Evdə geyim Bütün hallarda ata və ana yataq paltarı ilə övladlarına görünməməlidirlər. Qeyri-münasib geyimdə övladların hüzuruna çıxmaqdan ata da, ana da çəkinməlidirlər. Onların hüzurunda ən kiçik qızışdırıcı səhnəyə də icazə verilmir. İmam Sadiq (ə) buyurur: «Bu üç vaxt sizin istirahət vaxtınız olduğundan icazə alınmalıdır».(«Vəsail» cild 14.) Qurani-kərim tərbiyə üsuluna o qədər əhəmiyyət verir ki, Quran ağuşunda böyüyən uşaqlar mənəviyyatca sağlam tərbiyə olunurlar. Quran psixoloji sağlamlığa diqqət olunmasını vacib bildirir. Növbəti ayədə yetkin cavanlar haqqında buyurulur: «Onlar da sair yetkinlik yaşındakılar kimi daxil olanda icazə almalıdırlar».(Nisa-59) Qurani-kərimin ciddi əhəmiyyət verdiyi bu mühüm tərbiyə qaydası Quran bilicisi Əhli-beyt tərəfindən daha ətraflı şərh olunmuşdur. Onların bəzilərini qeyd edirik. |