İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:32 PM
    İslamda Əxlaq 2
    XVII FƏSİL
    İnsanlara xidmət
    İslam əxlaqında ən incə məsələlərdən biri də xalqa, xüsusilə mömin və saleh bəndələrə xidmət edib, arxa durmaqdır. İslami təlimlər və övliyaların həyat tərzindən belə nəticəyə gəlmək olar ki, vacib əməlləri yerinə yetirdikdən sonra Allah-təalaya yaxınlaşmaq üçün ən yaxşı vasitə bu gözəl xislətdir. Övliyalar həmişə xalqa xidmət etmiş və ehtiyaclarının ödənilməsində şəxsən təşəbbüs göstərmişlər.
    «Qurani-Məcid»dən bildiyimiz kimi, yaxşılıq əbədiyyətə qovuşur, pislik isə su üzərində köpük kimi yox olub bir nəticə vermir. Uca Rəbbimiz buyurur:
    «Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!» («Rəd» - 17).
    İmam Sadiq(ə) həzrəti-İsa(ə) barədə nazil olmuş «Məryəm» surəsinin 31-ci ayəsinin («O, harada oluramsa-olum, məni mübarək etdi.....») təfsirində buyurur: «Məni mübarək etdi» sözünün mənası «Məni xeyirli və mənfəətli etdi» deməkdir.»(«Üsul Kafi» IIc/ s.165 / hədis №11; «Biharül-ənvar»: Beyrut çapı: XXXI/ s.341.) Yəni Allah-təala İsa(ə)-nı xalqa fayda vermək üçün göndərdi. Bir hədisdə Peyğəmbər (s)-dən belə nəql olunur:
    Həzrəti-Muhəmməd (s)-dən: «İnsanların ən sevimlisi kimdir?» - deyə soruşduqda belə cavab vermişdi: «İnsanlara fayda verən xalqın ən sevimlisidir».(yenə orda: II c/ s.164 / hədis №7.)
    Başqa bir hədisdə Rəsuli-Əkrəm (s) buyurur:
    «Bəşəriyyət Allahın ailəsidir. Allah dərgahında insanların ən sevimlisi onun ailəsinə fayda verib bir ailəni sevindirəndir.»(Yenə orda: s.164 / hədis №6.)
    İmam Sadiq(ə) söyləmişdir:
    «Kim Allah evini (Kəbəni) yeddi dəfə təvaf edərsə, Allah-təala onun üçün altı min yaxşılıq yazar, əməllər kitabçasından isə altı min günahı silərək ona altı min dərəcə verər». (İshaq ibn Əmmar İmamdan bu sözü də artırır: «Allah-təala onun altı min ehtiyacını ödəyər». Sonra imam Sadiq(ə): «Möminin ehtiyacını ödəmək on təvafdan yaxşıdır,»(«Biharül-ənvar» XXXI c/ s.326 / hədis №95.)-deyə əlavə etmişdi.
    Peyğəmbər (s) buyurur:
    «Bəndələrdən biri müsəlmanların yolunu tikandan təmizlədiyinə görə behişt əhli oldu.»(«Səfinətül-bihar» II c/ s.82.)
    Bəziləri belə güman edir ki, ibadət təkcə namaz qılıb oruc tutmaqdır. Bunların bir qismi nadan, qafil və (xudpəsənd) özündən razı olduğu üçün kiminsə acından tələf olmasına təsirlənməzlər.
    Dəfələrlə müşahidə edilmişdir ki, belələri ziyarət və həcc kimi ibadət səfərlərində öz vaxtlarını yalnız ziyarət, dua və fərdi müstəhəb əməllərə sərf edib, səfər yoldaşlarna heç bir kömək göstərməzlər, halbuki onlar aralarında olan yaşlı və zəif adamların köməyə ehtiyac duyduqlarını çox gözəl başa düşürlər. Deməli, insanlarla xoş rəftar və Tanrı bəndələrinə qarşı xeyirxahlıq möminin nişanələrindəndir. Bu duyğu insanı xudpərəstlikdən qoruyub saflaşdırır. Allah-təala buyurur:
    «Mən sizinlə mehriban davrandığım kimi, siz də bir-birinizlə mehriban davranın, «Bir-birinizə yaxşılıq etməyi unutmayın.» («Bəqərə» - 237).
    Yenə də Rəsuli-Əkrəm (s)-in bir kəlamını burada xatırlatmağı özümüzə lazım bilirik.
    «İnsanların ən abidi xalqa qarşı hamıdan artıq xeyirxah və müsəlmanlarla hamıdan çox səmimi rəftar edənidir.»(Üsul Kafi» II c/ s.163.)
    İmam Sadiq(ə) Süfyan ibn Üyəynəyə belə buyurmuşdu:
    «Allaha görə onun bəndələrinə mehriban və xeyirxah ol. Bundan üstün bir əməllə Rəbbimizə yaxın ola bilməzsən.»(yenə orda: II c/ s.164.)
    Əgər insanların pənahısınızsa, bilin ki, Allah sizi sevir, yox əgər qapınız xalqın üzünə bağlanıb, sizə müraciət edən yoxdursa, deməli, uca Yaradanın mərhəmətindən məhrum olmusunuz. Buna görə sevinmək yox, kədərlənmək lazımdır.
    Peyğəmbər (s) bir hədisdə buyurur:
    «Qiyamət günü mənə ən yaxın doğru danışan, əmanətdar, əhd-peymanına vəfalı, əxlaqlı və xalqa qarşı ən mehriban olanınızdır.»(«Biharül-ənvar» XXXII c/ s.94)
    İmam Cəfər Sadiq(ə) Rüfaə adlı bir müsəlmana belə xitab edir:
    «Ey Rüfaə, ehtiyacına görə yanına gəlmiş mömin qardaşını xoş üzlə qarşılamayan Allaha, Mühəmmədə və Əliyə iman gətirməmişdir. Əgər özü onun hacətini yerinə yetirə bilərsə, gərək bu işdə təşəbbüs göstərsin, yox bacarmasa, onun ehtiyacını aradan qaldırmaq üçün başqalarının yanına getsin. Bu keyfiyyətə malik olmayan şəxslə bizim heç bir dostluq əlaqəmiz yoxdur.»(Biharül-ənvar» XXXII c/ s.172)
    Həzrəti Muhəmməd (s) buyurmuşdur:
    «Möminlər bir-birinə qarşı mehribanlıq və dostluq baxımından bir bədən kimidirlər. Bu bədənin hər hansı bir üzvü ağrayarsa, o biri üzvləri də ağrını hiss edib onun köməyinə yetişər.»(«Səfinətül-bihar» I c/ s.13.)
    İmam Sadiq(ə)-dən nəql olunur ki, Rəsuli-Əkrəm(s) Minada xütbə edərkən belə buyurmuşdu:
    «Bütün müsəlmanlar bərabərdirlər. Onların qanı da bir-birilə bərabərdir, ən kiçiyinin belə sözünə hamı ehtiram edir. Onlar qeyri-müsəlmanlar qarşısında yekdil və əlbirdirlər.»(«Vəsailüş-şiə»: Beyrut nəşri: XIX c/ s.55 «Əmali Səduq»: Beyrut nəşri: məclis - 56 / s.287 / hədis №3.)
    Buna görə də mömin şəxs müsəlman qardaşlarının dərdinə şərik olub, onlara soyuq münasibət bəsləməməlidir. Belə problemlərə etinasız yanaşan, təbii ki, cəmiyyətdə baş verən mühüm ictimai hadisələrə də laqeyd münasibət bəsləyəcək ki, bu da özündən başqa heç kimi sevməyən, əlindən bir yaxşılıq gəlməyən insanın xudbinliyinin nəticəsidir. «Qurani-Məcid»də müsəlmanlar xeyir işlərdə bir-birinə köməyə dəvət edilərək buyurur:
    "Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...” («Maidə» - 2).
    Eqoist adamlar xeyirxah işlərdə və cəmiyyətin sağlam ruhda tərbiyəsində əməkdaşlığın zəruriliyini bilməməzliyə vurub buna heç məhəl də qoymurlar. Əslində isə xeyirxah əməllərdə müsəlmanların bir-birinə yardım etməsi onların boynuna düşən müqəddəs vəzifələrdən biridir. Buna görə də kim gözəl əxlaqlı olmaq istəyirsə, zəhmətə qatlaşıb özündə əməkdaşlıq ruhu yaratsın, əməli surətdə təşəbbüs göstərərək soyuqqanlılıq və etinasızlığı istiqanlılığa və qayğıkeşliyə, özünəqapılma hissiyyatını isə ictimai fəallığa çevirsin. Yəni öz din qardaşının narahatlıq və ehtiyacını hiss etdikdə dərhal əməli bir iş görməyə təşəbbüs göstərsin, nəzakətlə davranıb qardaşının şəxsiyyətinə hörmət əlaməti olaraq köməyə çağırılmamışdan öncə haraya yetsin.
    Əziz Peyğəmbər (s)-imiz buyurur:
    «Səhər müsəlmanların fikrilə qalxıb onların qayğıları haqda düşünməyən, fəryad edənin köməyinə yetişməyən şəxs müsəlman deyildir.»(«Üsul Kafi» II c/ s.164 / hədis №5.)
    Hədislərdən belə anlaşılır ki, hər kim Allah nəsib edən imkanları öz din qardaşlarının ehtiyaclarını aradan qaldırmaq üçün sərf etməzsə, təbii ki, bu imkanları günah işlərə və Tanrı düşmənlərinə sərf edəcəkdir.
    İmam Baqir(ə) buyurur:
    «Müsəlman qardaşından öz köməyini əsirgəyən çarəsiz qalıb bu imkanlardan özünün əleyhinə istifadə edən şəxsə kömək edər və bu yolda heç bir savab qazanmaz.»(Yenə orda: II c/ s.366 / hədis №1.)
    Başqa bir rəvayətdə Əbi Bəsir imam Sadiq(ə)-dən belə nəql edir:
    «Bizim dostlarımızdan biri öz din qardaşının yanına gedib imkanı var ikən ehtiyacı olana kömək etməzsə, Allah-təala onu düşmənlərimizin havadarlarından qərar verib qiyamət günü ağır bəlaya düçar edər.»(«Üsul Kafi» II c/ s.366 / hədis №2; «Meracüs-səadət» s.385.)
    Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur:
    «Qüdrəti olduğu halda, öz din qardaşına kömək etməyən mömini Allah-təala özbaşına buraxar, dünya və axirətdə xar edər.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXI c/ s.312 və XXXII c / s.17; «Əmali Səduq» Beyrut nəşri: məclis 73 / s.393 / hədis №16.)
    Allah və Peyğəmbərə(s) xəyanət
    Rəvayətdə nəql olunur ki, din qardaşının ehtiyacını aradan qaldırmaqda köməyini əsirgəyən şəxs Allah və Rəsuluna xəyanət edənlərdən və cəhənnəm əhlindəndir. İmam Sadiq(ə) buyurur:
    «Özü və ya başqalarının vasitəsilə kömək edə biləcəyi halda, ehtiyacı olan müsəlman qardaşına rədd cavabı verən mömini Allah-təala qiyamət günü üzüqara, əli-qolu bağlı məhşər ayağına gətirər. Sonra ona qeybdən deyilər:
    «Allaha və Peyğəmbərinə etdiyin xəyanətin sonu budur.» Bu zaman əmr verilər ki, onu cəhənnəmə atsınlar.»(Üsul Kafi» II c/ s.367; «Meracüs-səadət» s.385; «Məhasin Bərqi» I c/ s.100.)
    Tanrı mərhəmətindən məhrum olmaq
    İmam Sadiq(ə) buyurur:
    «Artıq evini mömin qardaşı ilə bölüşməyən şəxs barədə Allah-təala buyurar: «Ey mələklər, niyə bu bəndəm öz artıq evində ehtiyacı olan mömin bəndəmin yaşamasına mane olur? İzzət və Cəlalıma and olsun ki, o heç vaxt mənim behiştimdə sakin olmayacaqdır.»(Üsul Kafi» II c/ s.367 / hədis №3.)
    Belə rəvayətlərdən məlum olur ki, yardım göstərməyə qüdrəti çatdığı halda, öz din qardaşlarından köməyini əsirgəyən Allahın qəzəbinə gələr, dünya və axirəti əlindən verər. Əgər biri sənə üz tutub kömək istəyirsə, bunu Allahın mərhəməti hesab etmək lazımdır, çünki insanların hacət qapısı, pənahı olmaq Tanrının ən böyük nemətlərindən biridir. Xoş o adamların halına ki, qapısı insanların üzünə həmişə açıqdır.
    İmam Sadiq(ə) buyurur:
    «Mənim yanıma gəlib hacətini diləyən şəxsin ehtiyacının başqası tərəfindən görüləcəyindən qorxub dərhal yerinə yetirməyə tələsirəm ki, bu xeyir əməl mənə qismət olsun.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXI c/ s.286,317.)
    Möminlərin ehtiyaclarının ödənilməsinin savabı
    Həzrəti-imam Cəfər Sadiq(ə) buyurur:
    «Din qardaşının ehtiyaclarından birini ödəyən şəxsin Allah-təala qiyamət günü yüz min hacətini yerinə yetirər. Onlardan birincisi behiştdir. Bu savablardan biri də həmin insanın mömin qardaş, dost və qohumlarını behiştə daxil etməsidir. Əlbəttə, bir şərtlə ki, onlardan heç biri nasibi olmasın.»(«Biharül-ənvar» XXXI c/ s.324;
     )
    «Möminin diləyini yerinə yetirmək min qul azad etməkdən və min at yükləyib Allah yolunda (cihada göndərməkdən) daha yaxşıdır.»(«Üsul Kafi» II c/ s.193 / hədis №3; İxtisasi Müfid: s.26)
    «Bir müsəlman başqa bir müsəlmanın ehtiyacını yerinə yetirərsə, Rəbbimiz ona belə nida edər: «Sənin savabın mənim yanımdadır. Sənin üçün behiştdən başqa bir yeri rəva görmərəm.»(«Üsul Kafi» İslamiyyə nəşri: II c/ s.194 / hədis №7; «Biharül-ənvar» Beyrut nəşri: XXXI c/ s..285.)
    Əmirəl-möminin(ə) Peyğəmbər(s)-dən belə nəql edir:
    «Öz din qardaşının diləyini yerinə yetirən şəxs bütün ömrünü ibadətə sərf etmiş kimidir.»(yenə orda: Beyrut nəşri: XXXI c/ s.302 / hədis №4.)
    «Mömin qardaşının diləyini yerinə yetirən sanki gündüzləri oruc tutub, gecələri oyaq qalaraq doqquz min il Allaha ibadət etmişdir.»(Yenə orda: s.315.)
    Əmirəl-möminin(ə) Kümeyl ibn Ziyada belə buyurur:
    "Ey Kümeyl! Ailəni və qohumlarını gündüzlər fəzilət, kəramət kəsb etməyə, gecələr isə yatmış adamların hacətlərini yerinə yetirməyə təşviq et. Bütün səsləri eşidən Allaha and olsun! Kim bir möminin qəlbini sevindirərsə, Allah-təala əvəzində ona lütf edib mehriban olar. Ona bir bəla və ya kədər üz verdikdə karvanın azmış dəvəni öz karvanına yaxın buraxmadığı kimi, Allah-təala da mərhəmətini onun üzərinə salaraq bəlanı ondan uzaqlaşdırar.”(«Nəhcül-bəlağə» Feyzül-islam: Hikmət - 249.)
    Möminlərə kömək etməyin əhəmiyyəti haqda çoxlu hədis və rəvayətlər nəql olunmuş və tövsiyələr edilmişdir. Məsələn: əgər biri müsəlman qardaşının diləyini yerinə yetirməyə cəhd göstərib ona müvəffəq olmasa belə, yenə Allah dərgahında əcr və savab sahibidir. Bu haqda imam Baqir(ə) buyurur:
    "İzzətli və Cəlallı Allah Musa(ə)-a buyurdu: Bəndələrim arasında elələri də vardır ki, yaxşılıq və saleh əməllə mənə yaxınlaşmağa can atır. Mən behişti onların ixtiyarına qoyaram». Musa(ə) soruşdu: «İlahi! O saleh əməl nədir?» Buyurdu: «Bu, mömin qardaşının ehtiyacının ödənilməsi üçün təşəbbüs göstərməkdir. Həmin işdə müvəffəq olmasa belə, əcr və savaba layiqdir.»(

    «Əlcəvahirüs-sünniyyə»: s.41; «Üsul Kafi» II c/s.195/ hədis №12.

    )
    İmam Sadiq(ə) söyləmişdir:
    «Hər hansı bir mömin başqa bir mömin bəndənin ehtiyacını ödəmək üçün təşəbbüs göstərərsə, Allah-təala onun hər qədəminə bir savab yazıb, bir günah əskildərək behiştdə məqamını bir dərəcə yuxarı qaldırar.»(«İxtisasi Müfid» s.27.)
    Başqa bir rəvayətdə Peyğəmbər(s) buyurur:
    «Müsəlman qardaşının hacətinin yerinə yetirilməsində səy göstərən şəxsin hər qədəminə Allah yetmiş savab yazıb onun yetmiş günahını bağışlayar.»(«Mükaşifətül-qülub» (Ğəzali): s.131)
    Qeyd:
    1) Müsəlmanın din qardaşlarına öz ehtiyacını açıb söyləməsi onlara ümid bəsləməsinə və arxalanmasına dəlalət edir. Elə hərəkət etmək lazımdır ki, bu ümid çırağı sönməsin, daha da güclənsin, belə ki imam Sadiq(ə) buyurur:
    «Müsəlmanın din qardaşına öz ehtiyacını açıb söyləməsi ona qarşı nə qədər ümidvar olub etimad göstərməsinə dəlalət edir.»(«Üsul Kafi» II c/ s.198 / hədis №8.)
    2) İslam mədəniyyətində xalqın hacəti nemət və rəhmət kimi təbir olunmuşdur. İmkanlı və ya cəmiyyətdə nüfuz sahibi olanlar! Allahın rəhmət qapısı sizin üzünüzə açılmışdır. Heç kim nemətin bolluğundan yorulub təngə gəlməz. Bu haqda həzrəti imam Hüseyn(ə) buyurur:
    «İnsanların sizə üz tutub hacətini söyləməsi Allahın nemətlərindəndir. Belə isə Allahın nemətdən (yəni xalqın sizə tərəf üz tutmasından) istifadə edin.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXI c/ s.318)
    Yeddinci imam Museyi Kazim(ə) də buyurur:
    «Mömin qardaşının ümid bəsləyərək qapısına gələn şəxsə bu, əta olunmuş Allah mərhəmətidir.....”(«Üsul Kafi» II c/ s.196; «Vəsailüş-şiə» XI c/ s.578 / hədis №9)
    Müsəlman olan şəxs Allahın mərhəmətinin və əta etdiyi nemətlərin qədrini bilməli, bacardığı qədər ehtiyacı olanların ehtiyacını ödəməli, imkanı olmayan surətdə xoş söz, gülər üzlə təsəlli verməyi bacarmalıdır. Əziz Peyğəmbərimiz də belə idi, hacəti olanı kömək göstərməmiş geri qaytarmaz, imkanı olmayanda isə ümid bəxş edəcək bir cavab verərdi.
    «Qurani-Məcid»də buyurulur:
    «Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləməklə onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanı olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara («Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm!», kimi) xoş bir söz de!» («İsra» - 28).
    Peyğəmbər(s) bu ayə nazil olduqdan sonra ondan bir şey istəyərkən imkanı olmadıqda buyurardı:
    «Ümid edirəm, Allah bizə və sizə öz fəzilətindən ruzi əta edər.»(«Məcməül-bəyan» İslamiyyə nəşri: III c/ s.411.)
    Bunun üçün də kömək göstərilməsi lazım olan şəxsə: «Ümid edirəm, Allah sənə yardım edər, mən də o vaxta qədər bacarsam, sənə kömək edərəm,»-kimi sözlərlə təsəlli verən insanlara Tanrı mərhəmət edər, yalnız o şəxslər amanda olacaqlar ki, dünyada bəndələrin ümid yeri və pənahı olmuşlar. İmam Sadiq(ə) bu haqda buyurur:
    «Yer üzündə Allahın elə bəndələri də vardır ki, insanlar dünyəvi və uxrəvi (axirətə aid) istəkləri üçün onlara pənah aparır və böyük ümid bəsləyirlər. Onlar həqiqi möminlər və qiyamət günü Allah amanında olanlardır.»(«Tühəfül-üqul»: s.281.)

    Category: İslamda Əxlaq 2 | Views: 951 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024