Eybi örtmək İslamda mal və can kimi xalqın abır-isməti də möhtərəmdir. Kimsənin xalqın abır-ismətinə toxunmaq hüququ yoxdur. Başqalarının sirrini öyrənmək üçün axtarış, casusluq olmaz. Casusluq haramdır və bu Quran əmridir.(«Hücurat» cild 12.) Əgər biri təsadüfən digərinin sirrindən xəbərdar olmuşsa, onu yaymamalıdır. Sirrin qorunması hər bir müsəlman üçün vəzifədir. |