İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:26 PM
    İslamda Əxlaq 2
    Məkkənin fəthi və ümumi bağışlanma.
    Əfv etmək və güzəştə getmək Peyğəmbərlərin davranışı olduğundan Həzrəti-Mühəmməd(s) Məkkədəki ümumi əfvini nümunə olaraq burada qeyd edirik. Əbu Süfyan və Abdülla ibn Üməyyə (Peyğəmbərə(s) qarşı zidd olub ona əziyyət etdiklərinə görə) peşman olduqlarını bildirdikdə Əmirəl-möminin(ə) onlara buyurdu:
    «Gedin Peyğəmbərin(s) yanına. Yusif peyğəmbərin qardaşlarının Yusifdən üzr istədikləri kimi, siz də Peyğəmbərdən(s) üzr istəyin. O, sizi bağışlayacaq.»
    Onlar da Rəsulullah (s)-ın yanına gəlib dedilər:
    «Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sössüz ki, günah etmişik!...» («Yusif»-91).
    Sonra bağışlanmalarını Peyğəmbərdən(s) xahin etdilər. Həzrət bu ayəni oxuyub onları bağışladı:
    «...Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir!» («Yusif»-92).
    O Həzrət öz qoşunu ilə Məkkəyə daxil olarkən (qoşunun sərkərdəsi olan) Səd ibn Übadə adlı birisi belə deyirdi:
    «Bu gün döyüş günüdür. Bu gün qadınlar əsir olacaqlar.»
    Peyğəmbər(s) bu şüardan xəbərdar olduqda çox narahat oldu. Əmirəl-möminin(ə)-ə bayrağı onun əlindən almasını əmr etdi, onu sərkərdəlikdən çıxartdı.(«Sireyi-ibn Hişam» IV c/s-49)
    Sonra Allahın Rəsulu buyurdu:
    «Bu gün döyüş günü deyil, bağışlamaq və əfv etmək günüdür.»(«Şərhi Nəhcül-bəlağə (ibn Əbil Hədid)» XVII c/s-272.)
    Üçüncü mətləb:
    Bir çox hallarda insan özü səhvə yol verdikdə başqalarının onu bağışlamasına ümid edir, halbuki o özü güzəştə getmir, bağışlamır. Buna görə də öz səhvinin bağışlanmasını istəyən kəs başqalarının də səhvini görməməzliyə vurub təqsirindən keçməlidir ki, onun da günahı və təqsirindən keçsinlər. Əgər biri digərlərinin yamanlığına qarşı yamanlıqla cavab verib bu yolla intiqamını alarsa, bu cür davranış və rəftar arada düşmənçilik, kin-küdurətin artmasına səbəb olar, amma pisliyə yaxşılıqla cavab verərsə, bu yolla rəqibini diz çökdürüb onun düşmənçiliyini dostluq və məhəbbətə çevirə bilər. «Quran»da buyurulur:
    «Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!» («Fussilət»-34).
    Həzrəti-Əli(ə) buyurur:
    «Qardaşını (səhv edərkən) yaxşılıqla, gözəl davranışla danla. Onun şərini ona bəxşiş verməklə özündən uzaqlaşdır.»(«Nəhcül-bəlağə»:Sübhi Saleh: 158-ci hikmət.)
    Sual:
    Belə bir sual meydana çıxır ki, başqalarını səhvinə necə göz yumub əziyyətlərinə dözmək olar? Axı insan fitrətən qisasçı və qüdrətli olmağa meyl edir?
    *Cavab:
    Şübhəsiz, bir nəfərə əziyyət veriləndə intiqam hissi onu intiqam almağa sövq edir, amma keçən bəhslərimizdə dediyimiz kimi, insan heyvani hisslərə, ehtiras və şəhvətinə qul olmamalı, əksinə, ehtiras və şəhvət ilə mübarizə aparıb, şeytani şübhələrə etina etməməlidir, çünki insan belə heyvani hisslərə qapılmaqdan daha yüksəkdədir.
    Bu çox çətin bir iş olduğundan «Qurani Məcid»də belə davranışlar «ulul-əlbab» «əql sahibləri» sırasında hesab edilərək onlar Ədn cənnəti ilə mücdələnir:
    «Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar - onları axirət yurdunun gözəl aqibəti».
    Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan daxil olub (onlara):
    «(Dünyada Allah 1olunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunun (sizə nəsib olan) aqibəti (Cənnət) nə gözəldir!»-deyəcəklər.» («Rəd»-22,23,24).
    Belə rəftarın əzəmətli bir iş olduğundan «Qurani-Kərim»də buyurulur:
    «Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!» («Fussilət»-35).
    İnsan güzəştə gedib əfv etmək, başqalarının pisliyinə yaxşılıqla cavab vermək istəyərkən şeytan vəsvəsə edib onu güzəştə getmək və bağışlamaq fikrindən döndərərsə, Allaha pənah aparıb ondan kömək diləsin, yaxşılıqla qardaşının səhvinə göz yumub təqsirindən keçsin. «Qurani-Kərim»də bu haqda buyurulur:
    «Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!» («Fussilət»-36).
    Bir sözlə, güzəştə getmək və bağışlamaq imanın və əxlaqi gözəlliklərin nişanələrindən biridir. Başqalarının səhvlərinə göz yuman şəxsin Allah da səhvlərinə göz yumur. Onu öz mərhəmət və məğrifəti ilə əhatə edir:
    «...Amma, onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahların çox) bağışlayandır, rəhm edəndir!» («Təğabun»-14).
    Birlik və vəhdət.
    Ədəb-ərkan qaydaları və insanlarla xoş davranış üsullarından biri də birlik və vəhdətdir, çünki cəmiyyətdə birlik və vəhdətin vacibliyi danılmaz həqiqətlərdəndir. Əgər insanlar gözəl yaşamaq, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər əldə etmək istəyirlərsə, vəhdətdə yaşayıb birlikdə fikirləşib qəti qərara gələrək iş görməlidirlər. Yəni kiçik qüvvələr birlik və elm sayəsində həyatın çətinliklərini aradan qaldırmaqda böyük uğurlara nail olmaq üçün bir nöqtə ətrafında mərkəzləşib birləşməlidirlər.
    Tənhalıqdan çəkinib birlikdə yaşamaq insanın fitrətindədir. Cəmiyyətdə birlik və qarşılıqlı yardım olmazsa, heç bir şəxs müvəffəqiyyətə nail ola bilməz.
    «Quran» və birliyə dəvət.
    Arzu və istəklərin həyata keçməsində birlik, vəhdət böyük və əsaslı rol oynayır. Bununla bağlı «Qurani-Kərim»də müsəlmanlar birliyə çağırılıb, təfriqənin yaratdığı acı nəticələrdən xəbərdar edilmişdir:
    «Hamınız bir yerdə Allahın işindən (dinindən möhkəm) yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə birləşdirdi) və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönəlmiş olasınız!» («Ali-İmran» -103).
    Allah-təala təfriqə və ixtilafı şərəf, ləyaqətin əldən getməsinə səbəb olan bir amil kimi hesab edir:
    «Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!» («Ənfal» - 46).
    İxtilaf Allah əzabıdır.
    «Qurani Məcid»də daxili çəkişmə ixtilaf və daxili çəkişmə səmavi bəlalardan hesab edilərək buyurulur:
    «De: Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin zorunu daddırmağa qadirdir!» Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!» («Ənam» - 65).
    Buradan belə məlum olur ki, insanlar arasında təfriqə və çəkişmələr bəla, zəlzələ, ildırım kimi çox təhlükəlidir. Buna görə də böyük, qüdrətli dövlətlərin öz arzu və istəklərinə çatmaq, dünyaya ağalıq etmək və insanların canına, malına, namusuna təcavüz etmək üçün istifadə etdikləri yollardan biri də millətlər, xalqlar arasına ixtilaf və təfriqə salmaqdır. Bu barədə «Quran»da Firon haqda buyurulur:
    «Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!» («Qəsəs» - 4).
    Bu ayədən asanlıqla başa düşülür ki, Fironun öz zülmkar hakimiyyətinin möhkəmləndirilməsi üçün törətdiyi cinayətlərdən biri də Misir xalqı arasında təfriqə yaratmaq idi. Bu eyni ilə «parçala və hökm sür!» siyasətidir.
    İxtilaf şeytan süngüsüdür.
    Şeytanın işi insanları aldadıb xoşbəxtlik və səadət yolundan azdırmaq olduğundan bu məqsədə yetişmək üçün o, bəndələr arasında təfriqə və düşmənçilik süngüsündən istifadə edir. «Qurani-Kərim»də bu barədə buyurulur:
    «Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...» («Maidə» - 91).
    İslam - vəhdət dini.
    İslam birlik və vəhdət dini olduğundan müsəlmanları təfriqə və ixtilafdan uzaq olmağa çağırır. Allah-təala Peyğəmbər(s)-ə buyurur:
    «(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allah qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini xəbər verəcəkdir!» («Ənam» - 159).
    Birlik sayəsində qələbə.
    Bu haqda əziz İslam Peyğəmbər(s)-i vida həccində Allaha həmd-səna etdikdən sonra buyurdu:
    «Allah bizim sözümüzü eşidib qoruyaraq eşitməyənlərə çatdıran şəxslərə yar olsun. Söyləyəcəyim bu üç xislətə qarşı heç bir müsəlman xəyanət etməməlidir:
    1. Allah üçün saf niyyətli əməl;
    2. müsəlmanların rəhbər və imamlarına xeyirxahlıq, sədaqət;
    3. birlik və müsəlman icmalarında mütəmadi surətdə iştirak etmək.(«Tühəful-üqul»: səh.30; Əl-xisal (Səduq): I c/s-157/hədis-154.)»
    İslam dini insanları vəhdətə, birliyə çağıran bir dindir. Əgər müsəlmanlar bir iş görərkən maneələrə rast gələrlərsə, bunu birlik sayəsində asanlıqla həll edə bilərlər.
    Həzrəti-Əli(ə) buyurur:
    «Əgər xalq birləşərsə, onda qüdrət və qüvvətdən başqa heç bir şey olmaz. Belə bir qüdrətə malik xalqdan Allah-təala bəlanı uzaqlaşdırar, ona üstünlük verib dini təlimləri öyrədər.»(«Şərhi-nəhcül-bəlağə» İbn Əbil-Hədid: Misir nəşri: III c/s-185.)
    Odur ki, Peyğəmbər(s) xalq arasında birlik, mehribanlıq yaratmaq üçün bütün əziyyət və çətinliklərə dözdü. Peyğəmbərin(s) təbliğinə mane olan cahil və vəhşi qəbilələr arasında ağılla, düşüncəylə birlik və mehribanlıq yaratdı. İslam və «Quran»ın sayəsində aralarında həmişə düşmənçilik olmuş Ovs və Xəzrəc adlı Mədinənin bu iki məşhur qəbilələri arasında dostluq və mehribanlıq yarandı.
    Hədis baxımından təfriqənin təhlükəsi.
    Biz «Quran» nöqteyi-nəzərindən təfriqə və ixtilafın acı nəticələrini araşdırdıq. İndi isə xalqı bu pis əməldən çəkindirən hədisləri araşdıraq.
    Əmirəl-möminin(ə) buyurmuşdur:
    «...Nalayiq əməllər və xoşagəlməz hərəkətlər nəticəsində bizdən qabaqkı ümmətlərin başına gələn bəlalardan qorxun. Yaxşı və çətin günlərdə düşdükləri halı yaddan çıxarmayın. Amandır, siz belə olmayasınız...»(«Nəhcül-bəlağə» Sübhi Saleh: Xütbə - 192.)
    «Onların yaxşı və pis günlərdə nə hala düşdüklərini düşünün. Bu zaman insanların qüdrət və əzəmətinə səbəb olan, düşmənələrini uzaqlaşdıran, əmin-amanlıq yaradan, nemət bəxş edən, bu fəzilətlərlə birliklərini möhkəmlədən amillərin ardınca getməyin sizə nə qədər lazım olduğunu başa düşərsiz. Həmin amillər bunlardan ibarətdır: təfriqəni yatırmaq, mehribanlığa böyük əhəmiyyət vermək və birliyə, yekdilliyə çağırmaq. Sizdən qabaqkı xalqları məhv edən hər bir işdən çəkinin. Yəni kin-küdurətdən, paxıllıqdan, həsəddən, bir-birinə arxa çevirməkdən, cəmiyyətdə süstlük yaratmaqdan çəkinin...»(«Nəhcül-bəlağə» Sübhi Saleh: Xütbə - 192.)
    Bu minvalla sizdən öncəki möminlər haqda buyurulur:
    «...Baxın görün, yekdil, istəklər bir, fikirlər normal, hamı bir-birinə arxa, kömək, nəzərlər iti, məqsədlər eyni olan zaman necə idilər. Onlar yer üzündə xalq kütlələrinin hamisi, bütün insanların rəhbəri deyildilərmi?!” Elə ki aralarına təfriqə düşdü, mehribançılıqları düşmənçiliyə çevrildi, məqsədlər, fikirlər müxtəlifləşdi, çoxlu sayda dəstələrə bölündülər, nəticədə isə bir-biri ilə davaya qalxdılar. Belə olduqda Allah-təala izzət və kəramət libasını əyinlərindən çıxarıb nemətini onlardan kəsdi. Onlardan yadigar qalan təkcə sizin aranızda ibrət alanlar üçün başlarına gələn macəralardır...»(Yenə orda - 192.)
    İxtilafın ziyanı haqda belə söylənilir:
    «Allahın dinində ikiüzlü olmayasız. Çünki haqq yolda birlik xoşunuza gəlməsə də, meyl göstərdiyiniz batil yoldakı pərakəndəlikdən daha yaxşıdır. Ona görə ki hər şeydən pak olan Allah nə keçmişdəkilərə, nə də ki indikilərə təfriqəyə görə bir şey bağışlamamışdır...»(Yenə orda - 176.)
    Başqa bir yerdə şeytanın tələsinə düşmək təfriqənin yaratdığı təhlükələrdən biri kimi qeyd edilir:
    «Həmişə haqq tərəfdarı olan böyük cəmiyyətlərlə birgə olun, çünki birlikdə Allahın lütfü var. Təfriqədən qalan kəs sürüdən ayrı düşən qoyunun qurda yem olduğu kimi şeytana yemdir!...»(Yenə orda - 127.)
    «Nəhcül-Bəlağə»də belə yazılır:
    «Şeytan öz yollarını sizə asan göstərir. O sizin dini bağlılığınızı qırmaq, birliyin əvəzinə təfriqə yaratmaq və bu vasitə ilə də qarmaqarışıqlıq salmaq istəyir. Buna görə də onun vəsvəsə və hiylələrinə uymayın. Sizə nəsihət edən adamları eşidin. Onu öz qəlbinizdə qoruyub saxlayın.»(«Nəhcül-bəlağə»: Feyzül-İslam: Xütbə - 120.)
    «...Bilin və agah olun ki, şeytan sizi ardınca çəkmək üçün öz yollarını asan göstərir.»(Yenə orda Xütbə - 138.)
    Təfriqə nəticəsində məğlubiyyət.
    İnsanlar arasında düşmənçilik artıqda işləri bir-birinin boynuna atıb məsuliyyətdən boyun qaçırırlar. Bu da onların məğlubiyyətinin başlanğıçı olar, belə ki həzrəti- Əli(ə) bu barədə belə buyurur:
    «And olsun Allaha! Bir-birinə kömək əlini uzatmayanlar nəticədə məğlub olacaqlar...»(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Xütbə - 34)
    Düşmən təfriqədən istifadə edib insanlar arasında ixtilaf salaraq öz hökmranlığını bərqərar edir. Həzrəti Əli(ə) öz səhabələrini məzəmmət edərkən buyurur:
    «Siz süstlük edib mənə kömək etmədiniz. Düşmən də bundan istifadə edib sizə hücum edərək var-dövlətinizi qarət etdi, ölkənizi işğal altına aldı...»(«Nəhcül-bəlağə»: Feyzül-İslam: Xütbə - 27)
    Sədaqət
    Sözünə və əhdinə vəfalı olmaq vacib əməllərdən sayılır. Mömin bəndə bunu həmişə diqqət mərkəzində saxlamalıdır.
    «Quran» və rəvayətlərdə sadiqliyə yüksək dərəcədə əhəmiyyət verilmişdir. Bu ayə və rəvayətlərdən bir neçəsini qeyd edirik.
    «Quran»da sədaqət
    Sədaqət imanın nişanəsidir:
    «Qurani-Kərim»də vəfalı olmaq imanlı şəxslərin xüsusiyyətlərindən biri kimi hesab edilərək buyurulur:
    «Möminlər əmanətlərini və əhdlərini qoruyub saxlayanlardır.» («Muminun» - 8).
    Əməlisalehlərin əlaməti:
    «Qurani-Kərim»də vəfalı və sədaqətli olmaq saleh əməlli şəxslərin nişanəsi kimi qeyd edilir:
    «Yaxşı əməl sahibləri əhdlərinə vəfa edənlərdir...» («Bəqərə»-177).
    Öz vədinə sadiq olan İsmayıl(ə):
    Allah-Təalanın «Quran»da həzrəti-İsmayılın(ə) adını hörmətlə yad etmək istərkən onun fəzilətli sifətlərindən biri olan «əhdə vəfalı» deyə xatırlaması sözünə, əhdinə sadiq qalmanın nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir:
    «Kitabda İsmaili də yada sal! O öz vədinə sadiq bir elçi, bir peyğəmbər idi.» («Məryəm»-54).
    Bu ayədə sadiqlik Peyğəmbərlikdən əvvəl qeyd olunmuşdur. Sədaqət peyğəmbərliyin bünövrəsi, əsasıdır.
    Hər halda «Qurani-Kərim»də sadiqlik bir çox ayələrdə vurğulanmışdır:
    «...Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir.» («İsra» - 34).
    Rəvayətlərdə sadiqliyin əhəmiyyəti.
    Hədis və rəvayətlərdə də sadiqlik haqda tövsiyələr edilmişdir. Əhdə vəfalı olmaq möminin xüsusiyyətlərindəndir
    Peyğəmbər (s)-imiz buyurmuşdur:
    «Allaha və qiyamət gününə inanan şəxs əhdinə sadiq qalsın.»(«Üsul Kafi» II c/s-364 / hədis №2.)
    Həzrəti Ədi(ə) buyurur:
    «Sadiqlik möminlərin nişanələrindəndir.»(«Səfinətül-Bihar» II c/s-675.)
    Allahın Rəsulu (s) belə buyurmuşdur:
    «Vədə xilaf (sədaqətsiz) dinsizdir.»(«Biharül-ənvar» Beyrut nəşri: XXXII c/s-96.)
    Vədə xilaf çıxmaq münafiqlik (ikiüzlülük) əlamətidir:
    Peyğəmbər (s)-dən belə bir hədis nəql olunur:
    «Münafiqin üç əlaməti vardır: yalançılıq, vəfasızlıq, əmanətə xəyanət.»(«Əlmustətrəf» I c/s-198.)
    Vəfalı olmaq nəzir verməyə bərabərdir:
    Hişam ibn Salim İmam Sadiq(ə)-dən belə nəql edir:
    «Möminin din qardaşına verdiyi vədə nəzir kimi yerinə yetirilməlidir, ancaq bunda kəffarə yoxdur. Kim verdiyi vədəni yerinə yetirməzsə, Allaha qarşı çıxıb onun qəzəbinə gələr». Bu, elə «Quran»da buyurulmuş məsələdir:
    «Ey iman gətirənlər! Niyə verdiyiniz vədəni yerinə yetirmirsiniz?»(«Üsul Kafi» II c/s-364 / hədis-1)
    Vəfasızlar Allahın qəzəbinə düçar olurlar:
    Əmirəl-möminin(ə) Malik Əştərə məktubunda yazır:
    «Xalqa söz verib yerinə yetirməməkdən çəkin...Çünki vəfasızlıq Allahın və xalqın qəzəbinə bais olar.
    Bu barədə «Quran»da buyurulur:
    «Allahın qəzəbinə bais olan şey söz verib yerinə yetirməməkdir.»(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Məktub-53.)
    Sədaqət iman hüquqlarındandır:
    İmam Sadiq(ə) buyurdu:
    «Mömin möminin qardaşı, onun gözü və bələdçisi kimidir, ona xəyanət etməz, zülm etməyə qıymaz, aldatmaz, vədə xilaf olmaz.»(«Üsul Kafi» II c/s-166 / hədis-3.)
    Qeyd:
    Ayə və rəvayətlərdən belə məlum oldu ki, sədaqət müqəddəs şəriətimizdə həmişə diqqət mərkəzində duran əsas məsələlərdən biridir. Vəfasızlıq üzündən cəmiyyətdə intizam pozular, ictimai münasibətlərin bünövrəsi laxlayar. Dinimizdə müxalif əqidəli, məsləkli insanlara da söz verilən zaman onu yerinə yetirmək lazım bilinir.
    İmam Sadiq(ə) buyurur:
    «Allah-təala üç məqamda müxalif olmağı heç kimə icazə verməmişdir; əmanəti qaytarmaqda (əmanət sahibi istər xeyirxah insan olsun, istərsə də bədxah). Bədxah insanlar olsa belə, əhdə vəfalı olub ata-anaya yaxşılıq etməlidirlər.»
    Əmirəl-möminin(ə) Malik Əştərə göstəriş verir ki, öz düşməninə belə söz versən, gərək onu yerinə yetirəsən.
    «Düşməninlə əhd bağlayıb onu rahat buraxacağına söz versən vədinə əməl et, öz sözünə hörmət qoy, vədini qorumaq üçün canını qalxan et! Hətta cahiliyyət dövrünün müşrikləri də ona riayət edib, sədaqəti hər şeydən üstün tutmuşlar. Buna görə də heç vaxt əhdinə xilaf çıxıb, düşmənini aldatma, çünki axmaq və cahil adamdan başqa heç kim Allah qarşısında ədəbsizlik etməz. Allah-təala onun adı ilə bağlanan əhd-peyman vasitəsilə insanların ona sığınması üçün öz mərhəməti ilə bəndələrinə əmin-amanlıq nəsib edir...»(Nəhcül-bəlağə»: Sübhi Saleh: Məktub-53.)
    Sülh, yaxud müharibə şəraitində istər müsəlman, istərsə də qeyri-müsəlmana edilən vədi yerinə yetirmək şəriətimizdə ümdə məsələlərdən biridir. Misal üçün bəzi ayə və rəvayətləri burada qeyd edirik. «Qurani-Kərim»də buyurulur:
    «Müqavilə bağladıqdan sonra sizə qarşı bir naqislik etməmiş (onun şərtlərini pozmamış) və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla əhdinizə axıra qədər (müddəti bitənədək) vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər!» («Tövbə»-4).
    Peyğəmbər(s) buyurur:
    «Müsəlmanların qanının qiyməti bir-birinə bərabərdir. Onların ən kiçik dərəcəli şəxsi belə söz verirsə, bu hamı üçün əzizdir, ehtiramlıdır. Onlar yadlar qarşısında bir, mütəşəkkil və möhkəm qüdrətə malikdirlər.»(«Vəsailüş-şiə» Beyrut nəşri: XIX c/s-55)
    Peyğəmbər (s)- in aman verməsi və döyüşdə buna əməl etməsi.
    Peyğəmbərin(s) düşmənlərindən biri döyüşdə aman istəmiş, Rəsuli-Əkrəm də ona aman vermişdi.
    Müsəlmanlar Xeybər döyüşündə yəhudilərin həm var-dövlət anbarı, istehkamı olan axırıncı qalanı alarkən ciddi müqavimətə rast gəldilər. Nəhayət, Peyğəmbər(s) qalanı mühasirə etmək əmrini verdi. Yəhudilərdən biri həzrəti-Mühəmməd(s)-in hüzuruna gəlib dedi: «Əgər mənə, övladlarıma və malıma aman veriləcəyini bilsəm, bu səngəri ələ keçirmək üçün sizə gizli yolu göstərərəm.» Həzrət buyurdu: «Sən amandasan.» Yəhudi dedi: «Qalanın içməli suyunu ələ keçirmək üçün əmr edin, buranı qazsınlar. Sonra suyun qarşısını kəsin. Beləliklə də, onlar susuz qalıb təslim olmağa məcbur olarlar». Peyğəmbər(s) buyurdu: «Sən amandasan. Amma mən belə bir işi görmərəm. Allah-təala bizi inşallah başqa yolla qalib edər.»(«Biharül-ənvar» Beyrut nəşri: XXI c/s-30.)
    Bir sözlə, (dost-düşmənlə) bağlanan sədaqət andı bəşərin ictimai mexanizminin əsaslarından biridir. Buna görə də sədaqətli olmaq lazımdır. İslam nəzərindən verdiyin sözü yerinə yetirmək çox mühüm olduğundan Allahın Rəsuli buyurur:
    «Qiyamət günü mənə ən yaxın olanınız doğrudanışan, əmanətə xəyanət etməyən və əhd-peyman bağladıqda bir-birindən daha vəfalı olanınızdır.»(Yenə orda: XXXII c/s-94; «Tühəfül-üqul» səh. 32.)
    İslam təlimlərində deyilir ki, hər bir kəs söz verərkən öz gücünə baxsın. Əgər sözünü yerinə yetirə bilərsə, söz versin, yox əgər yerinə yetirə bilməyəcəksə, söz verməsin.
    Əmirəl-möminin(ə) buyurur:
    «Qüdrətin çatmayan şeyə söz vermə.»(«Ğürər» mündəricat: s-407/№10177.)
    «Yerinə yetirəcəyinə əmin olmadığın şey üçün söz vermə.»(Yenə orda: №10297)

    Category: İslamda Əxlaq 2 | Views: 940 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024