İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:55 AM
    İslamda qəhrəman qadınlar
    ZÜHEYR İBN QƏYNİN HƏYAT YOLDAŞI DƏYLƏM
    Zuheyr ibn Qəyn öz tayfasının başçısı idi. O öz karvanı ilə birgə Kufədən həccə getmişdi. Məkkədə İmam Hüseynin (ə) hərəkət etməsi xəbərini eşitdi. Amma İmam Hüseynlə (ə) birgə olmaq üçün mənəvi hazırlığı yox idi. Buna görə də İmam Hüseynin (ə) karvanı ilə rastlaşmamaq üçün karvanını Məkkədən Kufəyə qaytarırdı. Çünki İmam Hüseyn (ə) onu görsə və kömək üçün çağırsa, o çıxılmaz vəziyyətdə qalardı. Züheyrin karvanı Kufəyə tərəf yola düşmüşdü. Təsadüfən istirahət üçün bir yerdə dayandılar. Onların yaxınlığında təpənin arxasında İmam Hüseynin (ə) karvanı istirahət üçün dayanmışdı. İmam Hüseyn (ə) xəbərdar olanda, Züheyrə xəbər göndərdi. Züheyr İmam Hüseyni (ə) qəlbən çox sevirdi. Amma iman nuru onun qəlbinə daxil olmamışdı. Bu zaman İmam Hüseynin (ə) göndərdiyi şəxs onun xeyməsinə gəldi və dedi: "İmam Hüseyn (ə) sizi çağırır”.
    Züheyr və ətrafındakılar öz yerlərində donub qaldılar. Sükuta qərq olub dinmədilər ki, bu nə işdir?! Birdən Züheyrin Dəyləm adlı həyat yoldaşının coşqun səsi ucaldı: "Ey Züheyr! İmam Hüseynin (ə) göndərdiyi adam bura gəlib. Niya ona cavab vermirsən? Peyğəmbər (s) övladının çağırışını cavabsız qoyursan? Yaxşı olar ki, İmam Hüseynin (ə) hüzuruna gedib sözünü eşidəsən və qayıdasan?”
    Həyat yoldaşının təsirli sözləri onu elə döndərdi ki, həmin an ayağa qalxdı və İmam Hüseynin (ə) göndərdiyi adamla birlikdə Həzrətin (ə) hüzuruna getdi. İmamla bir az söhbət etdikdən sonra vilayət nuru onun qəlbinə işıq saçdı, dünyaya olan məhəbbəti aradan getdi və İmam Hüseyn (ə) yolunda fədakarlıq etməyə hazır oldu. Xeyməyə qayıdıb həyat yoldaşına dedi: "Mən səni boşayıram. Öz yaxınlarının yanına get və bundan sonra azadsan. İstəmirəm ki, mənə görə sən də əziyyət çəkəsən”.
    Sonra öz ətrafındakılara dedi: "Hər kəs öz İmamına kömək etmək istəyirsə, mənimlə birlikdə gəlsin”.
    Onlarla xudafizləşdi və İmamın (ə) xeyməsinə tərəf hərəkət etdi. Züheyrin həyat yoldaşı göz yaşı axıdıb dedi: "Səndən bir istəyim var. Qiyamət günü İmam Hüseynin (ə) cəddi Peyğəmbərin (s) hüzurunda məni yada salasan”.(İrşade Mufid, 2-ci cild, səh.74; Muntəhəl-amal, 1-ci cild, səh.237, 247, 264; Rəyahinuş-şəriət, 3-cü cild, səh.306.)
    Züheyr İmam Hüseynə (ə) qoşuldu. O, aşura günü böyük eşq və məhəbbətlə İmam Hüseyni (ə) müdafiə etdi və göstərdiyi misilsiz şücaətlə yüz iyirmi nəfəri öldürəndən sonra şəhid oldu. Elə bir məqama çatdı ki, Həzrət İmam-Zaman (ə.c.) (Seyyid ibn Tavusun dediyinə əsasən) bir ziyarətnamədə buyurur:
    "Salam olsun Züheyr ibn Qəynə ki, İmam Hüseynə (ə) buyurdu:
    Səndən heç vaxt əl çəkmərəm. Peyğəmbər (s) oğlunu düşmənlər arasında qoyub gedim?! Allah məni o günə salamat çıxartmasın”.
    Züheyr şəhid olan zaman, İmam Hüseyn (ə) onun başı üstünə gəldi və buyurdu: "Ey Züheyr! Allah sənə Öz dərgahında yer versin. Düşmənlərinə elə lənət etsin ki, meymun və donuz sifətinə çevrilsinlər”.(Nasixut-təvarixe İmam Hüseyn (ə), səh.301-60.)
    Beləliklə şir kimi şücaətli bir qadın iki yol ayrıcında qalmış ərini izzət və şərəfə çatdırdı.
    KƏRBƏLA MEYDANINDA ŞİR ÜRƏKLİ QOCA ANA
    Aşura günü Cunadə ibn Haris Ənsari meydana gedib şəhid olandan sonra, oğlu Əmr də döyüşə girdi və kafirlərdən bir dəstəsini öldürəndən sonra şəhid oldu. Ondan da sonra atası şəhid olmuş cavan bir oğlan meydana gedəndə anası ona dedi: "Meydana get və peyğəmbər övladının düşməniylə döyüşüb İmamı (ə) müdafiə et”.
    O, meydana tərəf çapıb, gücü çatdığı qədər İmam Hüseynin (ə) hüzurunda döyüşdü. İmam (ə) buyurdu: "Atası təzə şəhid olmuş bu cavan oğlanın anası bəlkə onun meydana gəlməsinə razı olmazdı”.
    Cavan dedi: "Məni anam meydana göndərib”.
    Cavan ildırım kimi sıçrayıb meydana tələsdi və döyüşməyə başladı. Axırda şəhid oldu. Onun anası bu səhnəni görürdü. Düşmən o cavanın başını bədənindən ayırdı və anasına tərəf atdı. Ana bir xeymənin sütununu əlinə götürüb özü meydana getdi və belə bir rəcəz oxudu:
    "Ey mənim qəlbimin sevinci Hüseyn! Mən əldən düşmüş, üzülmüş zəif bir qarıyam”.
    Sonra düşmənlərə xitab edib dedi: "Ey Allah düşmənləri! Fatimənin (ə) əziz övladlarına kömək etmək üçün sizi ağır zərbələrlə məhv edəcəm”.
    Bu qadın düşmənlərdən ikisini öldürdükdən sonra İmam Hüseyn (ə) onu xeyməyə qaytardı və onun üçün dua etdi.(Bihar, 45-ci cild, səh.27 və 28; Mənaqibe ibn Şəhr Aşub, 4-cü cild, səh.104.)
    Ey şəhidlərin ana-bacıları! Siz də belə olsanız, qiyamətin günü Fatimeyi-Zəhranın (s) və Zeynəbi-Kübranın (ə) hüzurunda üzüağ olarsınız. Allaha təvəkkül etməklə haqq müqabilində təslim olub deyin: "Bizim üçün Allahın istəyi xoşdur”.
    KOR ATA VƏ DİLAVƏR QIZ
    Əfifin oğlu Əbdullah İmam Əlinin (ə) xalis şiələrindən idi. İmam Əli (ə) birlikdə döyüşlərdə iştirak etmişdi və o Həzrətin (ə) ordusunun önündə gedənlərdəndi. Cəməl savaşında onun bir gözünə ox dəydi və o, gözünü itirdi. Siffeyn döyüşündə bir gözü ilə iştirak etdi. Ancaq bu döyüşdə onun həmin gözünə də ox dəydi və iki gözü də kor oldu. Ondan sonra savaşlarda iştirak etməkdən məhrum olmuşdu, ancaq qəlbi kor deyildi və o, fikri, dili ilə İmam Əlinin (ə) xidmətində olar, Onu və Əhli-beyti (ə) müdafiə edərdi. Kərbəla hadisəsi baş verəndə o, İmam Hüseynə (ə) və Həzrətin (ə) əzizlərinə edilən bütün zülmləri eşitməkdən çox əziyyət çəkirdi. Dua, qarğış, ağlamaq və fəryad etməklə zalımlara nifrətini bildirirdi. Bir gün Kufənin qaniçən valisi ibn Ziyad öz xam xəyalıyla qələbə bayramı münasibətilə məclis qurdu. Əbdullah həmişəki kimi məscidin bir kənarında oturmuşdu. Fürsət axtarırdı ki, öz fəryadlarıyla məclisi qarışdırsın. Birdən ibn Ziyadın söhbətə başladığını eşitdi. O deyirdi: «Şükr olsun Allaha ki, yalançı oğlu yalançını, Hüseyni (ə) öldürdü».
    Məclisdəkilər məscidin küncündən ildırım kimi gurultulu fəryadın qalxdığını eşitdilər: "Ey haramzadə! Yalançı sən, sənin atan, səni və atanı camaatın boynuna mindirəndir! Ey pozğun qadının oğlu! Peyğəmbərin (s) pak və təmiz övladlarını öldürürsünüz, sonra pak müsəlman kimi danışırsınız”.
    Onunla ibn Ziyad arasında mübahisə davam etdi. Axırda ibn Ziyad onun tutulmasının əmrini verdi və qışqırdı: "Onu qaçmağa qoymayın”.
    Amma Əzud tayfası onu müdafiə etdi. Məclis bir-birinə dəydi. Əbdullahı evə apardılar. Camaat dağılışandan sonra Əbdullahın dilavər qızı atasına dedi: "Belə görürəm ki, ibn Ziyadın cəlladları bizim evimizə gələcəklər”.
    Əbdullah qızına dedi: "Qızım qorxma. Qılıncımı ver və düşmən qapını döyəndə mənə yol göstər”.
    Cəlladlar daxil oldular. Əbdullah qızının köməyi və yol göstərməsi ilə qılıncla onlara hücum etdi. Bu şir ürəkli qız Səfiyyə fəryad çəkib qışqırdı: "Ey kaş mən də kişi olaydım və səndən qabağa düşüb bu zalımlarla döyüşəydim”.
    Hər tərəfdən Əbdullaha hücum etdilər. Səfiyyə atasını hücum edilən tərəfdən xəbərdar etdi. Şücaətlik fəryadı çəkən Əbdullah döyüşürdü. Axırda cəlladlar Əbdullahı mühasirəyə alıb ibn Ziyadın yanına apardılar. O da söhbətdən sonra, Əbdullahın edam əmrini verdi. Onun başını kəsib bədənini asdılar. O şəhid olandan sonra Səfiyyə heç vaxt zülm qarşısında təslim olmadı. Qızı tutub zindana salsalar da, o, zindanda axıra kimi müqavimət göstərdi. Süleyman ibn Surədlə Yezidin ölüm xəbərindən sonra məhbuslarla birlikdə qiyam qaldıran zaman zindandan çıxdılar və əməvi hakimiyyətinə qarşı hərəkatı elan etdilər.(Fərsanul-həyca, 1-ci cild, səh.245.)
    Kor Əbdullahın və dilavər qızının qiyamı zahirdə məğlub oldu, ancaq onların hərəkatı, digər qiyamçıların hərəkatı ilə birlikdə Muxtarın qiyamının bünövrəsini qoydu və onların pak qanlarından lalə çiçəkləri yetişib, qaniçən ibn Ziyadın qüdrətini məhv etdi.
    BİR KƏNİZİN HAQQ SÖZÜ XƏLİFƏNİ QƏFLƏTDƏN OYATDI
    Yeziddən sonra "İkinci Müaviyə” xilafət kürsüsünə əyləşdi. Onun xilafəti qırx gün davam etdi. O yatanda, gözəl kənizlərindən birini baş tərəfində, digərini isə ayaq tərəfində oturdardı ki, təhlükədən amanda qalsın. Bir gecə kənizlərindən biri xəlifəni yatmış güman edib o biri kənizə dedi: "Xəlifə məni çox sevir, gündə məni üç dəfə görməsə, sakit olmaz”.
    O biri kəniz dedi: "Mürdəşir səni və xəlifəni aparsın. Sizin hər ikinizin yeri cəhənnəmdir”.
    (Xəlifə oyaq idi. Ancaq özünü yuxuluğa vurmuşdu və istəyirdi görsün ki, onların sözü hara çatacaq). Başının üstündəki kəniz dedi: "Niyə görə xəlifə cəhənnəm əhlidir?”
    Ayaq tərəfində olan kəniz dedi: "Ona görə ki, həm atası Yezid, həm də babası Müaviyə rəhbərlik məqamın qəsb etmişdilər, özü də onların yerində oturub rəhbərliyə layiq şəxsin (İmam Səccadın (ə)) yerini qəsb edib”.
    Xəlifə bu sözü eşidəndə fikirə getdi. Başa düşdü ki, kəniz düz deyir və haqq sözü danışır. Yataqdan qalxanda onların sözünü eşitdiyini bildirmədi. Sabahı günü elan etdi ki, camaatın hamısı təzə xəbər eşitmək üçün məscidə gəlsinlər. İkinci Müaviyə qərara gəlmişdi ki, xilafət mənsəbindən əl çəksin. Camaat məscidə toplaşdı. O minbərə qalxdı və həmd-sənadan sonra dedi: "Ey camaat! Həqiqət budur ki, mən xilafətə layiq deyiləm. Peyğəmbərin (s) həqiqi canişini Həzrət Əli ibn Hüseyn (ə) İmam Səccaddır. Atam və babam xilafəti qəsb etdiyi kimi bu müddət ərzində mən də onun haqqını qəsb etmişəm”.
    Sonra minbərdən aşağı enib evinə getdi və qapını bağladı. Anası çox narahat oldu və ona dedi: "Kaş səni doğmayaydım!”
    O cavabında dedi: "Kaş belə olaydım (yəni sən dediyin kimi), atamın ar və alçaldıcı adı mənim üstümdə olmayaydı”.(Camiun-nureyn, səh.316.)
    Beləliklə, bir qadının haqq sözünü deməsi xəlifəni qəflət yuxusundan oyatdı və dəyişdirdi.
    ÖMƏR İBN ƏBDÜL-ƏZİZİN HƏYAT YOLDAŞI FATİMƏ
    Ömər ibn Əbdül-Əzizin (səkkizinci əməvi xəlifəsinin) həyat yoldaşı Fatimə Əbdül-Məlikin (beşinci əməvi xəlifəsinin) qızı idi və onun qardaşlarının hamısı qəsbkar xəlifə idilər. Ancaq o çox mərifətli bir qadın idi və mənəviyyatı madiyyatdan üstün tutardı. Ərinin ədalətli olmasında, xeyir və ədalət yolunda ona kömək etməkdə mühüm rol oynayırdı. İctimai ədaləti qorumaq üçün ər evində ən çətin vəziyyətə dözürdü. Bəlkə də onun carçısı idi. Əri dünyadan gedəndə çox narahat oldu və ağladı. Qardaşları ona dedilər: "Narahat olma! Saraydan, sərvətdən hər nə istəsən sənin ixtiyarında qoyarıq”.
    O cavabında dedi: "Mən bunlardan ötrü ağlamıram. Ağlamağım ona görədir ki, bir gecə ərim Ömər ibn Əbdül-Əzizi yuxudan qalxıb gecə namazı qılan gördüm. Bu ayələri oxuyurdu və ağlayırdı: "O gün insanlar kəpənək kimi ətrafa səpələnəcəklər. Dağlar isə havada atılmış pambıq kimi məhv olacaqlar”.(Qariə surəsi, ayə 3 və 4.)
    Sonra bu qadın uca səslə elə ağladı ki, yerə yıxıldı. Güman etdilər ki, dünyadan getmişdir.(Qisəsun minət-tarix, Əli Təntavi, səh.255.)
    Bəli, ərinin ölümü ona qiyaməti xatırladırdı və Allah xofundan belə vəhşətdə idi. Onun adı dünyada ən üstün qadınlar sırasında dərc olundu. Çünki ixtiyarında olan bütün maddi imkanları mənəviyyata fəda etdi.
    MƏTANƏTLİ NATİQ QADIN HÜRRƏ
    Qəhrəman və natiq qadınlardan biri, öz güclü məntiqi və şücaəti ilə tarixin rəhimsiz və qaniçəni Həccac ibn Yusif Səqəfini diz çökdürən, misilsiz qəhrəmanlıqla onu məhkum edən və axırda da onun təriflərini eşidib azad olan Həlimə Sədiyyənin nəvəsi Hürrədir. Burada sizin diqqətinizi onun Həccacla olan maraqlı mübahisəsinə cəlb edirik.
    Tarixdə öz cinayətkarlığı ilə məşhur olan Həccac ibn Yusif Səqəfi Əbdül-Məlik (əməvilərin beşinci xəlifəsi) tərəfindən İraqın valisi təyin olunmuşdu. O, şiə məzhəbinin Kumeyl, Qənbər və Səid ibn Cubəyr kimi adlı-sanlı şəxsiyyətlərini öldürmüşdü. Həccacın şiələrə etdiyi bütün bu zülmlərin səbəbi Həzrət Əliyə (ə) olan düşmənçiliyi və kin-küdurəti idi. Bir gün şücaətli və qəhrəman qadınlardan olan Həlimə Sədiyyənin qızı, Həzrət Peyğəmbərin (s) süd bacısı, Həlimə Sədiyyə kimi tanınan və Həzrət Əlinin (ə) şücaətli tərəfdarlarından sayılan Hürrə adlı bir qadın təsadüfən Həccacın yanına gəldi. Həccacla Hürrə arasında aşağıda qeyd olunmuş maraqlı bir mübahisə baş verdi. Həccac dedi: "Sən Həlimə Sədiyyənin qızı Hürrəsən?”
    Hürrə dedi: "Bu, imansız bir adamın zirəkliyidir (aydındır ki, mən Hürrəyəm. Ancaq sənin kimi imansız bir adamın məni tanıması, sənin zirəkliyinə dəlildir)”.
    Həccac dedi: "Allah səni bura gətirərək mənim cəngimə salıb. Eşitmişəm ki, sən Əlini (ə) Əbu Bəkrdən, Ömərdən və Osmandan üstün bilirsən”.
    Hürrə dedi: "Sənə yalan demişlər (Mən Əlini (ə) onlarla müqayisə etməmişəm). Əksinə mən Əlini (ə) Adəm, Nuh, Lut, İbrahim, Musa, Davud, Süleyman və İsa (ə) kimi peyğəmbərlərdən üstün bilirəm”.
    Həccac dedi: "Vay olsun sənə! Sən Əlini (ə) səhabədən və həmçinin peyğəmbərlərdən və onların arasında "Ulul-əzm” olan peyğəmbərlərdən də üstün bilirsən? Əgər bu iddianı isbat edə bilməsən boynunu vuracam”.
    Hürrə dedi: "Əlini (ə) peyğəmbərlərdən üstün bilən təkcə mən deyiləm. Əksinə, Qurana əsasən Allah özü onu peyğəmbərlərdən üstün bilir. Quran Adəm (ə) barəsində buyurur: "Adəm Rəbbinin əmrindən çıxdı və Onun mükafatından məhrum oldu”.(Taha surəsi, ayə 121.)
    Ancaq Əlinin (ə) (həyat yoldaşının və övladlarının) barəsində buyurur: "Sizin zəhmətiniz (Allah yanında) məqbul və təqdirəlayiqdir”.(İnsan surəsi, ayə 22.)
    Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm, niyə Əlini (ə) Nuh (ə) və Lutdan (ə) üstün bilirsən?”
    Hürrə dedi: "Allah Əlini (ə) onlardan üstün bilir. Çünki Quranda buyurulur: Allah-təala kafirlərə Nuhun və Lutun övrətlərini misal çəkir. Onlar bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Lakin onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin!”-deyildi”.(Təhrim surəsi, ayə 10.)
    Lakin Əlinin (ə) həyat yoldaşı Peyğəmbərin (s) qızı Fatimədir. Onun sevinci Allahın sevinci və onun qəzəbi Allahın qəzəbidir”.
    Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm niyə Əlini (ə) peyğəmbərlər atası Həzrət İbrahimdən (ə) üstün bilirsən?”
    Hürrə dedi: "Allah-təala Quranda buyurur ki, İbrahim (ə): "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”-dedikdə, Allah buyurdu: "Məgər iman gətirməyibsənmi?”
    İbrahim (ə) ərz etdi: "Bəli, inanıram, lakin istəyirəm ürəyim sakit (xatircəm) olsun”.(Bəqərə surəsi, ayə 260.)
    Ancaq mənim mövlam Əli (ə) (yəqinin ən uca bir dərəcəsində olduğu halda) buyurdu: "Əgər gözümün önündən pərdələr götürülsə, mənim yəqinim artmaz”.(Nəhcül-bəlağənin şərhi, 11-ci cild, səh.202.)
    Belə bir sözü heç kəs bundan əvvəl deməyib və bundan sonra da deməyəcəkdir”.
    Həccac dedi: "Afərin sənə ey Hürrə! Niyə Əlini (ə) Allahın kəlimi Musadan üstün bilirsən?”
    Hürrə dedi: "Allah Musa (ə) barəsində buyurur: "Musa (ə) Fironun adamlarından qorxan və hər bir hadisənin intizarında olan halda şəhərdən çıxdı”.(Qəsəs surəsi, ayə 21.)
    Ancaq Əli (ə) (Rəsulullahın (s) Məkkədən Mədinəyə hicrəti macərasında) Həzrət Peyğəmbərin (s) yatağında yatdı və heç kəsdən qorxmadı. Sonra Allah onun (şücaət və fədakarlığının) şəninə bu ayəni nazil etdi: "İnsanların bəzisi, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını (fədakarlıq edib) satar”.(Bəqərə surəsi, ayə 207.)
    Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm, nə üçün Əlini (ə) Davuddan (ə) üstün bilirsən?”
    Hürrə dedi: "Allah Davud (ə) barəsində buyurur: Ey Davud! Biz səni yer üzündə xəlifə (və öz nümayəndəmiz) etdik. Camaat arasında haqq və ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar”.(Sad surəsi, ayə 26.)
    Həccac dedi: "Davudun (ə) verdiyi hökm nə barədə idi?”
    Hürrə dedi: "Biri əkinçi, digəri isə heyvandarlıqla məşğul olan iki kişi barəsində idi. Heyvandarlıqla məşğul olan kişinin qoyunları əkinçinin əkin sahəsinə girib onun əkdiklərini korladılar. Bu iki nəfər öz mübahisələrini ayırd etmək üçün Davudun (ə) yanına gələrək şikayət etdilər. Davud (ə) buyurdu: Gərək heyvandarlıqla məşğul olan kişi öz qoyunlarını satıb onların pulunu əkinçiyə versin və əkinçi də öz əkin sahəsinin əvvəlki vəziyyətinə qayıtması və abadlaşması üçün bu pulları xərcləsin.
    Davudun (ə) oğlu Süleyman (ə) atasına dedi: Ay ata! Bəlkə qoyunların südü və yunu alınıb əkinçiyə verilsin (və bu qaydayla əkinçiyə dəymiş ziyan ödənilər).
    Allah Quranda buyurur: "Biz məsələnin hökmünü dərhal Süleymana anlatdıq”.(Ənbiya surəsi, ayə 79.)
    Ancaq bizim mövlamız Əmirəlmöminin Əli (ə) buyurur: Sizin aranızdan getməmişdən qabaq, hər nə sualınız olsa, məndən soruşun.
    O Həzrət (ə) Xeybər savaşındakı qələbə günündə Rəsulullahın (s) hüzuruna gəldi. Rəsulullah (s) orada olanlara buyurdu: Sizdən daha üstünü, daha elmlisi və sizin hamınızdan daha yaxşı hökm verən Əlidir”.
    Həccac dedi: "Afərin sənə ey Hürrə! İndi isə de görüm nə üçün Əli (ə) Süleymandan (ə) üstündür?”
    Hürrə dedi: "Allah Quranda Süleymanın (ə) dili ilə nəql edir ki, o dedi: Pərvərdigara! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra heç kəs ona nail ola bilməsin”.(Sad surəsi, ayə 35.)
    Ancaq bizim mövlamız Əli (ə) dünya barəsində buyurur: Ey dünya, səni üç dəfə boşamışam! Mənim sənə ehtiyacım yoxdur.
    Həmin anda Allah bu ayəni nazil etdi: "Biz axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”(Qəsəs surəsi, ayə 83.)
    Həccəc dedi: "Afərin sənə ey Hürrə! Nə üçün Əlini (ə) İsadan (ə) üstün bilirsən?”
    Hürrə dedi: "Allah Quranda İsaya (ə) xitab edib buyurur: Xatırla ki, Allah o zaman (qiyamət günündə) İsa ibn Məryəmə buyuracaq:
    "Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!”-demişdin? İsa (ə) deyəcək: "Sən pak və münəzzəhsən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, bütün qeybləri bilən Sənsən! –Mən onlara yalnız mənə əmr etdiklərindən başqa bir söz deməmişdim”.(Maidə surəsi, ayə 116 və 117.)
    Beləliklə, İsaya (ə) pərəstiş edənlər barəsində hökm çıxarmaq və əzab vermək qiyamətə qədər təxirə düşdü. Ancaq "Nəsriyyə” firqəsi (ğulat dəstəsi) Əlini (ə) Allah biləndə, Əli (ə) onları öldürdü və onların əzabın qiyamət gününə saxlamadı”.
    Həccac dedi: "Afərin sənə ey Hürrə! Öz iddianı isbat etməyin öhdəsindən yaxşı gəldin. Əgər iddianı isbat edə bilməsəydin boynunu vuracaqdım”.
    Sonra Həccac Hürrəni azad edib yaxşıca mükafatla yola saldı.(Fəzail ibn Şazan, səh.122; Bihar, 46-cı cild, səh.134-dən 136-ya qədər.)
    Category: İslamda qəhrəman qadınlar | Views: 889 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024