İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:36 AM
    İslamda ailə 2
    ON BEŞİNCİ FƏSİL
    AİLƏDƏ FƏZİLƏT CİLVƏLƏRİ
    İXLASLI NİYYƏT
    Peyğəmbər (s) dahiyanə bir kəlamında buyurur: «Allah-təala yalnız Ona görə qohumluq əlaqələrini qorumaq üçün ailə quran şəxsi mələklərin tacı ilə bəzəyəcək».
    İzdivacın bir çox müsbət nəticələri vardır: Kişi ilə qadının bir-biri ilə ünsiyyəti, yalqızlıqdan xilas olmaq, ruzinin artması, dinin yarısının qorunması, Haqqın rizasının cəlb olunması, cinsi ləzzət, övlad sahibi olmaq, arxa, dayaq tapmaq və s. Əgər insan ailə qurarkən öz niyyətini yalnız Allaha tərəf yönəldərsə, bütün bu xeyirli nəticələrdən əlavə, böyük bir ibadət etmiş olacaq və onun dəyəri mələklərin dəyəri səviyyəsinə yüksələcək. Belə olan təqdirdə, nə üçün bütün dəyərləri üstələyən daha dəyərli bir iş görməyək?!
    Bunun üçün ailənin təməlini ixlas üzərində qurmaq lazımdır. Kişi və qadınlarımız bu məsələyə diqqət yetirərək, öz həyatlarının zahir və batinlərini Haqqın rəhmətinə qovuşdurmalıdırlar. Bununla da, Tanrı onların bütün əməllərini qəbul edər.
    Əli (ə) buyurur: «İnsanın əməllərinin heç biri qəbul olunmuş əməl qədər dəyərli deyil».
    İXLASIN SON HƏDDİ
    Bu mövzuda həzrət Musa (ə) haqqında maraqlı bir hadisəyə nəzər salaq: Həzrət Musa (ə) Şüeybin qoyunlarına su verərkən çəkdiyi əziyyətdən sonra onun dəvəti ilə evinə daxil oldu. Şam süfrəsi açıldı. Şüeyb buyurdu: «Ey gənc! Əyləş, yemək ye». Musa «Allaha pənah aparıram»-deyə cavab verdi. Şüeyb dedi: «Nə üçün? Ac deyilsənmi?» Musa: «Acam, lakin bu yeməyin zəhmətinin qarşılığı olacağından qorxuram. Biz axirət üçün görülən işi qızıl dolu tarla ilə də dəyişmirik». Şüeyb dedi: «And olsun Allaha, mənim elə bir məqsədim yoxdur. Mənim və ata-babamın adəti qonağa qulluq göstərməkdir». Bu söhbətdən sonra həzrət Musa (ə) süfrə kənarında əyləşib, yemək yeməyə başladı. (Bihar, 13-cü cild, səh-21.)
    Olduqca maraqlıdır, Musa (ə) uzun müddət idi ki, Misirdən çıxmışdı. Bu müddət ərzində yaxşı yeməmişdi. Yalnız şirin çöl bitkiləri ilə qidalanmışdı. Şüeybin evinə daxil olduqda isə, lazımi yeməklər düzülmüş süfrə ilə qarşılaşdı. Çox ac olmasına baxmayaraq, yalnız Allaha görə gördüyü işin əlindən çıxacağından qorxaraq, süfrəyə əl uzatmadı. Amma Şüeybin Allaha görə öz qonağına xidmət etmək istədiyinə arxayın olduqda, süfrə başına keçdi.
    Şüeybin ixlası gələcəyin ülul-əzm peyğəmbərinin onun üçün səkkiz il çobanlıq etməsinə, Musanın ixlası isə Şüeyb peyğəmbərin onun qayınatası olmasına səbəb oldu.
    TƏƏCCÜB DOĞURAN İXLAS
    İxlaslı və Əhli-beyt aşiqi olan, uzun müddət ünsiyyətdə olduğum, əxlaqından dərs aldığım alimlərdən biri nəql edirdi: «İlahiyyat elmləri sahəsində təhsil almaq üçün Qum şəhərinə daxil oldum. O zaman Qum hövzəsinin rəisi Ayətullah hacı şeyx Əbdülkərim Hairi idi.
    Bir müddət keçdikdən sonra məni bir Əhli-beyt müsibətləri zikr edən şəxs kimi ona tanıtdırdılar. Məndən müəyyən zamanlarda Əhli-beyt müsibəti oxumağımı istədi. Yavaş-yavaş tanınmağa başladım. Həzrət Hüseyni (ə) yad edənlər arasında olduğum üçün fəxr edirdim. Cümə axşamlarından birində şəhərin aşağı tərəfində yaşayan alimlərdən birinin evinə dəvət olundum. Orada məndən minbərə çıxıb nitq söyləməyimi istədilər. «Nəhcül-bəlağə»dən bir neçə cümlə oxuyaraq, bir neçə dəqiqə ölüm haqqında danışdım. Ev yiyəsi məclisin sonuna qədər ağladı. Məni növbəti cümə axşamına da dəvət etdilər. Növbəti cümə axşamı oraya getdikdə ötən həftəkindən bir az sadə, aşağı səviyyədə danışmağımı xahiş etdilər. «Keçən həftə danışdığın sözlər nə vaxt onun (ev yiyəsinin) yadına düşürsə, ağlayır»-deyə bildirdilər. Sonra isə onun ixlası haqqında heyranedici bir hadisə danışdılar:
    Ailə qurmamışdı, subay yaşayırdı. Bizim təkidimizin heç bir faydası yox idi. Bir müddətdən sonra bu təklifi qəbul etdi. Ərə getməmiş gənc bir qız təklif olundu. Qızı gördükdə mənfi cavab verdi. Bir müddət sonra qara üzlü, çirkin, üç uşaqlı bir dul qadınla ailə qurduğunu eşitdik. Heyrət bizi bürüdü. Bunun səbəbini soruşduqda dedi: «İlk bakirə qızı görüb bəyəndim. Nə qədər çalışdımsa, bu evlənmək niyyətimi yalnız Allaha tərəf yönəldə bilmədim. Ondan əl çəkdim. Əri vəfat etmiş, qazanc gətirəni olmayan bu qadını gördüm. Üç uşağı yetim qalmışdı, heç bir şəxs onunla ailə qurmağa hazır deyildi. Bu an niyyətimi xalisləşdirmək üçün böyük bir fürsət yarandığını gördüm. Yalnız Allaha görə ailə qurdum. Bunun həqiqi qarşılığını qiyamətdə alacağam».
    Əli (ə) ixlas haqqında buyurur: «Xoş o şəxsin halına ki, əməli, elmi, məhəbbəti, kini, alıb-almamağı, danışığı, sükutu, davranışı və sözü yalnız Allaha görədir».(Mizanül-hikmə, 3-cü cild, səh. 56-58) «İxlas ən gözəl aqibətdir»;(Həmən mənbə.) «Nicat ixlasdadır»;(Həmən mənbə.) «İxlas ibadətin (qəbul olunma) meyarıdır»;(Həmən mənbə.) Həzrət Rəsulullah buyurur: «Xoş ixlaslı şəxslərin halına! Onlar hidayət nurudurlar. Hər bir fitnə və zülmət onlardan uzaqdır».(Həmən mənbə, səh. 59-62.)
    İmam Əskəri (ə) ixlasın yüksək dəyəri haqqında buyurur: «Əgər bütün dünyanı bir loğma halında ixlasla Allaha ibadət edən şəxsə yedizdirsəm, haqqını ödəmədiyimi düşünərəm».(Həmən mənbə.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Bütün əməllərinizi ixlasla, yalnız Allaha görə edin. Həqiqətən, Allah yalnız ixlaslı, Ona görə görülmüş işləri qəbul edir».(Həmən mənbə.)
    «Tam ixlas bütün haramlardən çəkinməkdir».(Həmən mənbə, səh-63.)
    Əmirəl-möminin (ə) buyurur: «Allahdan qeyri məqsədi olan şəxs məhv olar».(Həmən mənbə)
    Əgər həva-həvəs hakimiyyəti, şəhvət hegemonluğu olmazsa, hər bir əməldə ixlas gülü daxili gülzarda çiçəklənər və onun xoş ətri həyatı başdan-başa bürüyər.
    Evlənməyin təməlini ixlas üzərində quran kişi və qadın, həyat yolunu bu cığırla gedən ailə çox gözəl bir həyat sürürlər: «De ki, Mənim namazım, ibadətim, həyatım və ölümüm də aləmlərin rəbbi Allah üçündür!» («Ənam» surəsi, ayə 162.).
    Vacib əməllərdə riya əməlin batil olmasına, mubah işlərdə isə dəyərdən düşməsinə səbəb olur.
    TƏQVA VƏ ƏDALƏT
    Qadın və kişi bir-birlərinə qarşı olan islami vəzifələrini yerinə yetirməlidirlər. Bütün bunlar yalnız təqva və ədalət sayəsində mümkündür.
    Təqva pis əməllərdən çəkinmək, bəyənilməz davranışdan uzaq olmaq, ədalət isə bütün məsələlərdə ifratdan, təfritdən çəkinmək deməkdir.
    Qadının kişiyə, yaxud kişinin qadına zülm etməsi, az da olsa belə, pisdir. Kişi qadınla davranışında onun yaradılış xüsusiyyətlərini nəzərə almalıdır. Allah da bir çox məsuliyyətləri qadının öhdəsinə qoyduqda onun bacarığını, qüvvəsini nəzərə almışdır.
    Qadının zəif cəhətləri kişinin gözəl rəftarı ilə örtülməlidir. O, kişi ilə döyüşəcək səviyyədə deyildir ki, ev mübarizə meydanına çevrilsin. Bu mövzuda iki rəvayətə nəzər salaq:
    Əmirəl-möminin (ə) imam Həsənə (ə) yazdığı bir məktubda çox mühüm məsələlərə toxunur. Belə məsələlərdən biri olan qadın yaradılışı haqqında buyurur: «Həqiqətən, qadın güc mənbəyi deyil, bir dəstə xoş ətirli güldür».(Vəsail, 20-ci cild, səh-168.)
    İmam Sadiq (ə) buyurur: «Behişt əhlinin çoxu zəif qadınlar zümrəsidir. Ulu Tanrı onların zəifliyini bildiyi üçün onlara mərhəmət göstərmişdir».
    Buna görə də, kişi Haqqın buyurduqlarına əsasən qadınla son dərəcə yumşaq, mülayim davranmalı, ona qarşı azacıq da olsa, zülmü rəva bilməməlidir.
    Qadın da öz növbəsində bilməlidir ki, əri öz ailəsini rahat yaşatmaq və onların hər bir ehtiyacını ödəmək üçün min bir əziyyətə qatlaşır. Yuxusuzluğa, uzaq səfərlərin narahatlığına dözür. Buna görə də qadın ona xoş üz göstərməli, təbəssümlə, təmkinlə onun əziyyətlərinə şərik çıxmalıdır.
    Bəli, təqva, ədalət, gözəl əxlaq, təşəkkür, səmimiyyət hamısı qadın və kişinin həyatları boyunca malik olduqları fəzilətlər olmalıdır. İnsanlar bu fəzilətlər sayəsində gözəl həyat sürə bilərlər.
    Qadının əri ilə, kişinin də həyat yoldaşı ilə gözəl rəftarı İslamda, şiə rəvayətlərində qeyd olunan ən mühüm məsələlərdəndir. Belə ki, onların mətnindən əlavə, sayı belə adamı təəccübə vadar edir.
    Zülm bir zərrə qədər olsa da, zalımı ağır cəza gözləyir.
    Kişi qadının sahibi deyil, ona görə də hər istədiyini etməyə ixtiyarı yoxdur. Qadın da tam azad deyil, ona görə də hər istədiyini edə bilməz.
    Qadın və kişi üçün İslam tərəfindən təyin olunmuş vəzifələr mövcuddur. Onlar yalnız bu məsuliyyətlər çərçivəsində addımlamalı, onun hüdudlarından kənara çıxmamalıdırlar. Əks təqdirdə, zülm edərək onun acı nəticəsi ilə qarşılaşacaqlar.
    Qadının kişiyə, kişinin də qadına etdiyi zülm haqqında həzrət Peyğəmbərdən (s) bir rəvayət nəql olunmuşdur. Ona diqqət yetirmək yerinə düşərdi: «Hər hansısa bir şəxsin onu incidən arvadı olarsa, onun razılığı olmadan arvadının heç bir əməli qəbul olunmaz. Ərini incidən qadın bilməlidir ki, bu işini davam etdirdiyi halda, cəhənnəmə daxil olan ilk şəxs olacaq. Baxmayaraq ki, gündüzləri oruc tutub, gecələri ibadətlə keçirsin, Allah yolunda qul azad etsin və sədəqə versin».(Həmən mənbə, səh-163.) Sonra həzrət buyurdu: «Belə bir çətinlik arvadını incidən, ona zülm edən kişiyə də aiddir. Həmin kişi gündüzləri oruc tutub, gecələri ibadətlə keçirsə belə, Allah yolunda qul azad edib, bütün var-dövlətini Onun yolunda xərcləsə də cəhənnəmə zalım kimi daxil olan ilk şəxs olacaq».
    Bu xüsusiyyətlərə malik kişi və qadınlar bilməlidirlər ki, Allah-təala Quranda zalımlara qarşı böyük nifrət bəslədiyini bildirir: «Allah zülm edənləri sevməz»(«Ali-İmran» surəsi, ayə 57.).
    Qadın və kişi bilməlidir ki, zülm yalnız cismə verilən işgəncə deyil. Qəzəbli baxış, sərtlik göstərmək, təmkinli olmamaq, təhqir, söyüş – bütün bunların hamısı zülmün bariz nümunəsidir.
    Ərinə zülm edən qadın, arvadına zülm edən kişi həqiqi müsəlman deyil. O, hidayət yolunu azmış bir şəxsdir:«Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar»(«Loğman» surəsi, ayə 11.).
    Həzrət Peyğəmbər (s) buyurur: «Behiştlə bəndə arasında yeddi aşrım mövcuddur. Bu aşırımların ən asanı ölümdür». Ənəs «Ən çətini hansıdır?»-deyə soruşduqda, Rəsulullah buyurdu: «Məzlumlar zalımların yaxasından tutduqları bir vəziyyətdə Allah dərgahında dayanmaq».(Mizanül-hikmə, 5-ci cild, səh-596.)
    Əli (ə) buyurur: «Bəndələrə zülm axirətin ən pis azuqəsidir»; «Zülm yolları azdırır, neməti alır, millətləri həlak edir»;(Həmən mənbə.) «And olsun Allaha, əgər bir qarışqadan arpa qabığını almaq qədərincə günah etmək üçün (zülm etmək üçün) yeddi iqlimi mənə versələr, qəbul etməz və bu zülmü o heyvana rəva bilmərəm. Həzrət Peyğəmbər (s) qarışqanın ağzı, əli və ya ayağı ilə daşıdığı şeyi yeməyi qadağan etmişdir».(Həmən mənbə.)
    Rəsuli-əkrəm (s) buyurmuşdur: «Zülm etməkdən qəti şəkildə çəkinin. Həqiqətən, zülm qiyamət gününün zülmətidir».(Həmən mənbə, səh. 599-600.)
    Bir şəxs Peyğəmbərə (s) dedi: «Mən qiyamət günü işıqlı, nurlu (bir yerdə) olmaq istəyirəm». Həzrət (s) buyurdu: «Heç bir kəsə zülm etmə və qiyamətdə işıqlı, nurlu (bir yerdə) ol».
    İmam Sadiq (ə) buyurur: «Hər bir zülm küfrdür. Günahsız xidmətçini döymək də bu küfrdəndir.»(Həmən mənbə.)
    FƏZİLƏTLİ SİMALAR
    Mömin kişi və qadınların bəzi xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlərin nəticələri onların həyatında öz əksini tapır: həyatı şirinləşdirir, pak və axirətin abadlaşmasına səbəb olan bir nəsil meydana gəlir.
    «Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvə və hikmət sahibidir»(«Tövbə» surəsi, ayə 71.).
    Mənə belə gəlir ki, Quran ayələri baxımından iman əhlinin batin və zahirini tanımaq üçün bu bir ayə kifayətdir.
    Belə qadın və kişilər müştərək həyata qədəm qoyduqda onların ailəsi səmimiyyət, bərəkət, sədaqət və nur dolu bir həyat sürəcək. Bu kişi və qadının sürdükləri həyat ideal, pak, axirətləri isə abaddır.
    Mərhum Məclisi yazır: «Bəzi kişilər var ki, onlar işləməyə getdikdə arvad-uşaqları deyər: «Haram qazancdan qəti şəkildə çəkinin. Biz aclığa, çətinliyə dözərik, lakin qiyamət əzabına dözə bilmərik».
    Doğrusu, bundan fəzilətli nə ola bilər?! Özünü qiyamət əzabından qorumaq üçün problemlərə, çətinliklərə dözmək!
    Mən özüm çox böyük şəxsiyyətlər görmüşəm ki, öz ailələrinə iqtisadi vəziyyətlərindən artıq tələblər irəli sürməyi qadağan edərək, işlər yoluna düşdükdə onların istənilən ehtiyacını ödəyəcəyini vəd edib. Ailələri də ona təslim olaraq, ailə başçısını ruhi sıxıntıya salmaqdan çəkinib, bunun nəticəsində də olduqca səmimi bir həyat sürüblər.
    Xədiceyi-Kübra öz ərinin çətin, sıxıntılı vaxtlarında onun qəm-qüssəsinə şərik çıxan qadınlardan idi. O, həzrət Peyğəmbərlə (s) elə bir həyat sürmüşdü ki, vəfatından sonra həzrət Peyğəmbərin (s) yadına düşdükdə, onun üçün Allahdan bağışlanmaq diləyir və göz yaşı tökürdü.
    O, ailə qurduqları ilk anlarda öz dövrünün bənzərsiz var-dövlətini həzrət Peyğəmbərin (s) qədəmlərinə qurban verdi. Rəsulullah da bu var-dövləti tədricən ehtiyacı olanların problemlərinin həlli və Haqq dininin inkişafı yolunda xərclədi. Belə ki, həmin var-dövlətdən heç bir şey qalmadı. Xədicə ömrünün sonlarında öz həyat yoldaşı ilə birlikdə kiçik bir evdə, olduqca yoxsul vəziyyətdə yaşayırdı. Onun çətin günlərdə, ömrünün sonlarını yaşayarkən göz yaşları axıdaraq həyat yoldaşına dediyi yeganə söz «Allah məndən razıdırmı?» sözüdür. Bu an vəhy mələyi nazil olaraq ərz etdi: «Ey İslam Peyğəmbəri! Allah buyurdu ki, mənim salamımı Xədicəyə çatdır və Mənim ondan razı olduğumu elan et!» Xədicə çox sevindi və Peyğəmbərə (s) dedi: «İndi ölüm və həyat – hər ikisi mənim üçün şirindir».
    Dörd yaşlı Fatimə (s) anasının yerini boş gördükdə, «anam hardadır»-deyə atasından soruşdu. Həzrət buyurdu: «Mələkut əhli ilə birgədir».
    Bəli, imanını əməlində, əxlaqında göstərən mömin qadın Allahın razılığını qazanmış bir qadındır.
    İBRƏTAMİZ BİR HADİSƏ
    Anamın ata-anası yetmiş ilə yaxın bir yerdə, olduqca səmimi bir həyat sürdülər. Vacib və müstəhəb əməlləri böyük eşqlə yerinə yetirərdilər. Gecə namazını, Quran oxumağı, imamların ziyarətini, məzhəbi məclislərin keçirilməsini, qonaqpərvərliyi, camaatın problemlərini həll etməyi, qohumlara baş çəkməyi və camaat namazını ömürlərinin sonuna qədər unutmadılar. Atamın ata-anası da eynilə bu şəkildə əlli ildən çox ömür sürdülər.
    Məhərrəm ayının əvvəllərində, əzadarlıq günlərində anamın anası dünyasını dəyişdi. Lakin anamın atası olduqca sağlam idi. Anamın anasını dəfn etdikdən sonra qohumlar məclis üçün elan yazıb vurmaq istəyirdilər. Babam onlara dedi: «Səbir edin, sabah axşam xiftən namazından sonra mən də dünyadan köçəcəyəm, hər ikimiz üçün bir məclis keçirərsiniz».
    Hamı narahat oldu. Babam onlara ürək-dirək verdi. Buna heç kim inana bilmirdi, amma sabah gecə namazının salamından sonra Allah-təalayla raz-niyaz edərək dedi: «Ey Rəbbim! Ehtiyacı olanların dadına çatacağına vəd vermisən. İndi mən qiyamət yolçusuyam, ehtiyacım var, dadıma yet». Sonra kəlimeyi-təyyibəni deyərək, səccadənin yanında dünyadan köçdü.
    Hər ikisini bir qəbirdə dəfn etdilər. Bir gecə onu yuxuda gördüm. Harada olduğunu soruşdum. Cavab verdi: «Mən və həyat yoldaşım üç gün dəfn olunduğumuz yerdə qaldıq. Ondan sonra bizi imam Hüseynin (ə) yanına apardılar. İndi bərzəx aləmində gözəl bir həyat sürürük».
    MARAQLI BİR HADİSƏ
    Uşaqlıq və yeniyetməlik çağlarımda atamın dindarlığından, onun elm əhli ilə, məscid və məzhəbi məclislərlə olan əlaqəsindən təsirlənərək elm əhlinə, məscidə və ilahi məclislərə qarşı böyük bir eşq tapdım. Zalım hakimiyyət dövründə camaatın, xüsusiyyətlə də cavanların əksəriyyətinin fəsad içində olduğu bir dövrdə dini mərkəzlərlə, əməlisaleh alimlərlə münasibətdə olmaq daxili şəxsiyyətimin formalaşmasına çox böyük təsir göstərmişdi. Bütün bunların təsiri nəticəsində 42-ci ildə 16-17 yaşında olarkən, böyük bir məhəbbətlə Qum elmi hövzəsinə gəldim və təbii olaraq, burada elm və elm əhli ilə daha yaxın münasibətlərdə oldum.
    Təhsil aldığım dövrlərdə mənəviyyatlı şəxslərlə, parlaq simalarla görüşmək şərəfinə nail oldum. Danışmaq istədiyim hadisəni hansı alimdən eşitdiyim yadımda deyil. Lakin çox maraqlı və ibrətamiz bir hadisədir. Əməlisaleh, mömin qadının ruhi və fikri mövqeyinin göstəricisidir.
    O dahi şəxsiyyət deyirdi: «İmam Rzanın (ə) məqbərəsinin kənarında yerləşən Gövhərşad məscidini tikən qadın çox kəramətli, savadlı, ziyalı bir qadın idi. O, məscidin tikilişinə başlamazdan öncə memar və işçi heyətinə dedi: «Tikinti materiallarını məscidə gətirən heyvanların yolu üstünə su və ələf qabları qoyun. Heç bir heyvan ac, susuz bir vəziyyətdə yük daşımasın. Bu, Allahın bəyənmədiyi, vicdana sığmayan bir işdir. Miniklərin sahibinin onları vurmağa haqqı yoxdur. İş saatları müəyyən olunmalıdır.
    Fəhlələrlə mehriban davranın. Zəhmət haqqlarını vaxtında verin, heç bir şəxsin qəlbini incitməyin. Onlara bir söz demək lazım olduqda mülayimcəsinə, yumşaq dil ilə deyin. Ətrafda yerləşən evləri satılan qiymətə alın. Çünki ibadət evi, ziyarətgah, ilahi elmlər oxunacaq, tədris olunacaq elm mərkəzi tikirik. Bu yolda heç bir heyvan və insana zülm olunmamalıdır. Bu bizim müqəddəs işimizin dəyərini azaldır».
    Əli (ə) Nəhcül-bəlağədə buyurur: «Həqiqətən, siz hər biriniz yer və heyvanlar qarşısında məsulsunuz».
    O alim deyirdi: «Çox vaxtlar Gövhərşad xanım özü məscidə baş çəkməyə gəlir və lazımi tapşırıqlar verirdi.
    Bir gün fəhlələrdən biri təsadüfən onun çöhrəsini görür və ona vurulur. Amma ürəyini açmağa cürəti çatmır. Bunun çox təhlükəli olduğunu düşünür. Çünki Gövhərşad xanım Şahrüx Mirzənin həyat yoldaşı, Teymur Kürəkaninin gəlini idi. Ona ürək bağlamağın yeri deyildi. Lakin bütün bunlar sadə fəhlə üçün anlaşılmaz idi. Bu səbəbdən də həmin fəhlə xəstələndi. Gövhərşad xanım məscidin gündəlik işi haqqında verilən məlumat vasitəsilə anası ilə birgə bir xarabalıqda yaşayan fəhlənin xəstələndiyindən xəbər tutdu və ona baş çəkməyə getdi. Zəifləmiş xəstə rəngi qaçmış vəziyyətdə yataqda zarıldayırdı. Hal-əhval tutduqdan sonra xəstəliyinin səbəbi soruşulduqda, fəhlənin özündən də sadə olan anası məsələni açdı. Gövhərşad xanım əsəbiləşmədən, öz ictimai mövqeyindən istifadə etmədən fəhlənin anasına dedi: «Mən ərimdən ayrıldıqdan sonra, sizin oğlunuza ərə getməyə hazıram. Lakin öncə mənim mehrim – kəbin haqqım ödənilməlidir. Bu gənc tikilməkdə olan yarımçıq məscidin mehrabında qırx gecə-gündüz Allaha ibadət edərsə, bu mənim mehrim olar.
    Cavan fəhlə bu şərti qəbul etdi. Bir neçə gün eşq həyəcanı ilə ibadət etdi. Lakin bir neçə gündən sonra Gövhərşad xanımın öncədən bildiyi bir həqiqət baş verdi. Haqqın mərhəməti, imam Rzanın (ə) lütfü ilə gəncin halı dəyişdi. Qırx gündən sonra Gövhərşad xanım onunla maraqlandı, lakin o, xanımın göndərdiyi şəxsə dedi:
    Əgər ləzzəti tərk etməyin ləzzətini bilsən,
    Artıq nəfs ləzzətini ləzzət adlandırmazsan.
    İmandan, Allaha, qiyamətə diqqətdən bəhrələnərək ailəni mənəvi fəzilətlər məkanına çevirmək olar. Bu çətin iş deyil. Allah kimə lütf edərsə, digərləri üçün çətin olan iş belə onun üçün asan olar.
    Category: İslamda ailə 2 | Views: 1150 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024