Ərə qayğı nə zaman cihaddır? Bəli, ərə qayğı asan məsələ deyil və qadın ona heç də asanlıqla nail ola bilməz. Əgər Peyğəmbər (s) buyurursa ki, qadının ərə lazımınca qayğısı cihaddır, kişinin bütün həcc və cihad kimi əməlləri ilə yanaşıdır, demək bu sadə iş deyil. Ləyaqətli işlər kişi üçün necə çətinliklə ələ gəlirsə, qadın üçün də belədir. Əgər qadın böyük cihada-nəfsi susdurmağa nail olmayıbsa, bu mühüm işə də müvəffəq olmayacaqdır. Əslində ər qayğısı qadın üçün elə böüyk cihaddır və bunun yerinə yetirməklə qadın bütün fəzilət məqamlarında kişi ilə çiyin-çiyinə dayanır. Ümid edirik ki, bu kiçik izahat uyğun şərif hədisin mənasını aşkarlayacaq və həzrət Peyğəmbərin (s) qısa bir buyruğunun dərin hikməti aydın olacaq. |