İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    9:01 AM
    İslamda qəhrəman qadınlar
    6-İsmayılın (ə) anası Hacər
    Əvvəllər kəniz olmuş Hacər, Həzrət İbrahim Xəlilin (ə) həyat yoldaşı oldu. O, bir neçə dəfə çox ağır və acı hadisələrlə rastlaşdı. Onlardan biri də bu idi ki, Allah İbrahimə (ə) oğlu İsmayılı Məkkənin susuz və yandırıcı çöllüyündəki uca dağların yanında qoymağı əmr etdi. Hacər bu ağır işi, Allahın və Peyğəmbərinin (ə) istəyinə əməl etmək üçün qəbul etdi. Uzun müddət uşağıyla tək-tənha, uca Əbu Qubeys dağının kənarında yaşadı. Ora elə bir yer idi ki, ilk dəfə uşağı susayanda su tapılmadı. Hərçənd ki, sonralar yerdən Zəmzəm bulağı qaynadı və onlar bu sudan istifadə etdilər. Hacər uşağıyla birlikdə mehriban ərindən uzaqda özünü bütün çətinliklərə öyrəşdirdi. İsmayıl boy-buxunlu cavan oğlan olanda, İbrahim (ə) bəzi vaxtlar onların görüşünə gələrdi. O, Allahın fərmanı və İsmayılın köməyi ilə Kəbə evini tikdi. Amma bu ev, allahpərəstlik tarixində bu ailənin özündən sonra yadigar qoyduğu axırıncı ev deyildi. Onları tezliklə böyük bir imtahan gözləyirdi; ata-ana öz qoçaq övladı İsmayılı Allah yolunda, Onun razılığı üçün qurban kəsməli idi. Ata və oğul, Hacəri analıq məhəbbətinə xatir bu əhvalatdan xəbərdar etmədilər. Qəlbən Allaha təslim olduqlarına xatir, Allahın əmrini yerinə yetirmək üçün evdən çıxdılar. Hacər bu əvhalatdan xəbərdar oldu. Əgər o adi bir qadın olsaydı, çox narahat olardı. Çünki, qəlbinin bir parçası, ömrünün səmərəsi olan İsmayılı qurban kəsirdilər. Şeytan qoca kişi cildində gəlib əhvalatı ona söyləyəndə o, cavabında: "Heç bir ata oğlunun başını kəsməz” dedi.
    Şeytan: "İbrahim (ə) deyir ki, Allah buyurub”.
    O zaman bu ixlaslı qadın dedi: "Mənim və İsmayılın min canı da olsa, Allaha fəda olsun. Ey kaş min oğlum olaydı, hamısını Allah yolunda qurban verəydim”.
    Sonra əlinə bir neçə daş götürüb, şeytana tərəf ataraq onu özündən qovdu. Şeytan Hacərdən məyus olub yolunu itirdi.(Məcməul-bəyan, 8-ci cild, səh.453; Me`racus-səadət, səh.491.)
    7-İmranın qızı Məryəm
    İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin digər nümunəvi və kamil qadınlardandı. Allah onu da Quranda Asiyə kimi möminlər üçün məsəl çəkir, örnək kimi qeyd edir və buyurur: "Məryəm ismətli və namuslu bir qız idi. Biz Cəbrayıl vasitəsi ilə ona üfürdük (və o Həzrət İsaya (ə) hamilə oldu). O, tövhidi, peyğəmbərləri, səma kitablarını təsdiq etdi və Allah dərgahında daim ibadət və itaət edənlərdən oldu”.(Təhrim surəsi, ayə 12.)
    Bir gün Peyğəmbər (s) mehriban həyat yoldaşı Xədicənin (s) yanına gəldi. Gördü ki, Xədicə hamiləlik ağrısından əziyyət çəkib qıvrılır. Həzrət (s) buyurdu: "Mən də sənin əziyyət çəkməyinə görə narahatam. Ancaq Allah əziyyətdə çoxlu xeyir qərar veribdir. Sakit bir yerə gedəndə, mənim salamımı o qadınlara çatdır”.
    Xədicə dedi: "Onlar kimdir?”
    Peyğəmbər (s) buyurdu: "Onlar İmranın qızı Məryəm, Məzahimin qızı Asiyə və Musanın (ə) bacısı Kəlimədən ibarətdirlər”.
    Xədicə (s) rahat oldu və ərz etdi: "Bəh-bəh, nə yaxşı insanlardırlar!”(Məcməul-bəyan, 1-ci cild, səh.320)
    Həzrət Peyğəmbər (s) buyurdu: "Kişilərdən bir çoxları kamilliyin son həddinə çatıblar. Ancaq qadınlardan dörd qadın kamilliyin ali dərəcəsinə çatıb: 1-Asiyə, 2-Məryəm, 3-Xədicə (s), 4-Fatimə (s)”.(Həmin mənbə.)
    Həzrət Məryəmin (s) "Hənna” (Anna) adlı anası sonsuz idi və digər qadınlar kimi övlad sahibi olmağı arzu edirdi. O və bacısı Əşya Bəni İsrailin adlı-sanlı qadınlarından idilər. O İmranın, bacısı isə Zəkəriyyanın həyat yoldaşıydı.(Bə`zi rəvayətlərə əsasən İmran da peyğəmbərlərdən idi.)Məryəmin anası sonsuz olduğu üçün çox pərişan idi və həmişə buna çarə axtarardı. Axırda böyük Allaha pənah apardı. Ondan istədi və nəzir etdi ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə uyğun olaraq onu ibadətgaha xidmətçi olmaq üçün Beytül-Müqəddəsə vəqf etsin. Bu nəzir, Məryəmin (s) anasının ixlası və tövhidindən xəbər verirdi ki, o, övladı təkcə özünün təskinlik tapması üçün istəmirdi. Əksinə, Allah ibadətgahının xidmətçisi və Ona pərəstiş edən bir övlad istəyirdi. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul etdi. Bundan bir qədər sonra qadın hamilə olduğunu hiss etdi. Bir qız uşağı dünyaya gətirdi. Onun adını Məryəm qoydular. Ana öz nəzrinə vəfalı olaraq Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha xidmətçi kimi təqdim etdi. Məryəmin anası ərini itirdiyinə görə qəlbi təkcə qızıyla şad olardı. O tez-tez Beytül-Müqəddəsə gedib qızından xəbər tutar və evə qayıdardı. Beytül-Müqəddəsin böyüklərinin içərisində hamıdan çox Məryəmin xalasının əri, yəni Həzrət Zəkəriyya (ə) Məryəmi himayə etməyə meyilli idi. O, Məryəmi saxlamaq üçün təyin edildi. Zəkəriyya mehriban ata kimi Məryəmi saxlamaqda və qorumaqda bütün ehtiyatlara riayət edirdi. Bir gün Zəkəriyya Məryəmin mehrabına yaxınlaşdıqda, onun yanında bir yemək tabağını görərək təəccübləndi. Çünki ondan savayı heç kəs Məryəmin yanına gəlmirdi. Məryəmdən soruşdu: "Bu fəsli çatmamış meyvələr sənin yanına haradan gəlibdir? Hərçənd ki, qapılar bağlı olub və heç kəs bura girmirdi?”
    Məryəm dedi: "Bunlar mənim Allahım tərəfindəndir. Allah istədiyi şəxsə ruzi verər”.(Bu mətləblər Ali İmran surəsinin 35-ci və 37-ci ayələrində gəlibdir.)
    Zəkəriyya başa düşdü ki, Allah Məryəmə uca bir məqam bəxş edərək onu digər qadınlardan fərqləndirir. O, belə bir mənzərəni müşahidə etdikdən sonra Allahdan istədi ki, ona da pak bir övlad əta etsin. (Çünki Zəkəriyya görürdü ki, Məryəm özünün Allahla qurduğu xalis rabitə və etdiyi dua sayəsində, məqamı elə bir həddə çatır ki, onun üçün behişt meyvələri gəlirdi). Zəkəriyyanın duası qəbul oldu. Allah ona Yəhya (ə) adlı bir oğlanı müjdə verdi. Zəkəriyya dedi: "Mən və qadınım qocalıb əldən düşmüşük. Biz necə övlad sahibi olacağıq?”
    Allah ona buyurdu: "Allah belə istəyir”.(Ali İmran surəsi, ayə 38-dən 40-a qədər.)
    Məryəm ayaq üstə o qədər ibadət etdi ki, ayaqları şişdi. Doqquz yaşında oruc tutmaqla, namaz qılmaqla və pərhizkarlıqla öz zamanının bütün ibadət edənlərindən öndəydi. Çətin hadisələr qarşısında səbir və müqavimətiylə öz zamanında birinci idi.(Rəyahinuş-şəriət, 2-ci cild, səh.280.) Məryəm böyüyüb boya-başa çatdıqda Allah ona "Ülul-əzm” peyğəmbərlərdən olan Həzrət İsa (ə) kimi bir övlad əta etdi. Fədakarlığı, namuslu olması, pərhizkarlığı və iman nuru onu elə bir məqama çatdırdı ki, Cəbrayıl Əmin (ə) Məryəmin yanına gəlib, ona üfürdü və o hamilə oldu. Bu hamiləlikdən Həzrət İsa (ə) dünyaya gəldi. Onun ali mənəvi məqamını dərk etməyə qüdrəti çatmayan nadan camaat xoşagəlməz sözlər deyib, Məryəmi incitdilər. Allahın əmri ilə sükut orucu tutan Məryəm bu camaatla danışmayaraq işarə etdi ki, "beşikdəki uşaqdan soruşun”.
    Camaat Məryəmin sözlərini ələ saldılar. Amma Allahın qüdrətiylə uşaq dil açaraq dedi: "Mən Allah bəndəsiyəm. O məni peyğəmbər etdi və mənə kitab verdi. O, harada oluramsa olum, məni xeyir və bərəkət verən etdi”.
    Bu canlı möcüzə həmin qövmün dilini bağladı.(Məryəm surəsinin ilk ayəsindən 34-cü ayələrinə qədər olan ayələrdən götürülmüşdür; Qur`an dastanları, Bəlaği, səh.228 və 240.) Məryəm mənəvi məqamın yüksək dərəcələrindən birinə çatmışdı. O öz ibadətgahında (Livandakı dağda) dünyadan gedəndə, övladı Həzrət İsa (ə) nalə çəkib deyirdi: "Qürbətdə və vəhşətdə daha mənə kim munis olacaq? Kim mənə Allahın itaətində kömək edəcək?”
    Məryəm (ə) bir qız idi. Gördüyünüz kimi imanlı bir qız himməti, isməti və çalışqanlığı nəticəsində necə də böyük bir məqama yüksəldi. Bundan daha mühümü, onun tərbiyəsi altında Həzrət İsa (ə) kimi bir peyğəmbər böyüyüb boya-başa çatdı. Məryəm həmişə Allahla idi və Onun fərmanına təslim olardı. Allah-təala da həmçinin, onu Özünün sonsuz rəhməti sayəsində saxladı və yaxşı adını da dünyanın sonuna qədər qoruyacaq. Qurandakı surələrdən biri Məryəm adlanıb və ona məxsusdur. Müqəddəs kitabda 34 dəfə onun adı və fəzilətlərindən söz açılır.
    Bəzi rəvayətlərə əsasən behiştin ən yaxşı qadınları dörd nəfərdi və Allah bu qadınları seçib: 1. Xədicə (s), 2. Fatimə (s), 3. Asiyə (s), 4. Məryəm (s).
    8-Həzrət Əyyubun (ə) həyat yoldaşı
    İslamdan əvvəlki dövrlərdə yaşamış nümunəvi qadınlardan biri də Həzrət Əyyubun (ə) "Ruhmə” adlı həyat yoldaşı idi. Həzrət Əyyub (ə) həyatın ən ağır hadisələri ilə üzləşdi. Uşaqları evin altında qalıb öldülər, bağları yandı, bütün var-dövləti və mal-qarası tələf oldu. Axırda özü də uzun sürən xəstəliyə tutuldu. Bunların hamısından da ağır, camaatın ona baş çəkib təsəlli vermək əvəzində, vurduqları dil yaraları idi. Camaat deyirdi: "Yəqin ki, günahkar olubsan, Allah da səni bu vəziyyətə düçar edib”.
    Camaat ondan uzaqlaşdı. O, naçar qalıb şəhərdən çıxaraq çöllükdə, ağır vəziyyətdə yaşamağa başladı. Ruhmə fədakarlıq göstərərək ərinə qulluq etməyə davam etdi. Lakin axırda yorulub əldən düşdü. Əri Əyyubla söhbət edəndə, Əyyub ona dedi: "Məndən uzaqlaş!”
    O, Əyyubu tək qoyub getdi. Əyyub bu İlahi imtahandan yaxşı çıxdıqda, Allah ona mərhəmət göstərib, əvvəlki sağlamlığını və cavanlığını qaytardı. Ona müxtəlif nemətlər verildi. Həyat yoldaşı, Əyyubun əmri ilə ondan uzaqlaşsa da, qəlbi əziyyətdə olan ərindən ayrılıdığına görə döyünürdü və həmişə onun fikrində idi. Axırda (Əyyubun əvvəlki sağlamlığının və nemətlərin ona qayıtmasından xəbərsiz olan halda) qərara gəldi ki, onu görməyə getsin və ona xidmət etməyi davam etdirsin. Əyyubun yaşadığı yerə çatanda, orada səfalı, meyvəli və gül-çiçəkli bağın içində gözəl bir cavan oğlan gördü. Onu tanımadı və təəccübləndi. Amma çox çəkmədi ki, Əyyubun işarəsi ilə Allahın lütf və mərhəmətinin onlara şamil olmasını anladı və əlini Əyyubun boynuna saldı. Onların hər ikisi Allaha bütün bu lütfünə və mehribanlığına görə şükr etdilər. Allah həmin bu qadından Əyyuba saleh bir övlad nəsib etdi. Onun və həyat yoldaşının həyatı digərləri üçün iman, şükr, dözüm və səbir dərsi oldu.(Qisəse Qur`an, Bəlaği, səh.207 və 293.) Əyyubun həyat yoldaşı Ruhmə hərçənd ki, bir dəfə yorulub dözümsüzlük etdi, amma tez peşiman oldu və əziyyətdə olan ərinə xidmət etməyə davam etdi. Allah-təala da bunun müqabilində ona və ərinə çoxlu nemətlər bəxş etdi. İnsan gərək çox ağır və çətin hadisələrdən tez yorulub və dözümsüzlük göstərməsin. Əgər belə bir hal baş versə, nə qədər ki gec olmayıb səhvini düzəltsin.
    9-10-Şuəybin qızları
    Şuəybin qızlarının Musa (ə) ilə rəftarları, qadınların necə fikirləşmələri və rəftar etmələri mühüm bir dərsdir.
    Həzrət Musa (ə) Fironun qüdrətli vaxtında məzlumları onun və adamlarının zülmündən müdafiə edirdi. Ancaq bir gün zalımlardan birinin zülmünün qarşısını alanda, onun başına bir yumruq zərbəsi endirdi. Həmin zülmkar aldığı zərbədən yerə yıxılıb öldü. Musa (ə) o cür cansıxıcı və qorxulu mühitdə canının təhlükədə olduğunu hiss etdi. Gizlin şəkildə Misirdən çıxdı və piyada Mədyənə tərəf yola düşdü. Musa (ə) Mədyənə yaxınlaşanda çobanların qoyunları sulamaq üçün bir quyunun yanına gətirdiklərini gördü. Onlar quyudan su çəkib qoyunlara verirdilər. Bu zaman Musa (ə) iki qızın kənarda durub öz qoyunlarının quyuya yaxınlaşmasının qarşısını aldığını müşahidə etdi. Çünki onlar öz iffətlərinin qorunmasına, qayda-qanuna və növbəyə riayət etmək istəyirdilər. Onlar Şueybin (ə) qızları idilər. Qəlbi həmişə imkansız və köməksiz insanlarla olan Musa (ə) o qızlara kömək etmək qərarına gəldi. Yaxınlaşıb dedi: "Öz qoyunlarınıza niyə su vermirsiniz?”
    Onlar dedilər: "Kişilərin getməsini gözləyirik və sonra biz öz qoyunlarımıza su verəcəyik”.
    Musa (ə) qabı onlardan aldı və var gücü ilə tək başına quyudan su çəkib onların qoyunlarına verdi. Sonra onlardan ayrılıb bir ağacın kölgəsi altında oturdu. Aclıq ona qalib gəldiyi üçün Musa Allahdan kömək istədi. Bu zaman Şueybin qızları atalarının yanına gedib əhvalatı ona danışdılar. Şueyb dedi: "Gedin o cavanı evimizə dəvət edin”.
    Qızlardan biri özünü tələsik Musaya (ə) çatdıraraq atasının dəvətini ona bildirdi. Musa (ə) bu dəvəti qəbul etdi və yolda qıza dedi: "Sən mənim arxamca gəl. Harada yolumdan azsam, arxadan həmin istiqamətə daş atmaqla mənə yol göstər”.
    (Musanın (ə) bu sözləri onun iffətinin qorunmasına xatir idi). Qız razı oldu. Musa evə çatanda, Şueyb onu yaxşı qarşıladı. O qız atasına dedi: "Bu cavan oğlanı özünə köməkçi götür. Ona görə ki, güclü, əmin (təmiz) və ədəbli bir oğlandır”.
    Qız onun gücünü quyudan su çəkəndə, paklığını və təmizliyini isə yolda görmüşdü. O, bu sözləri atasına dedi və ata da düşüncəli qızının söylədiyi dəlilləri qəbul etdi. Hətta Musaya (ə) qızlarından biri ilə evlənməsini təklif etdi. Musa (ə) da bu təkliflə razılaşıb "Səfura”nın əri oldu.(Təfsire Məcməul-bəyan, 7-ci cild, səh.248 ("Qəsəs” surəsi, 28 və 21-ci ayələr).)
    11-Həlimə Sədiyyə
    Peyğəmbər (s) hələ dünyaya gəlməmişdən əvvəl atası Əbdullah dünyasını dəyişdi. İki, ya altı yaşı olmamış anası da dünyadan getdi. Əbdül-Müttəlib Məhəmmədə (s) süd vermək üçün pak və iffətli bir qadın axtarırdı. Çünki o həzrət (s) hər kəsin südünü qəbul etmirdi. Əbdül-Müttəlib təsadüfən Məkkəyə süd vermək üçün uşaq axtarmağa gəlmiş səhrada yaşayan (köçəri) bir qadını gördü. Əbdül-Müttəlib ona dedi: "Sən kimsən?”
    Qadın: "Mən bəni-Səd tayfasından olan Həliməyəm”.
    Əbdül-Müttəlib: "Bəh-bəh! Səndə "səadət və helm” kimi əbədiyyətin və ruzgarın iki gözəl xisləti vardır”.
    Onun adını yaxşı yerə yozdu və uşağın yanına apardı. Məhəmməd (s) onun südünü götürdü. Bundan sonra qadın Məhəmmədi (s) özüylə yaşadığı yerə aparıb ona süd verməyə başladı.
    Beləliklə, yenə də görürük ki, ismətli qadın yaxşı xislətlərə malik olmaqla necə də dəyərli olur. Əbdül-Müttəlib onu bəyənir və Məhəmmədi (s) əmizdirmək üçün bir ana kimi onu seçir.(Kuhlul-bəsər, səh.20; Sireye Hələbi, 1-ci cild, səh.81 və 106.) Yəni fərqi yoxdur, qadın mal-qara saxlayan köçəri olub səhrada yaşasa da, əgər fəzilətli, əxlaqlı və yaxşı xüsusiyyətlərə malik olarsa, Həzrət Məhəmmədin (s) ikinci anası olmaq ləyaqətini qazanır.
    Category: İslamda qəhrəman qadınlar | Views: 1073 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024