Müqayisə Tarixin təfsir etdiyi «dünənki» və bizim şahid olduğumuz «bu günkü» cəmiyyət insanı hörmətdən salmış, həya pərdəsini yırtmış, zahirən insani həyat, əslində isə heyvani bir həyat olmuşdur. Dünənin abırsızlığı o yerə gedib çatmışdır ki, Allahdan xəbərsiz insan çılpaq şəkildə bayıra çıxır, hətta bu şəkildə Allah evinin təvafına gedirdi! Bu günsə mədəni adlanan bir cəmiyyətdə həmin cahil mədəniyyət qiyafəsini dəyişərək üzə çıxmış, bəşəriyyətin əxlaq və hissiyatı məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Bu gün elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində bütün cəmiyyətlər rabitə və mədəniyyət nöqteyi-nəzərindən bir ailə formasını almışdır. Allahdan, vəhydən xəbərsiz əxlaqsızlıq mədəniyyəti ciddi bir təhlükə olmuşdur. İlahi dəyərlər unudulmuş, onların yerini azğınlıq tutmuşdur. Pozğun qərb mədəniyyəti nəzərincə hansı qəzet və jurnal əxlaqsızlığa daha çox yer verirsə, o qəzet, o jurnal ən böyük tirajla çap olunmalıdır. Hansı televiziya şəbəkəsi əxlaqsızlığı daha aşkar nümayiş etdirirsə, ətrafına daha çox tamaşaçı toplayacaq. Bu gün peyk antenələri bir qüvvələrin ixtiyarındadır ki, insani dəyərləri nəzərə almadan ən qısa zamanda istədikləri filmi, səhnəni bütün cəmiyyətlərə nümayiş etdirirlər. Təhrikedici səhnələr əxlaqa zidd məsələni açıq-aşkar təlim edir. Bu həyasızlıq bir həddə çatıb ki, Allahın and içdiyi qələm bunları yazmağa xəcalət çəkir. Siz əziz oxucular bu «mədəniyyəti» Quran və Əhli-beyt mədəniyyəti ilə müqayisə edin. Bir mədəniyyət ki, uşağın hüzurunda qızışdırıcı səhnələrə, əxlaqa zidd hərəkətlərə yol verilir, bu mədəniyyəti müqayisə edin. Qoy, islamla bu günkü mədəniyyətin fərqi aydınlaşsın. Əslində onlar müqayisə ediləsi deyil. Hər halda bu məqsədlə mübarək «Nur» surəsindən qısaca zikr edək: «Ey iman gətirənlər, göstəriş verin ki, qulam və kənizləriniz, eləcə də yetkinlik yaşına çatmış övladlarınız gündə üç dəfə otağınıza daxil olmaq istəyəndə icazə alsınlar – biri sübh namazından əvvəl, ikincisi günorta, üçüncüsü şam namazından sonra. Çünki bu üç vaxt sizin istirahət vaxtınızdır və yataq paltarında olursunuz». |