Axtarış İslam haqqında bu sayaq düşüncə tərzinin, ittihamların kökünü iki amildə axtarmaq olar. Birincisi, ideoloji məktəbi yaxından tanımadan həmin məktəbi onun ardıcılı olan ayrı-ayrı şəxslərin əqidəsinə görə qiymətləndirmək. Bir şəxsin əqidəsini ölçü götürmək ümumi məktəbə qarşı pis fikirlər və ittihamlar yaradır. Ona görə də bir dini, məzhəbi tanımaq üçün həmin məktəbin dünya görüşü və ideoloji əsaslarını tədiqiq etmək lazımdır. Dindara baxıb dini qiymətləndirmək səhv bir addımdır. Çünki bəzi ardıcıllıq iddiasında olan şəxslər yalnız dildə, şüar səviyyəsində uyğun məktəbə bağlıdırlar. Bu addımların iddiaları əməlləri ilə uyğun gəlmir. Bəziləri də onlara baxıb məntiqsiz qərara gəlir, bütöv bir məktəb haqqında səhv fikir yürüdürlər. Müxtəlif dini cəmiyyətlərə nəzər salmaqla bu həqiqət hamı üçün aydınlaşır. |