Tərbiyə üsulu: Uşağın tərbiyə qəbulu Uşaqlıq dövrü insanın formalaşdığı, tərbiyə qəbul etdiyi ən həssas dövrlərdəndir. Uşağın xoşbəxtlik və ya bədbəxtlik vədə edən şəraitdə doğulmasına baxmayaraq, onun tərbiyə qəbulunda həssaslığı hər şeyi dəyişə bilər. Uşaq xoşbəxtlik vəd edən şəraitdə doğulub, tərbiyə üsulunun pozulması ucbatından yolunu aza da bilər. Hər şey əksinə də ola bilər – şərait bədbəxtlik vəd edər, tərbiyə xoşbəxtliyə aparar. «Vəsail»də uşaqlıq dövrü haqqında buyurulur: «Uşaq qəlbi hər toxumu qəbul edən torpaq kimidir». Təkid olunur ki, insanın tərbiyəsinə uşaqlıq dövründə əhəmiyyət verilməlidir. Əgər boş qəlb sahibi olub, ona toxum səpsən, sahibi də sənsən. Yubansan başqaları onu öz ixtiyarına alacaq. Uyğun bir misal: Ölü torpağın sahibi onu dirildəndir. İmam Sadiq (ə) buyurmuşdur ki, azğın güruhlar sizin uşaqlarınızı və cavanlarınızı ələ keçirməmiş özünüz onlara sahib olub, ilahi maariflərlə tanış edin.(«Vəsail» cild 15.) Digər bir rəvayətdə isə buyurulur ki, uşaqları, gəncləri ələ alın, onlar xeyr və səadətə yaxındırlar və tərbiyəni asan qəbul edirlər. Əgər bu dövrdə düzgünlük və ya azğınlıq şəraiti yaranarsa, onu aradan qaldırmaq çox çətindir. Çünki rəvayətlərdə xəbərdarlıq olunub ki, uşaqlıq dövründəki bir təhrikedici səhnə həmişəlik qalacaq.(«Vəsail» cild 14.) Ər-arvadın yaxınlıq etdiyi otaqda uşaq oyaqdırsa və ya onları görürsə, nəfəslərini eşidirsə, o uşaq heç zaman doğru yolda olmayacaq. Tərbiyə məsələlərində səhlənkarlıq, hətta bir əsasa əməl etmək qarşısıalınmaz nəticələrə gətirir. İslam tərbiyəyə o qədər əhəmiyyət verir ki, hətta uşağın hüzurunda təhrikedici səhnəni də qadağan edir. Uşağın asan tərbiyə götürdüyünü nəzərə almaqla tərbiyə üsuluna diqqət edilməlidir. Bu işdə səhlənkarlıq rəva deyil. Bu böyük ilahi bir məsuliyyətdir. Heç bir iş Allah yardımı olmadan həyata keçmir və bu işdə də Ondan lazımınca yardım diləmək lazımdır. İmam Səccad (ə) bu işdə Allahdan yardım istəyərək ərz edir: «Xudaya, bizə övlad tərbiyəsində onlara ədəbdə və yaxşılıqda yardım et».(«Səhifeyi səccadiyye».) Allah-təala inkişafın müxtəlif mərhələsində pillə-pillə bizə yollar göstərir. Ümid var ki, Onun köməyi ilə bu üsulu öyrənib, tətbiq etməyə müvəffəq olaq. İndi uşağın müxtəlif inkişaf mərhələləri üçün tərbiyə üsullarının bəzilərini bəyan etdirik. |