İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:33 AM
    İslamda ailə 2
    İYİRMİNCİ FƏSİL
    HAMİLƏLİK, SÜDVERMƏ VƏ AD QOYMA
    HAMİLƏLİK DÖVRÜ
    Ananın hamiləlik dövrü analıq məhəbbəti, Allahın rəhmət nişanəsi olmaqla yanaşı, olduqca ağır və çətin dövrdür.
    Qadının əri, hər iki tərəfdən olan qohumlar onu anbaan qorumalıdırlar. Çünki azacıq uyğunsuz davranış, hər bir əziyyət həm qadına, həm də bətnində daşıdığı günahsız körpəyə gözlənilməz təsirlər bağışlayır.
    Əgər ər və arvad ata və ya ana evində yaşayırlarsa, valideynlərin üzərinə düşən şəri və əxlaqi vəzifə budur ki, ərini hamilə qadına qarşı çıxartmasınlar və hamilə qadını mümkün olan şəkildə qorusunlar.
    Oğlanın valideynləri onların aram həyatına qarışmamalı və bu iki yeniyetmənin yaşamını alt-üst etməməlidirlər. Çünki onlar hamısı bu iki gəncin, xüsusilə də ana bətnindəki uşağın qarşısında məsuldurlar. Əgər ətrafdakıların uyğunsuz hərəkətləri, valideynlərin yersiz dedi-qoduları və umacaqları ana bətnindəki uşağa hər hansı bir zərbə vurarsa, səbəbkarları mütləq ilahi ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Quran hamının ən kiçik rəftarlarından ən böyük əməllərinə qədər ‒ bütün davranışları qarşısında məsul olduğunu buyurur:
    «(Ya Məhəmməd!) Rəbbinə and olsun ki, biz onların hamısını (bütün məxluqatı dünyada) etdikləri əməllər barəsində sorğu-suala çəkəcəyik»(«Hicr» surəsi, ayə 92-93.).
    «Onları yubadıb, saxlayın. Çünki sorğu-sual olunacaqlar»(«Səffat» surəsi, ayə 24.).
    «…Qulaq, göz və ürək ‒ bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqlar»(«İsra» surəsi, ayə 36.).
    Ramazan, məhərrəm və səfər aylarındakı təbliğ məqsədi daşıyan səfərlərimdə İranın müxtəlif vilayətlərindən olan təzə gəlinlərdən, yeni ailə qurmuş gənclərdən məktublar alır və bir çox ailələrdə baş vermiş ixtilafların həllində iştirak edirəm. Etiraf etmək lazımdır ki, bir çox vaxtlar təqsir böyüklərdədir.
    İxtilafın səbəbi valideynlərin yersiz umacaqları və xırdaçılıqları olur. Bəzən də imam Sadiqin buyurduğu kimi, qalmaqallara həsəd bais olur. Əlbəttə, bəzi təzə gəlinlər də bu qalmaqalların törənməsində təqsirsiz deyildirlər. Buna səbəb onların yaşlarının azlığı, təcrübəsizlikləridir. Buna göz yummaq mümkün olduğu halda, böyüklər onları bağışlamırlar. Nəticədə isə, ixtilaf odu alovlanır və əxlaqi, dini çatışmazlıq bu ixtilafa daha da təkan verir. Belə ki, iki gəncin yenicə qovuşmuş ulduzu ayrılır, ümidləri doğrulmur.
    Bildiyiniz kimi, hər bir insan istər kişi olsun, istərsə də qadın fitri olaraq azad və azadlıqsevər yaradılmışdır. Bu azadlığın alınması, kimin tərəfindən olmasından asılı olmayaraq, İslam nəzərində böyük günahdır.
    Burada hamilə qadına diqqət olunması, onun əmin-amanlığının qorunmasından söhbət açmağımızın mənası, hamilə olmadıqda heç də ona etinasızlıq etməyin maneəsiz olması demək deyil. Bu yalnız hamilə qadının həssas vəziyyətini diqqətinizə çatdırmaq üçündür. Çünki hər bir halda insanların azadlığının qorunması vacibdir.
    Əgər ailələrin imkanı olar və onlar üçün problem yaranmazsa, elə ilk gündən bəylə gəlinin həyatını müstəqil etsinlər və beləliklə, onlarla islami göstərişlər və insani keyfiyyətlər əsasında, heç bir umacaqları olmadan davransınlar.
    Hər iki tərəfin valideynləri onların evinə yalnız öz övladlarını görməyə, onlara baş çəkməyə getməli, öz evlərinə gəldikdə isə onları xoş üzlə qarşılamalı və onların həyatına heç bir dəxalət etməməlidirlər.
    Buna imkanları olmadıqda isə, öz evlərinin bir hissəsini onlara verib, şirin həyatlarının zəhərə çevrilməməsinə səy göstərməlidirlər.
    Gəlin ər evində ilahi bir əmanətdir. O, min arzu-diləklə öz keçmiş həyatından əl çəkərək, yeni bir həyata qədəm qoymuşdur. Kürəkən isə gəlinin ailəsi üçün Haqqın nemətidir. Bu nemətə öz övladları kimi yanaşmalıdırlar. Onların bu davranışı Qurana və rəvayətlərə əsasən, ibadət olaraq Haqqın rizasına və əbədi behiştə yol açır.
    Yeni ailə qurmuş gənclərin valideynləri ailə qurduqları ilk günləri xatırlasınlar. Onlar ya yaxınlarının mehribanlığı, səmimiliyi nəticəsində olduqca şirin bir həyat keçirmiş, ya da bunun əksinə olaraq, yaxınlarından heç bir səmimiyyət görməyərək, acı bir həyat sürmüşlər. Hər halda, indi özləri valideyn, qayınata və ya qayınana olmuşlar. Özlərini bir anlığa iki yenicə bir-birinə qovuşmuş gəncin yerinə qoysunlar. Onları anlamağa, başa düşməyə çalışsınlar. Bilsinlər ki, yersiz dəxalətlər övladlarının səmimiyyətini pozur, onların həyatlarını mənasızlaşdırır. Nəticədə, qohum ailələr düşmənə çevrilir və gənclərin ailəsi dağılır.
    İmam Sadiq (ə) «Kafi» kitabında qeyd olunmuş bir rəvayətdə buyurur: «Allahın Adəmə (ə) bir həyati prinsip olaraq verdiyi ilk öyüd-nəsihət bu idi: «Özün üçün bəyənmədiyini digərləri üçün də bəyənmə. Özün üçün bəyəndiyini isə digərləri üçün də bəyən».
    Bəli, valideynlər, gəlin və kürəkən, yaxınlar, qohumlar həyatda özləri üçün bəyəndiklərini bu iki gənc üçün də bəyənməlidirlər. Özləri üçün bəyənmədiklərini isə onlar üçün də bəyənməməlidirlər. Bu prinsipə hamı tərəfindən əməl olunarsa, cəmiyyətdə heç bir problem qarşıya çıxmaz. Qarşıya çıxdıqda isə, asanlıqla həll olunar.
    İndi isə qadının hamiləlik dövrü ilə bağlı iki Quran ayəsinə nəzər salaq:
    «Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı»(«Loğman» surəsi, ayə 14.).
    «Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur»(«Əhqaf» surəsi, ayə 15.).
    Sizin fikrinizcə bu zəhmətli, əziyyətli zəif günlərdə hamilə qadının nazı çəkilməməlidirmi? Ona hər bir sahədə qayğı göstərilməməlidirmi?
    Hamilə qadına qayğı göstərmək ilk mərhələdə əxlaqi, ictimai və dini baxımdan ərinin, sonrakı mərhələdə isə yaxınlarının, qohumlarının üzərinə düşən vəzifədir. Bu uşağın ana bətnində tam sağlam inkişafı üçün olduqca zəruridir.
    HAMİLƏ ZAMANI GÖRÜLƏSİ İŞLƏR
    Hamiləliyin hər bir qadın üçün zəhmət, əziyyət olduğuna heç bir şübhə yoxdur. Bunun əziyyətini dadan, zəhmətini görən anaların övladlarına məhəbbəti olmasaydı, bir də hamilə olmağa razı olmazdılar. Çünki bu vəziyyətdə qadın orqanizminin müxtəlif hissələri qəribə fəaliyyət göstərir. Onun orqanizmi daha çox şirə ifraz edərək, bədənin fəaliyyətini sürətləndirir. Amma bir çox hamilə qadınlar ürəkbulanma və ya iştahasızlıq üzündən yaxşı qidalanmayaraq, öz sağlamlıqlarını qoruya bilmirlər.
    Bir çox qadınlar da öz sağlamlıqlarını qorumaq üçün kökəlmənin, uşağın qarında böyüməsinin qarşısını almaq üçün özlərini xüsusi rejimə salır, orqanizmlərini bir çox lazımi qidalardan məhrum edirlər. Onlar çəkilərinin artmamasına, uşağın inkişaf etməməsinə çalışırlar. Qorxurlar ki, uşaq inkişaf edib böyüyərsə, dəriləri korlanar və ya doğuş zamanı daha çox əziyyət çəkərlər. Belə qadınlar bilməlidirlər ki, hamilə olduqları ilk gündən artıq bir nəfər deyil, iki nəfərdirlər. Elə buna görə də, hamiləlik dövrü boyunca özünün və övladının sağlamlığını təmin edən bir rejimə keçməli, özünün arıq olmasına və övladının zəif doğulmasına şərait yaratmamalıdırlar.
    Hamiləlik dövrlərinin əziyyətsiz, rahat keçməsi üçün hamilə qadın nə kökələcək qədər çox yeməli, nə də arıqlayacaq və uşağı bətnində saxlaya bilməyəcəyi qədər az yeməlidirlər. O, gündəlik yeməyini düzgün qaydada proqramlaşdırmalı və orqanizminin gündəlik ehtiyac duyduğu kalorini qəbul etməlidir.
    Hamilə qadınlarda orqanizm daxili şirələr ifraz etdiyi üçün bədənin inkişafı sürətlənir. Buna görə də qida daha tez həzm olunur. Əgər uşaq olmasaydı, qadın dərhal kökələrdi.
    Orqanizmin fəaliyyətinin artmasına səbəb bətndəki uşaqdır. Bu, onun sürətlə inkişaf etməsi üçündür. Ana az yedikdə, uşaq məcburiyyət qarşısında qalaraq, ananın sümükləri içərisində və ya digər hissələrində qalmış maddələrdən istifadə edərək bu boşluğu doldurur.
    Uşağın ana bətnində özünü formalaşdırması üçün dəmirə və kalsiuma ehtiyacı var. Dəmir uşağın qanı üçün çox lazımlıdır. Dəmirsiz qırmızı qan kürəciklərinin tərkibində olan hemoqqobinlər əldə olunmur və uşaq anada mövcud olan qandan özünə sərf etməyə məcbur olur. Buna görə də, tədricən ananın qanı azalır və şübhəsiz ki, doğulduqdan sonra qanı az olur.
    Ana özünün və övladının ehtiyacı olan dəmiri təmin etmək üçün hər gün kifayət qədər lobya, paxla, mərci, qara ciyər, ət, alma, üzüm, xurma və s. kimi tərkibində dəmir olan qida maddələrindən istifadə etməlidir.
    Kalsium uşağın bədən quruluşunun təməlini qoyur. Çünki onun ana bətnində olduğu müddət ərzində aşağısı 40-50 qram kalsiumlu maddəyə ehtiyacı var. Ana tədricən həmin miqdarda kalsiumu qida vasitəsi ilə uşağına ötürməli və onun sümüklərinin bərkiməsinə yardım etməlidir. Əks təqdirdə, uşaq ananın orqanizmində olan kalsium vasitəsilə öz ehtiyacını ödəməyə çalışır. Bunun nəticəsində isə, ananın sümükləri yumşalır, dişləri çürüyür, başının tükü tökülür və günbəgün zəifləməyə doğru gedir. Kalsiumu qatıq, pendir və qaymaq kimi süd məhsulları, arpa, buğdayla, alma və armud kimi meyvələr vasitəsilə əldə etmək mümkündür. Çünki uşağın qidalanmasına və inkişafına yalnız bu yolla yardım etmək olar.
    Qadının hamilə olduğu zaman ananın sağlamlığını qorumaq və uşağın cism və əql baxımından inkişafı, eləcə də uşaq dünyaya gəldikdən sonra ananın və onun necə qidalanması haqqında İslamın çox mühüm göstərişləri mövcuddur. Bütün bunların mütaliəsini sizin öz öhdənizə qoyuruq.
    İslam geyimin növü, onun rəngi, ayaqqabı, ananın get-gəli, məhrəm və naməhrəmin qadın hamilə olduğu zaman evə gedib-gəlməsi və s. kimi məsələlər haqqında da lazımi tapşırıqlar vermişdir.
    Ana hamilə olduğu müddətdə Allahı yad etməyə, Quran oxumağa, ilahi məclislərdə iştirak etməyə, vacib əməlləri həyata keçirməyə diqqət yetirərsə, uşağın mənəviyyatına xoş təsir bağışlamış olar.
    Hamiləlik özü İslam dinində bir növ ibadət hesab olunaraq, böyük bir savaba yol açır.
    Həzrət Peyğəmbər (s) buyurur: «Bəli, qadın hamilə olduqda oruc tutan, gecəni ibadətlə keçirən, Allah yolunda canı və malı ilə cihad edən şəxsə bənzəyir».(Bihar, 101-ci cild, səh-106.)
    Əlbəttə, qadın və kişi bir-biri ilə razılaşaraq, uşaqları olmasının qarşısını ala bilərlər. Lakin belə olduqda çox faydalı bir ticarəti əldən vermiş olacaqlar. Valideynlər övlad sahibi olduqda bunun məsuliyyətini dərk etməli, öz maddi vəziyyətlərini nəzərə almalıdırlar.
    DOĞUŞ
    Doğuş anları ana, ata və yaxınlar üçün ən sevindirici an olmasına baxmayaraq, qadının ən çətin anları hesab olunur. O, uşağını dünyaya gətirmək üçün böyük zəhmətə, ağır əziyyətə qatlaşır. Onun bu əziyyətlərə qatlaşması böyük bir ibadət olaraq, məsumların buyruğuna əsasən, olduqca böyük savaba malikdir.
    Həzrət Peyğəmbər (s) buyurur: «Qadının dünyaya uşaq gətirməsinin savabı dərkolunmazdır».(Həmən mənbə.)
    İmam Sadiq (ə) buyurur: «Uşaq doğuran zaman dünyasını dəyişən qadın üçün qiyamət haqq-hesabı yoxdur. Çünki o, dünyasını doğuşun əziyyəti ucbatından dəyişmişdir».
    Həzrət Peyğəmbər (s) buyurur: «Qadın doğuşdan qurtardıqda, ona xurma verin. Allah Məryəmə doğduğu zaman xurma yeməsini tapşırdı. Onlara altı ədəd Mədinə xurması verin. Bu mümkün olmadıqda isə, öz yerinizdə bitən xurmalardan verin. Allah buyurur: «And olsun izzət və cəlalıma, əgər qadın doğduğu gün xurma yeyərsə, oğlu da olsa, qızı da olsa, dözümlü olacaq».(Bihar, 101-ci cild, səh-116.)
    İslam doğuş məsələsinə, doğuş otağına, oraya toplananlara çox böyük diqqət yetirmişdir. Bu ananın və uşağın sağlamlığının qorunması üçün olduqca mühümdür.
    KÖRPƏNİN GEYİMİ
    İmam Həsən (ə) dünyaya gəldikdə Həzrət Peyğəmbər (s) onu ağ parçaya bükmələrini tapşırdı. Etinasızlıq ucbatından uşağı sarı parçaya bükərək, Peyğəmbərə (s) verdilər. Həzrət onu qucağına alıb öpdü. Dilini ağzına qoyaraq körpənin dilini sovurdu. Sonra buyurdu: «Sizə onu ağ parçaya bükün demədimmi?» Sonra ağ parça istədi. Körpəni ona büküb, sarı parçanı kənara atdı. Sonra sağ qulağına azan, sol qulağına iqamə oxudu və adını Həsən qoydu. Həmin işi imam Hüseynin (ə) viladətində də həyata keçirdi.(Vəsail, 21-ci cild, səh-409.)
    KÖRPƏNİN İLK YEMƏYİ
    «Kafi» kitabının müəllifi mərhum Kuleyni belə bir rəvayət nəql edir: «Uşağın ağzına ilk olaraq Fərat suyu və imam Hüseynin (ə) qəbrinin türbətini qoyun. Bunlar olmadıqda isə, yağış suyu qoyun».(Həmən mənbə, səh-408.)
    AZAN VƏ İQAMƏ
    İnsanın işə düşən ilk üzvü qulağıdır. Quran qulağa çox əhəmiyyət vermişdir. Qulaq doğuşun ilk günlərində eşidir. Beyin qulağın eşitdiyini yadda saxlayır və eşitdiyi hər bir səs uşağa təsir göstərir. Buna görə də, uşağı pak böyütmək üçün evdə haram və lazımsız səslər olmamalıdır.
    Peyğəmbər (s) və məsum imamlar uşaq doğulduğu ilk anlarda onun sağ qulağına azan, sol qulağına isə iqamə oxuyardılar.
    Tövhid, nübuvvət və imamət sədası, namaz zümzüməsi uşağın qulağını oxşamalıdır. O, həyatı bunlarla başlamalı və bunlarla da qurtarmalıdır. «Bir günlük uşaqdır, düşünmür, dərk etmir» deməyin. O bütün bunlara ən yaxşı şəkildə malikdir.
    Mərhum Təbatəbai deyirdi: «İyirmi üç yaşlı amerikalı bir qız beyin xəstəliyinə tutulur. Ona cərrahiyyə əməliyyatı edirlər. İlk dəfə özünə gəldikdə, fransa ləhcəsi ilə məzhəbi bir nəğmə oxuyur. Valideynləri təəccübə qərq olurlar. Doktor nə üçün belə təəccübləndiklərini soruşur. Onlar deyirlər: «Bizim qızımız fransız dilində bir söz belə bilmir. Fransızca nə kitabı var, nə də fransız dostu olub». Gözlənilmədən qızın anası bu müəmmanı açır: «Qızımın üç yaşı olduqda bir çox fransalı ΙΙ Dünya Müharibəsi qaçqını Amerikaya gəldi. Onların arasında dini təəssübə malik bir tibb bacısı var idi. Bizim qonşuluğumuzda ev tutmuşdu. Bəzən bizə gəlir, uşağı ağuşuna alır və sakitləşdirmək üçün ona laylay oxuyurdu».
    Məlumdur ki, onun oxuduqları dini kəlmələr imiş. O gündən bu nəğmələr uşağın beyninə həkk olub. 23 yaşında özünə gələrkən, beyninə həkk olunmuş nəğmə dilinə gəlir və qeyri-ixtiyari olaraq oxumağa başlayır».
    Deməli, insanın ilk doğulduğu an azan və iqamə, ölümün ilk anlarında təlqin oxunması faydasız deyil. Çünki qulaq ilk işə düşən və son işdən düşən üzvdür».
    UŞAQ DOĞULANDA BUNLARA RİAYƏT EDİN
    Məsumlardan rəvayət olunur: «Uşaq dünyaya gələrkən yeddi şey sünnətdir: ən başlıcası ad qoymaqdır. Sonra isə başı qırxdırmaq, qırxılan tükün ağırlığı qədər sədəqə vermək, əqiqə(Uşağının təvəllüdünün 7-ci günü onun başını qırxarkən qurban edilən qoyun (və ya bu işin həyata keçirilməsi).), əqiqəni qonşulara yedizdirmək uşağın başına zəfəran yaxmaq, onu xətnə etdirmək.»(Vəsail, 21-ci cild, səh. 411-413)
    İmam Sadiq (ə) əqiqənin çox müstəhəb olduğunu vurğulamışdır. Belə ki, onun haqqında vacib sözünü işlətmişdir.(Həmən mənbə.)
    İmam Musa ibn Cəfərdən (ə) xətnə haqqında soruşulduqda, həzrət buyurdu: «Xətnənin uşağın təvəllüdünün yeddinci günü olması sünnətdir».(Həmən mənbə, səh-439.)
    ANA SÜDÜ
    Ananın öz körpəsinə iki il süd verməsi Qurani-kərimdə vurğulanan məsələlərdəndir:
    «Analar (istər boşanmış, istərsə də boşanmamış olsunlar) uşaqlarını əmizdirmə müddətini tamamlamaq istəyən (atalar) üçün tam iki il əmizdirsinlər»(«Bəqərə» surəsi, ayə 233).
    «…Uşağın süddən kəsilməsi isə iki il ərzində olur…»(«Loğman» surəsi, ayə 14.).
    Bəli, uşağın ruzisi ananın sinəsindədir. Ana öz şəxsi xülyaları üzündən və ya zahiri görünüşünü qorumaq üçün uşağı Allahın veridyi ruzidən məhrum edə bilməz. Onu quru südün, heyvan südünün və ya digər bu kimi uşaqlar, körpələr üçün hazırlanan qida məhsullarının ümidinə qoymağa haqqı yoxdur. O bilməlidir ki, döşə süd gəlməyinin ən yaxşı yolu uşağı əmizdirməkdir. Heç bir dərman bunu əvəz edə bilməz. Körpəni əmizdirdikdən sonra süd ifrazı tənzimlənir və ananın vəziyyəti yaxşılaşmağa başlayır. Ananın döşündən ifraz olunan südün tərkibini 1/6 q. %-ni albuminoide-li maddələr, 4%-ni yağlı maddələr, 3/8 q. %-ni isə şəkər, duz və digər vitaminlər təşkil edir. Bu tərkib yer üzündə heç bir maddədə yoxdur. Belə bir qida maddəsini, yalnız ana orqanizmi Allahın iradəsi ilə öz yenicə doğulmuş körpəsi üçün ifraz edir. Heyvan südlərinin tərkibi bununla bir az fərqlənir. Belə ki, qoyun kimi sürətlə gedən heyvanların südündə albuminoide daha çox olur.
    Qadının süd verdiyi aylar ərzində bu tərkib daim dəyişir. Belə ki, onun şəkər və yağlılığı günü-gündən azalır, albuminoide-li maddələri isə artır.
    Uşağı əmizdirmək onu doyurub yaşamını təmin etməsindən başqa, süd ifrazını artırır və süd ifraz edən vəzilərin daha yaxşı işləməsi üçün şərait yaradır.
    İlk on beş gündə körpəni əmizdirmək aşağıdakı qaydada olmalıdır: Doğulduğu ilk on beş gündə hər gün yeddi dəfə əmizdirilməlidir. Sübh saat altıdan başlayaraq, gecə saat on ikiyə qədər hər üç saatdan bir əmizdirilməlidir. Bu on gündə körpə gecə saat on ikidən sübh saat altıya qədər istirahət etməlidir. On beş gündən sonra südverməni hər gün yeddi dəfədən altı dəfəyə qədər azaltmalıdır. Yəni gecə saat doqquzda uşağı süddən ayırıb, yatızdırmaq lazımdır. Bu müddətdə həm ana istirahət etməli, həm də uşağın həzm orqanı özünü növbəti həzmlər üçün hazırlamalıdır.
    Ana hər dəfə uşağını əmizdirdikdə onu yaxşı doyurmalı, sonra isə sağ tərəfi üstə yatırtmalıdır. Süd verdikdən sonra rahat yatan və təcrübənin göstərdiyinə görə çəkisi 25-30 qram artan uşaq tam sağlamdır.
    Həzrət Peyğəmbər (s) məşğuliyyətinin çoxluğuna baxmayaraq, uşaqların südlə qidalanmasına xüsusi diqqət yetirirdi. Fatimənin (s.ə) evinə gəlir, şəhadət barmağını Hüseynin (ə) ağzına qoyurdu. Onun barmağı sovurması ilə iştahanın düzgün olub-olmamasını yoxlayırdı. Əgər uşağın həqiqətən iştahası olsaydı, sırf onu sakitləşdirmək üçün əmizdirməzdi. Çünki uşağı tez-tez əmizdirmək onun həzmini pisləşdirir və bütün orqanizmə mənfi təsir göstərir.
    Rəsuli-əkrəm (s) buyurur: «Uşaq üçün ana südündən yaxşı süd yoxdur».(Bihar, 103-cü cild, səh-323.)
    Bu cümləni əsrlər öncə İslam peyğəmbəri (s) buyurmuşdur. Hansı ki, böyük alimlər bunu yeni kəşf etmişlər.
    Qərb ailələrinin böyük əksəriyyəti öz uşaqlarını qeyri-təbii südlə böyütmək üçün bu işlə məşğul olan müəssisələrə müraciət edirlər. Bu alimlərinin tədqiqatlarında qeyd olunur: «Uşaq üçün ana südündən yaxşı və faydalı qida yoxdur».
    Rəvayətlərdə buyrulur: «Bəzi hallarda müşahidə olunduğu kimi ananın südü olmazsa, dayə seçimində çox diqqətli olmaq lazımdır. Çünki süd uşağın cisminə, fikrinə çox böyük təsir göstərir. Həmçinin rəvayətlərdə qeyd olunur ki, pis əməlli, ruhi baxımdan normal olmayan, əqli baxımdan geri qalmış, dardüşüncəli, yəhudi, məsihi, məcus, şərabxor dayə tutmayın. Çünki onun xüsusiyyətləri süd vasitəsilə uşağa keçir».(Həmən mənbə, «Südvermə» (Riza’) bölümü; Vəsail, 15-ci cild, «Südvermə» (Riza’) bölümü.)
    Südvermə məsələsində daha çox diqqəti cəlb edən, onun qarşılığı olan savabdır. Həzrət Peyğəmbər (s) «Kişilər bütün savabları əldə edirlər, bəs çarəsiz qadınlar nə etsinlər?»-deyə soruşan Ümmü-Sələməyə cavab olaraq buyurdu: «Qadının hamilə olduğu günlərin savabı orucun, gecələri ibadətlə keçirməyin, canla, malla Allah yolunda cihad etməyin savabından çoxdur. Doğmağın o qədər savabı var ki, onu heç kim bilə bilməz. Qadın uşağını ağuşuna alıb əmizdirdikdə, ona İsmayıl övladlarından bir qul azad etməyin savabı verilir. Süd verib qurtardıqda isə kəramətli bir mələk onun yanına enərək, «Əməllərini yenidən başla, çünki günahların bağışlandı,»-deyir.
    Analar süd verərkən imam Sadiqin (ə) Ümmü-İshaq adlı bir qadına buyurduğu sözləri nəzərə almalıdırlar: «Bir döşdən süd vermə. Körpəni hər iki döşlə qidalandır. Biri onun üçün yemək, digəri isə içki olsun».
    AD QOYMA
    Bəziləri ad qoymanın adi, mühüm bir şey olmadığını düşünürlər. Onlara elə gəlir ki, uşağa istənilən adı qoymaq olar. Lakin heç də belə deyil. Ad qoymaq olduqca mühüm və uşağın gələcək şəxsiyyətində əsaslı təsir göstərən bir məsələdir. Elə buna görə də, rəvayətlərdə bu haqda geniş söhbət açılmışdır.
    İmam Musa ibn Cəfər (ə) buyurur: «Kişinin övladına etdiyi ilk yaxşılıq ona gözəl ad qoymaqdır. Sizin hər birinizin övladına gözəl ad qoyması zəruridir».(Vəsail, 21-ci cild, səh-389.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Özünüzə ad seçdikdə, ən yaxşı adlardan birini seçin. Çünki qiyamətdə bu adla çağırılacaqsınız».(Həmən mənbə.)
    Ravi (rəvayəti nəql edən şəxs) deyir: «İmam Sadiqin (ə) yanına getdim. O, Musa ibn Cəfərin (ə) beşiyinin yanında əyləşmişdi. Ayağa durduqdan sonra məni çağırdı. Salam verdim. Həzrət salamımı aldıqdan sonra buyurdu: «İndi get, dünən uşağına qoyduğun adı dəyişdir. Sənin qoyduğun ad Allahın sevmədiyi addır». Bu həqiqət idi. Mənim bir qızım olmuşdu. Adını Hümeyra qoymuşdum. Həzrətin göstərişindən sonra evə qayıdıb, uşağın adını dəyişdim».(Həmən mənbə.)
    İmam Sadiq (ə) atalarından nəql edir: «Həqiqətən, həzrət Peyğəmbər (s) şəhərlərin və insanların çirkin adlarını dəyişirdi».(Həmən mənbə, səh. 390-391.)
    Həzrət Baqir (ə) buyurur: «Ən doğru adlar bəndəlik nümayiş etdirən adlardır. Övladlarınız üçün ən yaxşı ad peyğəmbərlərin adlarıdır».(Həmən mənbə)
    Həzrət Musa ibn Cəfər (ə) buyurur: «Sakinlərinin adları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və ya Fatimə olan evə yoxsulluq daxil olmur».(Həmən mənbə, səh-396.)
    Əgər sizin övladlarınızın adı peyğəmbər, imam və ya peyğəmbər anası, imam anası adı deyilsə, Allahın rizasını cəlb etmək üçün onu dəyişdirin. Qoy qiyamətdə övladlarınız çirkin adlar qoyduğunuz üçün sizdən şikayət etməsinlər.
    Category: İslamda ailə 2 | Views: 931 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024