İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:54 AM
    İslamda qəhrəman qadınlar
    Altıncı fəsil
    HƏZRƏT PEYĞƏMBƏRİN (S), İMAMLARIN (Ə) VƏ SAİR ŞƏXSLƏRİN ANALARININ HƏYATINA BAXIŞ
    Qəhrəmanlıq göstərmiş qadınlar arasında, gərək heç vaxt İslam Peyğəmbərinin (s), Həzrət Əlidən (ə) tutmuş Həzrət Məhdiyə (ə.c.) qədər məsum imamların anaları unudulmasın. Onlar belə bir üstün şəxsiyyətlərin anası olmağa layiq görülmüşlər. İslam Peyğəmbəri (s), Fatimə (ə) və on iki imamlar (ə) kimi məsumlar onların verdiyi pak və fəzilətli tərbiyələri ilə böyüyüb boya-başa çatmışlar. Biz bu kitabda nümunəvi qadınlar barəsində qısa şəkildə bir neçə cümləni qeyd edib, onların mərifət və əxlaqından bir neçə nöqtəni zikr etməklə, bizə verdiyi mənəvi dərslərdən bəhrələnəcəyik.
    1-İslam Peyğəmbərinin (s) anası Həzrət Amənə
    Məkkənin Əbd Manaf tayfasında məişət vəziyyəti orta durumda olan ailədə pak bir qız yaşayırdı. Onun paklığı və nuraniliyi hələ uşaqlıq və gənclik dövründə məsum çöhrəsində görünürdü. Heç kəs bilməzdi ki, o, yaradılış aləminin ən böyük şəxsiyyətinin, yəni həzrət Məhəmmədin (s) anası olmağa layiq görüləcək.
    Əbdül Müttəlibin övladlarından biri, Peyğəmbərin (s) əziz atası Əbdullah misilsiz şəxsiyyətli, xoş əxlaqlı və gülər üzlü bir cavan idi. Nübuvvət nuru vücuduna yerləşdikdən sonra onun alnında xüsusi bir parlaqlıq olardı. O zamanın bir çox şərəfli ailələrinin qızları Əbdullahın həyat yoldaşı olmalarını arzu edərdilər. Ancaq iffətli, ağıllı və təcrübəli bir kişi olan Əbdül Müttəlib, onun xatirini istəyənlərin içindən Vəhəb ibn Əbd Manafın Amənə adlı qızını Əbdullah üçün gözaltı etdi. Tanınmamış, orta durumlu bir ailədən olan Vəhəb və həyat yoldaşı heç vaxt güman etməzdilər ki, belə bir iftixar onlara nəsib olsun. Əbdül Müttəlib Vəhəbin evinə gedib onun qızı Amənəni oğlu Əbdullah üçün istədikdə onlar məmnuniyyətlə bunu qəbul etdilər. Aminə Əbdül Müttəlibin evinə gəlin köçdü. Bu cür ismətli və şücaətli ata-anadan dünyanın ən üstün insanı olan həzrət Məhəmməd (s) dünyaya gəldi.
    Bəli, Amənə qadın idi. Amma elə bir qadın idi ki, Həzrət Məhəmmədin (s) anası olmağa layiq görülmüşdü.(Rəyahinuş-şəriət, 2-ci cild, səh.386-dan 411-ə qədər.)
    İslam Peyğəmbərinin (s) əziz anası, Həzrət Amənənin dünyadan getməsi haqda müxtəlif nəzər və fikirlər olsa da, düzgün hesab ediləni budur ki, Həzrətin (s) altı yaşı olanda ana itkisi ilə üzləşdi. Məkkədən Mədinəyə öz qohumlarını görməyə gedən Amənə, qayıdan zaman (Məkkə ilə Mədinə arasında yerləşən) Əbva kəndində dünyasını dəyişdi. Qəbri indi də həmin yerdədi.
    Peyğəmbər (s) bu səfərdə anası ilə birlikdəydi və onlar bir ay Mədinədə qaldılar. Orada atası Əbdullahın qəbri üstünə gedib onu yad etdilər. Ancaq qayıdan zaman yolda əziz anası xəstələndi və Əbva kəndində dünyasını dəyişdi.(Sireye ibn Hişam, 1-ci cild, səh.177.)
    2-Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd
    Fatimə bint Əsəd İmam Əlinin (ə) anası və Əbu Talibin (ə) həyat yoldaşı idi. O bir müddət Peyğəmbərə (s) himayədarlıq edərək Ona məhəbbət bəsləyən mehriban bir ana kimi olmuşdu. Fatimə İmam Əli (ə) ilə birlikdə Məkkədən Mədinəyə mühacirət etmişdi. Fatimənin şəninə yalnız bu söz bəs edər ki, o, Həzrət Əli (ə) kimi övladını Kəbə evində dünyaya gətirdi və Əmirəlmöminin Əlinin (ə) anası olmağın böyük iftixarına layiq olmuşdu. Allah Peyğəmbəri (s) hər zaman yorğun olanda günortadan qabaq Fatimə bint Əsədin evinə gedərək orada istirahət edərdi. O bacardığı qədər İslama xidmət etmək üçün çalışdı və Həzrət Əli (ə), Cəfər Təyyar kimi İslam ordusuna başçılıq etmiş övladlar yetişdirmişdi. Fatimə dünyadan gedəndə Peyğəmbər (s) ağlar gözlə onun cəsədinin yanına gəldi və dedi: "Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, mənim də anam idi”.
    Sonra Peyğəmbər (s) öz köynəyini və əmmaməsini verdi ki, aparıb onun üçün kəfən düzəltsinlər. Namazda ona qırx təkbir dedi. Onu bş qəbrinə daxil olaraq orada uzandı. Həzrət Əliyə (ə), sonra isə Həsənə (ə) buyurdu: "Siz də qəbirə girib uzanın və qırağa çıxın”.
    Daha sonra Fatimənin başı tərəfində durub ona təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsulullaha (s) ərz etdi: "Heç kim üçün Fatiməyə etdiyin kimi rəftar etməmisən”.
    Həzrət (s) buyurdu: "O mənim belə rəftarıma layiq idi. O öz uşaqlarını yeməklə doyurmazdan qabaq məni doyurardı. Uşaqlarını paltarsız saxlayıb məni geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi”.
    Əmmar soruşdu: "Niyə onun namazında qırx təkbir dediniz?”
    Həzrət (s) buyurdu: "Fatimənin namazında qırx cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir dedim. Öz köynəyimi və əmmaməmi ona kəfən etməyimin səbəbi bu idi ki, bir gün camaatın qiyamət günü lüt, paltarsız olması barəsində söhbət edirdim. Bu söhbəti eşidən Fatimə qiyamət günündə paltarsız və rüsvay olmaqdan nigaran oldu. Öz paltarımla onu kəfənlədim ki, qiyamət günündə paltarsız olmasın və kəfəni də çürüməsin. O qəbrdə soruşulacaq sualdan qorxduğu üçün onun qəbrində uzandım. Allah onun qəbrinə behiştdəki qapılardan birini açdı və onun qəbri behişt bağlarından birinə çevrildi”.(Məqatilut-talibin, səh.8; Bihar, 35-ci cild, səh.70.)
    Beləliklə görürük ki, qadın elə bir ehtiram və şəxsiyyət həddinə yüksəlir ki, tanınmış böyük qəhrəmanlar yetişdirir, Kəbə evi onların doğum yeri olur, İslam Peyğəmbəri (s) isə onu öz anası bilir. Ey qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə maliksən. Özünə etimad etmək və güvənməklə Allah yolunda addımla ki, uca və yüksək məqamlara çatasan.
    Fatimənin Faxtə (Ümmü Hani) adlı bir qızı var idi. Peyğəmbər (s) onun evindən meraca getdi. O, Məkkənin fəthində İslamı qəbul etdi. Lakin əri kafir qaldığı üçün ondan ayrıldı. Məkkənin fəthində Peyğəmbər (s) buyurdu: "Kafirlərdən hər kim Ümmü Haninin evinə getsə, amandadır”.(Səfinətul-bihar, 2-ci cild, səh.726.)
    Bir gün Peyğəmbər (s) buyurdu: "İstəyirsinizmi sizə əmi və bibi cəhətindən ən yaxşı adamlardan xəbər verim?”
    Orada olanlar dedilər: "Bəli”.
    Peyğəmbər (s) buyurdu: "Onlar Həsən (ə) və Hüseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəfər Təyyar və bibiləri də behişt əhli olan Ümmü Hanidir”.(Tənqihul-məqal, 3-cü cild, səh.74.)
    Əhli-sünnənin tanınmış alimi İbn Əbil-Hədid yazır:
    "Fatimə bint Əsəd İslam dini aşkar olmağa başlayanda müsəlman oldu(Yə`ni İslam dinində olmasını aşkar etdi. Hərçənd ki, İmam Əlinin (ə) anası Fatimə bint Əsəd bizim əqidəmizə görə heç vaxt müşrik olmamışdı.) və İslamı qəbul edən on üç nəfərdən biri idi. Peyğəmbər (s) ona çox ehtiram edirdi və onu ana çağırardı. O vəfat edən zaman öz vəsiyyətini Peyğəmbərə (s) etdi. Peyğəmbər (s) onun vəsiyyətini qəbul etdi. Cənazəsinə namaz qıldı, qəbrində uzandı və öz köynəyini ona kəfən etdi. Peyğəmbərdən (s) soruşdular: "Siz heç kim üçün belə etməmisiniz, Fatimə üçün etdiniz?”
    Peyğəmbər (s) cavabında buyurdu: "Əbu Talibdən sonra heç kəs mənə Fatimə kimi yaxşılıq etmədi”.
    Fatimə bint Əsəd Peyğəmbərə (s) beyət edən ilk qadın idi”.(Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh.14)
    3-İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Fatimeyi Zəhra (ə)
    Həzrət Zəhra (ə) besətin beşinci ilində, cəmadiys-sani ayının iyirmisi, cümə günü dünyaya gəldi. Onun atası İslam Peyğəmbəri (s), anası isə Xədicə Kübra (ə) idi. Fatimənin fəzilətləri saysız-hesabsızdır. Hətta onların mündəricatını da burada göstərmək mümkün deyil. Ancaq biz burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:
    Fatimə atasının sağlığında onun munisi və vəfalı dostu idi. Bəzən atası onu "Ümmü Əbiha” (atasının anası) adlandırırdı. Fatimə (s) atasının yanına gələndə, Peyğəmbər (s) ona ehtiram etmək üçün ayağa qalxardı. Peyğəmbər (s) buyurardı: "Fatimə (ə) mənim bədənimin bir parçasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirər və hər kəs onu sevindirsə, məni sevindirər”.(Ə`yanuş-şiə, 2-ci cild, səh.271-273; Rəyahinuş-şəriət, 1-ci cild, səh.7.)
    Əhli-sünnə kitablarında, o cümlədən "Səhih-Buxari”də yuxarıdakı cümlələr qeyd olunub. "Yənabiul-məvəddət” kitabında (əhli-sünnə kitablarından biri) nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənər, sevincinlə də sevinər”.(Yənabiul-məvəddət, səh.171.)
    Aişə deyir: "Hələ Peyğəmbərə (s) Zəhra (ə) qədər oxşayan bir kəsi görmədim. O Peyğəmbər (s) kimi danışardı, hərəkətləri, yol getməyi, əməlləri Peyğəmbər (s) kimi idi”.(Ə`yanuş-şiə, 2-ci cild, səh.272.)
    İmam Sadiq (ə) buyurur: "Əgər Allah Əlini (ə) yaratmasaydı, Həzrət Adəm (ə) zamanından qiyamətə qədər Zəhra (ə) şənində ona ər tapılmazdı”.(Üsuli Kafi, 1-ci cild, səh.461.)
    Həzrət Zəhra (ə) ibadət edəndə başqalarını özündən qabaq dua edərdi. Pərhizkarlıqda, təqvada və gecə oyaq qalmaqda misilsiz idi. O bəzən orucunu açanda, özünün və uşaqlarının yeməyini imkansızlara verərdi. Onun əri, uşaqları və tərbiyə etdiyi adamlar da Həzrətin (ə) bu işindən çox sevinərdilər. Onların bu fəziləti barədə "Dəhr” surəsi nazil oldu.(Məcməul-bəyan, 10-cu cild, səh.404.) İmam Səccad (ə) buyurur ki, Uməys qızı Əsma dedi: "Bir gün Fatimənin (ə) hüzurunda idim. Birdən Rəsulullah (s) daxil oldu. Həzrət Zəhranın (ə) boynunda qızıldan bir boyunbağı var idi. Əli (ə) bu boyunbağını döyüş qəniməti kimi gətirmişdi. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: "Elə etməyin ki, camaat desin: Fatimə (ə) özünü tağutlar (padşahlar) kimi bəzəyib”.
    Fatimə (ə) Rəsulullahın (s) məqsədini başa düşdü və dayanmadan gedib onu satıb pulu ilə qul alıb azad etdi. Peyğəmbər (s) bunu eşidəndə sevindi”.(Bihar, 43-cü cild, səh.81)
    Bu zaman Peyğəmbər (s) buyurdu: "Atası ona fəda olsun”.
    Fatimənin (ə) səbiri və müqaviməti barəsində faktlar kifayət qədərdi. O, digər qadınlarla birlikdə Ühüd döyüşü cəbhəsində idi. Cənazələrin kənarında olanda, xüsusilə əmisi Həmzənin (ə) cənazəsinin yanına gəlib atasına təskinlik verirdi. Peyğəmbər (s) Fatimənin (ə) pərhizkarlıq və fədakarlıq edib, əlində olanını Allah yolunda sərf etdiyinə və axirəti düşündüyünə görə buyurdu: "Məhəmməd (s) Əhli-beytinin (ə) dünya ilə nə işi var? Onlar axirət üçün yaradılıblar. Əgər dünyanın (maddi dünya) milçəyin qanadı qədər dəyəri olsaydı, Allah onu bir qurtum su içimi kimi kafirlərə verməzdi”.(Həmin mənbə, səh.20.)
    Bu barədə deyiləsi sözlər çoxdur. İndi isə Həzrət Zəhranın (ə) ailə qurmasından söz açaq. Fatimənin (ə) elçiləri çox olsa da o, dünya malından qılınc və zirehindən başqa bir şeyi olmayan İmam Əlini (ə) mənəvi məqamına görə üstün bildi və onun həyat yoldaşı oldu. Xanım Fatimə ərinə munis, vəfalı və mehriban bir həyat yoldaşı idi. Özünün qısa müddətli ömründə həzrət Əlidən (ə) dörd övladı oldu: 1. İmam Həsən (ə), 2-İmam Hüseyn (ə), 3-Zeynəb (ə), 4-Ümmü Gülsüm (ə).
    Övladlarının hər biri İslamdan bir nur idilər. Onların qəhrəmanlıqları, şücaətləri heç vaxt unudulmur. Həzrət Əli (ə) buyurur: "Mən Peyğəmbərin (s) yaxın sirdaşı idim. Hər zaman Peyğəmbərin (s) evinə getsəydim, öz qadınlarını eşiyə çıxarardı. O isə mənim mənzilimə gələndə Fatiməni (ə) və oğlanlarımdan heç birisini eşiyə çıxarmazdı”.(Üsuli kafi, 1-ci cild, səh.62.)
    Həzrət Zəhranın (ə) mehriyyəsi və cehizi az və sadə idi. Toy gecəsi gəlinlik köynəyini yoxsul bir qadına verərək ər evinə geyilmiş köynəklə köçdü. Rəsulullahdan (s) sonra münafiqlər hökuməti ələ keçirməyə cəhd edərkən onların əleyhinə qalxdı və məsciddə batil əqidəli insanları məhkum edib çıxılmaz vəziyyətdə qoyan isbatlı bir xütbə oxudu. Fatimə (ə) hər cümləsində sanki Peyğəmbərin (s) fəryadı dilində və Əlinin (ə) də qılıncı əlindəydi. Axırda haqq yolunda şəhid oldu. Onun şəhid olması qəlbi ağrıtsa da, hədəf və məqsəd uğurunda idi.(Ə`yanuş-şiə, 2-ci cild; Əl-ğədir, 7-ci cild; Nəhcül-bəlağənin şərhi, İbn Əbil-Hədid, 4-cü cild, səh.122; Rəyahinuş-şəriət, 1-ci və 2-ci cild.)
    Döyüş meydanında dağ kimi möhkəm, tufan kimi coşan Əli (ə), Zəhranın (ə) vəfatında çox pərişan oldu. Onu dəfn edəndə Peyğəmbərə (s) xitab edərək: "Ya Rəsuləllah! Ən yaxşı qızının ayrılığından səbirim tükənib, taqətim əldən gedib” söylədi.
    Sonra buyurdu: "Salam olsun hər ikinizə, vida salamı! Yorğunluq, ya razılıq səbəbindən yox! Əgər xidmətinizdən geri dönüb evə gedirəmsə, bunun səbəbi üzüntü və yorğunluq deyil. Əgər qəbrinizin yanında otururamsa, bunun səbəbi o deyil ki, Allahın səbirlilərə verdiyi yaxşı vədə şübhəliyəm”.
    Beləliklə, görürük ki, Zəhra (ə) İslamın ibadi və siyasi səhnəsində şəxsiyyətini və hicabını qorumaqla fəal şəkildə iştirak edirdi. O, yorulmaq bilməyən və çalışqan bir xanım idi. Öz canını cavan (18) yaşında İslam yolunda fəda etdi. Onun pak nəsli Peyğəmbər (s) sülaləsinin əbədi qalmasına səbəb oldu. Hər bir zamanda, onun nəslindən olan övladlarının çoxu dinin əbədi işıq saçan çıraqları oldular. Buna görə də Allah mübarək "Kövsər” surəsini nazil edərək Peyğəmbərə (s) buyurdu: "Biz sənə çoxlu səadət, xeyir və bərəkət səbəbi olan bir vücudu, yəni Fatiməni (ə) bəxş etdik. Bu nemətlərə şükr edərək, Rəbbin üçün namaz qıl və bir dəvə qurban kəs! Sənin yox, sənin düşməninin nəsli kəsilibdir!”(Məfhume Kovsər, (Məcməul-bəyan, 1-ci cild, Kövsər surəsinin aşağısında qeyd olunub).)
    Zəhrayi Əthərdən (ə) soruşdular: "Qadın üçün ən yaxşı nemət nədir?”
    Həzrət (ə) buyurdu: "Qadın üçün ən yaxşı nemət odur ki, o yad kişiləri görməsin və yad kişilər də onu görməsinlər”.
    Peyğəmbər (s) Zəhranın (ə) qadınlar barəsindəki dəqiq məntiqlə verdiyi cavabı bəyənərək buyurdu: "Fatimə (ə) mənim bədənimin yarısıdır”.(Kəşful-ğəmmə, 2-ci cild, səh.92; Vəsailuş-şiə, 2-ci cild, səh.9.)
    Çoxsaylı İslam rəvayətlərində dörd qadın insanlıq tarixində seçilmiş və ən yaxşı behişt qadınları kimi yad olunurlar. Onlar aşağıda adları çəkilən şəxslərdir:
    1. Fironun həyat yoldaşı Asiyə;
    2. Həzrət İsanın (ə) anası Məryəm (ə);
    3. Xədicə (ə);
    4. Fatimeyi-Zəhra (ə) isə onların arasında kamilliyin son həddinə çatmışdı.(Məcməul-bəyan, 10-cu cild, səh.220.)
    Müəllif öz araşdırmalarında belə bir nəticəyə gəlir ki, bu nümunəvi qadınların Allah yanında insanların seçilmişi olmalarına səbəb olan yaxşı işlərindən biri həqiqi rəhbərlik məqamını himayə etmələri idi. Asiya öz rəhbəri Musanın (ə) yolunda işgəncələrə dözdü və şəhid oldu. Məryəm (ə) əziyyət və çətinliklə bəşəriyyətə İsa (ə) kimi bir rəhbəri təqdim etdi. Xədicə (ə) bütün var-dövlətini İslam Peyğəmbərinin (s) yolunda xərclədi. Fatimə (ə) zamanının rəhbəri olan atası və ondan sonra Əlinin (ə) yolunda şəhidliyə qədər çalışdı və 18 yaşında öz canını bu yolda fəda etdi.
    4-İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə)
    İmam Səccadın (ə) anası Şəhrəbanu axırıncı Sasani padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirildi və burada öz seçimi ilə İmam Hüseynlə (ə) ailə qurdu. Onun Ömərin, ya Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə evlənməsi barədə üç ehtimal irəli sürülür. Ancaq Şəhrəbanunun ilk övladı İmam Səccad (ə) hicrətin 37-ci, yəni İmam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, İmam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki İmam Hüseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə uşaqlarının olmaması inandırıcı görünmür.(Bihar, 46-cı cild, səh.10.)
    Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görür ki, Peyğəmbər (s) İmam Hüseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: "Ey əcəm padşahının qızı! Mən səni Hüseynə (ə) nişanladım”.
    O sonrakı gecə yuxuda Həzrət Zəhranı (ə) görür və Xanım Zəhra ona deyir: "Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Hüseynin (ə) vüsalına çatacaqsan”.(Bihar, 46-cı cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.11.)
    İMAM HÜSEYNİN (Ə) ŞƏHRƏBANU İLƏ EVLƏNMƏSİ BARƏDƏ İMAM BAQİRİN (Ə) BUYURDUĞU SÖZLƏR
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Yəzdgirdin qızı (Şəhrəbanu) əsir kimi Mədinəyə gələndə, Mədinənin qızları onun tamaşasına düzülmüşdülər. O, məscidə daxil olanda məscid onun nurundan işıqlandı (yəni məsciddə olanlar onu görəndə sevindi və heyrətə gəldilər). Ömər ona baxanda, üzünü gizlətdi və farsca dedi: "Vay! Hörmüzün ruzigarı qara gəldi”.
    Ömər (farsca bilmədiyi üçün) dedi: "Bu qız məni söyür?”
    Sonra onu satmaq qərarına gəldi. Əmirəl-möminin Əli (ə) Ömərə buyurdu: "Sənin buna haqqın yoxdur. Seçmək ixtiyarını öz öhdəsinə qoy. Hər kimi bəyənsə, mehriyyəsini həmin şəxsin beytül-maldakı payından hesabla”.
    Ömər Əlinin (ə) təklifini bəyəndi və seçmək ixtiyarını Şəhrəbanunun öhdəsinə qoydu. Şəhrəbanu qabağa gəldi və əlin İmam Hüseynin (ə) çiyninə qoydu. İmam Əli (ə) ona buyurdu: "Adın nədir?”
    O cavab verdi: "Cahanşah”.
    Həzrət Əli (ə) buyurdu: "Sənin adın Şəhrəbanuvəyh olsun!”
    Sonra İmam Hüseynə (ə) buyurdu: "Ey Hüseyn! Şübhəsiz, bu qızdan sənin üçün yer üzünün ən yaxşı insanı dünyaya gələcək”.(Üsuli kafi, 1-ci cild, səh.467.)
    Category: İslamda qəhrəman qadınlar | Views: 1147 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024