İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:57 AM
    İslamda qəhrəman qadınlar
    ÜMMÜ VƏRƏQƏ ƏNSARİNİN ŞƏHİDLİK ARZUSUNDA OLMASI
    Ümmü Vərəqə Ənsari Abdullah ibn Harisin qızıdır. O özü şəhid olmaq ümidi və döyüşçülərə kömək etmək məqsədiylə Həzrət Peyğəmbərdən (s) Bədr savaşında iştirak etməsinə icazə verməsini xahiş etdi. Peyğəmbər (s) ona gələcəkdə şəhid olacağını müjdə verdi. Bundan sonra onu "Şəhidə” çağırardılar. O, Ömərin xilafəti dövründə, onun kəniz və qulamının əliylə şəhid oldu.(Hilyətul-övliya, 2-ci cild, səh.63.)
    DÜŞMƏNİN MÜQABİLİNDƏ DURAN QƏHRƏMAN QADIN XƏVLƏ
    Həzrət Rəsulullahın (s) vəfatından sonra müsəlmanlarla rumlular arasında böyük müharibə başladı. Düşmənin sayı müsəlmanlardan bir neçə dəfə çox idi. İslam ordusunun başçısı Xalid ibn Vəlid Zərar ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna göndərdi. O getdi və qayıdaraq düşmən ordusunun hər cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: "Yaxşı olar ki, geri çəkilək”.
    Zərar dedi: Quran buyurur ki, "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın”,(Ənfal surəsi, ayə 15.) "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.(Bəqərə surəsi, ayə 249.)
    Zərarın əmri ilə savaş başladı və o, addım-addım irəliləyib, düşmənin bağrını yararaq döyüşə davam etdi. Amma onu əsir aldılar. Az sonra müsəlmanlar tərəfdən bir döyüşçünün irəliləyib meydanı şüar və qılıncla toz-torpağa bürüyərək döyüşdüyünü gördülər. Hamı təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir az keçdikdən sonra gördülər ki, o, bədəni qana bulaşmış halda döyüşə davam edir. Xalid onun yanına getdi və dedi: "Nə vaxta qədər üzünü gizlədəcəksən? De görüm sən kimsən?”
    O dedi: "Mən özümü tanıtdırmağa utanıram. Çünki özümə layiq bir iş görməmişəm. Mən Zərarın bacısı Xəvləyəm. Bilmirəm qardaşıma nə ediblər. Onu azad etmək üçün döyüşürəm”.
    Sözləri qurtardıqdan sonra rəcəz oxuyaraq düşmən üzərinə hücuma keçib döyüşə davam etdi. O, bu döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.(Nasixut-təvarixe xuləfa, 1-ci cild, səh.357.)
    DÖRD ŞƏHİD ANASI XİNNƏSA
    İslamın güclü mübəlliğlərindən (təbliğatçı) sayılan Xinnəsanın digər adı da Təmazur idi. O öz qəbiləsini İslama inandırmış və nəticədə qəbiləsinin bütün üzvləri hamılıqla iman gətirmişdi. Xinnəsa camaatı öz söhbətləri və şerləri ilə İslam dininə dəvət edərdi. (Hicrətin 14-cü ilində) Müsəlmanlarla iranlılar arasında (Kufənin qərbində, 15 fərsəxlikdə) Qadisiyyə məntəqəsində döyüş baş verdi. Onun oğlanlarından dördü həmin döyüşdə şəhid oldular. O, özü övladlarını ön cəbhəyə göndərdi və onları səbirli, dözümlü olmağa çağıraraq, Quran ayələrini oxumaqla onları döyüşə həvəsləndirirdi. Meydana tərəf çapıb döyüş mahnısı oxuyur və döyüşçüləri düşməni məhv etmək üçün hərəkətə gətirirdi. Oğlanlarının dördünün də şəhidlik xəbərini eşidəndə dedi: "Mənə onların şəhidliyi ilə iftixar bəxş edən Allaha həmd olsun. Allah məni də onlarla birlikdə öz rəhmət və rizvanında məhşur etsin”.(Həmin mənbə, qədim ta hərfi, səh.196.)
    Maraqlısı budur ki, İslamın əvvəlindəki qadınlar, mübarizə səhnəsində və bu kimi sair işlərdə həmişə hazır olardılar. İmam Əli (ə) Cəməl savaşında Aişəni Mədinəyə çatdırmaq üçün qırx silahlı qadını ona mühafizəçi təyin etdi.(Murucuz-zəhəb, 2-ci cild, səh.12.) Çünki hiyləgər insanlar tərəfindən ona təhlükə yaranar, fürsət axtaran adamlar isə bundan öz siyasi məqsədləri üçün istifadə edə bilərdilər.
    ƏMR İBN HƏMİQİN HƏYAT YOLDAŞI AMİNƏ MÜAVİYƏNİN ZİNDANINDA
    Əmr ibn Həmiq Həzrət Əlinin (ə) qoçaq və ixlaslı dostlarından idi. Həzrət İmam Əli (ə) şəhid olandan sonra, o, həmişə və hər bir fürsətdə Müaviyəni ifşa edib camaatı onun əleyhinə qaldırırdı. Onun bu hərəkəti Müaviyənin qulağına çatdı. Müaviyə Kufədəki valisi Ziyada yazdığı məktubunda təkid etdi ki, hər bir imkandan istifadə edib onu tutub qətlə yetirsin.
    Əmr Müaviyənin cəlladlarının əlindən gizlənərək gizlin şəkildə fəaliyyət göstərirdi. O, axırda Müaviyənin Mosuldakı valisi Əbdürrəhman ibn Osmanın vasitəsi ilə tutuldu. Onun həyat yoldaşı Aminəni isə Ziyadın əmri ilə ərinin gizləndiyi yeri demədiyinə görə tutmuşdular. Müaviyə (Mosulun valisi) Əbdürrəhmana yazdı: "Əmrə iki yol təklif et! Ya Əlidən (ə) imtina, ya da ölüm”.
    Əbdürrəhman bu tapşırığı Əmrə bildirdikdə Əmr cavabında dedi: "Əlidən (ə) imtina etmək (yəni mümkün olmayan şeydir). Çünki O, haqdır, Müaviyə isə batil. Amma mən ölməyə hazıram. Tezliklə Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) hüzurunda olacam və Müaviyədən intiqam alacam”.
    Daha Əmrə imkan verməyib onu məzlumcasına öldürdülər. Ona hətta iki rəkət namaz qılmağa da icazə vermədilər. Beləliklə, o, Əlinin (ə) yolunda öz qanına boyandı, onun başını bədənindən ayırıb Müaviyə üçün göndərdilər.
    Azadlıq sevən insanlar, o cümlədən İmam Hüseyn (ə) Müaviyəyə yazdığı məktubunda onun bu zülmünü pisləyib məhkum etdilər. Müaviyənin sarayında kasa yalayanlardan biri ona dedi: "Yaxşı olar ki, Əmrin başını zindandakı qadını Aminəyə aparıb yarasına duz səpək və dediyi bütün şər sözlərin intiqamını alaq”.
    Aminənin göstərdiyi rəşadətlərdən çox narahat olan Müaviyə bu təklifi qəbul etdi. Əmrin başını zindana aparıb Aminənin üstünə atdılar. Aminənin gözü Əmrin başına sataşanda, onun qəhrəmanlıqlarını yada salıb göz yaşı axıtdı. Bu vaxt dedi: "Ərimi bir neçə müddət məndən gizlətdiniz. İndi isə başını mənim üçün hədiyyə gətirmisiniz. Ey mənim ömür-gün yoldaşım, xoş gəlmisən! Mən səni heç vaxt yaddan çıxartmayacam”.
    Sonra məmura dedi: "Müaviyəyə de ki, tezliklə ərimin qanının intiqamını səndən alacam. Müaviyə çox böyük günaha batıb. Tezliklə Allahın qəzəb və əzabı onu tutacaq”.
    Sonra o, ərinin başını bağrına basıb bir neçə söz dedi. Məmur Aminənin sözünü Müaviyəyə çatdırdı. Müaviyə əmr verdi ki, onu qəsrinə gətirsinlər. Bərk qəzəblənmiş Müaviyə Aminəyə dedi: "Eşitmişəm mənim barəmdə belə bir sözlər demisən? Bir halda ki, bizim əlimizdə olduğunu yaxşı bilirsən”.
    Aminə dedi: "Bəli, bilirəm və İlahi əzab sənin başının üstündədir”.
    Müaviyə Aminənin alovlu sözlərinin müqabilində tab gətirməyib əmr etdi ki, onu oradan uzaqlaşdırsınlar. Aminə məclisdən çölə çıxanda dedi: "Təəccüb edirəm ki, Müaviyənin bizimlə söhbət etmək qüdrəti yoxdur və əliylə işarə edir ki, məni çölə çıxartsınlar”.
    O qapının ağzına çatmamış Müaviyə əmr etdi ki, Aminəni qaytarsınlar. Onu yenidən Müaviyənin yanına apardılar. Müaviyə əmr etdi onun qabağına qızıl-gümüş töksünlər. Aminə üzünü onlardan çevirdi və dedi: "Ey Müaviyə! Üzün qara olsun. Ərimi öldürdün, indi də məni mükafatlandırırsan. And ola Allaha! Bunların yüz bərabəri qədər olsa da, ərimin bir dırnağı ilə belə dəyişmərəm”.
    Müaviyə güldü və dedi: "Əlidən (ə) uzaq ol, səni azad edim”.
    Aminə Əlinin (ə) adın eşidəndə gözləri yaşardı və ağlayaraq Müaviyənin üstünə qışqırıb fəryad qopardı: "Ey Müaviyə! Gör necə də dəhşətli təklif irəli sürürsən. Pərvərdigara! Bil ki, Əli (ə) yox, Müaviyə lənətə layiqdir”.
    Müaviyə xəcalət çəkdi. Əmr etdi Aminəni təzədən zindana apardılar. Bir neçə müddətdən sonra əmr etdi ki, onu zindandan azad etsinlər və İraqa qaytarsınlar. Məbada Şam camaatı (Müaviyənin nəzərincə) onun şər sözlərini eşidib, Müaviyənin əleyhinə qiyam etmək fikrinə düşərlər.(Əl-ğədir, 9-cu və 11-ci cild; Tənqihul-məqal, 2-ci cild; Hudəl-İslam səh.58, (Məhəmməd Bəhrul-Ulumun məqaləsi).)
    HÜCR İBN ƏDİNİN MÜDAFİƏSİNDƏ ƏNSAR QADINI HİNDİN GÖSTƏRDİYİ ŞÜCAƏTLİK
    Hücr ibn Ədi İmam Əlinin (ə) zamanında Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli (ə) şəhid olandan sonra onun apardığı mübarizənin davam etdirən Hücr ibn Ədi və yeddi dostunu Müaviyə Dəməşqin yaxınlığında "Mərci Əzra”da şəhid etdi. Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin (ə) dostu kimi edam olunardı. Zeyd Ənsarinin Hind adlı cəsur qızı bu barədə bir şer oxudu:
    Ey parlaq ay, bir boy göyə ucal sən,
    Şama aparılan Hücrü görəsən.
    Ziyad ona edam istəmiş deyə,
    Əsir apardılar Müaviyəyə.
    Bir gün darvazadan asılar bu can,
    Didər bədənini qan içən heyvan.
    Meydan zülmün olar Hücrdən sonra,
    Amma ki bu qəmdən könüllər yara.
    Fərəhlən bu işdən, ey Ədi oğlu,
    Xalqa yananların sinəsi dağlı.
    (Tarixe Təbəri, 6-cı cild, səh.143.)
    MÜQAVİMƏTLİ QADIN SUDƏ
    Həzrət Əlinin (ə) qoşunu ilə Müaviyənin qoşunu arasında baş verən Siffeyn döyüşü on səkkiz ay davam etdi. Bu, nurun zülmə qarşı savaşı idi. Sudə evdə oturub nurun, yəni Əlinin (ə) qoşununa kömək edə bilməməsini özünə ar bilirdi. Dözə bilməyib özünü cəbhəyə çatdırdı. Yaralılara tibbi yardım göstərmək və onlara su vermək üçün hazır oldu. O, bəzən coşdurucu sözlər və şerlərlə Əlinin (ə) dostlarını küfrə qarşı qaldırardı. Qardaşına dedi: "Atan kimi qəhrəmanlıqla düşmənin qarşısında dur. Öz şücaətlərinlə Hindi (Müaviyənin anasını) və oğlunu zillətin (alçaqlığın) qara torpağına otuzdur. İman və hidayət bayraqdarı, Həzrət Peyğəmbərin (s) qardaşı, Əlini (ə) qoru”.
    Bu qəhrəman qadının səsi Müaviyənin qulağına çatdı. Əmr etdi ki, onun adını Əlinin (ə) dostlarının sırasında yazsınlar. Əgər bir gün muradına çatsa, ondan intiqam alsın. İllər ötdü. Həzrət Əli (ə) şəhid oldu, Müaviyə isə hakimiyyəti ələ aldı. O, şəhərlərə zülmkar hakimlər təyin etdi. Onlardan biri də Busr ibn Ərtat idi. O, otuz min nəfərə yaxın Əli (ə) tərəfdarını öldürmüşdü.
    Sudə bu çətin şəraitdə özünü Müaviyənin sarayına çatdırdı. Qürur taxtında olan Müaviyə onu görəndə dedi: "Sən Siffeyn savaşında həzrət Əlinin (ə) qoşununu bizim əleyhimizə qaldıran adamsan. İndi isə öz ayağınla bura gəlmisən. Bizim əleyhimizə şerləri deyən kim idi?”
    Sudə qətiyyətlə dedi: "O şerləri deyən mən idim. Mənim kimisi gərək düz danışa və sözü gizlətməyə. Əlinin (ə) vücudundakı haqqa sevgi və haqqa itaət, məni şer və şüarla car çəkib onu müdafiə etməyə vadar etdi”.
    Müaviyə dedi: "Bu sözləri buraxaq. De görüm nə şikayətin var?”
    Sudə dedi: "Şikayətim sənin bu zülmkar valin Busr ibn Ərtaddandır. Onu camaatın boynuna mindirmisən. Hamını üzərlik dənəsi kimi çəkməsinin altında əzir və bizim mallarımızı qarət edir. Gəlmişəm deyəm ki, ya onu vəzifəsindən çıxart, ya da biz onun əleyhinə qiyam edəcəyik”.
    Müaviyə dedi: "Bu fikirdəyəm ki, səni onun yanına göndərim və səninlə necə istəsə rəftar etsin”.
    Sudə zehnində Əli (ə) ilə Müaviyə arasında müqayisə apardı və bir şer dedi ki, mənası belədir:
    Salam olsun torpağa bələnmiş qanlı cana,
    Ədaləti özüylə apardı o məkana.
    Əlbət səbəbi vardı bu yanaşı gedişin,
    And içmişdi ayırmaz həqiqətdən öz işin.
    Müaviyə dedi: "Kimi nəzərdə tutursan?”
    Sudə cavabında dedi: "Məqsədim Həzrət İmam Əlidir. Bir gün onun məmuru camaatın malının zəkatını toplamaq üçün gəlmişdi. Bizimlə bir az pis rəftar etdi. Şikayət etmək üçün Həzrətin (ə) yanına getdim. Gördüm ayaq üstə durub namaz qılmaq istəyir. Məni gördü və buyurdu: "Bir işinmi vardır?”
    Əhvalatı Həzrətə (s) söylədim. Çox narahat oldu. Göz yaşı axıtdı və dedi: "Pərvərdigara! Sən mənə və bu məmurlara şahid ol ki, mən onlara zülm etməyi əmr etməmişəm”.
    Sonra məmuru üçün tünd bir məktub yazaraq mənə verdi ki, ona verəm. Çox çəkmədi ki, məmuru tutduğu vəzifədən kənarlaşdırdı”.
    Müaviyə Sudənin coşqun və hay-küylü sözlərinin təsiri altına elə düşdü ki, naçar qalıb əmr etdi ki, camaatın bütün mallarını onlara qaytarsınlar və onlarla yaxşı rəftar etsinlər. Sudəni də azad buraxdı.(Əqdul-fərid, 1-ci cild, səh.211; Ə`lamun-nisa, Ətlidi; Bihar, 41-ci cild, səh.119; Nasixut-təvarix, 2-ci cild, səh.333-dən sonra.)
    QƏHRƏMANLIQ GÖSTƏRMİŞ BİR NEÇƏ QADIN
    Sudə kimi qəhrəmanlıq göstərmiş digər bir neçə qadın Müaviyənin qarşısında durmuş, söz demiş və onu məhkum etmişdilər. Məsələn, Darmiyyə Həcuniyyə, Ümmül-Xəyr, qızı Curəyş, Ümmü Sənan, Kufədən Zərqa, kor olmuş qoca qadın Bəkkarə Hilali və sair kimi qadınlar. Zərqanın Müaviyəyə dediyi sözlərdən biri belədir: "And olsun Allaha! Bizim Əliyə (ə) olan məhəbbətimizin necə də böyük olduğunu hələ də dərk edə bilməyibsən”.(Əqdul-fərid, 1-ci cild, səh.217-dən sonra; Bəlağətun-nisa, səh.27 və 29.)
    Müaviyənin qarşısında durub onu məhkum etmiş şücaətli qadınlardan Haris ibn Əbdül-Müttəlibin qızı Ərva və Bəkkarə Hilaliyyə adlı iki qoca qadındır. Ərvanın Müaviyəyə dediyi sözlərdən biri belədir: "Ey Müaviyə! And olsun Allaha! Sən bu zülmkarların camaata hakim olmasına və onlara qarşı istədikləri cürəti etmələrinə səbəb olmusan . . .
    Mənə etiraz etməyinin əvəzində get anandan soruş ki, sənin atan kimdir? Mənim sənə heç bir ehtiyacım yoxdur?”
    Sonra o ayağa qalxdı və oradan uzaqlaşdı.
    DÖRD ŞƏHİD ANASI ÜMMÜL-BƏNİNDƏN BİR XATİRƏ
    İmam Əlinin (ə) dərrakəli həyat yoldaşı Hizam ibn Xalidin qızı Ümmül-Bənin bəni-Kilab qəbiləsinin şücaətli bir ailəsindən idi. İmam Əlinin (ə) qardaşı Əqil, o Həzrət (ə) üçün elçilik etdi. Onun adı Fatimə idi. İmam Əlidən (ə) Həzrət Abbas (ə), Əbdullah, Cəfər və Osman adlı dörd övlad sahibi olanda ona "Ümmül-bənin” (oğullar anası) deyirdilər. Bu ana qəhrəman oğullar, igid övladlar yetişdirdi. Tarixdə igidlik göstərmiş Həzrət Abbas (ə) onun tərbiyəsi ilə böyüyüb boya-başa çatmışdı. Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldular. Bu dörd qəhrəman oğulun şəhidlik xəbəri anaya çatanda təbiidir ki, qəlbi yandı və xüsusən oğlu Abbas (ə) üçün göz yaşı axıtdı. Ancaq ruhiyyəsi o qədər güclü idi ki, bir şer dedi:
    "Ey igid oğlum Abbası atası kimi düşmənlərə hücum etdiyini görən kəs! Əlinin (ə) övladlarının hamısı şücaət cəngəlliyinin şirləridirlər. Eşitmişəm ki, oğlum Abbasın əlləri kəsildikdən sonra başına dəmir əmud vurub yarıblar. Əgər oğlumun əli olsaydı, kim döyüşmək üçün cürət edib ona yaxınlaşa bilərdi?”
    Bəşir Mədinəyə gəlib Kərbəla xəbərlərini məsciddə camaata deyirdi, Ümmül-Bənin adamların arasından qabağa gəldi. Onun Bəşirə dediyi ilk sözü bu idi: "İmam Hüseyndən (ə) mənə xəbər ver. Oğlanlarım və səma altındakıların hamısı Hüseynə (ə) fəda olsun”.
    Bəşirdən İmam Hüseynin (ə) şəhid olmasını eşidəndə naləsi ucaldı və dedi: "Qəlbimin damarlarını qırdın”.
    Onun İmam Hüseynə (ə) olan bu məhəbbəti, mənəviyyatının kamilliyinə bir dəlildir ki, rəhbəri yolunda övladlarının göstərdiyi bütün fədakarlığını unutdu və təkcə rəhbərindən söz açdı.
    Category: İslamda qəhrəman qadınlar | Views: 914 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024