin mərhələdə səbir və (riyazət) zahidlik bir qədər çətindir, lakin sonradan asanlaşır. «Qurani-Kərim»in dili ilə desək, hər çətinlikdən sonra iki asanlıq gəlir;(«İnşirah» - 5,6.) biri ötüb keçən çətinliklərdən qurtulmaq, digəri isə yolun ardının asanlığı. Əziyyətlərə qatlaşıb çətinliklərdə bişənlər yavaş-yavaş səbir məqamından çox yüksək olan "riza” məqamına yetişir, heç bir vasitə olmadan Allah-təalanın məxsusi olaraq xitab etməklə şərəfləndirdiyi bəndələrə çevrilirlər:
    "Ey xətircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” («Fəğr» - 27,28,29,30).
    Sözsüz ki, riza məqamı Allahı həmişə yad edən, yəqinlik vadisinə qədəm qoyub bu mövqedən razılıq məqamına yetmiş şəxslərə aiddir:
    "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından (özün) qoru!” («Ali-İmran» - 191).
    Belələri mərifətin elə dərəcəsinə yetişərlər ki, kainatda heç bir batil şey görməzlər, yəni onlarda heç bir şəkk-şübhə qalmayıb gözlə görüb yəqinetmə (eynul-yəqin) mərhələsinə daxil olarlar.


    Category: İslamda Əxlaq 2 | Views: 1008 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024