İnsan və təbii ehtiyaclar İnsan bütün təbii istəklərdə – yemək, içmək, yatmaq, cinsi ehtiyacın təminində heyvanlarla müştərək olsa da, din insanın bütün bu istəklərinə ilahi rəng verir. Bütün hallarda insanın diqqətini Allaha yönəldir ki, insan heç vaxt öz Allahından qəflətdə olmasın. Məsələn, göstəriş verilir ki, yeməyə Allahın adı ilə başlanılsın və Onun adı ilə yemək tamamlansın.(«Vəsail» cild 16.) Yatmaq barədə buyurulur ki, ilahi bir insan dəstəmaz alıb, üzü qibləyə yatmalı və «Ayətəl-kürsü», «Ayeyi-şəhidəllah», «Tövhid» və «Kafirun» surələrini oxumalı, Zəhra təsbihatını zirk etməli, tövbə etməli, Peyğəmbər (s) və Əhli-beytə salavat göndərməlidir. Qısası, öz nəfsini yuxu halında ruhları çıxaran Allaha tapşırmalıdır. «Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canını isə yuxuda alar».(«Zumər» 42.) Oyandıqdan sonra isə təşəkkür və həmdlə yanaşı dualar oxunmalıdır. Bütün şəraitlərdə, hətta təmizlik zamanı (çölə gedəndə) Allah xatırlanmalı, dildə Onun adı zikr edilməlidir.(«Bəhar» cild 1.) |