Uşağı azad buraxmaq Uşağa nəzarət etmək, onu nöqsanlı işlərdən çəkindirmək ata və ananın vəzifələrindəndir. Amma bu nəzarətdə ifrata varıb, uşağın oyunlarına məhdudiyyət qoymaq olmaz. Uşaq azad buraxılmalıdır ki, öz meyli istədiyi zaman oyuncaqlarla və ya uşaqlarla oynasın. Yəni hansı oyunu seçmək onun öz ixtiyarında olmalıdır. Bu azadlıq onun istedadını inkişaf etdirər, şəxsiyyətini ucaldar. Uşaqlarda oyuna böyük meyl var və onları azad buraxarkən razı qalırlar. Dini göstərişlərdən biri də uşağı yeddi yaşınadək azad buraxmaqdır. İmam Sadiq (ə) buyurur ki, övladlarınızı yeddi yaşınadək azad buraxın, oynasınlar.("Vəsail" c.15) |