İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:36 AM
    İslamda ailə 2
    ON ALTINCI FƏSİL
    İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ
    SƏRVƏTİN XEYİR VƏ ZİYANI
    İnsanın ailəsini idarə etməsi üçün sərvətə olan ehtiyacı tam mənada təbiidir. Sərvət, ticarət, öz-özlüyündə, insana heç bir bağlılığı olmadan heç bir xeyir və ziyana malik deyil. Misal üçün, dəmir sərvətdir, müxtəlif şəkillərə düşür. Bir çox əşyalar ondan hazırlanır. Lakin insanın ixtiyarında olmadıqda xeyirsiz və ziyansız bir maddəyə, qeyri-mömin insanın əlinə keçdikdə isə ziyanlı bir maddəyə çevrilir.
    Dəmir (dəmirdən hazırlanmış xəncər) İbni Mülcəmin əlinə düşdükdə qədr gecəsi, məscid mehrabında möminlərin ağasını ‒ Əmirəl-möminin Əlini (ə) qətlə yetirir və ən bədbəxt şəxsin bariz nümunəsinə çevrilir.
    Deməli, dəmir (xəncər) onun əlinə keçdikdə, daxili vəziyyətdən asılı olaraq, əvəzi olmayan bir ziyan qaynağına çevrilir. Həmin dəmir (xəncər) Əlinin (ə) əlində olduqda isə dinin yaşamasına, genişlənməsinə səbəb olur. Belə ki, Əlinin (ə) onu bir dəfə işlətməyi həzrət Peyğəmbərin (s) buyruğuna əsasən, cin və insanların ibadətindən üstündür.
    Pul, var-dövlət ilahi insanlar üçün Haqqa yaxınlaşmaq, Pərvərdigarın rəhmətini əldə etmək üçün bir vasitədir.
    Bəli, mömin, ilahi əxlaqa yiyələnmiş insan var-dövlətdən Haqqa, dünya və axirət səadətinə çatmaq üçün istifadə edir.
    Heç təsadüfi deyil ki, Allah-təala «Bəqərə» surəsində vəfat etmiş möminin dünyada qalmış var-dövlətini «yerdə qalmış xeyir» adlandırır(«Bəqərə» surəsi, ayə 180.).
    Bəli, möminin imanı, əxlaqı, səxavəti onun var-dövlətini «yerdə qalmış xeyir»ə çevirir. Bu malın üçdə biri öz vəsiyyətinə uyğun olaraq xeyir işlərə xərclənməli, qalan üçdə ikisi isə Quran ayələrinə əsasən, varisinin ixtiyarına verilməlidir.
    Həzrət imam Sadiq (ə) «Bəqərə» surəsinin 201-ci ayəsini izah edərkən buyurur: «Axirətin xeyiri Haqqın razılığı və behişt, dünyanın xeyiri isə ruzi və gözəl əxlaqdır».(Bihar, 71-ci cild, səh-383.)
    Bütün bunlara əsasən pul, sərvət möminlərə Haqq razılığını, behişti vəd edir. Çünki mömin halal qazancla Haqqa itaət sayəsində öz ailəsinin ehtiyacını ödəyir, ona vacib olan haqları (xüms, zəkat) lazımi yerlərə çatdırır, imkansızlara kömək edir, qohumlarının əlindən tutur.
    Halal yolla əldə olunmuş pulu bu növ şəri məsələlərə sərf etmək, sözün əsl mənasında, Allaha ibadət və itaət, Quranın buyruğuna əsasən isə, dünya və axirət xeyiridir. Elə buna görə də Allahın kitabında var-dövlət «xeyir» kimi göstərilmiş, möminin onu qazanıb xərcləməsi Haqqa ibadət hesab olunaraq, sonsuz bir savaba layiq olduğu qeyd edilmişdir.
    Əli (ə) dinsiz əhalinin əlinə keçən var-dövlət haqqında buyurur: «Sərvət şəhvət vasitəsi, hadisələri tarac edən, arzuları gücləndirən, varisin başını qatan bir amildir. Var-dövlət dünyada bir yırtıcını yüksəldir, axirətdə isə alçaldır».(Mizanül-hikmə, 9-cu cild, səh. 277-278.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Qızıl və gümüş sizdən öncəkiləri həlak etdi, sizi də həlak edəcək»;(Həmən mənbə.) «Hər bir ümmətin buzovu (bütü) var. Bu ümmətin buzovu (bütü) puldur».(Həmən mənbə.)
    Bəli, pul, sərvət zəif imanlı şəxslərin əlinə keçdikdə, onları dünya və axirətdən yayındırır.
    HALAL VƏ HARAM
    Şübhəsiz ki, insanın zəhmətinin məhsulu olan, şəriətdə təyin olunmuş yollarla əldə olunan mal halal, şəriətdə təyin olunmayan, rüşvət, oğurluq, qarət və s. kimi qeyri-şəri yollarla əldə olunan mal isə haramdır.
    Halal qazanc əldə etmək üçün atılan addım ibadət olaraq savaba, haram qazanc əldə etmək üçün atılan addım isə günah olaraq Allahın nifrətinə səbəb olur.
    Halaldan boyun qaçıran, harama doğru addımlayan, ona nəsihət edənlərə «Neyləyim ki, məni də Allah belə yaradıb?!»-deyə cavab verən şəxs Allaha qarşı çıxaraq, şeytani vəsvəsədən doğan köklü bir günah etmişdir.
    Bir çox Quran ayələri açıqca bu məsələyə toxunaraq, Allahın hamıya halal ruzi verdiyini və insanın fikri, əxlaqi azğınlıqlarına səbəb olan haram ruzi vermədiyini, yalnız halal qazanc dalınca getmək lazım olduğunu buyurur.
    Haram ruzini Allaha aid etmək bir iftira olaraq axirət əzabına səbəbdir.
    Allahın halal qazanc əldə etməyi tapşırması, sonra da bəndələrinə haram ruzi nəsib etməsi Onun ədaləti, mərhəməti ilə ziddiyyət təşkil edir. Əsla belə deyil! Ulu Tanrının iradəsi ilə əmri arasında heç bir ziddiyyət yoxdur. Allaha belə iftira yaxanlar böyük bir günaha qurşanırlar.
    Quranda buyurulur:
    «Ey insanlar! Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Həqiqətən, şeytan sizinlə açıq-açığına düşməndir. O sizə yalnız pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edir»(«Bəqərə» surəsi, ayə 168, 169.).
    «Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib, sahib etdik. Özlərinə təmiz ruzi verdik»(«İsra» surəsi, ayə 70.).
    İmam Baqir (ə) buyurur: «Allah-təala hər bir insanın ruzisini halaldan (qazanmasını) vacib edib. Bu halal ruzi ona sağ-salamat yetiriləcək. Haram yolun Allaha bağlılığı yoxdur. İnsan haram qazanc əldə etdikdə, həmin miqdarda da halaldan məhrum olur. Bunları nəzərə almadan, Allah yanında insan üçün böyük bir mərhəmət qərarlaşdırılmışdır».(Bihar, 5-ci cild, səh-147.)
    ÖZÜNÜZÜ HALALDAN MƏHRUM ETMƏYİN
    Əmirəl-möminin Əli (ə) məscidə daxil oldu. Qatırını isə saxlamaq üçün bir kişiyə verdi. Kişi qatırın yüyənini açıb qaçdı. Əli (ə) məsciddən çıxdıqda, kişinin zəhmət haqqını vermək üçün iki dirhəm hazırladı. Elə ki, qatırı yüyənsiz gördü, həmin iki dirhəmi yüyən almaq üçün xidmətçisinə verdi. Onu tanımayan xidmətçi həmin yüyəni o oğrudan iki dirhəmə aldı. Həzrət yüyəni gördükdə tanıdı və buyurdu: «Bəndə özünü səbirsizlik ucbatından halaldan məhrum edir. Lakin Allahın onun üçün qərarlaşdırdığından artıq qazana bilmir».(Mizanül-hikmə, 4-cü cild, səh-123.)
    AİLƏNİZİN XƏRCİNİ HALAL YOLLA QAZANIN
    Halal və haramın bir çox zahiri və batini təsirlər göstərməsi labüddür. Halalın təbiətində Haqqın rizası, ibadət etmək üçün gücün təmin olunması, qəlbin saflığı, ruhun sağlamlığı bəxş edilmişdir. Bu mənada haram tamamilə halalın əksidir.
    Quranda və rəvayətlərdə geniş yer verilən İslamın fiqhi məsələlərindən biri də, kişinin həyat yoldaşının və övladlarının xərclərini ödəməsi məsələsidir.
    Həyat yoldaşı və övladları üçün imkan daxilində geyim, minik və s. hazırlamaq kişinin öhdəsinə düşən, vacib olan ilahi vəzifədir. Bununla yanaşı, ailə başçısının öhdəsinə düşən digər bir vacib məsələ də ailəsinin xərcini halal yolla qazanmasıdır.
    Ailə başçısı Allahın bu iki tapşırığına görə tam mənada minnətdar olmalıdır. Çünki bir tərəfdən əxlaqi keyfiyyətlərin çiçəklənməsi bu iki vacib əməlin vasitəsilə baş verir, digər bir tərəfdən isə bu yolda addımlamaq bir növ Allah yolunda cihad etməkdir.
    Halal ruzi ailəyə gəlib çatdıqda, onun müsbət təsiri özünü göstərərək, ailənin ruhi təskinliyinə yardım edir.
    İSLAM PEYĞƏMBƏRİ VƏ HALAL XÖRƏK
    Bir rəvayətdə deyilir: «Bir şəxs süd qabı ilə həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, «Bu südlə iftarınızı açın»-deyə xahiş edir. Həzrət «Bu süd kimindir?»-deyə soruşur. Həmin şəxs deyir: «Bunu sizin üçün bir qadın göndərmişdir». Rəsulullah «Qayıt və bu südü haradan əldə etdiyini soruş!»-deyə buyurur. Həmin şəxs qadının evinə qayıdaraq, Peyğəmbərin sualını ona çatdırır. Qadın «Öz qoyunumdan sağmışam»-deyə bildirir. Həmin şəxs qadının sözlərini Peyğəmbərə çatdırır. Həzrət buyurur: «Qayıt və o qoyunun haradan əldə olunduğunu soruş!» Həmin şəxs qadının evinə gəlib Rəsulullahın sualını soruşduqda, qadın «Öz zəhmətimin bəhrəsidir»-deyə cavab verir. Şəxs qadının bu cavabını da Həzrətə çatdırdıqdan sonra Həzrət buyurur: «İndi bu südlə iftarımı açaram».
    Həmin günün sabahı südü göndərən qadın Peyğəmbərin yanına gələrək, keçən gecə qabın bir neçə dəfə qaytarmasının səbəbini soruşduqda Həzrət (s) buyurdu: «Allah biz peyğəmbərlərə haram yeməməyi əmr etmişdir».
    Peyğəmbərin (s) bu davranışı bütün müsəlmanlar üçün bir ibrət dərsidir. Onlar bu davranışdan dərs alaraq halal və haram mövzusunda diqqətli olmalı, bu beş günlük həyatda ağır yüklər altına girməməlidir. Belə ki, bu yükün altından çıxmaq çox çətin, bəlkə də qeyri-mümkündür.
    Rəsuli-əkrəm (s) buyurmuşdur: «Halal qazanc dalınca getmək hər bir müsəlman kişi və qadına vacibdir»;(Bihar, 103-cü cild, səh. 7-9; Mizanül-hikmə, 4-cü cild, səh-119.)«Halal qazanc hər bir müsəlmana vacibdir»;(Həmən mənbə.) «Halal qazanc ardınca getmək bir növ cihaddır»;(Həmən mənbə.) «Behişt qapıları alın təri ilə halal ruzi yeyən şəxsin üzünə açılacaq və hansı qapıdan istəsə, daxil olacaq»;(Həmən mənbə.) «İbadət on hissədən ibarətdir. Onun doqquz hissəsi halal qazancdadır».(Həmən mənbə.)
    İmam Rza (ə) buyurur: «Ailəsinin xərcini təmin etmək üçün Allahın mərhəmətindən ruzi uman şəxsin savabı, Allah yolunda döyüşən döyüşçünün savabından çoxdur».(Bihar, 78-ci cild, səh-339.)
    İmam Baqir (ə) buyurur: «Camaat qarşısında öz iffət-nəfsini qorumaq, ailəsini yaşatmaq və qonşularına mərhəmət göstərmək üçün qazanc əldə edən şəxs, qiyamət günü çöhrəsi on dörd gecəlik ay kimi nur saçan bir halda Allahla görüşəcəkdir».(Vəsail, 12-ci cild, səh-11.)
    Həzrət Sadiq (ə) buyurur: «Abrını qorumaq, borcunu ödəmək üçün pul qazanmayan adamın faydası yoxdur».(Bihar, 103-cü cild səh-7.)
    Xatəmül-ənbiya (s) buyurur: «Gecəni halal mal qazanmağın yorğunluğundan yatan şəxs bağışlanır»;(Həmən mənbə, səh-2.) «Allah bəndəsini halal ruzi qazandığı halda görməyi sevir».(Mizanül-hikmə, 4-cü cild, səh-119.)
    Rəvayətlərdə qeyd olunduğuna görə, ruzinin az və ya çox olması yalnız və yalnız bəndənin yüksək məqamlar kəsb etməsi üçün bir imtahandır. Ruzinin azlığına səbir edən, harama əl uzatmayan və ruzinin çoxluğuna şükür edən şəxs imtahandan üzüağ çıxır.(Nəhcül-bəlağə, xütbə-91.)
    Mömin şəxs ruzinin azlığından narahat, çoxluğundan da məst olmur. Ruzi az olduqda onunla uyğunlaşır, çox olduqda isə yeyir, yedirir və ilahi vəzifələrini həyata keçirməyə səy göstərir.
    RUZİNİN ARTMA SƏBƏBLƏRİ
    Quranda və rəvayətlərdə ruzinin artmasının bəzi səbəbləri müşahidə olunur. Hansı ki, bu səbəblər ruzinin artmasından əlavə, ailə və cəmiyyətin əxlaqi tərəqqisinə də təkan verir.
    Həzrət Əli (ə) buyurur: «Ruzi xəzinələri gözəl əxlaqdadır»;(Bihar, 77-ci cild, səh-389.) «İşləri çətinləşdirmək əxlaqı məhv edir, asanlanlaşdırmaq isə ruzini çoxaldır»;(Mizanül-hikmə, 4-cü cild, səh-117.) «Mömin qardaşına kömək etmək ruzini çoxaldır»;(Bihar, 74-cü cild, səh-395.) «Sədəqə verməklə ruzini öz üzərinizə yağdırın»;(Bihar, 78-ci cild, səh-60.) «Əmanətdarlıq ruzini artırır».(Bihar, 75-ci cild, səh-172.)
    İmam Sadiq (ə) buyurur: «Ailəsi ilə yaxşı davranan şəxsin ruzisi artar»;(Bihar, 75-ci cild, səh-21.) «Niyyəti gözəl olanın ruzisi artır»;(Bihar, 69-cu cild, səh-407.) «Yaxşılıq ruzini çoxaldır»;(Bihar, 74-cü cild, səh-81.) «Gözəl əxlaq ruzini artırır».(Bihar, 71-ci cild, səh-396)
    Həzrət Baqir (ə) buyurur: «(Mömin) Qardaşların üçün dua et. Həqiqətən, bu iş ruzini artırır»;(Bihar, 76-cı cild, səh-60.) «Zəkat ruzini artırır».(Bihar, 66-cı cild, səh-15.)
    HARAM MAL
    Həzrət Peyğəmbər (s) buyurur: «Allah-təala buyurmuşdur: «Malı haradan qazanmağına etina etməyən şəxsi qiyamətdə hansı qapıdan oda daxil edəcəyimə etina etməyəcəyəm»;(Bihar, 103-cü cild, səh-11.) «Qeyri-halal yolla qazanc əldə edən şəxsin qazandıqları onun cəhənnəm azuqəsi olacaq».
    Zəkatı, xümsü və digər şəri hüquqları ödənilməyən var-dövlət harama qarışmış halaldır. Ondan istifadə etməyə icazə yoxdur. Ailəyə haram və ya harama qarışmış mal yedirtmək böyük bir günahdır.
    Əli (ə) buyurur: «Ən pis sərvət Allahın haqqı (xüms, zəkat) ödənilməyən (çıxarılmayan) maldır».(Mizanül-hikmə, 9-cu cild, səh-308.)
    İmam Baqir(ə) buyurur: «Allah qiyamət günü bəzilərini qəbirlərindən çıxarıb məhşərə gətirəcək. Mələklər onları məzəmmət edərək deyəcəklər: «Bunlar həmin şəxslərdir ki, Allah bunlara var-dövlət bəxş etmişdi, lakin öz mallarından haqqı olanlara verməmişdilər».(Bihar, 7-ci cild, səh-197.)
    İmam Həsən (ə) buyurur: «Malı islah etmək mərdlik nişanəsidir».(Bihar, 103-cü cild, səh-6.)
    Əziz qardaşlar! Ailələrinin tərbiyəsinə, maddi xərclərinə görə məsuliyyət daşıyanlar! Sabah ailə quracaq şəxslər! Siz ailənizə onların vacib haqlarını borclusunuz. Hansı ki, İslam fiqhində «nəfəqə» adı altında araşdırılmışdır. Onlar sizin işinizə, kəsbinizə, ticarətinizə məsul deyildirlər. Qiyamət günü sizin iş vəziyyətinizdən xəbərdar olmadıqları halda, bu haramı öhdələrinə götürməyəcəklər. Haram kəsbin cəhənnəmi də haram qazananındır. Onu qazanan iki əzaba ‒ bir əzaba haram mal qazandığı, digər əzaba isə digərlərinə haram yedirdiyi üçün ‒ düçar olacaq. Öz gəlirinizə diqqət yetirin. Allahın halalı ilə kifayətlənin, haramdan uzaq durun. Qazancınızdan vacib hüquqları çıxarın ki, dünya və axirətiniz abadlaşsın.
    TÖVBƏKAR ALLAHIN SEVİMLİSİDİR
    Müqəddəs Məşhəd şəhərinə etdiyim səfərlərdən birində şam azanı vaxtı bir kişi ilə rastlaşdım. Sanki, neçə illərdir məni tanıyırmış kimi davranırdı. Bir neçə dəqiqə söhbətdən sonra məndən müvəqqəti olaraq yerləşdiyi yerə getməyimi xahiş etdi. Onu ilk dəfə görməyimə baxmayaraq, dəvətini qəbul etdim. Məlum oldu ki, məhərrəm və səfər aylarında etdiyim çıxışlarımın dinləyicilərindən biri olmuşdur. Lakin mənim onun şəxsiyyəti haqda heç bir məlumatım yox idi. Bir neçə dəqiqəlik məndən ayrılanda, onunla birlikdə olan bir şəxsdən kim olduğunu soruşdum. Adını dedikdə tanıdım. O, gənc çağlarında çox qüvvətli, özündən deyən bir şəxs idi. Belə ki, Tehran quldurları, pəhləvanları onunla hesablaşırdılar. Qaçaqçılıqla, qumarxanalardan bac almaqla məşğul idi. Tehranda onunla heç bir şəxs qarşılaşa bilmirdi. Haram yolla xeyli var-dövlət toplamışdı. Birdən qəlbinə ilahi bir nur saçdı. Vicdanın, əqlin hücumu onu yoluna qaytardı. Bütün əmlakını nağd pula çevirib bir çantaya qoyaraq Quma, Ayətullahül-üzma Burucerdinin yanına getdi. Şiə aləminin böyük müctehidi onun haqqında məlumat aldıqdan sonra onu xoş üzlə qarşıladı. O dedi: «Bu çantada olanların haram olmasına heç bir şübhə yoxdur. Mənim qiyamət hesab-kitabına dözməyə taqətim yoxdur. Bu ağır yükü mənim boynumdan götür». Ayətullah Burucerdi ona buyurdu: «Əgər həqiqi tövbə etmək istəyirsənsə, libasını da əynindən çıxar. Yalnız bir köynəklə Tehrana qayıt». Tövbə etməyə qərarlı olan şəxs libasını əynindən çıxardı. Şiə müctehidi onun tövbəsinin ciddi olduğunu görüb təsirləndi və libasını özünə qaytardı. Öz halal pulundan o dövrün pulu ilə beş min tümən ona verib, onu işıqlı, gözəl bir gələcək gözlədiyi müjdəsini verdi.
    O, haramdan bütün varlığı ilə əl çəkdi. Həmin halal pul ilə Tehrana qayıtdı. Keçmiş aludəçilikləri tərk etdi. O pulla özünə yeni, halal bir iş qurdu. Get-gedə vəziyyəti yaxşılaşdı. Çox dəyişildi. Ailəsini də haqq yola yönəltdi. Çox bəhrəli məzhəbi məclislərdən birinin təsisçisi oldu. H.ş. 1370-ci ildə ömrünü başa vurdu. Cümə axşamı saat on ikidə, ömrünün sonuna bir neçə dəqiqə qalmış ağlar gözlə imam Hüseynə (ə) xitab edərək dedi: «Ömrümün əsas hissəsini sizin yolunuzda sərf etmişəm. İndi bu həssas vəziyyətimdə sizin lütfünüzə ümidim çoxdur».
    Ailə üzvləri deyirlər ki, birdən gözləri otağın bir küncünə dikildi. İmam Hüseynə (ə) aşiqanə bir salam verdi və şirin bir təbəssüm ilə canını tapşırdı.
    Bəli, əzizlərim, tövbə qapısı hər kəsin üzünə açıqdır. Tövbə daxilini təmizləmək, qəlbini işıqlandırmaq, əxlaqını saflaşdırmaq və haramdan ayrılmaqdır. Nə üçün bu faydalı ticarətdən faydalanmayaq?! Ömrümüzün sonuna bir neçə gün qalmış nura doğru addımlamayaq?! Çünki bütün dünya sərvətinə malik olmaq üçün günaha qərq olmağa dəyməz. Tövbə edək, çünki tövbəkar Allahın sevimlisidir.
    «Allah tövbə edənləri sevir».(Bəqərə surəsi, ayə-222.)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Allah yanında tövbəkar mömin qadın və kişidən sevimli bir kəs yoxdur»;(Mizanül-hikmə, 1-ci cild, səh. 540-541.) «And olsun Allaha, O, bəndəsi tövbə etdikdə əli azuqəsinə çatmış insandan daha çox sevinir»;(Həmən mənbə.)«Allah, bəndəsi tövbə etdikdə, ata olan sonsuzdan, itirdiyini tapan insandan və su tapan susuzdan daha çox sevinir»;(Həmən mənbə.) «Tövbə edərək günahdan qayıdan şəxs günahsız insan kimidir».(Həmən mənbə.)
    Həzrət Əli (ə) buyurur: «Tövbə qəlbləri paklayan və günahları yuyan bir amildir».(Həmən mənbə.)
    Tövbənin bəzi təsirləri var ki, onlar özünü göstərdikdə tövbənin qəbul olunmasına arxayın olmaq olar. Əks təqdirdə, yenidən tövbə nuruna doğru addımlamaq lazımdır. Rəsulullah bu mövzuda buyurur: «Tövbə edən şəxsdə tövbənin təsirləri özünü göstərməzsə, o tövbə həqiqi tövbə sayılmaz. Tövbənin təsirləri borc sahiblərinin rizayətini cəlb etmək, tərk olunmuş namazları qılmaq, xalq arasında təvazökar olmaq, özünü şəhvətdən qorumaq və oruc tutmaq ilə bədənini arıqlatmaqdan ibarətdir».(Bihar, 6-cı cild, səh. 35-36.)
    Həzrət Əli (ə) buyurur: «Tövbə behişt əhlinin məqamıdır. O, altı məsələdən ibarətdir:
    1. Keçmişdən peşman olmaq;
    2. Gələcəkdə günah etməməyi qərara almaq;
    3. Camaatın haqqlarını özlərinə qaytarmaq;
    4. Zay olmuş vacibləri yerinə yetirmək;
    5. Günah zamanı bədəndə artanları əritmək;
    6. İbadət və itaətin çətinliyini cismə dadızdırmaq və sonra «Əstəğfirullah» demək. (Həmən mənbə.)
    Category: İslamda ailə 2 | Views: 990 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024