İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:58 AM
    İslamda qəhrəman qadınlar
    ÇALIŞQAN QADIN UMEYS QIZI ƏSMA
    Əri şəhid olmuş, lakin acı hadisələr müqabilində səbir və fədakarlıq göstərmiş, həyatı bizim hamımız üçün ibrət dərsi olan qadınlardan biri də Umeys qızı Əsmadır.
    Umeysin və həyat yoldaşının dörd qızı vardı. Onlardan biri (Əsma) Cəfər Təyyarın həyat yoldaşı, ikincisi (Səlma) Seyyidüş-Şühəda Həmzənin həyat yoldaşı, üçüncüsü (Lubabə-Ümmü Fəzl) Peyğəmbərin (s) əmisi Abbasın həyat yoldaşı və dördüncüsü (Məymunə) də Peyğəmbərin (s) həyat yoldaşı oldu. Peyğəmbər (s) Umeys və Hində dedi: "Siz yer üzünün ən yaxşı kürəkənlərinə sahibsiniz”.
    Həmçinin buyurdu: "Allah behişt əhli olan bu dörd bacıya rəhmət etsin”.
    Əsma İslamın əvvəlində çox ağır şəraitdə İslamı qəbul edərək əri Cəfərlə (Əlinin (ə) qardaşı) birlikdə Həbəşistana mühacirət etdi. O, vətəndən uzaqda əri ilə çiyin-çiyinə mühacirliyin on beş illik çətinliklərinə dözdü və hicrətin yeddinci ilində əri və mühacirlərlə birlikdə Mədinəyə gəldi. Hicrətin səkkizinci ilində əri, İslam ordusunun başçısı Cəfər Təyyar Mutə döyüşündə şəhid oldu. Əsmanın Cəfərdən Əbdullah, Ovn və Məhəmməd adlı üç övladı var idi. Əri cəbhəyə gedəndə uşaqları hələ balaca idi. O, əri olmayanda uşaqlara yaxşı baxardı. Cəfər şəhid olan günün səhəri, onun şəhidlik xəbəri Mədinəyə çatmamış, Əsma çox cəld və zirəkliklə qırx qoyun dərisini dabbağa qoydu (və onlardan döşənəcək hazırladı), çörək bişirmək üçün xəmir yoğurdu və uşaqlarını yuyundurdu. Cəfərin şəhid olmasının xəbəri Mədinəyə çatanda Rəsulullah (s) qəmgin halda Əsmanın evinə gəldi. Əlini Cəfərin uşaqlarının başına çəkib onlara nəvaziş göstərdi. Əsma vəziyyəti başa düşüb ərz etdi: "Məncə bu uşaqlar atasız qaldılar”.
    Peyğəmbər (s) onun fərasətinə təəccüb etdi və buyurdu: "Ey Əsma! Bilmirsənmi Cəfər şəhid olub?”
    Əsma ağladı. Peyğəmbər (s) ona buyurdu: "Ağlama, Allah mənə xəbər verdi ki, onun behiştdə parlayan iki qanadı vardır”.
    Əsma dedi: "Onun fəzilətlərini heç vaxt unutmayacam”.
    Burada Peyğəmbər (s) onun ağıl və mərifətinə təəccübləndi. Əsma Cəfərdən sonra Əbu Bəkrlə evləndi və ondan Məhəmməd adlı övladı dünyaya gəldi. Məhəmməd mənəviyyatın o qədər ali dərəcəsinə çatmışdı ki, Əli (ə) onun barəsində buyurur: "O mənim övladımdır”.
    Məhəmməd həzrət Əlinin (ə) xilafəti dövründə Misirdə Müaviyənin cəlladları tərəfindən şəhid edildi.
    Əsma Əbu Bəkrdən sonra Əli (ə) ilə ailə həyatı qurdu. Ondan Yəhya və Ovn adlı iki övladı oldu. Ehtimal olunur ki, Yəhya uşaq ikən vəfat edib. Ovn isə Kərbəlada İmam Hüseynin (ə) səhabələrindən biri kimi şəhid oldu.
    Əsma həmişə Həzrət Zəhranın (ə) xidmətində olardı və onun evində kəniz olmağı ilə fəxr edərdi. O, həzrət Zəhranın (ə) yaxın sirdaşı idi. Əsmanın digər xüsusiyyətlərindən biri də rəvayət nəql etmək idi ki, rəvayətçilər ondan hədis nəql edərdilər və o bu cəhətdə etimadlı və etibarlı sayılırdı. O, Xədicənin (ə) vəsiyyətnaməsinə əsasən Fatimənin (ə) toyu gecəsi onun üçün analıq etdi. Bütün hadisələrdə gücü çatdığı qədər Əhli-beyt (ə) üçün möhkəm arxa oldu, onlara xüsusi bir məhəbbət bəsləyirdi.(Rəyahinuş-şəriət, 2-ci cild, səh.305-dən sonra; Ə`yanuş-şiə; Təbəqate ibn Sə`d; Ricale Mamaqani, 2-ci cild, səh.69.)
    ÜÇ ŞƏHİD VERMİŞ QADININ HEYRƏTLƏNDİRİCİ SÖZLƏRİ
    Ühüd savaşında çoxlu sayda müsəlman şəhid oldu. Rəsuli Əkrəm (s) və həzrə Əli (ə) ağır yaralandılar. Düşmənlər Peyğəmbərin (s) öldürülməsi haqda şayiə yaydılar. Bu xəbər Mədinə qadınlarını çox narahat etdi. Onlar evlərindən çıxıb bu məlumatı araşdırmağa başladılar. Bu zaman qadınlardan biri cavan oğlanın döyüş meydanından qayıtdığını gördü. Onun qabağına qaçıb soruşdu: "Peyğəmbərdən (s) nə xəbər var?”
    Həmin gənc Peyğəmbərin (s) sağ-salamat olduğunu bildiyinə görə qadının verdiyi suala cavab vermək əvəzinə dedi: "Ey bacım! Sizin atanız şəhid oldu”.
    Ənsardan olan qadın bir azca narahat oldu və özünə gələndən sonra yenə soruşdu: "Peyğəmbərdən (s) nə xəbər var?”
    Cavan oğlan ikinci dəfə həmin sualın cavabını verməyib əvəzində dedi: "Bacım, sizin qardaşınız da şəhid oldu”.
    Qadın yenə də bir azca kədərləndi, ancaq özünə gələndən sonra soruşdu: "Səndən soruşuram, görəsən Peyğəmbər (s) sağdır?”
    Cavan yenə də qadının cavabını verməyərək: "Ey bacım! Sizin əriniz də şəhid oldu” dedi.
    Ənsar qadını bu dəfə qəzəblə: "Mən qohumlarından kimin öldüyünü və kimin salamat qaldığını bilmək istəmirəm. Xahiş edirəm ki, Peyğəmbər (s) barəsində mənə bir söz deyəsən”.
    Yalnız bundan sonra o kişi cavab verdi: "Peyğəmbər (s) sağ-salamatdır”.
    Bu sözlərdən sonra qadının üzü güldü və söylədi: "Bizim verdiyimiz qurbanlar hədər getmədi”.(İslam tarixindən dastanlar, 2-ci cild, səh.45.)
    CƏMİLƏ VƏ ONUN QƏHRƏMAN ƏRİ
    Əbu Amirin oğlu Hənzələnin toyu gecəsinin səhəri Ühüd döyüşü baş verdi. Onun Cəmilə ilə toy və qonaqlıq gecəsi idi. Hər iki tərəfin qohumları dəvət olunmuşdu. Digər tərəfdən də Peyğəmbər (s) döyüş üçün ümumi səfərbərlik elan etmişdi. Hənzələ iki yol ayrıcında qalmışdı ki, nə etsin? Əgər İslam döyüşçülərinə qoşulsa, iki tərəfin qohum-qəbiləsinə nə cavab verəcək? Əgər evlənməyə razılıq versə, Allahın və Peyğəmbərin (s) qəzəbinə düçar olacaq. Fikrinə çatan axırıncı çıxış yolu bu oldu ki, Rəsulullahın (s) hüzuruna gedib bir gecəlik möhlət alsın və sabahı günü özünü Həzrətə (s) çatdırsın. O, Peyğəmbərin (s) hüzuruna gedərək əhvalatı ona danışdı. Peyğəmbər (s) ona bir gecəlik icazə verdi. Yazırlar ki, Peyğəmbər (s) ona icazə verib-verməməkdə tərəddüd edirdi. Bu zaman bu ayə nazil oldu -"Həqiqi möminlər əgər bir işə xatir icazə istəsələr, onlara icazə ver. Allah bağışlayan və mehribandır”.
    Hər halda Hənzələ Peyğəmbərin (s) icazəsi ilə evə qayıtdı. O gecə qonaqlarla birlikdə oldu və toyunu keçirdi. Səhər tezdən cənabət qüslü verməmişdən qabaq döyüş paltarını geyib silahını götürdü və tələsik döyüş meydanına getmək məqsədi ilə evdən çıxdı. Cəmilə həmin gecə yuxuda gördü ki, səmanın qapıları açıldı, həyat yoldaşı Hənzələ səmaya tərəf göyə qalxdı və qapılar bağlandı. Yuxusunu belə yozdu ki, əri şəhid olacaq. Ayrılıq zamanı onun qabağını kəsib getməsinə mane olmaq əvəzinə xahiş etdi ki, bir az səbir etsin. Sonra qonşuların yanına gedib ənsardan dörd nəfəri çağırdı. Onlara dedi: "Şahid olun ki, həyat yoldaşım Hənzələ gecəni mənimlə birlikdə keçirmişdi”.
    O bunu ona görə etdi ki, bir neçə aydan sonra övlad sahibi olsa, daha heç kəs onun haqqında nalayiq söz deməsin. Hənzələ şahidlərin hüzurunda həyat yoldaşının sözünü təsdiq etdi və döyüş meydanına tələsdi. Müharibənin böhranlı vaxtında meydana çatdı. Hənzələ kafirlərin başçısı Əbu Süfyana zərbə endirmək istədi. Göz gəzdirərək onu meydanın ortasında gördü. Atını şiddətli tufan tək ona tərəf çaparaq qılıncı ilə Əbu Süfyana zərbə vurdu. Onun zərbəsi atın ayağını kəsdi. Əbu Süfyan yerə yıxılıb kömək üçün fəryad etdi. Sonra isə ayağa qalxıb qaçmağa başladı. Hənzələ onu təqib etdi. Bu arada kafirlərdən biri Hənzələni nizə ilə vurdu. Hənzələ onu öldürmək üçün geri qayıdanda davam gətirməyib Həmzə (ə) ilə Əmr ibn Cumuhun cəsədi arasında yerə yıxılıb şəhid oldu. Döyüşdən sonra Peyğəmbər (s) buyurdu: "Hənzələni səma ilə yerin arasında gördüm. Mələklər ona qızıldan olan qablarda behişt suyu ilə qusl verirdilər”.
    Buna əsasən də o "Qəsilul-məlaikə” (Mələklərin qüsl verdiyi) kimi tanındı.(Bihar, 20-ci cild, səh.57; Əsədul-ğalibə, 5-ci cild, səh.416.) Bu əhvalatın üstündən aylar keçdi. Cəmilə ərinin yolunu davam etdirdi. Ərindən bir oğlan uşağı dünyaya gətirdi, uşağın adını Əbdullah qoydular. Cəmilə çalışdı ki, uşaq böyüyüb atası kimi şücaətli olsun. Bu uşaq da atasının yolunu davam etdirdi və ona oxşadı. İmam Hüseyn (ə) şəhid olandan sonra Yezid Hicaz və Mədinə camaatının qiyamını yatırmaq üçün qoşun göndərdi. Əbdullah kiçik bir dəstəylə əlinə bayraq götürdü və qəhrəmanlıqla Yezidin qoşununun qabağına çıxdı. O, camaatı döyüşə dəvət etdi. Anadan bir olan qardaşı Məhəmməd ibn Sabit və səkkiz oğlunun hamısını döyüş meydanına göndərdi və onlar ardıcıl şəkildə şəhid oldular. O özü də qaniçən düşmənə müqavimət göstərdikdən sonra qəhrəmancasına şəhid oldu.(Kamil ibn Əsir, 3-cü cild, səh.481.)
    Bu, Cəmilənin şücaət və qəhrəmanlığı idi. O, belə bir övlad və nəvələr yetişdirib düşmənlə döyüşə göndərərək adını qəhrəman yetişdirmiş bir ana kimi tarixə yazdı.
    SƏFİYYƏNİN QARDAŞININ CƏSƏDİ KƏNARINDAKI RUHİYYƏSİ
    Seyyidüş-şühəda Həzrət Həmzə Ühüd savaşında şəhid oldu. Qəlbi kinli düşmən onun pak cəsədini "muslə” edərək bədən üzvlərini kəsib ayırdı. Döyüşün sonunda Peyğəmbər (s) gördü ki, Həmzənin (ə) bacısı Səfiyyə (Həzrət Peyğəmbərin (s) bibisi) Həmzənin (ə) cəsədinə tərəf gəlir. Həzrət (s) Zübeyrə buyurdu: "Ananın qarşısını kəs, gəlməsin”.
    Əhvalatdan xəbərdar olan Səfiyyə təmkin və qəhrəmanlıqla dedi: "Niyə qardaşımı görməyə qoymursunuz? Əgər onu muslə (tikə-tikə) etdikləri üçün qoymursunuzsa, bunu ki, eşitmişəm və bilirəm. Allah yolunda bu hələ azdır. Biz bu hadisəylə razılaşırıq. Mən buna səbir edərəm və Allah dərgahında hesaba gətirəcəm”.
    Həzrət Peyğəmbər (s) Səfiyyənin ruhiyyəsinin belə bir ali dərəcədə olduğunu görüb buyurdu: "İcazə verin gəlsin”.
    Səfiyyə qabağa gəldi. Qardaşının bədənini o halda görüb ağladıqda, Peyğəmbər (s) də ağlamağa başladı. Həzrət (s) iki əlini Səfiyyənin qəlbinə qoyub onun üçün dua etdi.(Ə`yanuş-şiə, 2-ci cild, səh.123; Təbəqate ibn Sə`d, 3-cü cild, səh.7.)
    İndi isə Səfiyyənin Xəndək döyüşündə iştirak edərkən göstərdiyi qəhrəmanlıq barədə onun özünün söylədiklərinə diqqət edək. O deyir: "Mən qadınlardan və uşaqlardan bir dəstə ilə xeymədə oturmuşdum. Hisan ibn Sabit də bizimlə idi. O gün döyüş uzun çəkdi. Bizimlə Peyğəmbər (s) arasında o qədər çox məsafə var idi ki, əgər düşmən bizə gecə basqın etsəydi, ya hücuma keçsəydi, müsəlmanlar bizi düşməndən qoruya bilməzdilər. Bu zaman bir yəhudi kişinin bizim xeymələrin ətrafında fırlandığını gördük. Mən Hisana dedim: Bu kişini görürsən? Biz ondan arxayın deyilik. Bəlkə də düşmən casusudur. Qalx ayağa və onu buradan uzaqlaşdır.
    Hisan dedi: "Sən ki bilirsən, mən onunla döyüşə bilmərəm. Əgər onunla üzbə-üz gəlsəm, məni öldürəcək”.
    Səfiyyə Hisanın bu sözünü eşidəndə qanı cuşə gəlib ayağa qalxır və qərara gəlir ki, özü təkbaşına düşmənin casusuyla döyüşsün. Silahı olmadığı üçün xeymənin sütununu yerindən qoparıb əlinə götürərək ona hücum edir. Səfiyyə yəhudini öldürənə kimi onunla döyüşür. O, İslamda düşməni qanına qəltan edən ilk qadınlardan biridi.(İslam aynasında qadınların siması, səh.140; Əsədul-ğalibə, 5-ci cild, səh.492.)
    İKİ ŞƏHİD ANASI NƏSİBƏ
    "Ümmü Əmmarə” adı ilə tanınan Nəsibə, Rəsulullah (s) dövrünün qəhrəman qadınlarındandı. O, Peyğəmbərin (s) bütün döyüşlərində, döyüşçülərə su vermək və yaralılara tibbi yardım göstərmək kimi işlərdə yaxından iştirak etmişdi. Ühüd döyüşü başlandığı gün çiyninə su tuluğu alıb Ühüd cəbhəsində susayan İslam döyüşçülərinə su verirdi. Maraqlısı budur ki, Ühüd döyüşünün sonunda müsəlmanlar (qənimət toplamağa başları qarışdığı üçün "Təll əynəyn”i əldən verib) məğlub olanda Nəsibə su tuluğunu kənara atıb özünü Peyğəmbərə (s) sipər edərək onu hər tərəfdən müdafiə edirdi. Peyğəmbər (s) buyururdu: "Hər tərəfə baxırdımsa, Nəsibənin məni qoruduğunu görürdüm”.
    O, axırda on üç yara aldı. Yaralardan biri onun çiynində idi. Yara o qədər dərin idi ki, onun müalicəsi bir il davam etdi və yeri ömrünün axırına qədər onun çiynində qaldı. Həzrət Peyğəmbər (s) müsəlmanlardan birinin əlində öz qalxanı ilə qaçdığını görüb ona buyurdu: "Qalxanı yerə at”.
    O, qalxanı yerə atdı. Nəsibə həmin qalxanı götürdü. Kafirlərdən biri gəlib ona qılınc zərbəsi endirdi. Ancaq o, qalxanla qılınc zərbəsini qaytardı və oğlu Əbdullahın köməyi ilə onu öldürdü. Nəsibə oğlu Əbdullahın qaçmaq istədiyini gördükdə onun qabağını kəsib dedi: "Hara qaçırsan? Allah və Onun Peyğəmbərindən (s) qaçırsan?”
    Onu meydana qaytardı və döyüşə davam etdi. Bir atlı gəlib Əbdullaha ağır yara vurdu. Nəsibə cəld tərpənərək ləngimədən oğlunun yarasını bağladı və dedi: "Qalx və döyüşdə süst olma”.
    Özü həmin atlıya hücum edib onu ayağından yaraladı. Peyğəmbər (s) qadının bu cür zirəkliyini müşahidə etdikdə elə güldü ki, Həzrətin (s) arxa dişləri göründü və buyurdu: "Afərin sənə! Yaxşı intiqam aldın”.
    Onun oğlu Əbdullah bu döyüşdə şəhid olsa da, Nəsibə sona qədər qılıncla və ox atmaqla Peyğəmbərin (s) canını qoruyurdu. Onun fədakarlığı elə bir həddə çatdı ki, Peyğəmbər (s) buyurdu: "Nəsibənin məqamı filankəslərin məqamından daha üstündür (Həzrətin (s) bu sözləri deməklə nifaq başçılarının (üç xəlifənin) qaçmalarına işarə edirdi)”.
    Hər halda Nəsibə Peyğəmbərə (s) ərz etdi: "Allahdan istə, Cənnətdə bizi səninlə bir yerdə qərar versin”.
    Peyğəmbər (s) həmin duanı buyurdu.(Bihar, 20-ci cild, səh.32 və 133; Əl-isabə, 4-cü cild, səh.404)
    Nəsibənin digər övladlarından biri "Həbib” adlı şəxs idi. Peyğəmbər (s) onun vasitəsi ilə Musəyləmeyi-kəzzaba (yalandan peyğəmbərlik iddiası edən şəxsə) xəbər göndərdi. Bu qoçaq cavan Peyğəmbərin (s) xəbərini Musəyləməyə çatdıranda, Musəyləmə ona dedi: "Məhəmmədin (s) peyğəmbərliyini təsdiq edirsən?”
    O cavab verdi: "Bəli”.
    Musəyləmə ona dedi: "Mənim peyğəmbərliyimi təsdiq edirsənmi?”
    O cavab verdi: "Qulağım eşitmir”.
    Bu sual-cavab üç dəfə təkrar olundu. Musəyləmə əsəbləşdi və göstəriş verdi ki, onu öldürüb bədənini tikə-tikə doğrasınlar. Bu xəbər Nəsibəyə çatanda Musəyləmə ilə döyüşdə ya özü öləcəyinə, ya da onu öldürəcəyinə and içdi. Peyğəmbərin (s) vəfatından sonra Nəsibə Musəyləmə ilə döyüşdə müsəlmanlarla çiyin-çiyinə iştirak etdi. Musəyləmə və köməkçiləri bir bağa sığınanda, Nəsibə Əbu Ducacə Ənsari və digər bir neçə nəfərlə bağa girib Musəyləməni həlak edənə kimi vuruşdular. Nəsibə arzusuna çatdı. Lakin bir əlini İslam yolunda itirdi!(Əl-isabə, 4-cü cild, səh.404 və 457.) Bu, iki şəhid vermiş qəhrəman ananın qoçaqlığı, şücaəti, döyüşkənliyi və mücahid yetişdirməsi idi. Onun dilində İmam Əlinin (ə) fəryadı və əlində də İmam Hüseynin (ə) qılıncı var idi!
    YARALILARA TİBBİ YARDIM GÖSTƏRƏN ŞÜCAƏTLİ QADINLAR
    Cihad bəzi məsələlərə görə qadınlara vacib olmasa da, cəbhədə döyüşçülərə kömək etmək, məsələn; yaralıları daşımaq, onların yaralarını sarımaq, su vermək kimi işləri yerinə yetirmək, onların bacardıqları xidmətlərdəndir. Bu yolla onlar cihadda iştirak edə bilərlər. Aşağıdakı bir neçə nümunəyə diqqət yetirək:
    a) "Ümmü Sənan Əsləmiyyə” dilavər qadınlardan biri idi. O istəyirdi ki, həmişə İslam döyüşçüləri ilə birlikdə düşmənlə döyüşsün. Xeybər döyüşü zamanı Həzrət Rəsulullahın (s) hüzuruna gələrək ərz edir: "Çox istəyirəm sizinlə hərəkət edib yaralılara tibbi yardım göstərim, mücahidlərə kömək edim, onların əşyalarını qoruyum və susuzlara su verim”.
    Peyğəmbər (s) ona icazə verir və buyurur: "Həyat yoldaşım Ümmü Sələmə ilə birlikdə gəlin”. O çox sevinərək bu işi yerinə yetirir.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.410.)
    b) "Ümmü Əmmarə” də (yuxarıda qeyd olunduğu kimi) İslam döyüşçülərinə kömək etmək üçün cəbhəyə gedərdi.
    v) İmam Baqir (ə) buyurur: "Ühüd savaşında İmam Əli (ə) altımış yerdən yara almışdı. Peyğəmbər (s) "Ümmü Səlim” və "Ümmü Ətiyyə” adlı iki qadına İmam Əlinin (ə) bədənindəki yaralara dərman qoyub bağlamağı tapşırdı. Onlar yaraları bağlayarkən gördülər ki, yaraların çoxluğundan onları bağlamaq mümkün deyil. Çünki hər bir yaranı bağladıqda, onun yanında başqa bir yara görünürdü. Əhvalatı Peyğəmbərə (s) xəbər verdilər.(Əl-mizan, 4-cü cild, səh.69.)
    q) Müfəzzəl deyir ki, İmam Sadiq (ə) buyurdu: "Həzrət İmam Mehdi (ə) ilə birlikdə on üç qadın da vardır”.
    Ərz etdim: "Nə üçün?”
    Buyurdu: "Həzrət Rəsulullah (s) dövründə olduğu kimi bu qadınlar, yaralıları müalicə edib, xəstələrə tibbi yardım göstərərlər”.(İsbatul-Hudat, 7-ci cild, səh.150.)
    d) Həzrət Rəsulullahın (s) zamanındakı döyüşlərin çoxunda yaralılara tibbi yardım göstərməkdə, daşımaqda, onlara su verməkdə yaxından iştirak edən qadınlardan biri də Muəvvəz ibn Əfvanın qızı Rəbiə idi.(Sifətul-səfvət, 2-ci cild, səh.39.)
    Category: İslamda qəhrəman qadınlar | Views: 1001 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024