İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 1 » İslamda Əxlaq 2
    9:23 PM
    İslamda Əxlaq 2
    Ardı...
    Xoş həyat
    Həzrəti Əli(ə)-dən soruşdular: "Mömin olub yaxşı işlər görən kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlandırılacaq.” ayəsindəki "xoş həyat” kəlməsinin işlədilməsindən məqsəd nədir?” Buyurdu: "Xoş həyat” qənaətdir.”(«Nəhcül-bəlağə» Feyzül İslam:hikmət-221.)
    Bütün bunlar qənaətin əhəmiyyəti və dəyəri haqda Məsumlardan(ə) nəql olunmuş hədislərdir. İndi isə bir neçə zəruri məsələyə toxunaq.
    1) Ruzinin təmin edilməsi və zəmanət vermək:
    Qənaət bəhsində arada qismətdən söz düşdüyünə görə bu haqda müxtəsər şərh verməyimiz münasib olardı. Ruzi ilə təmin etmək və zəmanət vermək məsələsi «Qurani Məcid»də yaradılışın əsaslarından biri kimi vurğulanmışdır. Yəni «Qurani-Kərim»dən belə anlaşılır ki, bütün bəndələrə müəyyən miqdarda ruzi təyin edilmiş, Allah divanında heç kim nəzərdən qaçmamışdır. Aşağıdakı ayələrə diqqət yetirin:
    "Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin...”(«Hud»-6).
    • "Ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir...” («Ənkəbut»-60).
    • "Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” («Zariyat»-58).
    • "...Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk...”(«Ənam»-151).
    • "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk...”(«İsra»-31).
    Bu ayələrdən açıq-aşkar anlaşılır ki, ruzi verən yalnız və yalnız təkcə Allahdır. Bütün canlıları ruzi ilə təmin edən və edəcəyinə zəmanət verən yalnız odur. Bu və digər ayələrə diqqət yetirməklə ruzi ilə təmin edilmə mövzusunun bir həqiqət olması tam aydın olur.
    2) Çalışıb səy göstərmək:
    Allah-təalanın ruzi haqda zəmanət verməsinə baxmayaraq, bunu da unutmaq olmaz ki, ruzinin zəmanət verilməsi heç də hər kəsin ruzisinin evinə gətirilməsi və ya göydən onun üçün süfrə nazil olması demək deyildir, əksinə ruzi ilə təmin edilməsi sözündən məqsəd «təbiətdə canlılar üçün maddi nemətlər bazası planlaşdırılmışdır» deməkdir.
    Belə ki «Qurani-Kərim»də bu haqda buyurulur:
    "...Allah canlıların ruzisini dünyada müəyyən miqdarda təyin etdi...” («Fussilət»-10).
    Lakin ruzi əldə etmək üçün çalışmaq və Allahın tükənməz nemətlər bazasından istifadə etmək lazımdır.
    "İnsana ancaq öz əməli (öz zəhməti) qalar!” («Nəcm»-39).
    Buna əsasən hər bir kəs öz istedad, bacarıq və zəhməti qədərincə onun üçün təyin olunmuş ruziyə nail ola bilər. Kim öz evində oturub ruzi gözləyərsə və elə bu halda da acından ölərsə, özünü intihar etmiş olur və günahı da öz boynunadır. Bunun üçün də islam təlimlərində ruzi dalınca getməyən və zəhmət çəkməyənlər möhkəm tənqid olunurlar.
    Bu haqda bir neçə hədisi burada gözdən keçirək:
    İmam Baqir(ə) buyurur:
    "Allaha üz tutub: "İlahi, mənə ruzi ver...,”-deyən, lakin heç bir zəhmət çəkməyib, ruzi dalınca getməyən şəxsə mən düşmən münasibət bəsləyirəm.”(«Vəsailüş-şiə» XII c/s-15/hədis-8.)
    "Mən qazanc dalınca getməyən, işləməyən, böyrü üstə evdə yatan, Allaha: «İlahi mənə ruzi ver!”-deyən və Allahın fəzilətindən faydalanmaq üçün heç bir addım atmayan şəxslə dost deyiləm. Qarışqa öz ruzisini əldə etmək üçün yuvasından çölə çıxır. (Yəni insan öz ruzisini əldə etməkdə gərək qarışqadan aciz olmasın.)»(«Vəsailüş-şiə» XII c/s-17/hədis-4.)
    İmam Sadiq(ə) bir hədisdə buyurur:
    "«...Talaq» surəsinin 2-ci ayəsi ("...Kim Allahdan qorxarsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.”) nazil olarkən Peyğəmbər(s)-in səhabələrindən bir neçəsi qapını bağlayıb ibadətlə məşğul idilər. Bu adamların işi yalnız ibadət idi. Özləri də belə deyirdilər ki, bizim ruzimiz Allah tərəfindən təyin olunmuşdur. Bu xəbər Peyğəmbər(s)-ə yetişəndə onları çağırmaq üçün adam göndərdi. Səhabələr həzrəti-Mühəmməd (s)-in hüzuruna gələndə O buyurdu: "Sizi bu işə vadar edən nədir?” Dedilər: "Ey Allahın Rəsulu! Allah-təala (bu ayədə deyildiyi kimi) bizim ruzimizi təyin etmişdir. Bunun üçün də qazanc dalınca işləməyə getmirik. İşimiz, peşəmiz yalnız Allaha ibadət etməkdir.” Həzrəti-Mühəmməd (s) buyurdu: "Kim belə edərsə, duası qəbul olunmaz. Gedin öz işinizlə məşğul olun, zəhmət çəkin, işləyin, ailənizi dolandırın.”(«Vəsailüş-şiə» XII c/s-15/hədis-7)
    Deməli, bizim dini rəhbərlərimizin ruzi əldə etmək üçün zəhmət çəkib işlədiyi kimi, biz də dolanışığımızı təmin etmək üçün zəhmət çəkməliyik.
    3) Məsuliyyət və insanpərvərlik:
    Əlbəttə, ruzinin Allah tərəfdən təyin edilməsinə əqidə bəsləyib: "Hər bir kəsin ruzisi təyin olunmuşdur,” -deyə bəhanə gətirməklə yoxsulların haqqını ödəməkdən gərək boyun qaçırmayaq. Bu bəhanəni kənara qoyub Allah yolunda yaxşılıqlar edərək məzlumları unutmayaq. Allah-təala bu məntiqi (bəhanəni) kafirlərin məntiqi kimi «Quran»da qeyd edir:
    "Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!”-deyildiyi zaman kafirlər möminlərə: "Allahın istədiyi təqdirdə Özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!”-deyərlər. Siz (bu etiqadınzla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.” («Yasin»-47).
    Başqa bir tərəfdən Allah-təala dövlətli və varlıların malına (xüms, zəkat və s. şəri vacib hüquqlar kimi) elə hüquqlar təyin etmişdir ki, varlılar ehtiyacı olanlara kömək etməlidirlər. Bu barədə Uca Yaradan buyurur:
    "Mallarında da dilənçinin və yoxsulun haqqı var idi.” («Zariyat»-19).
    "O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır - dilənən və məhrum olan kimsə üçün” («Məaric»-24,25).
    Demək, dövlətli adamlar abrına qısılıb dilənməyən yoxsullara kömək etməkdə məsuliyyət daşıyırlar. Neçə-neçə abırlı, həyalı insanlar vardır ki, sillə ilə üz qızartmış, lakin öz ehtiyacını heç kəsə deməmişdir. Onlar xalq arasında da dövlətli hesab olunurlar, yəni yoxsulluqları bilinmir.
    «Quran»da onlar vəsf edilərək buyurulur:
    "....Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər...” («Bəqərə»-273).
    Rəvayətlərdə də bu haqda dönə-dönə tövsiyələr edilmişdir. Peyğəmbər(s) buyurur:
    "Qonşusu ac halda özü tox yatan mənə iman gətirməmişdir. Bir şəhərdə və ya bir kənddə (yoxsulluq üzündən) bir nəfər belə ac yatarsa, Allah-təala qiyamət günü o şəhərin və ya kəndin əhlinə mərhəmət göstərməz.”(«Vafi» I c/ 3-cü hissə/səh.96.)
    Həzrəti-Əli(ə) buyurur:
    "Hər şeydən pak olan Allah yoxsulların ruzisini varlıların dövlətində təyin etmişdir. Demək, dövlətlilərin hüququndan faydalandığı yoxsullardan başqa, heç bir fəqir ac qalmaz. Allah onları (yoxsula əl uzatmayan dövlətliləri) bu əməllərinə görə cəzalandıracaqdır.”(«Nəhcül-bəlağə» Sübhi Saleh: Hikmət-328)
    Əmirəl-möminin(ə) Osman ibn Hüneyf Ənsariyə yazdığı məktubunda buyurur:
    "....Mən istəsəydim, özüm üçün təmiz bal və qabığı soyulmuş yemək hazırlayar və ipək parçadan paltar geyərdim. Amma ehtiras, şəhvət mənə hakim kəsilə bilməz, ləzzətli yeməkləri dadmağa vadar edən tamah və hərislik məndən uzaqdır. Hicaz və Yəmamə torpaqlarında bir çörək belə tapmağa ümidi olmayan, yeməkdən heç vaxt doymamış, yarıac insanlar var. Mən kənarımda ac-yalavac, ciyəri yanmış insanlar olan halda tox yatımmı?
    Mənə Əmirəl-möminin(ə) deməklə kifayətlənib, amma çətin günlərdə onlarla birgə olmayım? Mən bəslənmiş kök heyvan kimi ləzzətli yeməklər yemək üçün və ya işi-peşəsi yalnız otlamaq, yemək, qarın doydurmaq olan və onu gözləyən aqibətdən bixəbər olan otlağa buraxılmış heyvan tək xəlq olunmamışam...”(«Nəhcül-bəlağə» Sübhi Saleh: Məktub- 45)
    Bütün bu hədislərə diqqət yetirməklə aydın olur ki, ruzinin Allah tərəfindən təyin olunması məsələsi (öz ehtiyaclarından artıq imkanları olan) dövlətlilərin yoxsullara əl uzatmaması, "əgər Allah istəsəydi, özü onlara kömək edərdi”,-deyə özlərinə haqq qazandırması üçün bəhanə ola bilməz. Çünki bütün bu imkanlar Allahın onlara verdiyi əmanətlərdir. Onlar da əmanəti öz sahibinə çatdırmalıdırlar. Əslində, bu aləm səbəblər aləmidir. İlahi feyzin əta olunma və ruzi verilmə səbəblərindən biri də insanlardır.
    4) Bəla və sınaq.
    Dünyada hamının ruzisinin təyin edildiyinə baxmayaraq, insanlar xilqətin bəxş etdiyi nemətlərdən istifadə etməkdə bərabər deyillər. Çünki onlar cismani, istedad, ağıl, zəka, maddi və coğrafi mövqe baxımından eyni deyillər. Bu fərq insanların bir-birinə qarşı ehtiyac duymaları və bir-birinə kömək etmələri üçün Həkim və hər şeyi bilən Allah tərəfindən yazılmış yaradılışın qəti qanunlarındandır. Əgər bu fərqlər olmasaydı, ictimai yaşayış baş tutmayıb, cəmiyyətin tarazlığı itərək fəaliyyət və sevinc passivlik və süstlüyə çevrilərdi. Bundan əlavə, fərqlərin sirlərindən biri də "bəla və sınaqdır. Bu, insanların özünüislah etmələri üçün bir şəraitdir. «Qurani-Kərim»də buyurulur:
    "...Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin (bu müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür...” («Maidə»-48).
    Bu müxtəliflik onun üçündür ki, insanların Allah bəxş edən nemətlərdən necə faydalanması aydın olsun. Demək, əgər bərabərsizliklər olmasaydı, bəla və sınaq tətbiq olunmasaydı, pis və yaxşı bir-birindən seçilməzdi:
    "Allah murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra....” («Ənfal» - 37).
    İnsanlar arasında ruzinin təyin olunmasının müxtəlifliyi haqda ayələr çoxdur. Onlardan bir neçəsini nəzərinizdən keçiririk:
    "Allah öz bəndələrindən istədiyinin ruzisini artırar, istədiyininkini də azaldar...” («Ənkəbut»-62).
    • "Göylərin və yerin açarları Onun əlindədir. O, istədiyinin ruzisini bol, (istədiyininkini də) qıt edər...” («Şura»-12).
    • "Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliniyizdə olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?” («Nəhl»-71).
    • "Onlar dedilər: "Məgər bu Quran iki şəhərdən (Məkkə və Taif) olan böyük bir adama nazil edilməli deyildimi?
    (Ya Mühəmməd!) Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!” («Zuxruf» - 31,32).
    Cahil ərəblər belə düşünürdülər ki, var-dövlət, maddi zənginliklə fəzilət və şərəfin meyarıdır. Belə düşündüklərindən deyirdilər: "Nə üçün «Quran» Məkkə və Taifin iki böyük şəxsiyyətindən birinə nazil olmayıb?” Onların belə ixtilaf doğuran sualı verməkdə məqsədləri «Quran»ın nazil olması və vəhyi təkzib etməkdir. Çünki Peyğəmbərin iddiası vəzifələrin meyarı ilə uyğun gəlmirdi.
    «Qurani-Kərim»də onlara cavab olaraq buyurulur:
    "Ruzini bölüşdürən bizik. Bu müxtəlifliklər fəzilət və kəramətlə yox, məsləhətlə ölçülür. Həmin müxtəlifliklər insanların bir-birinə xidmət göstərməsi və dünyada öz işini davam etdirməsi üçündür. Lakin bu zaman xidmətçinin Allah dərgahında göstərdiyi xidmət daha sevimli və əziz olmalıdır. Çünki Tanrı dərgahında ən sevimli bəndə insanlar arasında ən təqvali olanıdır.
    Bundan əlavə, əşrəfi olduğumuz bu dünya bizim nəzərimizdə qiymətsiz və puçdur. Əgər bütün insanların kafir olmalarına təhlükə yaranmasaydı, bu kafirlərə o qədər var-dövlət, sərvət verərdik ki, qızıl və gümüşdən saraylar, imarətlər tikərdilər. Amma hamının yolunu azması mümkün olduğundan biz bütün insanları kafirlərin ixtiyarına vermədik. Bu imkanlardan möminlərə də verdik». («Zuxruf»-33).
    Lakin hazırkı müxtəliflik və üstünlüklər dünya həyatının tələb etdiyi zəruriyyətlərə görədir. Sözsüz ki, bu müxtəlifliklər ruzi bolluğunun, firavanlığın hədsiz-hüdudsuz olmadığını göstərir. Çünki hər ikisində ortadan həddi-hüdudu götürmək fəsada, küfrə və azğınlığa səbəb olur.
    Bu müxtəlifliklər üstünlük və fəzilətə əsaslanmır, əksinə, təbii qanunlardan doğan zərurətlərə görədir, bunun əxlaqi və mənəvi dəyərlərlə heç bir bağlılığı yoxdur.
    Bəzən möminin kasıb, yoxsulluq içində olması, kafirinisə dövlətli və varlı olması mümükündür.
    Keçən ayələrdən məlum oldu ki, var-dövlətin mövcud olub olmaması nə xoşbəxtliyə, nə də bədbəxtliyə dəlil ola bilməz. Əslində, bunların bir-birilə heç bir əlaqəsi yoxdur. Çünki Süleyman peyğəmbər kimi saleh bir müsəlman bəndə çoxlu var-dövlət və sərvətə sahib ola bilər. Belə ki «Qurani-Kərim»də buyurulur:
    "...Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən!” («Sad» - 35).
    Həzrəti-Süleyman(ə)-ın duası qəbul olundu. Allah-təala cin, insan, heyvan, quş və s-nin ixtiyarını ona verdi:
    "Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.” («Sad» - 36).
    "(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də başqalarını zəncirlənmiş halda (onun ixtiyarına verdik)” («Sad» - 37,38).
    "(Və ona belə buyurduq) "Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud vermə! O saysız-hesabsızdır!” («Sad» - 39).
    Neçə-neçə mömin və saf niyyətli insanlar vardır ki, yoxsulluq içində məşəqqətli həyat tərzi sürürlər. Elə adamlar da vardır ki, nə Allaha, nə də qiyamət gününə inanır, ancaq maddi imkan baxımından həddən artıq qüdrət və nemətə malik olan Firon kimi yüksək rifah içində yaşayırlar. Fironun rəqibi olan həzrəti-Musa(ə) isə onun məmurlarının qorxusundan Mədyənə qaçır və orada çayın axarı tərəfə dayanıb heç nədən ehtiyacı olmayan Allaha üz tutaraq bir tikə çörək üçün ehtiyac əlini uzadır.
    "...Ey Rəbbim! Mən Sənin nazil edəcəyin xeyrə möhtacam!” («Qəsəs» - 24).
    Cəmiyyətdəki ictimai münasibətlər hər cəhətdən tənzimlənməlidir. Haqqında danışdığımız mətləblərin hüquqi əhəmiyyətini müəyyənləşdirmək çox vacib məsələdir.
    Əvvəldə dediyimiz kimi, böyük Yaradan hər bir varlığı vücuda gətirərkən onun ruzisini də vermiş, yaratdığının inkişaf etməsi üçün zəngin mühit hazırlamışdır.
    Belə bir sual meydana çıxır:
    Əgər bütün insanların ruzisi Allah tərəfindən təmin və təyin olunmuşsa, bəs nəyə görə bəziləri çalışır, lakin heç bir güzəran qazana bilmir?
    Bu sualın cavabı keçən bəhslərdən tamamilə aydın olur, amma yenə də bəzi şübhələrin aradan qaldırılması üçün aşağıdakı şərhlərə diqqət yetirmək lazımdır:
    1) Bir çox məhrumiyyətlərin səbəbi birinin digərinin hüququna təcavüz etməsidir. Bu halda zalım və məzlum bir səviyyədə olub, ikisi də günahkar sayılır. Yəni zalım etdiyi zülmə və təcavüzə, məzlum isə zülmə boyun əydiyinə və bunların qarşısını almaqda səhlənkarlıq göstərdiyinə görə günaha batmış olur. Belə ki məzlumun əgər özünü müdafiə etməyə qüdrəti çatmasa, heç olmasa, zülm və fəsad mühitindən qaçıb əmin-amanlıq olan yerlərə pənah aparmaqla özünü xilas etsin, imkan daxilində öz vəzifəsini yerinə yetirsin. Allah bu barədə belə buyurur:
    "Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən deyəcəklər: "Siz nə vəziyyətdə idiniz ki, öz vəzifənizə əməl etmirdiniz?” Onlar söyləyəcəklər: "Biz yer üzərində zəif kəslər idik!” (Mələklər də onlara: "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” - deyəcəklər.....” («Nisa» - 97).
    2) Dünyada zülmün kökünün kəsilməsini fərz etsək belə, yenə də insanların zəhməti eyni olmayacaqdır. Çünki zəhmət zəruri şərtdir, amma kifayət deyildir. Başqa sözlə desək, zəhmətin məqsədə, kama çatmaq üçün zəruri amillərdən olmasına və «Qurani-Kərim»də də qeyd olunmasına(«Nəcm» - 39) baxmayaraq, təbii ki, insan qüdrətindən xaric olan başqa amilləri də unutmaq olmaz. Çünki zəhmət səbəb və amillər çərçivəsindən kənara çıxa bilməz.
    3) Şübhəsiz, Allah-təala öz bəndələrinin məsləhətini onların özündən daha yaxşı bilir. Neçə-neçə insanlar vardır ki, yaşayış baxımından yüksək rifahla yaşamağa can atırlar. Amma Tanrının buyurduğu kimi, bunu onlara məsləhət bilmir:
    "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.” («Bəqərə» - 216).
    Ruzi məsələsi də bu qaydadan kənara çıxmamışdır. Vaxtilə naz-nemət içində yaşamış əksər adamların yoxsulluq zamanında hallarının necə də ağlasığmaz dərəcədə dəyişdiyini mülahizə edirik. Elə adamlar da vardır ki, yoxsulluq zamanı həmişə Allahı yada salıb vacib əməllər və dini, ictimai, əxlaqi vəzifələrini yerinə yetirməkdə azca da olsun, səhlənkarlıq etmir, lakin varlanandan və rifahı yaxşılaşandan sonra Allahı unudurlar. Buna görə də «Qurani-Kərim»də buyurulur:
    "Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah Öz bəndələrindən xəbərdardır, görəndir!” («Şura» - 27).
    ".Xeyr, insan azğınlıq edər, özünün dövlətli olduğunu gördüyü üçün!” («Ələq» - 6,7).
    Sələbeyi-Ənsari
    Ənsardan olan Sələbeyi-Ənsari belə şəxslərə ən parlaq nümunələrindəndir. Aşağıdakı ayə onun haqqında nazil olmuşdur:
    "(Münafiqlərin) bəzisi də Allaha belə əhd etmişdi: "Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq. (Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər! (Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qovuşacaqları günə qədər (davam edəcək) nifaq saldı. Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Və Allah qeybləri çox gözəl biləndir?!” («Tövbə» - 75,76,77,78).
    Sələbə həmişə Peyğəmbər(s)-in məscidinə gələr, onlarla birgə namaz qılar, kasıb olduğundan Peyğəmbər(s)-dən xahiş edərdi ki, Allah-təalanın ona bol-bol ruzi verməsi üçün ona dua etsin. Nəhayət, bir gün Peyğəmbər(s)-ə dedi:
    -(Ey Allahın Rəsulu!) Allahdan mənə bol-bol ruzi verməsini dilə.
    Peyğəmbər(s) ona xitabən buyurdu:
    -Haqqını ödəyə bildiyin az mal, ödəyə bilmədiyin çox maldan yaxşıdır. Allahın Rəsulunun ardıcılı, onun həyat tərzi kimi yaşamağı və kifayət qədər ruziyə qane olmağı özünə seçsəydin, yaxşı olmazdımı?
    Amma o Rəsuli-Əkrəmin sözünü qəbul etmədi. Bir dəfə yenə Peyğəmbər(s)-ın hüzuruna gəlib təkidlə dedi:
    -Ey Allahın Rəsulu! Dua et, Allah mənə var-dövlət versin. Səni haqq olaraq göndərən Allaha and içirəm ki, əgər Allah mənə var-dövlət, sərvət əta etsə, üzərimdə olan hüququ ödəyəcəyəm, hər bir kəsin haqqını özünə verəcəyəm.
    Peyğəmbər(s) onu dua etdi. Sələbə bir neçə qoyun aldı. Bir müddətdən sonra qoyunları artdığından Mədinədə sürünü saxlaya bilmədi. Buna görə də Mədinənin ətrafındakı otlaqlara köçməkdən başqa çarəsi qalmadı. Nəhayət, Mədinənin ətrafındakı kəndlərdən birinə köçdü. Başı o qədər qarışdı ki, cümə və camaat namazlarında iştirak edə bilmədi.
    Zəkat yığımı zamanı həzrəti-Mühəmməd (s) bir nəfəri bu işə təyin edib zəkat almaq üçün Sələbənin yanına göndərdi. Sələbə zəkatı ödəməkdən boyun qaçırmaqdan əlavə etiraz edərək dedi: "Bu hökm cizyə vermək kimidir. (Siz zəkat adı altında cizyə alırsınız. Cizyə əhli-kitaba aiddir). Mən belə bir zəkatı ödəməyə hazır deyiləm.” Qasid Peyğəmbər(s)-in yanına gəlib macəranı ona danışdı. Həzrət buyurdu: "Vay olsun Sələbəyə! Vay olsun Sələbəyə!” Sonra yuxarıdakı ayə nazil oldu.(«Məcməül-bəyan təfsiri»: Beyrut nəşri: V c/ s.53)
    Bir sözlə, Allah-təala öz bəndələrinin xeyrini daha yaxşı bilir. Hər bir kəsə məsləhət bildiyi şeyi əta edir.
    5) Həyatına davam etmək və halal ruzi qazanmaq üçün insan işləmək və zəhmət çəkməklə yanaşı, bunu da bilməlidir ki, bütün bu zəhmət və fəaliyyətinə baxmayaraq, nəsibindən artıq ruzi qazana bilməz. Allah-təalanın insan üçün təyin etdiyi ruzi harada olsa, ona yetəcəkdir.
    Əmirəl-möminin(ə) bu haqda buyurur:
    "Ey Adəm övladı! Ruzi iki cürdür: biri odur ki, sən onu axtarırsan, o biri də odur ki, o səni axtarır. Əgər arxasınca getməsən belə, öz nəsibin səni tapacaqdır....”(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Hikmət №379.)
    Həzrəti-Əli(ə) vəsiyyətlərinin birində övladı imam Həsən Müctəba(ə)-ya buyurdu:
    "Övladım! Bil və agah ol ki, ruzi iki cürdür: elə ruzi vardır ki, sən onu axtarırsan, eləsi də var ki, sən onu axtarmasan da, o səni axtarıb tapacaqdır.....”(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Məktub №31.)
    Demək, Allah-təala insana ruzi yetirməyi zəmanət vermişdir. Əmirəl-möminin(ə) buyurur:
    "(Allah) sizin ruzinizə zamin durmuşdur.”(«Nəhcül-bəlağə»: Sübhi Saleh: Xütbə - 114)
    Elə amillər vardır ki, insan ruzisinin artıb-azalmasında mühüm rol oynayır. Hələlik bu bəhsi geniş təfsilatı ilə müzakirə etməzdən əvvəl nümunə üçün bir neçə mətləbə işarə edirik:
    Ruzinin artmasına səbəb olan amillər
    1. Təqva və günahdan çəkinmək:
    Allah-təala «Qurani-Kərim»də buyurmuşdur:
    "Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onları qazandıqlarına görə məhv etdik.” («Əraf» - 96).
    "Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər” («Talaq» - 2,3).
    Birinci ayə ictimai təqva haqqında nazil olmuşdur. Bir qrup insanın təqvalı olması bütöv bir şəhərin təqvalı olması demək deyildir. Deməli, əhalinin hamısı təqvalı olarsa, bu, Allah kəlamında öz əksini tapar. Bu zaman hamıya Tanrının bərəkət və mərhəməti şamil olar. Amma ikinci ayədə isə fərdi təqva haqqında söhbət açılır.
    2. İstiğfar (Allahdan bağışlanmaq diləmək):
    İkinci amil istiğfardır. Əmirəl-möminin(ə) buyurur:
    "..Allah-təala tövbə və istiğfarı ruzi və mərhəmətin artmasında bir vasitə kimi insanlar üçün təyin etmişdir. Hər şeydən pak olan Allah buyurmuşdur:
    "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizə göydən bol yağış göndərər.”(«Nəhcül-bəlağə» Feyzül-İslam: Xütbə - 143.)(«Nuh» - 10,11).
    Ruzinin azalmasına səbəb olan amillər
    1. Naşükürlük və neməti danmaq:
    Allah-təala buyurur:
    "Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası dadırdı.” («Nəhl» - 112).
    Bu ayədə üç vacib mətləbə toxunulmuşdur:
    1) Həqiqi əmin-amanlıq xarici kapitalın ölkə daxilinə axmasına səbəb olur. ("Ruzisi də hər yerdən bol-bol gəlirdi....”). Bu da aydındır ki, xarici kapitalın ölkə daxilinə gəlməsi adətən bütün xalqın ümumi rifahının yüksəlməsinə və bolluğa səbəb olur.
    2) Əmin-amanlıq iki formada ola bilər:
    a) Arxayınlıqla birgə olan əmin-amanlıq. b) Nigaranlıqla birgə olan əmin-amanlıq. Birincini həqiqi əmin-amanlıq, ikincisini isə qəbiristanlıq əmin-amanlığı adlandırırlar. Çünki diktator hökümətin dəmir intizamı nəticəsində sülh yarana bilər. Lakin bu heç kəsin nəfəs çəkməyə belə qüdrəti olmayan qəbiristanlıq əmin-amanlığına bənzəyir. Belə əmin-amanlıq həmişə qorxu ilə yanaşıdır. Amma birincisi isə arxayınlıqla olan əmin-amanlıqdır. İnsanlar onun sayəsində hər cəhətdən amandadırlar. Xarici kapitalı məhz belə əmin-amanlıq özünə cəlb edə bilər.
    3) Nemətlər iki cürdür: fərdi və ictimai. Fərdi nemətlərdə şükr və küfrün səbəbkarı ayrı-ayrı şəxslərdir. İctimai nemətlərdə isə şükr və küfrün səbəbkarı cəmiyyətdir. Şükr etmək və naşükürlük inikasları da həmçinin, həmin amilləri yaxalayacaqdır. Fərddə fərdə, cəmdə isə cəmiyyətə qayıdacaqdır.
    «Qurani-Kərim»də cəmiyyət bədənə oxşadılmışdır. Ayrı-ayrı fərdlərin əməllərində fərdi təsirlər olduğu kimi, cəmiyyətin əməllərində də ictimai təsirlər vardır. İctimai təqva hamı üçün nemət və ruzinin yetirilməsinə, ictimai naşükürlük isə ictimai yoxsulluq və ümumi nigarançılığa səbəb olur.
    Yuxarıda qeyd olunan ayədə bəhsin mövzusu bütöv bir millətə, xalqa aid olan ictimai əmin-amanlıqdır. Mübarək ayədə xatırlanan şükürlük amili onlardır. Bu ayədə Allah-təala naşükürlük və nemətləri danmağı ayrı-ayrı fərdlərə yox, bütöv bir xalqa, əhaliyə aid edir. Buyurur ki, şəhər əhalisi neməti dandı. Buna görə də bəla hamıya nazil oldu. Hamını aclıq və nigarançılıq bürüdü. Yəni o şəhərə bəla göndərdi. Nəticədə isə, şəhər əhalisi əzaba düçar oldu. «Ənfal» surəsinin 53-cü ayəsində də bu məzmuna oxşar bir mətn vardır. Burada da əsas söhbət bütöv bir xalqa, millətə aid olan nemətdən gedir. Müqəddəs Kitabımızda buyurulur ki, əgər bir millət öz vəziyyətini dəyişərsə, yəni (günah edərsə), Allah-təala onlara verdiyi neməti onlar üçün bəlaya, əzaba çevirər. Cəmiyyətin taleyində ən təsirli amil cəmiyyətin öz halını dəyişməsidir. Çünki fərdi dəyişkənlik ictimai məsələlərdə əsas rol oynamır.
    2) Təqvasızlıq və günah.
    Günahın nəticələri bəhsində xatırladığımız kimi, günahın mənfi təsirlərindən biri də ruzinin azalmasıdır.
    İmam Baqir(ə) buyurmuşdur:
    "Həqiqətən, bəndə günah edərkən onun ruzisi azalır.”(«Üsuli-Kafi» II c/ s.270 / hədis №8. Belə irad tutula bilər ki, neçə-neçə günahkar, təqvasız adamlar naz-nemət içində yaşayır və heç bir maddi korluq çəkmirlər. Belə isə günah və təqvasızlıq ruzinin azalmasına necə səbəb ola bilər? Bu sualın cavabı üçün geniş şərh lazımdır. Burada isə yalnız «Quran»ın bir incə məqamına işarə edirik. «Qurani-Kərim»də kafirlər haqda "imla və istidrac” məsələsinə işarə edilərək buyurulur: "Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını artırmaq üçündür. Onlar zəliledici əzab görəcəklər!” («Ali-İmran»-178). Başqa bir yerdə də buyurulur: "Onları bu imkanlarla yavaş-yavaş məhvə yaxınlaşdıracağıq. («Əraf» - 182). Onlar elə başa düşürlər ki, bu mal-dövlət onlar üçün xeyirlidir. Daha bilmirlər ki, bu mal-dövlət əslində onlar üçün bir əzabdır.)
    Category: İslamda Əxlaq 2 | Views: 1069 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024