Deyilənlərin xülasəsi Bu hissədə deyilənlər: Həyat yoldaşı seçiləndə meyarlar, evlənmədən məqsəd, ailə əxlaqı, ailə bünövrəsi, ər-arvad münasibətləri, doğulanadək və anadan olandan sonrakı tərbiyə üsulu. Bu hissədə evlənənin, ailə əxlaqının, tərbiyə üsulunun, əhəmiyyəti barəsində imkan qədərində danışıldı. Sevimli oxucular islam dininin ailə və övlad tərbiyəsinə nə qədər əhəmiyyət verdiyinə şahid oldular. Övlad tərbiyəsinə necə başlamağı öyrəndilər. Dini və əxlaqi məsələlərin necə pillə-pillə öyrədilməsi valideyn və tərbiyəçilərin nəzərinə çatdırıldı. Bu hissədə sizə aydın oldu ki, islam uşaqların paklığına, psixoloji sağlamlığına nə qədər diqqət yetirir, hansı proqramları təqdim edir və necə təkid edir. |