İslam və müsəlmanların rəftarı İslamı da tanımaqda müsəlmanların, müxtəlif məzhəb nümayəndələrinin etiqad və rəftarı meyar götürülməmişdir. Qurani-kərim ilahi maarif və hökmlərin əsil mənbəsi kimi hər cür təhrifdən uzaqdır. Ona görə də müsəlman firqələr bir-birinə yaxındır, eyni zamanda müəyyən nöqtələrdə eynidir. Amma Qurani-kərim təhriflərdən uzaq olsa da, onun təfsirlərində müxtəliflik vardır. Həmin bu müxtəliflik səbəbindən firqələr yaranmışdır. Elə buna görə də hər hansı bir firqənin etiqad və rəftarı ölçü ola bilməz. İslamı tanımaqda əsil mənbə Quran və Əhli-beytdir. İslami maariflə tanış olmaq üçün məhz bu iki çeşmədən faydalanmaq lazımdır. |