Fatimə (s) və müsəlman qadın Ötənlərə nəzər saldıqda ictimai-siyasi proseslərdə qadının iştirakına Zəhra (s) baxışı, münasibəti aydın olur. Hər bir qadın Fatimədən (s) nümunə götürməklə həqiqət və islamın müdafiəsində durmalıdır. İslam dini bu iştirakı nəinki qadağan etmir, hətta çox zaman ilahi vəzifə hesab edib, vacib buyurur. Əgər Fatimə (s) buyurmuşdursa müsəlman qadınının xüsusiyyəti budur ki, bir naməhrəm kişinin, eləcə də bir naməhrəm kişi onu görməsin, bu o demək deyil ki, müsəlman qadın bir guşədə oturub tərpənməməlidir. Burada məqsəd qadının öz ictimai fəaliyyətlərində islami qaydalara əməl etməsidir. Qadın elə ötrünməlidir ki, naməhrəm kişilərin baxışına səbəb olmasın və özü də naməhrəmə haram nəzər salmasın. Başqa bir izaha görə qadınların işlərinə qadın rəhbərlik etməlidir ki, kişi ilə təmasa ehtiyac qalmasın. İslami cəmiyyətdə qadınlara məxsus elm və təhsil, tibb, əczaçılıq və s. sahələrdə bütün qulluqçular, müəllimlər, həkimlər, mütəxəssislər qadın olmalıdırlar ki, mənfi hallar, qadın və kişi işləri və iqtisadi məsələlərdən kənarlaşdırılması nəzərdə tutulmur. Əgər bir qadın kişi həkimə möhtac olmuşsa, heç bir ayə, rəvayət demir ki, bu xəstə ölməlidir və ya naməhrəmə müraciət etməlidir! Fatimə (s) görüşlərinə görə qadın heç zaman tərkidünya olub, evdə oturmamalıdır. Necə ola bilər ki, bütün müsəlmanlar üçün nümunə olan Fatimə özü ictimai-siyasi səhnələrdə iştirak etsin, amma başqa qadınlara bu fəaliyyətləri qadağan etsin? Fatimənin (s) söylədiyi «naməhrəm görməsin» sözləri tərkidünyalıq mənasında olsaydı, ayə və rəvayətlərlə, o xanımın öz həyat yolu ilə uyğun gəlməzdi. |