Uşaq və təhrikedici səhnələr İslamın ciddi göstərişlərindən, tərbiyə üsullarından biri budur ki, uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidirlər. Bu hərəkət uşağın talehini təhlükəyə salır. Olsun ki, bu əməl uşağı çaşqınlığa salar və heç zaman zehnindən silinməz. Diqqət edin: İmam Sadiqdən (ə) nəql olunur: «Heç kəsin haqqı yoxdur ki, uşaq olan otaqda yaxınlıq etsin. Çünki bu əməl uşağı azdırıb, günah və zinaya səbəb olar».("Vəsail" c.14) Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: «Bir şəxs uşağın oyaq olduğu otaqda yoldaşı ilə yaxınlıq etsə, uşaq onları görüb, nəfəslərini eşitsə, heç zaman doğru yol tutmaz. İstər bu uşaq oğlan olsun, istərsə də qız fərqi yoxdur».("Vəsail" c.14) Bu barədə rəvayət çox olsa da, onlardan yalnız ikisi ilə kifayətlənirik. Çünki bu tərbiyə üsulunun əhəmiyyəti həmin iki rəvayətdən yaxşıca anlanılır. Ən əsası budur ki, cəmiyyət bu dəyərli üsula bağlanıb, ona riayət etsin. |