İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:56 AM
    İslamda qəhrəman qadınlar
    Beşinci fəsil
    Kərbəla qadınlarının müqavimətinə baxış
    KƏRBƏLA QƏHRƏMANI HƏZRƏT ZEYNƏB (Ə)
    Həzrət Zeynəbi (ə) hamımız yaxşı tanıyırıq. Qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyadakı şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. Zeynəb (ə) hicrətin 5-ci, ya 6-cı ilində Cəmadiəl-ula ayında dünyaya göz açıb və hicrətin 62-ci ilində Rəcəb ayının 14-ü, bazar günü Şamda və ya Misirdə dünyasını dəyişib.
    O, yetkinlik yaşına çatanda çoxlu elçilər arasından igid və şəxsiyyətli bir kişini - əmisi oğlu Əbdüllah ibn Cəfər Təyyarı - özünə həyat yoldaşı seçdi. Bir şərtlə ki, hər zaman İmam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (ə) qardaşıyla birlikdə olmasına mane olmasın. Atasının həyatına zinət verdiyinə görə onu Zeynəb adlandırmışlar. Zeynəbi Kübranın (ə) barəsində deyilməli sözlər çoxdur. Onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq.
    İmam Hüseyn (ə) Mədinədən çıxıb, bir müddət Məkkədə qaldıqdan sonra İraqa tərəf mənzil-mənzil hərəkət edəndə Zeynəb (ə) qardaşı ilə birlikdə idi. O, yaxşı munis və möhkəm sirdaş kimi son imkanına qədər İmam Hüseyni (ə) himayə etməyə çalışdı. Kərbəlada İslam döyüşçülərinin misilsiz köməkçisi idi. O, altı qardaş (İmam Hüseyn (ə), Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-bəninin oğlanları) və Ovn (Əsmanın oğlu)) dağı gördü. Gözünün iki nuru - Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu – Kərbəlada şəhid oldular. Bundan əlavə Əli Əkbər, Qasim və Əbdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. İmam Hüseynin (ə) şəhid olduğu zaman özünü Ömər Sədə çatdırdı və ona dedi: "Görmürsənmi Peyğəmbər (s) övladını öldürürlər?”
    Onunla elə danışdı ki, çirkin və günahkar insanı ağlatdı. Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını gördü. Bütün bu müsibətlərin qabağında əgər dağ olsaydı əriyərdi. Amma tarixin bu dilavər carçısı, bu yorulmaz qəhrəman elə bir müqavimət göstərdi ki, onu bəyan və qələmlə təcəssüm etmək olmaz. O atasının zamanında Kufədə qadınların müəllimi idi. İmam Həsənin (ə) dövründə isə imkanı çatdığı qədər İslamın vüsət alması üçün çalışdı. Camaatın onun atasına və qardaşına etdiyi təkrar xəyanətlər, qədirbilməzlik və ailəsinə edilən zülmlər Zeynəbin (ə) cəddinin və atasının sünnəsini dirçəltməsi yolunda iradəsinə zərrə qədər də olsun mənfi təsir etmədi. O, qardaşı İmam Hüseynin (ə) dövründə, ağır Kərbəla macərasında özünü bütün çətinliklərə uyğunlaşdırdı. Maraqlısı budur ki, İmam Səccadın (ə) buyurduğuna əsasən, bütün bu çətinliklərdə o, gecə namazını tərk etmədi. Xanım Zeynəb (ə) ər evindəki firavan həyatından əl çəkib özünün bütün güc və qüvvəsini İmam Hüseynin (ə) yolunda sərf etdi. Kərbəla müsibəti baş verəndə onun yaşı əlli beşdən çox idi. Bu yaşda dağ kimi möhkəm qaməti və dərya qədər geniş olan qəlbi vardı. Zeynəb (ə) bu hadisələr zamanı üç mühüm işi yaxşı yerinə yetirdi:
    1. Rəhbəri himayə;
    2. Şəhidlərin uşaqlarını qoruyub saxlamaq;
    3. Şəhidlərin qanını yerdə qoymamaq, onların yolunu davam etdirmək, hədəf və məqsədlərini ümmətə çatdırmaq.
    İMAM HÜSEYNİ (Ə) HİMAYƏ ETMƏK
    Zeynəb (ə) İmam Hüseyn (ə) sağ olduğu müddətdə onu himayə edirdi. İmam Hüseyn (ə) şəhid olandan sonra İmam Səccad (ə) rəhbər olanda (və aşura macərasında xəstə idi) onu himayə etdi. Bir neçə dəfə istədilər ki, İmamı (ə) qətlə yetirsinlər, ancaq Zeynəb (ə) buna imkan vermədi. Belə vəziyyətlərdən biri ibn Ziyadın Kufədəki iqamətgahında, İmam Səccadla (ə) ibn Ziyad arasında mübahisə zamanı yarandı. İbn Ziyad İmam Səccadı (ə) şəhid etmək istədikdə Zeynəb (ə) qoymadı və dedi: "Əgər o öldürüləcəksə, elə isə məni öldür”.(Məqtəlul-muqərrəm, səh.371.)
    ŞƏHİDLƏRİN UŞAQLARINI HİMAYƏ ETMƏK
    Zeynəb (ə) şəhidlərin uşaqlarına elə himayədarlıq edirdi ki, hətta öz yemək payını da onlar üçün saxlayır, uşaqlara gecə-gündüz nəvaziş göstərir və dayanmadan öz səyi ilə onları düşmən təhlükəsindən amanda saxlayırdı.
    ŞƏHİDLƏRİN QANINA HİMAYƏDARLIQ
    Zeynəb (ə) İmam Hüseyn (ə) və Kərbəla igidləri şəhid olandan sonra hər fürsətdə, hara getdisə onların hədəf və məqsədlərini çatdırırdı. Zalımların başı üzərində elə fəryad etdi ki, hələ də çəkdiyi fəryadın zərbələri Yezidin və Yezid dəstəsinin üzünə dəyir və uca bəyanı zülmkarları lərzəyə saldı.
    Zeynəb, Yezidin Kufədəki qaniçən valisi ibn Ziyadın hökumət iqamətgahındakı çıxışında bütün mətləbləri bəyan etdi və hamını ağlatdı. Zeynəb car çəkdi: "Ey kufəlilər! Heç bilirsinizmi Peyğəmbərin (s) qəlbini necə parçaladınız, hansı qanı nə cür axıtdınız, necə də böyük bir günah etdiniz? Göydən sizə yağış əvəzinə qan yağacaq. Axirətdə isə elə bir əzaba giriftar olacaqsınız ki, heç bir şəfaətçinin sorağınıza gəlməməsinə təəccüb edəcəksiniz?”(Muqərrəmin "Məqtəlul-Husəyn”ində xütbənin şərhi, səh.384.)
    Həzrət Zeynəbin (ə) Yezidin Şamdakı hökumət iqamətgahındakı xütbəsi Yezid və onun əlaltılarını qiyamətə qədər rüsvay etdi. Onun çıxışı Qurani-Məcidin ayələrinə əsaslanan, hərtərəfli və qaneedici bir xütbə idi. Elə bil ki, bu xütbəni o xanımın ata-anası oxuyurdu. Qürurlanmış Yezidin burnunu yerə sürtdü. Həzrətin (ə) xütbəsi çox genişdir və burada bir neçə cümləyə diqqət yetirin: "Ey Yezid, ey o kəslərin oğlu ki, cəddim Peyğəmbər (s) Məkkənin fəthində əsir düşmüşkən onları azad etdi! Hər nə qədər hiylə və kələk bilirsənsə işlət. Lakin and olsun Allaha! Bizi və bizim səhnədəki hüzurumuzu heç vaxt məhv edə və vəhyin nurlu işığını söndürə bilməyəcəksən.
    Hərçənd ki, sənin zülmlərin dağları uçurdan və göyləri viran edəndir. Ancaq sənin nənən İslamın əvvəlindəki şəhidlərin ciyərini (Həzrət Həmzənin (ə) ciyərini) çeynəyibsə, səndən bundan artıq nə gözləmək olar? Sən İslamla açıq-aşkar müxalifət bayrağı qaldıranların oğlusan.
    Mən istəməzdim ki, zəmanə məni səninlə üz-üzə gətirsin. Ancaq indi belədirsə, mən səni şəxsiyyətsiz bilib və sənə qarğış yağışı yağdıracam.
    Bizim əzizlərimizi öldürməyinə sevinmə (Quran buyurur): Allah yolunda öldürülənləri (şəhid olanları) ölü zənn etmə! Xeyir, onlar öz Rəbbinin yanında diri olub, ruzi (cənnət ruzisi) yeyirlər”.(Ali-İmran surəsi, ayə 169)
    Zeynəbin (ə) xütbəsi elə bir iş gördü ki, Yezid bütün günahları ibn Ziyadın boynuna yıxdı və onu danladı.(Məqtəlul-Husəyn (ə), səh.449; Tarixe-Təbəri, 6-cı cild, səh.266.)
    O Həzrət (ə) Kərbəla macərasından sonra Mədinəyə qayıtdı. Orada da fürsət düşən kimi camaatı Yezidin əleyhinə qaldırar, onu ifşa edərdi. Əhvalatı Yezidə xəbər verdilər. Alimlərdən bəzilərinin nəql etdiyinə görə, Yezid Mədinənin valisinə əmr etdi ki, Zeynəbi (ə) Misirə sürgün etsin. Həzrət Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid olandan bir il və bir neçə ay sonra dünyadan getdi. Onun nurlu mərqədi Misirin paytaxtı Qahirədədir. Alimlərdən bəzilərinin əqidəsinə görə isə Zeynəb (ə) əri ilə Şama getdi və orada dünyasını dəyişdi. Bu, tarixdə əbədi yaşayan və dağ kimi vüqarlı olan bir neçə şəhid bacısının və iki şəhid anasının qəhrəmanlığı barəsindəki qısa mövzu başlığı idi. O, ibn Ziyadın qarşısında açıq-aşkar şəkildə demişdi: "Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim”.
    Yəni şəhidlik bizim üçün səadətdir. O, İmam Hüseynin (ə) yaralanmış bədənini əlləri ilə qaldıraraq dedi: "Pərvərdigara! Bu qurbanı bizdən qəbul et”.(Məqtəlul-Huseyn (ə), Muqərrəm; Lühuf, Seyyid ibn Tavus.)
    Əziz şəhid anaları və bacıları gərək bu mövzuya diqqət yetirsinlər. Bu iş Allaha xatir olduğu üçün səbir yerinə şükür etməlidirlər ki, belə bir iftixara nail olmuşlar. Necə ki, İmam Əliyə (ə) Peyğəmbər (s) tərəfindən şəhid olacağı müjdəsi verildi, şükr etdi və buyurdu: "Burası şükr etmək yeridir, nəinki səbir etmək yeri”.(Nəhcül-bəlağə, 156-cı xütbə; Əxbaruz-Zəynəbiyyat, Əllamə Əbdəli.)
    HƏZRƏT ƏLİNİN (Ə) QIZI ÜMMÜ GÜLSÜM
    Zeynəbin (ə) bacısı Ümmü Gülsüm də yaranmış fürsətlərdən müxtəlif sahələrdə zalımlara qarşı istifadə etmiş və atası İmam Əlinin (ə), anası Fatimeyi-Zəhranın (s) bir nümunəsi (oxşarı) idi. Ümmü Gülsüm Zeynəb-Kübradan (ə) sonra - hicrətin 6-cı, ya 7-ci ilində - Mədinə şəhərində dünyaya gəldi. Evlənmək yaşına çatanda, əmisi oğlu Ovn ibn Cəfər Təyyarla ailə qurdu. Ümmü Gülsümə Zeynəbi-Suğra da deyirlər. O bütün hadisələrdə, mehriban anası Zəhra (ə), əziz atası İmam Əli (ə) şəhid olanda hazır idi və Kərbəla hərəkatında da fəal iştirak etdi. Onun xüsusiyyətlərindən biri də bu idi ki, hər münasib fürsətdə yazdığı şerlərlə yezidiləri məhkum və ifşa edirdi. O, bacısı Zeynəblə (ə) çiyin-çiyinə öz İmamını (ə) qoruyur, döyüşçülərə kömək edirdi. Eyni zamanda şəhidlərin uşaqlarına himayədarlıq edir və onların hədəflərini öz əsrinin insanlarına çatdırdı. Kufədə cəllad ibn Ziyadın hökumət iqamətgahında xütbə oxudu, onu və Yezidin adamlarını, Kufə camaatını məhkum etdi və axırda buyurdu: "Yəqin bilin ki, Allah hizbi (dəstəsi) qalibdir və şeytan hizbi həlakətdə və ziyanda olacaq”.
    Qətiyyətlə ibn Ziyada buyurdu: "Peyğəmbər (s) Hüseyni (ə) görəndə gözünə işıq gələrdi, sənin gözün isə ancaq Hüseynin (ə) qətli ilə işıqlanıbdır. Peyğəmbər (s) İmam Hüseyni (ə) iyləyərdi, öpərdi və öz çiynində otuzdurardı, sən isə onu öldürdün. Çox çətin İlahi əzaba hazırlaş”.
    Kufədəki bir mənzərədə, camaat Kərbəla əsirlərinə ürək yandırıb, çörək və xurma gətirib verəndə, Ümmü Gülsüm onlara qarşı çox bərk coşdu, xurma ilə çörəyi onların qabağına atdı və buyurdu: "Sədəqə bizə haramdır”.
    Beləliklə, bu cür ucuz və yersiz hörməti Əhli-beytdən (ə) uzaqlaşdırdı və kufəliləri bu işdən şiddətlə qətiyyətlə çəkindirdi.
    Bir gün Ümmü Gülsüm gördü ki, ibn Ziyadın tanınmış cəlladlarından biri, yəni Şimr öz qüdrətiylə fəxr edir. Onun üstünə fəryad çəkərək buyurdu: "Vay olsun sənə! Ey Allahın lənətlədiyi! Etdiyin bu zülmlərə görə fəxr edirsən? Bilirsənmi nə etmisən? Sən elə bir kəsi öldürmüsən ki, Cəbrayıl (ə) onun beşiyini yırğalayar, atası şirkin, küfrün qatili və qənimi idi. Onun cəddi və ata-anası kimi cədd və ata-ana harada görmüsən?”
    Xuli düşmən cərgəsində olsa da, Ümmü Gülsümün göstərdiyi şücaətin təsiri altına tez düşdü və dedi: "Sən şücaətli bir atanın övladısan və heç vaxt şücaətini itirməyəcəksən”.
    Ümmü Gülsüm Şamda da öz vəzifəsini yaxşıca yerinə yetirdi. Yezidin məclisində şamlı bir kişi ikinci dəfə Yeziddən Əhli-beytin (ə) qızlarından birini ona kəniz kimi bağışlamasını istəyəndə Ümmü Gülsüm qəzəbləndi və ona dedi: "Ey şəxsiyyətsiz kişi! Allah dilini kəssin, gözünü kor etsin, əlini qurutsun və səni odda yandırsın. Peyğəmbər (s) övladlarından haramzadələrə xidmətçi olmaz”.
    Hələ Ümmü Gülsüm sözünü qurtarmamış duası qəbul olundu. Bu zaman o dedi: "Allaha şükr olsun ki, axirətdən qabaq sənə dünyada əzab verdi”.
    Ümmü Gülsüm hər fürsətdə dəyərli sözləri ilə Kərbəla əhvalatını danışır və Hicaz camaatını hakim rejimə qarşı qaldırırdı. O, (bəzi rəvayətlərə əsasən) 61-ci hicri ilində cəmadiəs-sani ayının axırlarında dünya ilə vidalaşdı. Onun nurlu məzarı Mədinə şəhərindədir.(Rəyahinuş-şəriət, 3-cü cild, səh.246 və 256; Məqtəlul-Husəyn (ə), Muqərrəm, səh.392; Ricale Mamaqani, səh.73.)
    Kərbəla macərasında İmam Hüseynin (ə) qızları Həzrət Səkinə və Fatimə (ə), həyat yoldaşı Rübab, Həzrət Müslimin həyat yoldaşı və qızı və bu kimi digər qadınlar da səbir və müqavimət göstərməklə İmam Hüseynin (ə) əzəmətli inqilabında iştirak etdilər. Bu böyük hərəkatda İmam Hüseynin (ə) və dostlarının həyat yoldaşlarını, qızlarını və uşaqlarını özləri ilə aparması sual doğurur. Qədim zamanlardan bəri soruşulan bu sualın cavabı belədir:
    O Həzrətin (ə) inqilabı rejim əleyhinə olan dünyəvi bir hərəkat idi. Onun səmərə verməsi, digər qiyam edənlərə nümunə olması, onun hədəfini və hərəkatını yaymaq, rəhbəri himayə etmələri üçün hamının fəaliyyət göstərməsi lazım idi.
    KƏRBƏLADA BƏNİ-HAŞİMDƏN BAŞQA BİR NEÇƏ QƏHRƏMAN QADIN
    Qanlı Aşura tarixinin qızıl səhifələrində İmam Hüseynə (ə) yaxın (qohum) olmayan digər bir neçə qəhrəman qadının da adı nur kimi parlayır.
    KƏRBƏLADAKI TƏZƏ EVLƏNMİŞ VƏHƏBİN HƏYAT YOLDAŞI VƏ ANASI
    60-cı hicri ilinin zilhiccə ayı idi. Köçəri yaşayan və mal-qara sahibi olan xaçpərəst əqidəli Vəhəb və anası həmişəki kimi ilin müxtəlif fəsillərində bu yerdən başqa yerə köçürdülər. Həmin il onlar yaşıl-yamaclı və yaxşı ab-havalı (Kərbəla yaxınlığında) Sələbiyyə çöllüyündə xeymə qurdular. Vəhəb evlənmək yaşına çatanda anası Qəmər Haniyə adlı qızın elçiliyinə getdi və o razı oldu. Bir neçə gündən sonra qız Vəhəbin evinə köçdü.
    Kufəyə tərəf mənzil-mənzil hərəkətdə olan İmam Hüseynin (ə) karvanı Sələbiyyə məntəqəsinə çatanda İmamın (ə) gözü bir xeyməyə sataşdı. Yaxınlaşanda bir qoca arvad gördü. Ondan əhvalını soruşdu. Qoca öz vəziyyətini Həzrətə (ə) bəyan etdi. Ancaq susuzluqdan çətinlik çəkdiyini dedi. Qəlbi həmişə imkansızlardan ötrü döyünən İmam (ə) o səhrada öz nizəsi ilə yerdəki torpağın bir hissəsini araladı. Birdən oradan su çıxdı. Qəmər təəccübləndi və İmamın (ə) şəxsiyyəti və qeyri-adiliyi onu özünə cəlb etdi. İmam (ə) öz səfərinin macərasını ona dedi və buyurdu: "Oğlun gəlsə, ona de ki, istəyirsə, bizim köməyimizə gəlsin”.
    Pak və təmiz qəlbli yeniyetmə Vəhəb suyu görəndə macəradan agah oldu və İmam (ə) onu özünə cəzb etdi. Toyundan on beş (ya on yeddi) gün keçsə də, anası və həyat yoldaşı ilə birlikdə İmamın (ə) hüzuruna gəldi. Bir az söhbət etdikdən sonra İslamı qəbul etdilər. Vəhəb dedi: "Sizin xəbəriniz bizə çatdı. Mən bundan sonra sizin əsgərinizəm”.
    İmam (ə) ona təşəkkür etdi. Vəhəb anası və həyat yoldaşıyla birlikdə İmam Hüseynin (ə) karvanı ilə birlikdə Kərbəlaya gəldi. Aşura günü çatdı. Vəhəbin şücaətli anası Qəmər təkrar-təkrar ona deyirdi: "Sənə verdiyim südün əvəzində istəyirəm ki, qanını ovucuna alıb İmamın (ə) xidmətində şəhidlik həddinə kimi düşmənlə döyüşəsən”.
    Vəhəb dedi: "Həyat yoldaşımla bəs nə edim?”
    Ana dedi: "Əzizim! Əbədi gözəlliyi bir neçə günlük gözəlliyə dəyişmə”.
    Ananın sözləri Vəhəbi dəyişdirdi. O artıq İmam Hüseynin (ə) aşiqi olmuşdu. Vəhəbin həyat yoldaşı Haniyənin də əriylə söhbətdən sonra qəlbinə bir nur saçdı və dedi: "Mənim və sənin canından mini İmam Hüseynə (ə) fəda olsun. Ancaq qadınlar üçün cihad olmadığına görə mənim səndən bir istəyim var. İmamın (ə) yanına gedək. Onun (ə) hüzurunda mənə söz ver ki, qiyamətdə behiştə getməli olsan, mənsiz daxil olmayacaqsan”.
    Vəhəb razı oldu. İmamın (ə) hüzuruna getdilər və orada öz verdiyi sözünü izhar etdi. Xülasə, iki cavan həyat yoldaşı ömürlərinin şirin çağında İmam Hüseynin (ə) karvanı ilə birlikdə hərəkət etdilər. Vəhəb aşura günü meydana getdi. Zalım düşmənlərdən bir dəstəsini öldürərək öz yerinə qayıtdı. Qan qılıncından daman halda anasının yanına gəldi və dedi: "Məndən razı qaldın?”
    Ana dedi: "İmam Hüseynin (ə) qabağında şəhid olmayınca, səndən razı qalmayacam!”
    Vəhəb meydana tərəf çapdı. O qədər vuruşdu ki, axırda şəhid oldu. Vəhəbin həyat yoldaşı Haniyə, özünü qana boyanmış Vəhəbin başı üstünə çatdırdı. Vəhəb dedi: "Xeyməyə qayıt”.
    O dedi: "Heç vaxt qayıtmaram. Sən mənim munisim idin. İndi səni tənha qoymaram”.
    Vəhəbin qana boyanmış bədənini düşmənin qoşun başçısının (Ömər Sədin) yanına apardılar. Ömər Səd ona dedi: "Sənin hücumun çox çətin və ağır idi”.
    Sonra əmr etdi ki, onun başını bədənindən ayırsınlar. Həyat yoldaşı qaniçən düşmənlərin üstünə qəzəblə qışqıraraq, ürək yanğısı və şücaətlə özünü Vəhəbə çatdırdı. Başı Vəhəbin sinəsi üstündə olan halda düşmən dəmir dəyənəklə onun başına vurdu. O da şəhid oldu. Anasının qəlbinə dağ çəkmək üçün Vəhəbin başını ona göndərdilər. O, cavan oğlunun başını götürüb öpdü və dedi: "Şükr olsun Allaha ki, İmam Hüseynin (ə) qarşısında şəhid olmağınla məni üzüağ etdin”.
    Sonra xeyməyə gəlib xeymənin sütununu götürdü və düşmənlə döyüşə getdi. Düşmənlərdən ikisini öldürdü. İmam Hüseyn (ə) qadını xeyməyə qaytararaq, onun üçün dua etdi və ona behişt müjdəsi verdi. Qəmər sevinərək dedi: "İlahi! Behişt ümidini məndən alma”.(Riyazul-uns, Kaşani, 1-ci cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.300.)
    Category: İslamda qəhrəman qadınlar | Views: 991 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024