Uşaq və axtarışlar İnsan daim axtarışda olan bir varlıqdır. O, daim səy göstərir ki, cəhalətdən qurtulub, öz məlumatlarını artırsın. İnsan, xüsusi ilə də uşaq cəhalətdən əzab çəkir. Ona görə də həqiqətlərlə tanış olmaqdan ötrü ata-anasına, müəllimlərə və ətrafdakılara suallar verir. Çünki o öz istedadını, hünərini nümayiş etdirmək arzusundadır. Uşağın ətrafındakılar onun suallarına cavab verməli, istedadlarının inkişafı üçün şərait yaratmalıdırlar. Onun suallarından yorulub, danlamaq olmaz. Əksinə, səy göstərib səbr və dözümlə uşağa sadə bir dildə, məntiqi cavablar vermək lazımdır. Yayınmaqdan, səhv cavablardan ehtiyatlı olmaq lazımdır. Əgər cavab tapılmırsa, bu etiraf olunmalıdır. Yalnış cavablar uşağın zehnini korlaya bilər. Onların istedad və bacarığını inkişaf etdirmək üçün onlara özünü nümayiş etdirməyə şərait yaradılmalıdır. Ata və anaya, tərbiyəçilərə vacibdir ki, müsabiqələrlə, rəqabət yolu ilə uşaqları həvəsləndirsinlər. Sağlamlıq üçün idman növləri faydalıdır. Əl işləri istedadı artırır. Üzgüçlük, at çapmaq, atıcılıq, müsabiqələr istedadı üzə çıxarıb, fiziki və mənəvi sağlamlığı təmin edir. Ona görə də valideynlər bu məsələlərə etinasız yanaşmamalıdırlar. Öz qüvvələri daxilində övladlarının bacarığının artmasına səy göstərməlidirlər. Dini əsərlərdə sağlamlıq üçün faydalı, eləcə də, insana nicat verən üzgüçülüyün təliminə lazımi diqqət yetirilib. Övladlarınıza müdafiə vasitəsi olan atıcılığı öyrədin. Həzrət Peyğəmbər (s) buyurur ki, övladlarınıza üzgüçülük və atıcılıq öyrədin.("Vəsail" c.15) Əlbəttə ki, elə bu iki növlə kifayətlənmək olmaz. Hər dövrün özünə uyğun idman növləri vardır. Amma yuxarıda zikr olunmuş həmin iki növ bütün dövrlər üçün aktualdır. Demək, dini tərbiyə üsullarından biri istəklərə diqqət, suallara cavab verilməsi və istedadların ikişafı üçün şərait yaradılmasıdır. Cəmiyyət, xüsusilə də ata və ana bu məsuliyyətlərini unutmamalıdırlar. |