İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:32 PM
    İslamda Əxlaq 2
    Ardı...
    İnsanlar arasında sülh yaratmaq
    «Qurani-Kərim» və məsumların daha çox əhəmiyyət verdiyi əxlaqi məsələlərdən biri də insanlar arasında sülh və mehribançılıq yaratmaqdır.
     «Quran» və insanlar arasında sülh
    «Qurani-Məcid»də buyurulur:
    «Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin. Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!» («Hucurat» - 10).
    Başqa bir yerdə isə buyurulur:
    «....Barışmaq daha xeyirlidir...» («Nisa» - 128).
     Rəvayətlər və barışıq
    Rəvayətlərdə bu məsələyə çox böyük əhəmiyyət verilmişdir, insanlar müxtəlif vasitələrlə bu xeyirxah əmələ sarı təşviq olunmuşlar. Bəzi rəvayətlərdə barışıq yaratma ən yaxşı sədəqə, bəzisində ən gözəl ibadət və s. kimi vəsf olunmuşdur.
    Feyz «Hucurat» surəsinin 10-cu ayəsinin təfsirində həzrəti-imam Sadiq(ə)-dən belə bir rəvayət nəql edir:
    «Aralarında mübahisə və ixtilaf düşərkən onları barışdırmaq Allahın ən sevdiyi sədəqədir.»(«Təfsiri Safi» İslamiyyə nəşri: II c/ s.592)
    Başqa bir rəvayətlə isə o Həzrət buyurur:
    «Mənim üçün iki nəfəri barışdırmaq Allah yolunda iki dinar sədəqə verməkdən daha yaxşıdır.»(«Üsul Kafi» II c / s.209.)
    Peyğəmbər(s) buyurur:
    «Ən yaxşı sədəqə insanları barışdırmaqdır.»(«Kənzül-Ümmal» II c/ s.58 / hədis №5483.)
    Xüsusi büdcə
    Möminlər arasında sülh yaratmaq məsum imamların nəzərində çox böyük əhəmiyyətə malik olmuşdur. İmam Sadiq(ə) maddi imkansızlıq üzündən müsəlmanların arasına düşən ixtilafı yatırmaq üçün öz malından müəyyən bir məbləğ ödəyərdi. Buna görə də Müfəzzələ (o həzrətin səhabələrindən biri) üz tutub deyərdi:
    «İki mömin arasında ixtilaf düşdüyünü gördükdə mənim malımdan götürüb onları barışdır.»(«Üsul Kafi» II c/ s.209 / hədis №3)
    Başqa bir rəvayətdə isə bir şəxs belə nəql edir:
    «Kürəkənimlə mal üstündə mübahisə edərkən Müfəzzəl gəlib çıxdı. Mübahisəmizin nə üstə düşdüyünü öyrənincə bizi öz evinə dəvət etdi, dörd yüz dirhəm verib mübahisəmizə son qoydu. O, pulu verərkən dedi: «Bilin ki, bu, mənim öz şəxsi malım deyil. İmam Sadiq(ə) mənə göstəriş vermişdir ki, iki mömin arasında ixtilaf və mübahisə düşərkən o həzrətin öz şəxsi büdcəsindən ayırıb mübahisəni yatırım və aralarında barışıq yaradım.»(«Üsul Kafi» II c/ s.209 / hədis №4)
    Ən gözəl ibadət
    Əmirəl-möminin(ə)-ın nəzərincə, ən gözəl ibadət xalq arasında sülh və mehribanlıq yaratmaqdır. Şəhadət yatağında olarkən o Həzrət övladlarına etdiyi axırıncı vəsiyyətində buyurur:
    (.Babanız (Peyğəmbər(s))-dən belə eşitdim: «Camaat arasında sülh və mehribanlıq yaratmaq bütün namaz və oruclardan üstündür.»(«Nəhcül-bəlağə» «Sübhi saleh»: s.421. Bu hədis "Kənzül-Ümmal” kitabının III c/ s.58 / hədis №5484-də Peyğəmbər(s)-dən nəql olunmuşdur.))
    Barışığa görə yalan.
    Bildiyiniz kimi, «Quran» və rəvayətlərdə yalan həmişə pislənir və böyük günahlardan hesab edilir. Əgər biri mübahisə edənlər arasında sülh yaratmaq naminə yalan danışarsa, bu, günah və qəbahət sayılmaz.
    Bir hədisdə imam Sadiq(ə) səhabələrindən birinə buyurur:
    «Barışdıran və səmimiyyət yaradan yalançı deyil. (Bu, sülhdür, yalan deyil).»(«Üsul Kafi» II c/ s.210 / hədis №7)
    Həzrəti-Əli(ə) buyurur:
    «Peyğəmbər(s)-dən eşitmişəm: üç hal istisna olmaqla yalan danışmaq olmaz O istisnalardan biri də adamlar arasında səmimiyyət və mehribanlıq yaratmaqdır.»(«Əşəsiyyat» s.171; «Əzzəriə ila məkarimiş-şəriə» «Nəcər nəşri» s.98; Əlməhasin vəl-musavi Beyhəsi: II c/ s.63)
    İslamı tərk etmək.
    Din qardaşları arasında səmimiyyət və mehribanlıq zəruri, əhəmiyyətlidir. Əgər iki müsəlman bir-birinə qarşı üç gündən artıq kin-küdurət bəsləsə, müsəlmanlığı tərk etmiş hesab olunar.
    Peyğəmbər(s)-dən belə nəql edirlər:
    «İki müsəlman bir-birindən küsüb üç gün küsülü qalaraq barışmazlarsa, müsəlmanlıqdan çıxmış hesab olunurlar. Onlar arasında heç bir dini dostluq və əlaqə olmayacaqdır. Onlardan hansı tez behiştə daxil olar.»(«Üsul Kafi» II c/ s.345 / hədis №5.)
    Həzrəti-Muhəmməd (s) başqa bir rəvayətdə buyurur:
    «İki müsəlman bir-birilə küsüb üç gün müddətində barışmayaraq elə bu halda da dünyadan köçərlərsə, hər ikisi qeyri-müsəlman kimi dünyadan getmiş hesab olunar.»(«Səfinətül-bihar» II c/ s.698)
    Şeytanın razılığı.
    Şeytan istəyir ki, müsəlmanlar arasında ədavət və düşmənçilik salsın.
    Allah-təala buyurur:
    «Şübhəsiz, şeytan Sizin aranıza ədavət və kin salmaq istəyir.» («Maidə»- 91).
    Odur ki, iki müsəlman bir-birinə qarşı kin-küdurət bəsləyəndə şeytan sevinir və çalışır ki, onlar barışmasınlar.
    İmam Baqir(ə) bu haqda buyurmuşdur:
    «Şeytan möminləri dindən çıxardana qədər onlar arasında kin-küdurət və ədavət yaradır. Elə ki möminlər dindən çıxdılar, xatircəm olub rahat nəfəs alır, arxası üstə uzanıb: «Qələbə çaldım!» deyir». Sonra İmam Baqir(ə) belə əlavə edir: «Bizim dostlarımızdan olan iki nəfər arasında mehribançılıq və səmimiyyət yaradana Allah rəhmət eləsin.»(«Üsul kafi» II c/s-345/hədis-6.)
    Başqa bir rəvayətdə İmam Sadiq (ə)-dən belə nəql olunur:
    «Şeytan iki müsəlman bir-birilə küsülü olduğu zaman xoşhal olur. Elə ki onlar barışdılar, ayaqları titrəyərək yerə yıxılıb fəryad edər: «Vay olsun mənə! Məhv oldum»(Yenə orda: II c/s-345/h-7.).
    Belə bir sual meydana çıxır ki, niyə görə islam dinində müsəlmanlar arasında sülh və barışıq haqda çoxlu hədis və rəvayətlər mövcuddur? Belə ki Peyğəmbər(s) iki müsəlmanın bir-birilə üç gündən artıq küsülü qalmasını pisləyərək buyurur:
    «Üç gündən artıq küsülü qalmaq olmaz»(Yenə orda: /II c/s-344/hədis-2: «Səhih Müslim»/II c/s - 279.)
    Niyə görə iki müsəlman bir-birilə küsülü olduqda Allahın lənətinə düçar olurlar?
    Müfəzzəl İmam Sadiq(ə)-dən belə eşitdiyini deyir:
    «Bir-birilə küsüb ayrılanlardan biri Allahın və Rəsulunun lənətinə layiqdir. Ola bilsin, hər ikisi Allahın lənətinə düçar olsun.»(Yenə orda: II c/s - 344/hədis - 1)
    Nə üçün İmam Sadiq(ə) möminlər arasında ixtilaf düşərkən başqa heç bir şeylə onları barışdırmaq mümkün olmadıqda bu iş üçün Müfəzzələ öz büdcəsindən müəyyən məbləğ ayırıb verir ki, onları barışdırmaq üçün bu puldan istifadə etsin? Niyə görə iki küsülü arasında mehribançılıq yaratmaq bütün müstəhəb namaz və oruclardan üstündür?
    Dərindən düşünsək, başa düşərik ki, hər hansı bir millət və ya ümmətin mövcudluğunun əsasında birlik, mehribançılıq və səmimiyyət dayanır. Kiçik ixtilaflar həll olunmasa, tədricən ədavət qəlblərə kök salıb cəmiyyətin birliyini parçalayar. Bu isə həmin cəmiyyətin süqutu və tənəzzülüdür.
    Aralarında ixtilaf düşən adamlar gərək tezliklə bu ixtilafa son qoyub bir-birilə barışsınlar. İmam Sadiq(ə)-in buyurduğu kəlamın («iki nəfər bir-birilə küsülü olarsa, Allahın lənətinə gələrlər») mahiyyətinin nədən ibarət olmasını isə o Həzrətin səhabələrinin ona: «Bu ikisindən birinin zalım olanına lənət yağdırılması təbiidir, amma niyə zərərçəkən də lənətlənir?»- deyə sual verərkən cavabında tapmaq olar: «Çünki öz din qardaşını barışığa dəvət etmir, ötüb-keçənləri bağışlamır.»(«Üsul kafi» II c/s-344/hədis - 1)
    Buna görə də din qardaşının yanına gedib barışması hər bir müsəlmanın müqəddəs vəzifəsidir. Əgər onlar arasında küsülülük və kin-küdurət üç gündən artıq olarsa, Allahın mərhəmətindən kənarda qalarlar.(Qeyd etmək lazımdır ki, İslamda insanlar arasında mehribançılığın belə qiymətləndirilməsi və küsülülüyü, kin-küdurəti pisləməsi yalnız müsəlman və möminlərə aiddir. Buna görə də belə təsəvvür etmək olmaz ki, Allahın, Peyğəmbərin və İslamın düşmənləri ilə səmimi, mehriban olmaq düzgün bir əməldir. Bu cür mehribançılıq və dostluq «Quran»da tənqid olunmuşdur. «Qurani-Kərim»də Allahın və Peyğəmbərin düşmənləri ilə yaxın qohum olsalar belə, bu cür dostluq və mehribançılıq qadağan edilmiş, elə səmimiyyət və mehribançılıq imansız şəxslərin xüsusiyyətləri kimi qeyd edilmişdir: «(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini görməzsən..." («Mucadələ» -22).)
    Hər halda gözəl əxlaqa sahib olan şəxs nəinki öz müsəlman və əqidə qardaşı ilə kobud rəftar etməz, hətta başqalarının da arasına ədavət toxumunun düşməsinə razı olmaz, Allahdan bu xeyirxah və müqəddəs işdə müvəffəq olmasını diləyər. Biz də imam Zeynülabidin(ə)-i özümüzə örnək götürərək bu barədə dua edib o ali Cənab kimi Tanrıya yalvarırıq:
    «İlahi! Mühəmmədin və ailəsinin pak ruhlarına salam və salavat göndər. Mənə doğruluq və xeyirxahlıq libası geyindir. Məni təqva ilə ziyətləndir. Ədalətlə davranmaqda, qəzəbimi yatırmaqda, fitnə-fəsad alovunu söndurməkdə, pərakəndə düşmüşləri bir yerə yığmaqda və müharibələri sülhə çevirməkdə kömək ol.»(- «Səhifeyi-Səccadiyyə»: 20-ci dua.)
    Yetimlərə nəvaziş.
    Əxlaqi gözəlliklərdən biri də yetimləri öz himayəsinə götürüb, onlara nəvaziş göstərməkdir. İnsan həyatında elə boşluq və çatışmamazlıqlar vardır ki, onları dostluq və mehribançılıqdan başqa bir şeylə doldurmaq olmaz. Elə münasibətə yetim uşaqların daha çox ehtiyacı vardır, çünki onlar öz ata-analarını itirmək nəticəsində valideyn məhəbbətindən məhrum olduqlarına görə hər şeydən çox qayğı və nəvazişə ehtiyac duyur, bu mənəvi ehtiyacın ödənilməsini istəyirlər. Cəmiyyətdə belə şəxslərin mövcudluğu inkarolunmazdır. Bədbəxt və xoşagəlməz hadisələrsiz ötüşmək qeyri-mümkündür, xüsusilə cihad və müdafiənin vacib əməllərdən sayıldığı İslam cəmiyyətində. Deməli, baş verən bu proseslər nəticəsində bir qrup uşaq öz valdeynini itirir və kimsəsiz qalır. Belə bir mühitdə müəyyən tədbirlər görmək lazım gəlir. Buna görə də müqəddəs dinimizdə yetim uşaqların məsələsi önə çəkilmiş, onların taleyi haqda müsəlmanların hər cəhətdən (təlim-tərbiyə, maddi və mənəvi və s.) məsuliyyət daşıdığı bildirmişdir.
    Burada yetim uşaqların yalnız maddi cəhətdən təmin olunmasından söhbət getmir, çünki insanların ehtiyacı təkcə su və çörəklə bitmir. Məxluqatın əşrəfi məhəbbət və müxtəlif hisslərlə zəngindir. Onun rəğbətə ehtiyacı olub, həmişə məhəbbət görmək istəyir. Eşq və məhəbbət insanın fitrətində gizlənmişdir. O, ağac, daş, soyuq və cansız əşya deyildir. Heyvanlara qarşı məhəbbət göstərildiyi və nəvazişlə davranıldığı halda, fitrəti eşq və məhəbbət əsasında yaranmış insanlar necə qayğı və məhəbbətdən uzaq yaşaya bilərlər? Həqiqətən, ata-ananın yerini qayğı və nəvazişdən başqa, heç nə doldura bilməz, ona görə ki uşaq hər şeydən əvvəl mehriban ata və ürəyiyanan ana istəyir. Bunun üçün də mərhəmət mücdəsi verən, aləmlərin rəhməti olan və özü də yetimliyin acısını dadmış əziz Peyğəmbərimiz(s) həmin məsələyə ciddi diqqət yetirib bu barədə möhkəm tapşırıqlar vermişdir. Həmçinin müxtəlif bəyanatlarla müsəlmanları yetimlərə nəvaziş göstərməyə və əzizləməyə təşviq etmiş, insanları bu xeyirxah əmələ çağırıb özü də yetimləri himayəsinə almış və belə buyurmuşdur:
    «Ən sevimli ev o evdir ki, orada yetim uşaq əzizlənir və ona nəvaziş göstərilir.»(«Təfsiri Muraği» III c/s - 149)
    Qeyd:
    İslam mədəniyyətində yetim uşaqları ailənin bir üzvi və doğma övladlı kimi qəbul edərək, onların alnıaçıq, başıuca yaşayıb özlərini kimsəsiz, köməksiz hesab etməmələri üçün ailə başçıları tərəfindən belə uşaqlara qarşı olan münasibət və düzgün tərbiyəyə ciddi diqqət yetirilmişdir.
    Buna əsasən, demək olar ki, yetimə nəvaziş göstərməklə maddi və mənəvi ehtiyaclarını ödəyib, onlarla mehriban davranmaq lazımdır. Əks təqdirdə, onların qəlbində insanlığa qarşı həmişəlik ədavət və küdurət yaranar.
    Bu dini, insani və əxlaqi vəzifəyə daha artıq əhəmiyyət verməyimiz üçün gəlin aşağıdakı ayə və rəvayətlərə diqqət yetirək.
    «Quran» və yetim uşaqlar.
    «Qurani-Kərim»də yetim uşaqlar haqda çoxlu sayda ayələr nazil olmuşdur. Onların bəzilərində yetimlərə qarşı etinasızlıq küfr və münafiqlik əlaməti kimi hesab edilir:
    «(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamadır ki, yetimi itələyib qovar (haqqını verməz).» («Maun»-1,2).
    «Xeyr! Doğrusu, siz özünüz yetimə hörmət etmirsiniz (yetimin haqqını vermirsiniz). Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz.» («Fəcr» - 17,18).
    Başqa bir ayədə Allaha ibadət, ata-anaya və yaxın qohum-qardaşa yaxşılıqdan sonra yetim uşaqlara mehriban olmaq və qayğı göstərmək vurğulanır:
    «Yadınıza salın ki, Biz bir zaman İsrail oğullarından: «Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!»-deyə əhd-peyman aldıq...» («Bəqərə»-83).
    Yaxşılıq nümunələrini sadalayarkən yetimə nəvaziş Allah, qiyamət günü, peyğəmbərlər, səmavi kitablar və mələklərə iman gətirməkdən sonra qeyd edilir. Bu isə yetimə nəvaziş göstərmənin nə qədər əhəmiyyət kəsb etdiyinə dəlalət edir:
    «Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi, əslində, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərələrə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar onlardır. Müttəqi olanlar da onlardır!» («Bəqərə»-177).
    Peyğəmbər(s)-in özünün yetimliyini xatırladaraq Allah buyurur:
    «Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?» («Zuha» - 6).
    Sonra isə yenə:
    «Elə isə yetimə zülm etmə!» («Zuha»-9).
    Bu mübarək surədə Allah-təala ən əvvəl Peyğəmbər(s)-in yetimlik dövrünü, o Həzrətin özünə xatırladıb sonra isə yetimlərə yaxşılıq etməyini tövsiyə edir. O, uşaq çağlarında ata-anasını itirdiyindən valideyn nəvazişindən məhrum olmuş yetim uşaqların mehribanlıq və qayğıya daha çox ehtiyacı olduğunu gözəl bilirdi, buna görə də buyurur ki, yetim olduğun çağlar sənə havadar olduğumuz kimi, sən də yetimlərə nəvaziş et. Onları öz yanından qovma, çünki sən yetimlik acısını dadmış və yetimlərin dərdindən xəbərdarsan.
    Bu ayələrdə yetim uşaqlar haqda iki məsuliyyət qeyd olunmuşdur:
    1) onların maddi çətinliklərini aradan qaldırmaq,
    2) yetim uşaqların mənəvi çatışmamazlıqlarını həll etmək.
    Yetim uşaqlar haqda hədis və rəvayətlər
    Peyğəmbər(s) və məsum İmamlardan(ə) bu mövzu ilə əlaqədar bizə çox hədis və rəvayətlər gəlib çatmışdır. Həmin hədislərdə yetimə qarşı yaxşılığın nə kimi böyük savaba malik olduğu açıqlanır. Biz onlardan bir neçəsini burada qeyd edirik.
    Behişti qazanmaq
    Əziz Peyğəmbərimiz(s) buyurur:
    «Kim yetim uşağa himayədarlıq edib onun gündəlik xərcini öz öhdəsinə götürürsə, behiştdə mənimlə bir yerdə olacaq.» Sonra iki barmağını bir-birinə bitişdirib buyurdu:
    «Bu iki barmağım kimi bir-birimizin yanında olacağıq.”(«Qurbul-Əsnad»: s - 45)
    Başqa bir rəvayətdə Rəsuli-Əkrəm buyurur:
    «Kim bir nəfər yetim uşağı boya-başa çatana qədər öz öhdəsinə götürürsə, Allah-təala yetimin malını yeyən şəxsə cəhənnəmi vacib etdiyi kimi, behişti də o şəxsə vacib edər.»(Əl-Əmali» (Tusi): s-32.)
    İmam Sadiq(ə) buyurur:
    «Kim Allahın mərhəmətini qazanıb behiştə daxil olmaq istəyirsə, yetim uşaqlara nəvaziş göstərib mehriban olsun.»(«Əl-Əmali» (Əl-Səduq): s-318/Məclis -61/hədis -15.)
    Ürəyiyumşaqlıq və hacətlərin yerinə yetməsi
    Yetim uşaqlara qayğı göstərmənin təsirlərindən biri də insan qəlbinin riqqətə gəlib istənilən hacətləri qəbul etməsidir.
    Peyğəmbər(s) buyurur:
    «Qəlbinin yumşaq olmasını və arzularının yerinə yetməsini istəyirsənmi? Belə isə yetimə rəhm edib başını mehribanlıqla sığalla. Öz yeməyini ona yedizdir. Qoy ürəyin yumşalıb istəklərin yerinə yetsin.»(«Kənzül – Ümmal» III c/ s-169 / hədis - 6002.)
    Məqamın yüksəlməsi və günahların silinməsi.
    Peyğəmbər(s) bir hədisdə buyurur:
    «And olsun o kəsə ki, canım onun əlindədir! Hər kim bir yetimi öz öhdəsinə götürüb ona böyüklük edərək mehribanlıqla başını sığallayarsa, sığal çəkdiyi tük qədər Allah-təala onun dərəcəsini bir pillə qaldırıb, əməllər kitabçasına bir savab yazaraq bir günah silər.”(«Kənzül – Ümmal» III c /s -175 / hədis -6030.)
    Başqa bir hədisdə Rəsulullah (s)-ın səhabələrindən olan ibn Əbi Ufi aldı birisi deyir:
    «Peyğəmbər(s)-in hüzurunda əyləşmişdik. Bir oğlan uşağı o Həzrətin yanına gəlib söylədi:
    -Ey Allahın Rəsulu, mən yetiməm. Bir bacım var. Anam da ərsizdir. Allahın sənə qismət etdiyi ruzidən bizə də ver. Qoy Haqq- təala sənə öz dərgahından o qədər nemət əta etsin ki, sən xoşhal olasan.
    Peyğəmbər(s) buyurdu:
    -Oğul, nə gözəl söylədin!
    Sonra üzünü Bilala tutub buyurdu:
    -Get, evdə olandan buraya gətir.
    Bilal iyirmi bir ədəd xurma gətirdi.
    Peyğəmbər(s) buyurdu:
    -Yeddisi sənin, yeddisi bacının və yeddisi də ananın.
    Məaz ibn Cəbəl ayağa qalxıb uşağın başına sığal çəkib dedi:
    -Allah sənə kömək olsun. Səni atana layiq övlad etsin. (Onun atası mühacirlərdən idi).
    Peyğəmbər(s) Məaza baxıb soruşdu:
    -Bu işi yerinə yetirməyə səni hansı hisslər vadar etdi?
    Məaz söylədi:
    -Məhəbbət və mərhəmət.
    Həzrəti-Mühəmməd (s) buyurdu:
    -Sizlərdən hansınız bir yetimi öz himayənizə götürüb haqqını əda edərək başına sığal çəkərsə, Allah-təala onun başının hər tükünə bir savab yazıb, bir günah silər. Hər tükə görə dərəcəsini bir pillə yuxarı qaldırar.(«Təfsiri-Məcməül-Bəyan» X c/ s -506: «Təfsiri-Nurus-Səçəleyn» V c/ s -597.)
    Başqa bir hədisdə yenə o Həzrət buyurur:
    «Hər kim yetimə nəvaziş edib başını sığallayarsa, qiyamət günü əlinin altındakı tük qədər onun üçün nur yaranar.»(«Təfsiri Məcməül-bəyan» X c/ s -506. Bu hədis «Məhəccətül- Beyza» III c/ s -403 və «Təfsiri Nurus- Səqəleyn» V c/ s -597-də eyni məzmunda nəql olunmuşdur.)
    Əmirəl-Möminin(ə) buyurur:
    «Mömin qadın və ya kişi mehribanlıq edib yetimin başını sığallayarsa, Allah-təala əlini çəkdiyi tükün hər sayına onun üçün bir savab yazar.»(«- Səvabul-Əsial»: s - 237)
    Yetimi öz himayəsinə götürməyin savabı.
    Behiştdə məskunlaşmaq:
    Hədisdə nəql olunur ki, evi-eşiyi olmayan yetim uşaqları öz himayəsinə götürüb evində onlara yer verənləri Allah-təala behiştdə məskunlaşdıracaqdır.
    İmam Baqir(ə) buyurur:
    «Bu dörd xislət kimdə olarsa, Allah-təala behiştdə onun üçün ev yaradar: yetimə nəvaziş, zəifə qayğı, ata-anaya mehribançılıq və öz xidmətçiləri ilə xoş davranış.»(«Əl-Əmali», «Əs-Səduq»: Beyrut nəşri: səh - 414.)
    Əzabın ləğv edilməsi.
    Yetimi öz himayəsinə götürməyin xeyirlərindən biri də Tanrının insanı qəbir əzabından azad etməsidir.
    Peyğəmbər(s) buyurur:
    «İsa ibn Məryəm(ə) qəbiristanlıqdan keçərkən qəbirdə yatan bir nəfərə əzab verildiyini duydu. Bundan bir il sonra oradan keçərkən qəbir sahibinə bir daha əzab verilmədiyini gördü. Allah-Təaladan bunun səbəbini soruşdu. Vəhy olundu ki, bu, günahkar bir şəxs idi. Günahlarına görə əzab çəkirdi, amma əməlisaleh bir övladı vardı. Boya-başa çatandan sonra yol çəkib bir yetimə ev verdi. Buna görə də onu bağışladım. Övladının bu xeyirxah əməlinə görə əzabı onun üzərindən götürdüm.»(«Əl-Əmali»: «Əs-Səduq»; Beyrut nəşri: s - 414.)
    Yetimi sakitləşdirməyin savabı.
    Yetim uşaqların narahatlığı o qədər əhəmiyyət kəsb edir ki, Rəsuli-Əkrəm (s) bu barədə buyurur:
    (.....Yetim uşaq ağlayanda onun göz yaşları mərhəmətli Allahın məhəbbət və mehribanlıq ovucuna tökülür. Allah-təala buyurur: «Atasını itirmiş bu yetim uşağı kim ağlatmışdır? Kim onu sakitləşdirsə, behişt onundur»)(«Təfsiri-Fəxr» Razi: XXXI c/ s -220.)
    Başqa bir hədisdə həzrəti-Mühəmməd belə buyurur:
    «Yetim uşaq ağlayanda Allahın ərşi lərzəyə gəlir. Tanrı mələklərə buyurar: «Ey mənim mələklərim, atasını itirmiş bu yetim uşağı kim ağlatmışdır?» Mələklər deyərlər: «İlahi! Sən hər şeydən xəbərdarsan.» Allah-təala buyurar: «Ey mənim mələklərim, siz şahid durun ki, kim onu sakitləşdirib qəlbini ovundursa, qiyamət günü həmin şəxsi sevindirərəm.»(«Təfsiri Məcməül» - bəyan: X c / s -606.)
    Başqa bir hədisdə də eyni ilə bu məzmunda nəql olunur: «Kim bir yetim uşağa nəvaziş edib onu sakitləşdirərək könlünü alarsa, behişt əhlindən olar».
    Peyğəmbər(s) belə buyurmuşdur:
    «Yetim uşaq ağlayarkən Allahın ərşi lərzəyə gələr. Bu zaman Allah-təala buyurar: «Uşaq ikən ata-anasını əlindən aldığım yetimi kim ağlatmışdır? İzzət və Cəlalıma and olsun! Kim onun könlünü alıb sakitləşdirərsə, behişti ona vacib edərəm.»»(Biharül-ənvar.)
    Əxlaqlı olduğunu iddia edən müsəlman bu iddiasına əməl donu geyindirməli, yetim uşaqların və başsız ailələrin qayğısına qalıb onların həyatı ilə maraqlanaraq həzrəti-Əli(ə)-nin son anlarda buyurduğu vəsiyyəti heç vaxt yaddan çıxarmamalıdır:
    «Yetimlər haqda Allahı unutmayın. Elə etməyin ki, onlar bəzi vaxtlar tox və bəzi vaxtlar ac qalsınlar. Elə etməyin ki, onlar sizin laqeydliyiniz nəticəsində məhv olsunlar...»(«Nəhcül-bəlağə»: Sübhi Saleh: s - 421 / vəsiyyət - 47.)
    Bəhsin əvvəlində qeyd etdiyimiz kimi,özünü mömin adlandıranlar valideynsiz olduqlarını duymasınlar deyə, yetim uşaqlarla səmimiyyət və mehribanlıqla rəftar etməlidirlər, çünki onlar da vaxtilə ata-analarının sayəsində sevinclə dolu günlər yaşamış, mehribanlıq və qayğı görmüşlər. Lakin bu gün belə uşaqlar valideyn nemətindən məhrum olduqlarına görə hər cəhətdən məhəbbət, mehribanlıq və qayğıya ehtiyac duyurlar. Buna görə də öz yaşıdları arasında mənəvi sarsıntı və sıxıntı keçirməmələri, cəmiyyətin laqeydliyindən kinli böyüyüb gələcəkdə insanlara qarşı təhlükəli olmamaları üçün onların bu ehtiyaclarını ödəməyə çalışmalıyıq.


    Category: İslamda Əxlaq 2 | Views: 1139 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019