Ötən ənənələri gənclərə qəbul etdirməmək Bütün hadisələr kimi cəmiyyət də daim dəyişikliklərə məruzdur. Adət-ənənələr, münasibətlər, mədəniyyətlər, sənət, texnika daim hərəkətdədirlər. Bu dəyişiklər sürətlə həyata keçir. Təqribən otuz ildən bir nəsil dəyişiklikləri ilə yanaşı adət-ənənələr, ictimai münasibətlər də sürətlə dəyişir. Növbəti nəsildən əvvəlki nəslin mədəniyyətini gözləmək olmaz və bu mədəniyyət yeni nəslə zorla qəbul etdirilməməlidir. Ona görə də ata-ana övladlarından öz uşaqlıq dövrələrinin adət-ənənəsini gözləməməlidir. Çünki artıq bir nəsil dəyişilmiş və yeni mühit yaranmışdır. Gözləmək olmaz ki, övladlar valideynlər kimi geyinsin, onlar kimi bəzənsin, onlarla eyni ictimai münsibətdə olsunlar. Hər kəsin öz səliqəsi vardır. Valideynlər və tərbiyəçilər diqqətli olmalıdırlar ki, keçmişin mədəniyyətini gənclərə zorla qəbul etdirmək olmaz. Bu məsələdə sübuta ehtiyac olmasa da, Əlidən (ə) bir rəvayətə müraciət edirik: «Ataların adət-ənənəsini övladlara qəbul etdirməyin. Çünki onlar sizinkindən fərqli bir dövr üçün yaradılmışdır. |