Bu günümüzə sual Doğrudanmı, bu iki əsasa əməl etmək cihad deyil? Bu iki əsasa əməl etmək ərə qayğı deyil? Bu iki əsasa əməl etməklə xanımlar özünün, ərinin, cəmiyyətin iffətini hifz etmirmi? Bu Quranın həmin pak qadınlara etdiyi sitayiş deyilmi? «Əməli-saleh qadınlar itaət edib, Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar».("Nisa" 34) Məgər cəmiyyətin əksər qadınaları bu əsaslara zidd hərəkət etmirmi?! Azdırmı evdə pinti görkəmdə qalıb, bayıra çıxarkən saatlarla güzgü qabağında dayanan qadınlar?! Budurmu ərə qayğı? Bu sayaq rəftar əri evdən soyudub, çöldə günaha salmazmı?! Bu sayaq rəftarlar cəmiyyəti günaha, hisslərin alovlanmasına sürükləmirmi?! |