İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » İslamda qəhrəman qadınlar
    8:53 AM
    İslamda qəhrəman qadınlar
    11-İmam Həsən Əsgərinin (ə) anası Həzrət Süsən
    Həzrət Süsən (ə) adlı-sanlı tayfada doğulmuş, çox möhtərəm və savadlı bir xanım idi. Allahın əli ilə Mədinəyə gələrək İmam Hadinin (ə) həyat yoldaşı olmaq şərəfinə nail oldu. O, Süsən,(Kəşful-ğəmmə, 3-cü cild, səh.271; Ə`yanuş-şiə, 2-ci cild, səh.40.) Səlil və Hudeys(Bihar, 50-ci cild, səh.236.) kimi müxtəlif adlarla tanınırdı. Onu İmam Hadinin (ə) yanına gətirəndə və İmam Hadinin (ə) həyat yoldaşı olanda, Həzrət (ə) onun şənində belə buyurdu: "Səlil hər bir pislikdən, nöqsandan, çirkin xüsusiyyətlərdən və napaklıqdan uzaqdır”.(İsbatul-vəsiyyət, Rəyahinuş-şəriətə uyğun nəql olunubdur, 3-cü cild, səh.24.)
    Onu kiçik qeyb dövründə "Cəddə” (Qaim İmamın nənəsi) çağırırdılar. Bir gün İmam Həsən Əsgəri (ə) anası Süsənə (ə) buyurdu: "260-cı ildə mənə müsibət üz verəcək. Həmin ildə mənim dünyadan getməyim ehtimal olunur”.
    Həzrət Süsən (ə) narahat oldu və ağladı. İmam Həsən Əsgəri (ə) anasına dedi: "Narahat olma! Şübhəsiz İlahi təqdir baş verməlidir”.
    İmam Həsən Əsgəri (ə) dövri diktatorun əmri ilə (İraqda) Samirra şəhərinə sürgün olunmuşdu. 260-cı ildə Həzrət Süsən (ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkəyə getdi. Mədinəyə qayıdanda hər gün İraqdan gələn xəbərlərlə maraqlanırdı. Ona oğlu İmam Həsən Əsgərinin (ə) Samirrada dünyadan getməsi xəbərini çatdırdılar. Samirraya gələndə Cəfər Kəzzabın (İmam Hadinin oğlu, İmam Həsən Əsgərinin qardaşı) yalandan İmam Həsən Əsgərinin (ə) irsinə iddia etdiyini gördü. Ona etiraz edərək buyurdu: "İmam Həsənin (ə) vəsisi mənəm”.
    Sonra Həzrət Süsən (ə) həmin dövrün qazisi Əbu Şəvaribin yanında oğlu İmam Həsən (ə) tərəfindən özünün vəsi olmasını isbat etdi.(İsbatul-vəsiyyət, Rəyahinuş-şəriətə uyğun nəql olunub, 3-cü cild, səh.25.) Böyük alim Şeyx Səduq nəql edir ki, İmam Zaman Həzrət Məhdi (ə) zahir oldu və öz cəddəsinin (nənəsinin) haqqını Cəfər Kəzzabın müqabilində müdafiə etdi. Cəfər mat-məttəl qaldı. Daha sonra yazır: "İmam Həsən Əsgərinin (ə) anası (Həzrət Süsən) vəsiyyət etdi ki, dünyadan gedəndə məni ərim İmam Hadinin (ə) və oğlum İmam Həsən Əsgərinin (ə) qəbrinin yanında (Samirra şəhərində) torpağa tapşırarsınız”.
    Xanım dünyadan getdikdən sonra, onu orada dəfn etmək istəyəndə, Cəfər Kəzzab mane olaraq dedi: "Bu mənim evimdir. Heç kəsin burada dəfn olunmağa icazəsi yoxdur”.
    Bu zaman Həzrət İmam-Zaman (ə) zahir oldu və Cəfərə dedi: "Ey Cəfər! Bu sənin evindir, yoxsa mənim?”
    Beləliklə, İmam Zaman (ə) öz nənəsi Süsənin (ə) haqqını müdafiə etdi və sonra qeybə çəkildi.(İkmaluddin, Səduq, Rəyahinuş-şəriətə uyğun nəql olunub, 3-cü cild, səh.24 və 25; Bütün İmamların (ə) analarının məzarları Mədinədə yerləşir, lakin Həzrət Süsənin qəbri Samirra şəhərində İmam Həsən Əsgərinin (ə) qəbri kənarındadır.)
    HƏZRƏT SÜSƏNİN (Ə) İMAM-ZAMANLA (Ə) CAMAAT ARASINDAKI VASİTƏÇİLİYİ
    Həzrət Süsənin (ə) yüksək məqamını bəyan edən faktlardan biri də budur ki, İmam Həsən Əsgəri (ə) şəhid olanda İmam Zamanın (ə) bibisi, İmam Cavadın (ə) qızı Həkimə xanımdan (ə) soruşdular ki, "şiələr kimə pənah aparsınlar və kimə müraciət etsinlər?
    O, cavabında dedi: "Cəddəyə (yəni Həzrət Süsənə), İmam Həsən Əsgərinin (ə) anasına müraciət etsinlər”.
    Şeyx Səduq bu mətləbi nəql etdikdən sonra yazır: "Bu cümlə onun (Süsənin) şərafətinin, kamal və məqamının əzəmətini sonsuz həddə bəyan edir. Bu qadın o ümmətlə İmam Məhdi (ə.f.) arasında vasitə olmaq, vəsilik və imamət sirlərini daşımaq ləyaqətini qazanmışdı”.(Həmin mənbə.)
    12-İmam Zamanın (ə) anası Həzrət Nərgiz (ə)
    Qədim döyüşlərdə, adət üzrə bir kəndi, ya şəhəri fəth etsəydilər, düşmən qoşununun kişi və qadınlarını əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın (ə) anası çox iffətli, pak və möhtərəm bir qadın idi. Həzrət Nərgiz şərqi Rumdan (indiki Türkiyə ərazisindən) döyüş əsirləri arasında İraqa gətirilmiş qızlardan idi. İmam Hadi (ə) onu alaraq oğlu İmam Həsən Əsgəri (ə) (on birinci İmam və Həzrət İmam Zamanın (ə) atası) ilə ailə qurmaq üçün seçdi. Bu evlənmə nəticəsində nurani bir övlad, yəni Həzrət İmam Zaman (ə) 255-ci hicri ili, şaban ayının 15-də Samirra şəhərində dünyaya gəldi. İndi isə dünya həmin şəxsin vücuduna bağlıdır və o qeyb pərdəsi arxasındadır. Bir gün gələcək, dünya onun rəhbərliyi və nəzarəti altında ədalət, məhəbbət və səfa-səmimiyyətlə dolacaqdır. İndi isə diqqət yetirin, İmam Zamanın (ə) anası Nərgiz Xatun (ə) (Həzrət Nərgizin (ə) əsil adı Məlika idi. Sonralar Nərgiz və Siqəl də adlandırılmışdır.) kimdir və İmam Həsən Əsgərinin (ə) evinə necə gəlib çıxdı?
    NƏRGİZ - (Ə) İSANIN (Ə) VƏSİSİ ŞƏMUNUN NƏVƏSİ
    İmam Zamanın (ə) anasının adı "Məleykə” (Məlika) idi. O, ata tərəfindən şərqi Rum imperatorunun oğlu Yəşuanın qızı, ana tərəfindən isə Şəmunun nəvəsidir. Şəmun Həzrət İsanın (ə) yaxın sirdaşlarından və onun vəsisiydi. Məleykə sarayda, imperator ailəsində yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə bil ki, heç bu ailədə yaşamırdı. O, anasına və öz anası tərəfə oxşamış, Şəmun kimi yaşamış və İsa ibn Məryəm kimi səfa-səmimiyyətli, mənəviyyatlı olub xüsusi bir paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator ailəsi ilə qaynayıb qarışmaq istəmirdi. Əksinə, çox istəyirdi ki, pak və allahpərəst bir ailədə yaşasın. Allah ona kömək etdi və o, möcüzəli bir şəkildə hədəf və istəyinə çatdı.
    HƏZRƏT NƏRGİZİN (Ə) ELÇİLİYİ VƏ NİKAH MƏCLİSİ
    Məleykə evlənmək yaşına çatanda babası Rum imperatoru onu qardaşı oğlu ilə evləndirmək istədi. Heç kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün imperator özü qardaşı oğlu tərəfindən Məleykəyə elçilik etdi və sonra çox əzəmətli bir nikah məclisi qurdu. O məclisdə üç yüz nəfər seçilmiş ruhani, xaçpərəst keşişi, yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər əşraf, etimadlı və varlı adamlardan iştirak edirdi.
    Məclis imperatorun əzəmətli sarayında təşkil olundu. Sarayın xüsusi yerində əqiq, yaqut, qızıl, gümüş və müxtəlif ləl-cəvahirlərlə bəzədilmiş böyük bir taxt qoydular. İmperatorun qardaşı oğlu o taxtın üstündə oturdu. Nikah mərasimi tədarükü görüldü. Qapıçı və xidmətçilərin hər biri xüsusi xidmət paltarlarıyla öz yerlərində durdular. Sarayın ətrafındakı qırx çıraq və digər çilçıraqlar məclisə xüsusi gözəllik verirdi. Zəng çalındı. Tanınmış məsihi ruhaniləri əllərində müqəddəs İncili açıb bir neçə ayə oxumaq istəyəndə zəlzələ baş verdi. Saray titrədi. Hər kəs taxtın üstündə oturmuşdusa, yerə yıxıldı. İmperatorun özü və qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Orada olanları qorxu və titrətmə bürüdü. Böyük keşişlərdən biri imperatorun hüzuruna gəldi və ərz etdi: "Bu təəccüblü hadisə Allahın qəzəb və bəlasının nişanəsi, mərasimin sona yetməsinin əlamətidir. Bizi mürəxxəs etsəydiniz gedərdik”.
    İmperator məclisin xətm olmasını elan etdi və hamı dağıldı. Sonra əmr etdi ki, yerə düşmüş çırağı, qəndili, taxtı və digər əşyaların hamısını öz yerinə qoysunlar.
    İmperator bu dəfə qərara gəldi ki, Məleykəni digər qardaşı oğlu ilə evləndirsin və öz-özünə dedi: "Bu zəlzələ hadisəsi onun üçün idi ki, Məleykə birinci qardaşı oğlu ilə deyil, ikinci qardaşı oğlu ilə evlənsin”.
    Sarayı məclis keçirmək üçün ötən dəfəki kimi bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə durdular. Taxtı da öz yerinə qoydular. Möhtərəm məsihi ruhaniləri xüsusi paltarlarda əllərində şamdanlar taxtın kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus taxtda oturdu. Nikah mərasimi başladı. Keşişlər nikahı oxumaq istəyəndə yenə də zəlzələ baş verdi. Bütün məclisdəkilər pərişan oldular, rəngləri qaçdı və məclis bir-birinə dəydi, taxtlar çevrildi. İmperator və ikinci qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Hamı dəhşətli halda sarayı tərk edərək öz evinə getdi. İmperator qəm-qüssə və fikir içində qərq oldu. Bir an da olsun belə bu iki təəccüblü hadisəni unutmurdu.
    NƏRGİZİN (Ə) MARAQLI YUXUSU
    Məleykə pak təbiətli bir qız olduğu üçün o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mənəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikir içində qərq etdi. O öz-özünə deyirdi: «Mənim axırım necə olacaq? Axırda hara gedəcəm? Pərvərdigara mənə kömək ol və mənə nicat ver».
    O daim fikirli və qəmgin olardı. Bir gecə onu yuxu apardı. Yuxu aləmində gördü ki, cəddi Şəmun Həzrət Məsihlə (ə) və Həzrət Məsihin (ə) ən yaxın sirdaşlarıyla birgə saraya daxil oldular. Birdən imperatorun taxtının yerində əzəmətli bir minbər qoyuldu. Sonra gördü ki, on iki nəfər çox xoş simalı, nurani və gözəl kişi saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: "Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə), İmam Səccad (ə), İmam Baqir (ə), İmam Sadiq (ə), İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Həsən Əsgəridir (ə)”.
    Birdən müşahidə etdi ki, İslam Peyğəmbəri (s) üzünü Həzrət Məsihə (ə) çevirərək dedi: "Biz bura Məleykəni Şəmundan oğlum Həsən Əsgəriyə (ə) almaq üçün gəlmişik”.
    Həzrət Məsih (ə) Şəmuna dedi: "Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Məhəmmədin (s) ailəsi ilə qohum et”.
    Şəmun bu təklifdən çox sevindi. Sonra Həzrət Məhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə İmam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. Sonra Həzrət Məsih (ə), Şəmun və Həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (şahid olduqlarını bildirdilər).
    YUXU ALƏMİNDƏ İSLAMI QƏBUL ETMƏSİ
    Məleykə deyir: "Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: "Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi ki, onların müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub dedi: "Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”
    Ona dedim: Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlman dustaqlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr.
    Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman dustaqlarının bir hissəsini azad etdi. Bəzilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşırdı. Bu səbəb oldu ki, atam müsəlman dustaqlarından çoxunun ürəyini ələ almağa, bağışlamağa və onları razı salmağı əmr etdi. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), Həzrət Məryəm (ə) və bir neçə digər qadınla mənim yanım gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım İmam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, İmam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zarzar ağladım. Həzrət Fatimə (ə) buyurdu: "Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İmam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”.
    Mən dedim: "Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”.
    Həzrət (ə) buyurdu: "De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Məhəmmədən (s) rəsulullah”.
    Mən dedim: "Allahın birliyinə və Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”.
    Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu bağrına basıb nəvaziş etdi və buyurdu: "Sevin! Sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”
    Yuxudan oyandım. Çox sevinirdim. Daim Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) görüşümə gəldi. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.
    O buyurdu: "Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.
    RUMLULARLA MÜSƏLMANLARIN DÖYÜŞÜ
    Məleykə arzu edirdi ki, bir gün Rum imperatoru ailəsindən uzaqlaşsın, bu ailənin dünyapərəstlik mühitindən nicat tapsın və İmam Həsən Əsgərinin (ə) evində xidmət və iftixar səadətinə nail olsun. Bu zaman rumlularla müsəlmanlar arasında uzunmüddətli müharibə davam edirdi. Bu müharibələrdə bəzən müsəlmanlar qalib gəlirdilər, bəzən də rumlular. Təbiidir ki, müharibədə insanlar əsir alınıb, əsarətə düşərdilər. Bu uzun müddətli döyüşlərdə bəzən müsəlmanlar rumlulara əsir düşər, bəzən də əksinə, rumlular müsəlmanlara əsir olardılar. O zaman adət-ənənə belə idi ki, əsirləri kəniz və qul kimi satar, ya da öz əsirləri ilə dəyişərdilər. Səfərlərin birində, Məleykə bir neçə qadınla imperatorla birlikdə olan zaman İslam ordusuyla rastlaşdılar. Rumlularla İslam ordusu arasında toqquşma baş verdi. Bu savaşda müsəlmanlar qalib gəldilər. Qadınların bir hissəsi, o cümlədən Məleykə müsəlmanlara əsir oldular. Əsirləri gəmilərlə Dəclə çayı ilə satmaq üçün Bağdada gətirdilər. Alverçilərdən biri, Əmr ibn Yəzid adlı tanınmış qul alverçisi idi.
    İMAM HADİNİN (Ə) TƏYİN ETDİYİ NÜMAYƏNDƏ
    Bir gün İmam Həsən Əsəgərinin (ə) əziz və möhtərəm atası İmam Hadi (ə) Samirra şəhərində təcrübəli qul alverçisi olan dostu Buşr ibn Süleymanla görüşərək ona altında öz imzası olan rum dilində yazılmış bir məktub verdi. Həmçinin ayrıca bir pul kisəsi də verərək buyurdu: "İstəyirəm Bağdada gedib bu pul kisəsi ilə bir kənizi alıb bura gətirəsən”.
    Buşr ibn Süleyman dedi: "Çox yaxşı. Hər nə əmr etsəniz itaət edərəm”.
    İmam Hadi (ə) buyurdu: "İndi isə eşit, sənə izah edim kənizi necə alacaqsan. Filan gün buradan Bağdada tərəf hərəkət edərsən. Çalış ki, filan gün dan yeri sökülməmişdən qabaq Bağdadın tanınmış çay körpüsünün yanına yetişəsən. Ora çatanda görəcəksən ki, bir neçə gəmi öz yükünü boşaltmaq üçün çayın kənarına gəlirlər. Bu arada əsir düşmüş qadınların gəmidən düşürülüb, kəniz kimi satışa qoyulduğunu görəcəksən. Müştərilər gəlib kənizləri alıb özləri ilə aparacaqlar. Diqqət et. Görəcəksən ki, gəmilərdən birində Əmr ibn Yezid bir qızı satır. Qul alverçiləri kənizləri alıcılara göstərəcəklər. Amma o qız özünü göstərməyə icazə verməyəcək. Öz hicab və iffətini qoruyacaq. O, iki ipək paltar geyinmiş olacaq və çiynində dəridən qiymətli bir paltarı varıdır. Qul alanlar onu görüb almaq üçün israr edərlər. O narahat olub rumca deyər: "Amandır, hicabım əldən getməsin!”
    Alıcılardan biri deyər: "Mən bu kənizi üç yüz dinara alıram”.
    Qız ona cavab verər: "Süleymanın mülkü qədərincə var-dövlətin olsa, sənin kənizin olmağa razı deyiləm”.
    Əmr ibn Yezid o qıza deyər: "Çarə yoxdur, gərək səni satam”.
    O deyər: "Tələsmə! Mən istədiyim müştəri tapılacaq. Gərək müamilə iki tərəfin razılığı ilə olsun”.
    Bu zaman Əmr ibn Yezidin yanına get. De ki, bu qadın üçün rum dilində yazılmış bir məktub var. Bu məktubu o qadına ver oxusun. Əgər razı olsa, onu nişanə və əlamətləri bu məktubda yazılmış şəxs üçün alacam. Məktubu ona verəndə o, razı olacaq. Bu zaman onu al və buraya gətir”.
    Məleykə bir neçə qadınla birlikdə əsir olanda, onu heç kəsin tanımaması üçün özünü Nərgiz adlandırdı (onun ərəbcə tələffüzü Nərcisdir).
    Buşr ibn Süleyman İmam Hadinin (ə) tapşırığı əsasında müəyyən olunmuş gün Bağdada gələrək səhər tezdən çaydakı körpünün yanına getdi. O, burada gəmilərin körpüyə çatdığını və kənizlərin satışa qoyulduğunu gördü. Bu zaman İmam Hadinin (ə) buyurduğu xüsusiyyətlərə malik olan kənizi gördü. Müştərilər onu almaqda israr etsələr də o, onların kənizi olmağa meyilli deyildi. Buşr qabağa gəldi və satıcının icazəsi ilə İmam Hadinin (ə) məktubunu Nərgizə verdi. Nərgiz o məktubu oxuyanda ixtiyarsız əhvalı dəyişdi və gözləri yaşardı. Sevincindən qəhər boğazını tutduğu halda sahibi Əmr ibn Yezidə dedi: "Məni bu məktubun sahibinə sat”.
    O israr və təkidlə hökmən məktub sahibinə satılmasını tələb etdi. Əmr ibn Yezid dedi: "Çox yaxşı. Mane yoxdur”.
    Sonra qiymət barəsində Buşr ibn Süleymanla söhbət etdi. O, İmam Hadinin (ə) göndərdiyi kisədəki həmin miqdar pulla razılaşdı. Buşr deyir: "Pul kisəsini verib kənizi aldım və onunla birlikdə oradan çıxıb yola düşdük. O tez-tez məktubu çıxardıb öpür və gözlərinə sürtürdü. Mən təəccüblənib dedim: "Sən ki, məktub sahibini tanımırsan, niyə məktubu bu qədər öpürsən?”
    O dedi: "Sənin mərifət və agahlığın azdır. Əgər Peyğəmbəri (s) və onun canişinlərini tanısaydın, belə deməzdin?”
    Sonra öz əhvalatını əvvəldən axıra kimi mənim üçün danışdı. Mən Həzrət Nərgizin (ə) ali və uca düşüncəli, mənəvi şəxsiyyətini və paklığını anladım. Bundan sonra ona çox ehtiram etdim. Samirraya çatdıq. Onu İmam Hadinin (ə) hüzuruna apardım. İmam Hadi (ə) ona "xoş gəldin” dedi və əhvalını soruşdu. Sonra bacısı Həkimə Xatuna xəbər verdi və ona buyurdu: "Bu, intizarında olduğun o möhtərəm qadındır”.
    Həkimə onu bağrına basdı, xoş gəldin və təbrik dedi. İmam Hadi (ə) ona buyurdu: "İslamın izzətini, xristianlığın zillətini necə gördün?”
    O ərz etdi: "Sizin məndən daha yaxşı bildiyiniz şeyi mən necə deyə bilərəm”.
    Sonra İmam Hadi (ə) bacısı Həkiməyə buyurdu: "Onu evə apar və İslam dininin hökmlərini öyrət. O, oğlum Həsənin həyat yoldaşı və Ali Məhəmmədin (s) Məhdisinin (ə) anası olacaq”.
    Category: İslamda qəhrəman qadınlar | Views: 878 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024