2-Əfv və güzəştə getmək Ailə bünövrəsinin ikinci əsası əfv etmək, güzəştə getməkdir. Cəmiyyətdə daim büdrəmələr, hüquq pozğuntuları olur. Bəziləri buna mübtəladır. İctimai münasibətlərdə büdrəməyən, kiminsə haqqını tapdalamayan adam azdır. Dinin ilk göstərişi başqalarının hüququnu gözləməkdirsə də, insan həyatı büdrəmələrsiz ötüşmür. Səhvlərdən ixtilaf, dava-dalaş yaranmaması üçün əfv etmək, güzəştə getmək əmr olunub. Bu xüsusiyyət insanın böyüklüyünə dəlalət edir. Dini əsərlərdə bu əməl təkid olunur, çünki güzəştə getmək düşmənçiliyi aradan qaldırır. Bu insanın səhvini bağışlamaq düşmənçiliyin dostluğa çevrilməsinə səbəb olur. Mömin insanlar arasında düşmənçiliyi aradan qaldırmaq hünərdir. Əfv və güzəştə getmənin ümdə rolu düşmənçiliyin aradan qaldırılması və onun dostluğa çevrilməsidir. Quran buyurur: «Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmən olan şəxsi sanki bir dost görərsən».("Fussilət" 34) Kiçik cəmiyyət olan ailədə də, güzəştə getmək eyni funksiyanı daşıyır. Müştərək həyatda bəzi büdrəmə baş verir və tərəflər bir-birlərinin hüquqlarını tapdalayırlar. Hansı ki, birinci göstəriş hüquqlara riayət etməkdir. |