İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:35 AM
    İslamda ailə 2
    ON YEDDİNCİ FƏSİL
    AİLƏDƏ MƏNƏVİ PRİNSİPLƏR
    MƏNƏVİ NEMƏTLƏR
    Allah tərəfindən insanın pak qalması, pak yaşaması üçün ona müəyyən nemətlər bəxş edilmişdir. Bu nemətlərin bir hissəsi əql, Quran, nübuvvət, imamət, əməlisaleh alimlər və bunlardan qaynaqlanan bir sıra etiqadi, əməli və əxlaqi məsələlərdir.
    Bu nemətlərin hər birinin mənasına ayrı-ayrılıqda nəzər salmaq lazımdır.
    ƏQL
    Əqldən məqsəd dərketmə qabiliyyətidir. Nəzəri məsələlərdə haqqı, batili, əməli məsələlərdə isə xeyiri, ziyanı dərk etməkdir.
    Bu bənzərsiz nemət zahiri hisslər vasitəsilə əşyaların zahirini dərk edir, batini hisslərlə isə dostluq, düşmənçilik, qorxu, ümid və s. kimi mənəvi məsələləri dərk edir və onların hər birini öz yerində işlədir. Əql nəzəri məsələlərdə nəzəri, əməli məsələlərdə isə əməli hökmlər verir.
    Əqlin işıqlı fəaliyyəti onun insan daxilində iqtidara malik olduğu, digər qüvvələrin onun iqtidarı altında olduqları zaman boyunca davam edir. Lakin insan daxilində əqldən güclü bir qüvvə olarsa, bu zaman əql zəifləyəcək və insan müvazinətini itirərək ifrata, təfritə varacaq.
    Həyati məsələlərdə ifrata, təfritə düçar olanlar şəhvətin, qəzəbin və tamahın əql üzərində çaldığı qələbə nəticəsində öz müvazinətlərini itirmişlər.
    Şəhvətə meydan vermək, qərizələri cilovlamadan sərbəst buraxmaq, günah əhli ilə oturub-durmaq və reallıqlara etinasızlıq əqli zəiflədən, onu əldən salan amillərdəndir. Əqlin əldən düşməsi ilə haqqı batildən ayırmaq, mənəvi həqiqətləri tanımaq olduqca çətin olur. Belə olduqda, insan min bir hiylə ilə maddiyyat əldə etsə də, dünya və axirət əzabına layiq görüləcək.
    Cəhənnəm xadimləri cəhənnəm əhlinə deyərlər: «Sizə bu gündən qorxudacaq bir peyğəmbər göndərilmədimi?!» Cəhənnəm əhli cavab verərlər: «Göndərilmişdi, lakin biz onları yalançı sanaraq, haqq göstərişlərini dandıq». Sonra isə cəhənnəm xadimlərinə deyərlər:
    «Onlar «Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətindən) ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!» deyəcəklər»(«Mülk» surəsi, ayə 10.).
    Düşünmək, dərk etmək o zaman mümkün olar ki, insan daxilində son söz əqldən qeyri bir qüvvəyə məxsus olmasın. Əgər son söz şəhvətə məxsus olarsa, insanı hidayət etmək üçün əqlin əlindən bir şey gəlməyəcək.
    İmam Sadiqdən (ə) soruşdular: «Əql nədir?» Həzrət buyurdu: «Əql odur ki, onun vasitəsilə Allaha ibadət olunaraq behişt qazanılsın».(Bihar, 1-ci cild, səh-131.) Soruşdular: «Müaviyədə olan nə idi?» Həzrət buyurdu: «Şeytanlıq, hiylə. Əql deyil, ona oxşar bir şey».
    Əql necə də böyük bir nemətdir ki, insan onun sayəsində Haqqın həqiqi bəndəsi olaraq behişti kəsb edir.
    Həzrət Əli (ə) buyurur: «Əqlin səyi insanın günahlarının tərk olunması, daxili və zahiri eyblərin islah edilməsi üçündür».(Mizanül-hikmə, 6-cı cild, səh-419)
    Bu nemətin nuru elə bir həddədir ki, Əmirəl-möminin (ə) buyurur: «Əgər Allah-təala haram şeyləri qadağan etməsəydi belə, əqlin onları tərk etməsi zəruri olardı».(Həmən mənbə)
    İmam bu kəlamı ilə əqlin çox yüksək dərkindən xəbər verir.
    «Qürərül-hikəm» kitabının əql fəslində həzrət Əlidən (ə) rəvayət olunur: «Aqil nəfsi üzərində qələbə çalan, axirətini dünyasına satmayan və Allahın ibadəti üçün nəfsinə qarşı çıxan şəxsdir. O qəzəbləndiyi, sevindiyi və qorxduğu zaman özünə sahib çıxır. Aqillərin əxlaqı şəhvətlərinin azlığı və qəflətdə olmamalarıdır».(Qürərül-hikəm, «Əql» bölməsi.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Bütün xeyirlər əqlin vasitəsilə əldə olunur. Əqli olmayanın dini də yoxdur».
    Bir çox rəvayətlərdə qeyd olunur ki, qiyamətdə insanın günah və savabı əqlinə bağlı olacaq. Çünki məsuliyyətin, vəzifənin meyarı əqldir.(Kafi, 1-ci cild, səh-158.) İnsan əqlindən haqqı batildən, xeyri şərrdən ayırmaq üçün istifadə etməlidir. Əqldən istifadə etməmək böyük günahdır.
    Ailə başçısı əqldən bəhrələnmək üçün onu şəhvətin, arzuların hücumundan qorumalı, özünün və ailəsinin əqlinin həva-həvəsin əsirinə çevrilməsinə imkan verməməlidir. Çünki insan əqlin işdən düşməsilə, insanlıqdan xaric olaraq heyvanlar aləminə qədəm qoyur.
    Bu sahədə fəsad əhli ilə əlaqə yaratmaqdan, onlarla get-gəl etməkdən çəkinin. Bütün get-gəllərinizi gözəl İslam göstərişləri əsasında qurun.
    Həzrət Peyğəmbər (s) buyurur: «Həvarilər həzrət İsaya (ə) dedilər: «Hansı şəxslərlə yoldaşlıq edək?» Həzrət İsa (ə) buyurdu: «Onu gördükdə Allahı xatırladığınız, danışdıqda elminizi artıran və əməlləri sizi axirətə rəğbətləndirən şəxslə yoldaşlıq edin».(Bihar, 77-ci cild, səh-147.)
    İmam Səccad (ə) buyurur: «Allahın saleh bəndələri ilə yoldaşlıq etmək sizi islah olunmağa tərəf çəkəcək».(Bihar, 78-ci cild, səh-141.)
    Rəsuli-əkrəm (s) buyurur: «Əməlisaleh alimlə münasibətdə olmaq sizi şəkkdən yəqinə, riyadan ixlasa, yersiz sevincdən qorxuya, təkəbbürdən təvazökarlığa və xainlikdən xeyirxahlığa tərəf yönəldər»;(Bihar, 74-cü cild, səh-189.) «Ölülərlə oturub-durmaqdan çəkinin. Soruşdular: «Ya Rəsulullah! Onlar kimlərdir?» Həzrət buyurdu: «Sərvəti onu günaha sürükləyən hər bir sərvətli şəxs».(Mizanül-hikmə, 2-cü cild, səh-63.)
    Həzrət Əli (ə) buyurur: «Şər insanların məclisləri bəladan amanda deyil»;(Həmən mənbə.) «Pislərlə yoldaşlıq etməkdən çəkinin, yaxşılarla yoldaşlıq edin».(Həmən mənbə.)
    Əqlin hakimiyyətini istəyirsinizsə, özünüzü və ailənizi şər insanlarla oturub-durmaqdan, şəhvətlərin qələbəsindən qoruyun.
    Bu gün bütün dünya xalqlarını məhvə doğru sürükləyən şər amillərdən biri də müxtəlif videofilmlər və peyk vasitəsilə ötürülən pozğun kanallardır. Bu iki fəsad qaynağı insanların əqlini və əxlaqi xüsusiyyətlərini viran edir.
    QURAN
    Quran ilahi kitab, hidayət nuru, daha ideal həyata gedən yolun bələdçisi, işləri tənzimləyən, düzgün yol, haqqı batildən ayıran və ulu Tanrının yer üzərindəki höccətidir.
    Kişi və qadın bu misilsiz nemət qarşısında məsuliyyət daşıyırlar. Onların məsulliyyəti onu öyrənmək və həyatın bütün sahələrində ona əməl etməkdir.
    Allahın kitabına qarşı etinasız olmaq olduqca böyük bir günahdır.
    Quran Haqqın öz bəndəsinə göndərdiyi bir məktubdur. Bəndənin bu məktuba cavab verməsi vacibdir. Bu cavab qəlb baxımından haqq əqidəyə tapınmaq, nəfs baxımından əxlaqi keyfiyyətlərlə bəzənmək, cism baxımından isə saleh əmələ qarşı addımlamaqdır.
    Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə kimi sizə hücum etdikdə Qurana sığının və bu hücum səflərini Qurana əməl etməklə sındırın. Həyatınızın fitnələrin hakimiyyəti altına düşməsinə imkan verməyin.
    Quran şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir. Quranı rəhbər tutaraq ona əməl edən şəxs behiştə nail olar. Ona qarşı etinasız olan şəxsin yolu isə cəhənnəmə tərəfdir. Quran ən gözəl yol bələdçisidir.»(Bihar, 92-ci cild, səh-17.)
    Məsumların Quran haqqında buyurduqlarına nəzər salaq:
    İmam Sadiq (ə) buyurur: «Quranla haqqı tapmayan şəxs fitnədən kənar deyil»;(Mizanül-hikmə, 8-ci cild, səh. 67-69.) «Yaxş olar ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin, yaxud öyrətməkdə olsun».(Bihar, 92-ci cild, səh-19.)
    Əmirəl-möminin (ə) buyurur: «Quran ən yaxşı zikrdir. Quranla sinələr (Haqqa) açılır və insanın daxili aləmi nuraniləşir»;(Mizanül-hikmə, 8-ci cild, səh. 67-69.) «Həqiqətən, Quran ən gözəl hekayət, ən bəlağətli öyüd-nəsihət və ən faydalı təlimdir»;(Həmən mənbə.)«Həqiqətən, Quran küfr, nifaq və azğınlıq kimi ən böyük dərdlərin dərmanıdır».(Nəhcül-bəlağə, xütbə-176.)
    Rəsulullah (s) buyurur: «Quran misilsiz sərvətdir. Ona yiyələndikdən sonra heç bir yoxsulluq qalmaz»;(Bihar, 92-ci cild, səh-19.)«Sizin ən yaxşınız Quranı öyrənən və öyrədən şəxsdir».
    Olduqca mühüm olan bu rəvayətlərə nəzər saldıqda, ailə başçısının ağır məsuliyyəti aydınlaşır.
    Ailə başçısı öncə Quranı öyrənməli, həyat yoldaşının və övladlarının öyrənməsinə şərait yaratmalı, sonra isə ona əməl etməklə, ailəni aludəçiliklərdən kənarlaşdırıb, onları əxlaqi keyfiyyətlərə tərəf yönəltməlidir. Bu zaman onun evi və ailəsi behiştin bir nümunəsinə çevriləcəkdir. Hansı ki, onda zülm və ədavətdən əsər-əlamət yoxdur. Quran təqvadan bəhrələnərək əmin-amanlıq, sədaqət və doğruluqla doludur. Belə ki, bu evdə məskunlaşan insanlar Quran əhlidir və Quranın bərəkəti sayəsində fikir baxımından böyük tərəqqiyyə nail olmuşlar.
    NÜBUVVƏT (PEYĞƏMBƏRLİK)
    Peyğəmbərlər insanları düzgün yola yönəldir, onları Haqqa tərəf dəvət edirlər. Peyğəmbərlər insanları Haqqın ibadətinə səsləyir və onları zalım hakimlərin ibadətindən çəkindirirlər. Onlar insanlara sağlam yaşamağın, əməlisaleh olmağın yolunu göstərirlər. Əmirəl-möminin Əli (ə) Rəsuli-əkrəmin (s) peyğəmbərliyi haqqında buyurur: «O, Allah bəndələrini Haqqın ibadətinə sövq etdirməyə, onları Şeytana itaətin zillətindən Haqqa itaətin izzətinə çatdırmaq üçün göndərilmişdir».(Nəhcül-bəlağə, xütbə-147.)
    Haqq elçisi insanların tərəqqisi, Quran tilavəti, nəfslərin aludəçilikdən saflaşması və Quranı təlim etmək üçün göndərilmişdir. O, insanları zülmətdən çıxarıb nura daxil etmək üçün qiyam etmişdir. O, yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, pakları halal, çirkinlikləri haram etmək niyyəti ilə zorla camaatın boynuna qoyulmuş mədəniyyətlərin ağır yükünü qaldırmaq və boyunlarına bağlanmış şeytani zəncirləri açmaq üçün meydana atılmışdır. Ona iman gətirərək hörmətini saxlayanlar, ona köməyə qalxanlar, Qurana tabe olanlar nicat tapanlardır. Onlar göndərildilər ki, sabah qiyamət günü yolunu azmışlar «Peyğəmbərimiz olsaydı, yolumuzu azmazdıq»-deyə bəhanə gətirməsinlər.
    Allah-təala peyğəmbərlərin bütün davranışlarının insanlar üçün örnək, ülgü olduğunu buyurmuşdur. Əməlisalehlik, səxavət, problemlər qarşısında səbir, möminin haqqını ödəmək, pakizəlik, gülərüzlük, ailəyə məhəbbət, namaz qılmaq və xoş iyli ətirlərdən istifadə etmək ‒ hamısı ilahi ənbiyaların əxlaqi keyfiyyətlərindəndir.
    Peyğəmbərlər insanları təqvaya, paklığa, əmanətdarlığa, doğruluğa, şücaətə, vəfalı olmağa, sədaqətə, mehribanlığa, mərhəmətə, səmimiyyətə, əməlisaleh olmağa dəvət edir və onlara hər bir çirkin, xoşagəlməz işdən uzaq durmağı buyururlar. Peyğəmbərlər qiyamət günü əməl meyarıdırlar. Camaatın əməli onların əməli ilə ölçüləcək, onların xilas və ya əzaba düçar olmaqları peyğəmbərlərin buyruqlarına nə dərəcədə tabe olmaqları ilə müəyyənləşəcəkdir.
    İMAMƏT
    Ulu Tanrı nemətini tamamlamaq, dinini kamilləşdirmək üçün həzrət Əlini (ə) və onun on bir övladını seçdi. Onları seçdi ki, insanlar Peyğəmbərdən (s) sonra Quran və Əhli-beytə (ə) sığınaraq, doğru yolda sabitqədəm olsunlar.
    Məsum imamlar öz dövrlərində fitnələrə məruz qalmalarına, zalım hakimiyyətdə yaşamaqlarına baxmayaraq, bir an belə haqqı deməkdən, insanları yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirməkdən, ilahi maarifi müxtəlif yollarla xalqa çatdırmaqdan yorulmadılar.
    İmamlar Haqq elçiləri kimi qiyamət günü ölçü meyarıdırlar. Əgər camaatın yaşayışı onlarla uyğunlaşarsa nicat tapar, uyğunlaşmazsa əzaba düçar olarlar.
    DİN ALİMLƏRİ
    Peyğəmbərlər və imamlardan sonra Quran və hədisləri dərindən bilən şəxslər, fəqih və din mütəxəssisləri Allahın yer üzündə höccətidirlər. Camaat onlara tabe olmalıdır. Onlara - lazımi şəraitə malik olan alimlərə - tabeçilik imam və peyğəmbərə tabeçilikdir. Belə ki, insan bunun sayəsində nicat tapmağa müyəssər olur.
    Ailə başçısı bu məsələyə olduqca diqqət yetirməli və Quranı, nübuvvəti, imaməti və vilayəti-fəqihi tanıtdırmaq üçün müəyyən vaxt ayırmalı, özü bacarmadıqda isə bu işin mütəxəssisindən istifadə etməlidir. Çünki bu, dünya və axirət səadətinin qarantıdır.
    Ailə üzvləri bu məsələdə ailə başçısına kömək etməli və onun bu təşəbbüsünü qiymətləndirərək, qədrini bilməli, ailə başçısı bu məsələyə laqeyd olduqda isə onu rəğbətləndirərək buna şərait yaratmalı, razılaşmadıqda isə ona heç bir formada tabe olmamalıdırlar. Belə olduqda, onlar özləri bu məsələnin ardınca getməli və səadət yolunu keçməlidirlər.
    Ailə başçısı Quran oxumaqla, münacat etməklə ailədə mənəvi bir hal yaratmalı və ailə üzvlərinin gözəl aqibətlərini təmin etməlidir.
    NAMAZ
    Düzgün şəkildə namaz qılmaq yalnız ailə başçısının üzərinə düşən vəzifə deyil. Namaz, Quranın buyurduğuna əsasən, hamıya vacibdir. Ailə üzvləri namaz qılmadıqda, ailə başçısı olduqca mülayim şəkildə onları başa salmalı və bu xeyirli işə rəğbətləndirməlidir:
    «Əhlinə (ailənə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)» (Taha» surəsi, ayə 132.).
    Quranda həzrət İsmayılın (ə) xüsusiyyətlərindən birinin də ailəsini namaza dəvət etməsi olduğu buyurulur:
    «O öz əhlinə (ailəsinə) namaz qılmağı, zəkat verməyi əmr edirdi»(«Məryəm» surəsi, ayə 55.).
    Quranda həzrət İbrahimin (ə) Allahdan qiyamət gününə qədər bütün nəslinin namaz qılmasını diləməsini oxuyuruq:
    «Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et»(«İbrahim» surəsi, ayə 40.).
    Həzrət Peyğəmbər (s) bir çox rəvayətlərdə namazın gözünün nuru olduğunu buyurur.(Bihar, 77-ci cild, səh-77.)
    İmam Sadiq (ə) buyurur: «Allahı tanımaqdan sonra namaza tay olacaq başqa bir şey yoxdur».
    Həzrət Əli (ə) buyurur: «Sizə namaz qılmağı tövsiyə edirəm. Həqiqətən, namaz ən yaxşı əməl və dinin sütunudur».(Bihar, 82-ci cild, səh-209.)
    Quran namazın insanı çirkinliklərdən, aludəçiliklərdən çəkindirən bir amil olduğunu buyurur:
    «Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər»(«Ənkəbud» surəsi, ayə 45.).
    İmam Baqir (ə) buyurur: «Qiyamətdə soruşulacaq ilk şey namazdır. O qəbul olunarsa, digər əməllər də qəbul olunar».
    Namazın vaxtını ötürmək, onu yüngül saymaq və ya tərk etmək Peyğəmbərin şəfaətindən məhrum olmağa və Allahın rəhmətindən uzaq düşməyə səbəb olur.(Müddəssir surəsi, ayə-43; Bihar, 83-cü cild, səh. 9-19.)
    Ailə başçıları öz arvad-uşaqlarının namazına əhəmiyyət verməlidirlər. Əks təqdirdə, onlar qiyamət günü «Bizi namaza dəvət etməmişdilər. Bu ilk növbədə ərimizin və atamızın günahıdır»-deyə Haqqa şikayət edəcəklər. Onlar deyəcəklər: «Pərvərdigara! Bizim namazımıza etinasız yanaşdıqları üçün intiqamımızı onlardan al. Onlara lənət yağdır və əzablarını artır».
    Uşaqlar çox qəribə xilqətə malikdirlər. Böyüklərin bütün əməllərini yamsılayırlar. Əgər ailə başçıları namaz qılsalar, oruc tutsalar, Quran oxusalar, gülərüz olsalar, uşaqları onları yamsılayacaq və get-gedə bu onların sabit xüsusiyyətlərinə çevriləcəkdir.
    Bir rəvayətdə buyurulur: «Həzrət İsa (ə) sahibinə cəza verilən bir qəbirin yanından keçdi. Növbəti il həmin qəbirin yanından keçdikdə, qəbir sahibinin əzabdan xilas olduğunu müşahidə etdi və Allahdan bunun səbəbini soruşdu. Ona vəhy olundu: «Onun əməlisaleh bir övladı var idi. Bir yol düzəltdirib, bir yetimə sığınacaq verdi. Övladının əməlinə görə onu bağışladıq».(Vəsail, 16-cı cild, səh-338.)
    Əməlisaleh övlad yetişdirməyin bu dünyadakı xeyrindən əlavə axirətdə, bərzəxdə və qiyamətdə də xeyri çoxdur. Bu xeyirli işdən məhrum olmamaq üçün səy göstərmək lazımdır.
    Category: İslamda ailə 2 | Views: 925 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024