İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » December » 16 » İslamda Əxlaq 1
    6:55 AM
    İslamda Əxlaq 1
    Nəfsani qüvvələrin tarazlaşdırılması
    Bu bəhsə qədər insan bədənində heç bir üzvün səbəbsiz yaranmadığı kimi, insan ruhunda və canında da hər bir qüvvənin həyatda rolu olduğu aydınlaşdı. Əgər bu qüvvələr daim nəzarət altında olub islah edilməzsə, onlar qorxulu və zərərli olacaqdır. Nümunə üçün buna bir neçə misal gətirək:
    1.Şəhvət (cinsi qüvvə)
    Bu coşğun, ipə-sapa yatmayan qüvvənin insan vücudunda, xüsusən bütün qüvvələrin böhran dövrü hesab olunan gənclik çağında qaynarlığı inkarolunmazdır. Ram olmayan həvəslər, heyvani qüvvələr onu şəhvət və fəlakətə doğru sürükləyir. Əgər insan əql və iman gücü ilə özünü islah edib, viranedici nəfsani qüvvələrin ram olunması qüdrətinə malik olmasa, mənəvi cəhətdən heyvandan da aşağı təbəqədə qərar tutar, çünki insan Allahın başqa məxluqları (mələklər və heyvanlar) kimi deyil. Bu xüsusda əmirəlmöminin Əli(ə) buyurur: "Allah-təala mələklərə yalnız əql verdi, şəhvət və qəzəb yox, lakin insana bunların hamısını əta etməklə şərəfləndirdi. Ona görə də əgər şəhvət və qəzəb əqlə tabe olarsa, insan mələklərdən üstün olar, çünki o, vücudundakı heyvani hisslərə qalib gələrək bu dərəcəyə (mələk dərəcəsinə) yetişmişdir”.(«Cameüs-səadat» I c., səh.34. İmam Sadiq(ə)-dən də həmin məzmunda hədis nəql  Nəcəf çapı I c.,səh.4, «Vəsailüş-şiə» XI c.,,olunmuşdur. «İləlüş şəraye» səh.164, «Biharül-ənvar», Beyrut çapı XVII c., səh.299) Əksinə, şəhvət və qəzəb onun əqlinə üstün gələrsə, insan heyvandan da aşağı olar.
    2.Mal-dövlət toplamaq
    Nəzarət altına alınmalı qüvvələrdən biri də dövlətpərəstlik və sərvət toplamaqdır. "Qurani-Kərim”də və nəql olunan rəvayətlərdə mal-dövlətin adı yaxşılığa çəkilmişdir. İnsanın da təbii olaraq mal-dövlətə həvəsi vardır, lakin bu həvəs müəyyən bir həddə kimi lazımdır. Belə ki, əgər insan həddindən artıq var-dövlət, sərvət toplamaq fikrinə düşərsə, böyük ziyan çəkməyəcəyinə heç kim zəmanət verə bilməz. Biz burada var-dövlətin həm mənfi, həm də müsbət cəhətinə toxunmaq istəyirik:
    a)Müsbət cəhət
    "Qurani-Kərim”də bir çox ayələrdə maddi zənginlik xeyrə təbir edilir. Nümunə üçün onlardan bir neçəsini qeyd edirik:
    "Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz xeyirdən (maldan) valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərti ilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir”. («Bəqərə» 179)
    Əllamə Təbatəbai(r.ə) yazır: "Xeyir” sözündən məqsəd var-dövlətdir”(«Təfsirül-mizan», I c., səh-149) O, «Adiyat» surəsinin 8-ci ayəsinin ("onun xeyrə çox həvəsi vardır”) təfsirində yazır: "Xeyirdən məqsəd var-dövlətdir.” Başqa bir yerdə Allah-təala var-dövləti dünyanın bəzəyi kimi qiymətləndirir: "Mal-dövlət, oğul-uşaq bu dünyanın bəzəyidir.” («Kəhf»-46)
    Digər ayədə isə sərvət həyatın sütunu adlandırılır və buyurulur:
    "Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfehlərə (ağılsızların əlinə) verməyin”. («Nisa»-5)
    Qısa desək, əgər var-dövlət şəriətə görə halal yolla qazanılıb, insanlara xidmət etmək məqsədilə xərclənərsə, İslam nəzərində qiymətli və dəyərlidir.
    b)Var-dövlətin mənfi cəhəti
    Digər tərəfdən "Qurani-Kərim”də var-dövlət Allahın yaddan çıxarılmasına səbəb olan bir amil kimi tanıtdırılaraq buyurulur:
    "Ey iman gətirənlər! Nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Allah zikrindən yayındırmasın!...” («Münafiqun»-9)
    Tanrı başqa bir yerdə isə dövlət yığanları və Allah yolunda xərcləməyənləri bu işdən çəkindirir. Onların yığdıqları malı isə qiyamətdə əzaba düçar olma səbəbi kimi anladaraq buyurur:
    "Ey iman gətirənlər! (yəhudi) Alimlərindən və (xaçpərəst) rəhbərlərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ey Mühəmməd!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla mücdələ!
    O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşlərində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara) "bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” (deyiləcəkdir) («Tövbə»-34, 35)
    Başqa bir ayədə buyurulur:
    "Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul uşağınızdır...” («Səba»-37)
    Bu ayədə də var-dövlətə qarşı hərislik pislənilir:
    "Həqiqətən, mal-dövlətiniz və oğul uşağınız (sizin üçün) ancaq bir sınaq vasitəsidir”. («Təğabun»-15)
    Yenə də buyurulur:
    "O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” («Şüəra»-88, 89)
    Rəvayətlərdə də var-dövlət məzəmmət olunmuşdur, belə ki həzrəti-Əli(ə) buyurur: "Var-dövlət bütün ehtiraslara, şəhvətlərə səbəbdir”.(Sübhi Salehin Nəhcül-bəlağəyə yazdığı şərh 58-ci hikmət) Başqa bir yerdə o Cənab buyurmuşdur: "Var-dövlət əziyyətverici və narahatlıqlar üçün bir vasitədir”.(«Qürər»in mündəricatı səh.375, №1449)
    Həzrəti-Əli(ə)-nin sərvət hərisliyi barədə söylədiklərindən biri də budur: " Var-dövlət sahibi üçün başabəladır. Qabaqcadan özü üçün göndərdiyindən başqa. (Yəni onu xeyir işə sərf etmiş olarsa, xeyir görər.)(Yenə orda №1957)
    "Var-dövlət insanın aqibətini pis və arzularını sonsuz edir.”(Yenə orda №1427.)
    3.Uzun-uzadı arzular
    a) Arzunun müsbət cəhəti.
    Arzu insan həyatında mühüm rol oynayır. İnsanı yaşamağa sövq edən, daim irəliləməyə, dayanmamağa, mübarizəyə səsləyən arzudur. Peyğəmbər(s) arzunu rəhmət kimi qiymətləndirmişdir: "Arzu mənim ümmətim üçün rəhmətdir. Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməzdi, heç bir bağban bir ağac belə əkməzdi.”(«Səfinətül-bihar» I c, səh.30)
    b) Arzunun mənfi cəhəti
    Bəzi rəvayətlərdə arzunu bəşərin düşməni, onun məhvinin, qəlbinin qaralmasının və ölməsinin səbəbi kimi qiymətləndirmişlər. Bu hədislərin bir qismində arzu ilğıma oxşadılmışdır. Əmirəlmöminin Əli(ə) buyurur:
    "Arzu ilğım kimi aldadan və həqiqət olmayan şeydir”. (Həmin mənbə)
    Əgər arzu və istəklər normal həddi aşaraq nəfsani qüvvələr insana qalib gələrsə, əmirəlmöminin Əli(ə)-nin təbiri ilə desək, insan öz şəhvətinin qulağı sırğalı qulu olar:
    "Şəhvət əsiri bu əsarətdən heç vaxt xilas ola bilməyəcək bir əsirdir”.(Qürər»in mündəricatı səh.187, №6300)
    Bu cür əsirlik Əli(ə)-nin nəzərində ən pis və ən alçaq əsirlikdir. O Həzrət buyurur: "Şəhvət əsiri pulla alınmış kölədən də alçaqdır”(Həmin mənbə №6298; İbn Əbil-Hədidin «Nəhcül-bəlağə»yə yazdığı şərh II c,  hikmət-928,səh.342)
    Şəhvət əsiri olmaq imanla bir yerə sığmır. Peyğəmbər(s) buyurur:”Bir kəs nə qədər ki öz istək və arzularını mən gətirdiyimə («Quran» və sünnəyə) tabe etməyib, iman gətirməmişdir”.(Əbül Fərəc Əbdürrəhman ibn Cüzi "Zəmmül-həva”, səh.18) Başqa bir yerdə o Həzrət buyurmuşdur: "Ümmətim üçün daha çox üç şeydən qorxuram (nigaranam): zalımcasına qəzavətdən, alimin çaşqınlığından, şəhvətə əsir olmaqdan”.(«Zəmmül-həva» səh.19.)
    Əmirəlmöminin Əli(ə) buyurur: "Ey insanlar! Sizin üçün daha çox iki şeydən qorxuram: şəhvətə əsir olmaqdan və uzun-uzadı arzulardan. Çünki şəhvət əsiri olmaq insanı haqq yoldan sapındırır, uzun-uzadı arzular isə axirəti yaddan çıxarır”.(Feyzül İslamın «Nəhcül-bəlağə»yə yazdığı şərh 42-ci xütbə 28-ci xütbədə də bu mətləbə işarə olunmuşdur)
    Başqa bir hədisdə həzrəti-Əli(ə) buyurur: "Bütün fitnələrin mənbəyi şəhvətə aludəçilik və qondarma qayda-qanunlara tabe olmaqdır.”(Feyzül İslamın «Nəhcül-bəlağə»yə yazdığı şərh 50-ci xütbə)
    Bəhsin nəticəsi
    Qısaca desək, insan vücudunda mövcud olan müxtəlif nəfsani qüvvələrin həyat üçün zəruriliyi şübhəsizdir. Əgər bu qüvvələr öz həddini aşaraq insan varlığına hakim kəsilib onun bütün ixtiyarını əlindən alarsa, bu, bir növ bütpərəstliyə gətirib çıxara bilər. Belə bütpərəstlik bütün bütpərəstliklərdən qorxuludur. Ona görə də bu məsələyə həmişə diqqət yetirmək lazımdır. "Qurani-Kərim”də buyurulur: "(Ey Mühəmməd!) Nəfsini özünə Tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O, özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!) («Furqan»-43)
    Öz istəklərini ilahi hidayətlərə qovuşdurmayan insanların ən azmışıdır:
    "Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolunu daha çox azmış kim ola bilər?!”(«Qəsəs»-50)
    Nəfsə qul olmaq azğınlıq və zəlalətdən başqa bir şey deyildir. «Quran»da buyurulur:
    "Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar”. («Sad»-26)
    Peyğəmbər(s) buyurur:
    "Dünyada heç bir büt Allah dərgahında nəfs və şəhvət bütündən böyük deyildir”.(Əl-Mizan» təfsiri, Beyrut çapı, X c, səh.237)
    Əmirəlmöminin Əli(ə) byurur: "Bədbəxt o kəsdir ki, öz nəfsinə və şəhvətinə aldana.”(Sübhi Salehinin «Nəhcül-bəlağə»yə yazdığı şərh səh.117, 86-cı xütbə.)
    Yenə də o Həzrət buyurur:
    "Nəfsə qul olmaq və şəhvətpərəstlik əqlin düşmənidir”.(«Qürər»in mündəricatı səh.425, №1029.)
    Həzrəti-Əli(ə) başqa bir hədisdə bütün bəla və müsibətlərin kökünü nəfsə qul olmaqda görüb demişdir:
    "Şəhvətpərəstlik bütün bəlaların köküdür”(Həmin mənbə №1048.)
    Bir sözlə, nə din, nə də əql şəhvətpərəstliklə bir yerə sığmır. Həzrəti- Əli(ə)söyləmişdir: "Şəhvətpərəstlik və din bir yerə sığmaz”(Həmin mənbə s,269, №10531, 10541)
    Buna görə də insan öz arzularını cilovlamağı bacarmalıdır. Hər şey üçün bir hədd-hüdud qoyulmuşdur. Bu hədləri aşan şəxs İslam nəzərindən kəskin tənqid olunur.
    İmam Sadiq(ə) buyurur:
    "Elə məxluq yoxdur ki, ona məxsus hədd-hüdud qoyulmasın”(«Tühəfül-üqul» səh.269.)
    Nəfsani qüvvələrin normallaşdırılmasında əxlaqın rolu
    Adını hallandırdığımız qüvvələr nümunə xarakterlidir. Qeyd etdik ki, Allah-təalanın insana bəxş etdiyi xüsusiyyətlər zatən yaxşıdır, amma onların coşub-daşmasının qarşısı alınmalıdır. Bu barədə də keçən bəhsdə qeyd etdik ki, əxlaq elmi nəfsani qüvvələrin islah və nəzarət edilməsini öyrədən elmdir. Misal üçün, özünüsevmə qüvvəsi həyatın davamiyyəti üçün zəruridir, lakin əxlaq elmi həmin nəfsani qüvvənin bir həddi-hüdudu olduğunu da göstərir. Əgər hədd aşılarsa, insan xudbinlik və məğrurluğa mübtəla olar. Bunun nəticəsində də elə bir dərəcəyə yetişər ki, onun fikrincə, hamı ona xidmət etməli, hökmranlığı altında olub ancaq onun üçün işləməlidir. Burada artıq özünüsevmə qüvvəsi şeytanlar, üsyankarlar xasiyyəti sayılan təkəbbür və məğrurluq həddinə yetişir. Belə özünüsevmə islamda pislənilir. Buna görə də ibadətlə məşğul olub, nəfslə mübarizə etməklə onu normallaşdırmaq lazımdır. Əxlaq elmi həqiqi dəyərləri aydınlaşdırmaqla insana bu qüvvədən kifayət qədər istifadə yolunu göstərir.
    Nəfsani qüvvələri məhv etmək yox, normallaşdırmaq lazımdır
    Bəzi din və məzhəblərin ardıcılları kamala yetişmək üçün nəfsani qüvvələrin tamamilə məhv edilməsi fikrini irəli sürürlər. Ancaq islamda qüvvələrin hidayət və islah olunması əsas götürülür, çünki nəfsani qüvvələri, xüsusən şəhvət hissini məhv etmək həddən artıq zərərlər əmələ gətirə bilər. Əgər onun qarşısını almaq mümkün olsaydı, müdrik Allah onu yaratmazdı. Biz bu əqidədəyik ki, yaradılış aləmində Allah-təala heç bir şeyi məqsədsiz, faydasız yaratmamışdır. Əgər biz bir şeyin yaradılış fəlsəfəsini bilmiriksə, bu, o demək deyildir ki, uca Yaradan onu əbəs yerə xəlq etmişdir.
    "Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?” («Möminun»-115)
    "Qurani-Kərim”də buyurulur:
    "O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. («Səcdə»-7)
    Deməli, insan vücudunda yerləşdirilmiş nəfsani qüvvələrin hər biri öz yerində vacib və zəruridir, lakin onlardan düzgün istifadə etmək lazımdır, çünki bu qüvvələrdən düzgün faydalanmadıqda onlar münasib vaxtda itaət etməkdən boyun qaçırır, insana güc gəlib elə sıxışdırırlar ki, əqli kor edərək kütləşdirir, özlərini sakitləşdirmək üçün insanı hər cür çirkinliyə vadar edirlər. Burada hər bir kəs nəfsani qüvvələrdən düzgün və şəraitə uyğun istifadə edib, onları cilovlamalıdır. İnsan belə bir işi görməyə qadirdir, çünki «Quran»da buyurduğu kimi, Allah-təala ona xeyir və şər yolunu seçməkdə iradə və ixtiyar verib:
    "Biz ona iki yolu (xeyir və şər) göstərmədikmi?” («Bələd»-10)
    Başqa bir yerdə buyurur:
    "Biz ona haqq yolunu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu, onun öz işidir)”. («İnsan»-3)
    Xülasə, bu qüvvələrin gücü nə qədər çox olsa da, insanın ixtiyar və iradəsinin qarşısında acizdir. Əgər bir şəxs öz nəfsi ilə mübarizə aparıb, nəfsani qüvvələri lazımi qədər islah edəcəyinə söz versə, o, bunu mütləq bacaracaqdır.
    Hər halda nəfsi-əmmarənin (çirkin işlərə sövq edən qüvvə) insanı bəd əməllərə təhrik etməsinə heç bir şəkk-şübhə yoxdur. Bu barədə "Qurani-Kərim”də həzrəti-Yusif(ə)-in dilindən belə nəql edilir:
    "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edir”. («Yusif»-53)
    Əmirəlmöminin Əli(ə) buyurur: "Doğrusu, bu nəfs insanları pis iş və bəd əməllərə çox sövq edir. Kim ona inanarsa, ona xəyanət edər, kim onu nəzarətsiz qoyarsa, onu məhv edər və hər kim ondan razı qalarsa, onu (cəhənnəmin) ən dərin guşəsinə çəkər.”(«Qürər»in mündəricatı: səh.391, №3491)
    Bununla belə, insanın seçim hüququnu və qüdrətini nəzərdən qaçırmaq olmaz, çünki əgər «Quran»da o, bir yerdə əmmarə kimi adlandırlırsa, başqa bir yerdə ləvvamə kimi vəsf edilərək buyurulur:
    "And içirəm qiyamət gününə, and içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə) özünü qınayan nəfsə!” («Qiyamət»-1,2)
    Digər ayədə nəfsi-mütməinnə (xatircəm və arxayın nəfs) adı ilə vəsf edilərək buyurulur:
    "Ey (imanından, əməlindən və Allahın vədindən) xatircəm olan şəxs! (Və ya ey arxayın nəfs!) «Dön Rəbbinə, sən ondan razı olaraq, o da səndən!” («Fəcr»-27,28)
    Bu mərhələdə (xatircəm mərhələsində) üsyankar qüvvə insan iradəsi qarşısında məğlub olur. Bu özü də bir dəlildir ki, əgər insan istəsə, özünü tam surətdə idarə edə bilər. Ümumiyyətlə, insanın (başqa məxluqlardan-mələkdən və heyvandan) üstünlüyü onun seçim qüdrətinə malik olmasındadır. Əslində, insana mükafat və cəza, tərif və tənqid ona görə verilir ki, o həm xeyir əməllər yerinə yetirə bilər, həm də pis əməllər. Əgər yaxşı işə görə həvəsləndirilib, pis işə görə tənqid və tənbeh olunursa, bu, onun azadlığına və ixtiyar sahibi olmasına bir sübutdur. İnsanın elm, iman və əxlaq vasitəsilə öz nəfsani qüvvələrini normallaşdırıb xilqətin ali məqsədinə tərəf hidayət edə bilməsi onun ixtiyar və iradə azadlığı sayəsindədir. Qısaca desək, əxlaq elmi nəfsani qüvvələrin və düşüncələrin araşdırılmasından, onların necə nizama salınmasından və ümumən xilqətin ali məqsədlərinə, xüsusilə insan xilqətinin hədəflərinə tərəf hidayət etdirilməsindən ibarətdir. Bəhsin əvvəlində xatırlatdıq ki, bu kitabda bizim məqsədimiz əməli əxlaqın əhəmiyyətini və onun əməl dərəcəsinə yaxın olmasını bəyan etməkdir.
    Kitab və Sünnəyə istinad
    Bu cəhətdən bəhslərin ümumi müzakirəsində Allahın kitabından və Peyğəmbər(s) sünnəsindən istifadə etdim. Müzakirə olunmuş məsələlərin sənədini mümkün qədər hidayət və vilayət nuru ilə dolu olan bu iki mənbədən toplayaraq onu Kitab və Sünnə dəlilləri ilə sənədləşdirdim. Kainatın həqiqətlərini olduğu kimi bilən, sirli insanı onun özündən yaxşı tanıyan, dərdini, dərmanını dəqiq surətdə söyləyən, fitri dil ilə onunla danışan Allah və Onun əziz övliyalarının kəlamlarından yaxşı bir bəyan varmı? Buna görə də bu kitabda bizim söylədiklərimizin əsası «Quran» ayələri və təsir gücünə malik hədislərdir. Bəzən şərh və izah etmək məqsədilə fəqih, alim, filosof və təfsirçi, tarixçilərin kəlamlarından da istifadə etmişik ki, bunun da özünəməxsus faydası vardır.
    Bu əsərdə əvvəl işin keyfiyyətinə və onun necə başlanılmasına işarə edib, sonra isə lazımi məsələləri qeyd etmişik. Allaha tərəf seyrə çıxan yolçunun riayət etməsi lazım olan incəlikləri xatırladıb, mündəricatı barədə məlumat vermişik. İnşaallah, onların təfsilatını gələn bəhslərdə mütaliə edəcəksiz. Bəhsə başlamazdan əvvəl bu yolda bizə kömək etməsini, xətaya, çaşqınlığa düşməməyimizi Allahdan diləyirəm. Amin.
    17 Rəbbiüləvvəl 1412-ci il h.q.
    Məhəmməd Rza Məhdəvi Kəni
    Category: İslamda Əxlaq 1 | Views: 1298 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024