Danışıq və rəftarda ədalət Hər bir insanın, xüsusilə uşaqların fitrəti meyarları tapdayan nahaq ayrıseçkilikdən narazıdır. Fəzilət və kəramət istəyən hər bir adam danışıq və rəftarlarındakı ədalətsizliklərdən əzab çəkir. Uşaq lətif ruha malik olduğundan ədalətsizlik onu daha çox incidir. Xüsusilə ata-ana və ya tərbiyəçinin ədalətsizliyi uşağın sınmasına, təhqirinə, istedadlarının ölməsinə gətiriö çıxarır. Buna görə də uşaqlar arasında ədalətə riayət olunması düzgün tərbiyəvi və dini üsullardandır. Ata-ana geyim, yemək, oyuncaqla təminatda, hətta baxmaqda, öpməkdə belə övladlar arasında fərq qoymamalıdırlar. Müəllim və ya tərbiyəçi də uşaqlara məsuldur. O da öz rəftarında meyarları gözləməli, elmdən kənar bir şeyə görə uşaqları fərqləndirməməlidir. Bundan əlavə uşaq nümunə götürəndir. O, müəllimin yaxşı xüsusiyyətləri ilə birgə pis xüsusiyyətlərini də ölçü götürür. Uşaq valideynlərindən və ya müəllimlərindən ədalətsizlik görəndə özü də ədalətə, meyarlara etinasız olur. İmam Sadiqdən (ə) nəql olunub ki, övladlarınıza yaxşılıq edərkən ədalətə riayət edin. Necə ki, öz aranızda ədalətin bərqərar olmasını istəyirsiniz.(«Bəhar» cild 101.) Nəql olunur ki, bir şəxs övladlarını öpərkən fərq qoydu. Həzrət Peyğəmbər (s) etiraz etdi ki, nə üçün fərq qoyursan!(«Vəsail» cild 15.) |