Danışıqda, rəftarda uyğunluq Uşağın qəlbi və ruhu güzgü kimi əks götürür. Nəinki söhbətdən nümunə götürür, hətta ətrafındakıların rəftar və əməlləri də onda təsir qoyur. Buna görə də istər ata-ana, istərsə də tərbiyəçi layiqli övlad tərbiyə etmək istəyirsə, onun təqvaya, paklığa çağırmaq arzusundadırsa, əvvəlcə özü təqvalı, pak olub, əməllərinə nəzarət etməlidir. Belə ki, onda kiçik də olmuş olsa, nöqsan müşahidə edilməməlidir. Çünki uşaq ata-anada nöqsan, yalan, etibarsızlıq, vədə xilaflıq görəndə özü də əxlaqa zidd addımlar atır. Bundan sonra saatlarla nəsihətin heç bir təsiri olmur. Bu səbəbdən də övladını fəzilətə çağıran valideyn özü fəzilət nümunəsi olmalıdır. Dedikləri ilə əməlləri arasında uyğunluq hökm sürməlidir. Güc çatmayan şeyə uşağa vədə verməmək, vədə verdikdə onu yerinə yetirmək lazımdır. Peyğəmbər (s) buyurur: «Övladlarınızı sevin, onlarla mehriban davranın, onlara vədə verəndə yerinə yetirin. Onlar sizi özlərinə qəyyum bilmirlər, sizə göz dikmişlər».(«Vəsail» cild 15.) |