Növcəvanın yatağı Bu mövzuda digər əhəmiyytli bir məsələ cavan şəxsin yatması və oyanmasına diqqət etməkdir. Hətta həddi-büluğa (yetkinlik) çatmış, cinsi istəklər oyanmamış oğlanların və ya qızların çarpayısını ayırmaq göstərişi verilmişdir. On yaşından etibarən yataqlar ayrılmalıdır. Həzrət Peyğəmbərdən (s) belə nəql olunub: «Oğlanların, oğlan və qızın, eləcə də qızların yatağı on yaşından ayrılmalıdır».(Vəsail» cild 15). İmam Sadiqdən (ə) digər bir rəvayətdə nəql olunub: «On yaşından etibarən uşaqların yatağı ayrılmalı, onlar bir yerdə yatmamalıdırlar».(Vəsail» cild 15.) Bu qayda böyüklərə də aiddir. Ata altı yaşından yuxarı qızı ilə bir çarpayıda yata bilməz. Ana isə on yaşdan yuxarı oğlu ilə birgə yatmamalıdır. İmam Sadiqdən (ə) altı yaşlı qız barədə soruşulanda buyurub: «O kişi çarpayısında yatmamalı, kişi onu öpməməlidir».(«Bəhar» cild 101) Yenə də həzrət (ə) buyurub ki, on yaşından etibarən oğlanlar və qadınlar ayrı olmalıdır.(«Vəsail» cild 15.) |