İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:31 AM
    İslamda ailə 2
    İYİRMİ İKİNCİ FƏSİL
    İSLAMDA QIZ ÖVLADININ DƏYƏRİ
    ÖVLAD BƏXŞ ETMƏKDƏ HAQQIN İRADƏSİ
    Haqq-təala müqəddəs varlıq olaraq yerin və göyün maliki, qadir, alim, rəhman və rəhimdir. Onun Öz bəndələri haqqında iradəsi onlara olan lütfü, eşqi və mərhəmətidir. Onun bəndəsi üçün istədiyi hər bir şey bəndəsinin dünya və axirətinin xeyrinədir. Bəndəsi onun iradəsinə, ədalətinə təslim olmalıdır. Bu təslimolma ənbiya və övliyaların əxlaqi xüsusiyyətlərindən biri kimi ən böyük ibadətdir.
    Bəzilərini sonsuz etmiş, bəzilərinə qız, bəzilərinə oğlan, bəzilərinə isə ekiz oğlan və ya qız vermişdir. Bütün bunlar Allah-təalanın tam rəhmət və lütfündən doğur:
    «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud da hər ikisindən ‒ həm oğlan, həm də qız verir, istədiyini də sonsuz edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!» (Şura surəsi, ayə 49-50.)
    Bu ayəyə əsasən qız övladı Rəbbin iradə və mərhəmətinin təcəllasıdır. Hər hansı bir valideynin qız övladına sahib olması Haqqın elminin, qüdrətinin, iradə və malikiyyətinin tələbidir.
    Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.
    İmam Sadiqin (ə) buyurduğuna görə, uşaq dünyasını dəyişdikdə bərzəx aləmində İbrahim və Saraya tapşırılır. Onların himayəsi altında tərbiyə alaraq, valideynlərinin axirəti üçün saxlanılır.
    «Məskənül-fuad» kitabında imam Sadiqdən (ə) nəql olunur: «Uşağın ölümünə səbir etməyin, haray-həşir salmaqdan çəkinməyin savabı, uşağın sağ olaraq imam Zamanın (ə) qoşunu sıralarında Allah yolunda cihad edərək şəhid olmasından çoxdur».
    İmam Hüseyn (ə) şəhid olmuş altı aylıq uşağını xeyməyə gətirib bacısı Zeynəbin (ə) ağuşuna qoydu. Özü torpaq üstündə oturaraq, Haqq-təalaya ərz etdi: «İlahi! Bu altı aylıq şəhidi mənim axirətim üçün saxla».
    Vəfat etmiş bir uşağın bu qədər dəyəri olduğu bir halda böyüyüb boya-başa çatdığı və valideynlərinin yorulmadan çəkdikləri zəhmətlə tərbiyə olunduğu zaman nə qədər dəyəri olar? Burada oğlan və qızın heç bir fərqi yoxdur. Məqsəd, insanın övladıdır.
    Quranın «Ənfal» surəsində buyurulduğuna görə, insanın övladları onun üçün Haqqın imtahanıdırlar. Əgər valideynlər onlara bəxş olunan övladları üçün şükür etsələr, onların təlim-tərbiyəsi üçün çalışsalar, imkan daxilində onun ailə qurması üçün şərait yaratsalar, onun ehtiramını qorusalar bu ilahi imtahandan alnıaçıq çıxaraq, böyük bir mükafat əldə edəcəklər. Məgər Quranda buyurulmurmu?!:
    «Mal-dövlət, oğul-uşaqlar (oğullar) bu dünyanın bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarı ilə daha xeyirlidir».(Kəhf surəsi, ayə-46)
    Öz övladının tərbiyəsi üçün əziyyət çəkən, onu Haqla, peyğəmbərlərlə, imamlarla, Quranla tanış edən şəxs misilsiz, daim savabından bəhrələnəcək bir saleh əməl, xeyirli iş görmüşdür. Hansı ki, Allah yanında daha yaxşı və insanın aqibəti üçün xeyirlidir.
    Məgər həzrət Məryəm, Xədicə, Asya, Fatimə (s.ə) və Zeynəb (s.ə) öz ataları üçün daim savabından bəhrələnəcəkləri savab əməl deyildilərmi? Nə üçün hər hansısa bir şəxs qız atası olduqda narahat olmalıdır? Qız övladının ana bətnində formalaşıb dünyaya gəlməsi Allahdan qerisinin iradəsidirmi? Bu yalnız Haqqın iradəsi, Onun lütf və mərhəmətidir. Elə buna görə də, Haqqın iradəsi və seçiminə təslim olmaq və daim bu övladın şükrünü etmək lazımdır.
    Bu reallığa hökmən diqqət yetirin: Həzrət Peyğəmbərin (s) Qasım, Təyyib, Tahir və İbrahim adında oğlanları dünyaya gəldi, lakin Peyğəmbər (s) onların heç birinə görə Allah tərəfindən təbrik olunmadı. Bu məqsədlə Quranda da heç bir ayə nazil olmadı. Lakin həzrət Fatimə (s) ana bətninə düşdükdə, «Kövsər» surəsi nazil olaraq, Rəsulullaha daimi bir yaxşılıq müjdəsi verdi.
    QIZ ÖVLADI HAQQINDA ÇOX MÜHÜM RƏVAYƏTLƏR
    Qız övladı olmayan şəxsin ehtiyac əllərini Allah dərgahına qaldırıb qız valideyni olmaq üçün sidq ürəklə dua etməsi müstəhəbdir.
    Həzrət İbrahim – o böyük ilahi peyğəmbər İsmayıl və İshaq kimi övladı olduqdan sonra Allahdan qız övladı istəyərək, nalə etməyə başladı. İmam Sadiq (ə) o həzrətin duasını belə nəql edir: «Vəfat etdikdən sonra onun üçün ağlayan, ocağını isindirən bir övladı olsun deyə, Allahdan ona qız övladı nəsib etməsini istədi».(Vəsail, 21-ci cild, səh-361.)
    Bu hədisdə qeyd olunan məsələ olduqca mühümdür. Mühüm olan budur ki, həzrət İbrahim kimi ulul-əzm peyğəmbər qız övladından məhrum olduqda, bu neməti əldə etmək üçün dua edir.
    Qız atası olmaq böyük bir iftixardır. Çünki İslam peyğəmbəri (s) də qız atası idi. Bu, Peyğəmbərə oxşar bir cəhətdir.
    İmam Sadiq (ə) buyurur: «Böyük Allah elçisi bir neçə qız atası idi».(Həmən mənbə.)
    Əgər qızı olmayan şəxsin bacısı olsa belə, haqqın rəhmət qapısı onun üzünə açıqdır.
    İmam Sadiq (ə) buyurur: «Üç qızı və yaxud üç bacısı olan və onların keçimini öz üzərinə götürən şəxsə cənnət vacib olur»;(Həmən mənbə.) «İki qızını, iki bacısını, iki bibisini və yaxud da iki xalasını himayə edən şəxsin bu himayəsi onu cəhənnəm odundan qoruyacaq».(Həmən mənbə, səh-362..)
    Həzrət Peyğəmbər (s) buyurur: «Qız övladları necə də yaxşı, mehriban, mülayim, insanın köməyinə yetən, onunla ünsiyyət quran, təmizkar və pakdırlar».(Həmən mənbə.)
    Bir şəxs Peyğəmbərin (s) yanında əyləşən bir kişiyə qızı olduğu xəbər verdi. Kişinin rəngi dəyişdi. Həzrət «nə olub?»-deyə soruşdu. Kişi «xeyirdir?»-deyə cavab verdi. Həzrət buyurdu: «Nə baş verdiyini söylə». Kişi dedi: «Mən evdən çıxdıqda, arvadım doğmaq üzrə idi. İndi bu şəxs mənə qızım olduğunu xəbər verdi». Həzrət buyurdu: «Yer onu saxlayar, səma başının üstünə kölgə salar, Pərvərdigar ruzisini verər. Qız övladı bir xoşətirli gül dəstəsidir ki, insan onu iyləyir». Sonra üzünü səhabələrə tutaraq buyurdu: «Bir qızı olan şəxs onu tərbiyə etmək, qorumaq, cehiz hazırlamaq, toy etmək və kimə vermək kimi problemlərlə qarşılaşır. Sizi and verirəm Allaha, iki qızı olanlara kömək edin. Üç qızı olanlar cihad və bu kimi işlərdən azaddırlar. Ey Allah bəndələri! Dörd qızı olanların dadına yetişin. Ona borc verin, mərhəmət göstərin».(Vəsail, 21-ci cild, səh-365.)
    Qız övladı o qədər əzizdir ki, həzrət Peyğəmbər (s) səhabələri qız atalarına kömək etməyə çağırır və onlara kömək etməyi ilahi bir vəzifə bilir.
    İmam Sadiqin (ə) dövründə bir kişi qız atası olmuşdu. İmamın yanına gəldikdə, Həzrət onu narahat, əsəbi halda görüb buyurdu: «Əgər Allah sənə vəhy edərək, «Ey mənim bəndəm! Mən sənin Rəbbinəm. Sənin seçimini mən edim, yoxsa mən ola-ola sən özün seçirsən?» desəydi, nə cavab verərdin?» Qız atası dedi: «Deyirdim ki, ey mənim Pərvərdigarım, mənim seçimimi sən et». İmam buyurdu: «Mehriban Tanrı sənin üçün qız seçib. Həzrət Musa ilə Xızrın görüşünü yadına sal. Xızr peyğəmbər Allahın əmri ilə o ailənin məsləhətinə görə uşağı öldürdükdə, Musaya dedi:
    «Və Rəbbinin onun əvəzində onlara daha təmiz və (ata-anasına qarşı) daha mərhəmətli olan başqa bir övlad verməsini istədik»(«Kəhf» surəsi, ayə 81.).
    Həzrət Xızr (ə) o uşağı öldürdükdə, Musa (ə) etiraz etdi. Xızr dedi: «Allah onlara bu uşaqdan yaxşısını verəcək». Allah-təala həmin ailəyə bir qız uşağı bəxş etdi. Onun nəslindən yetmiş peyğəmbər dünyaya gəldi».(Kafi, 6-cı cild, səh-6; Vəsail, 21-ci cild, səh-364.)
    İmam Sadiq (ə) buyurur: «Qız uşaqları yaxşılıqdırlar. Oğlan övladları isə Haqqın nemətidirlər. Yaxşılıqlara görə savab verər, nemətdən isə hesab çəkərlər», «Qızının ölümünü istəyən şəxs qiyamət günü asilərdən biri kimi Allahın hüzuruna gətirilər».(Həmən mənbə.)
    Merac gecəsi Allah-təala öz elçisinə buyurdu: «Qızı olanlara de ki, qız valideynləri olduqları üçün hövsələsizlik etməsinlər. Onları necə yaratmışam, eləcə də ruzilərini verəcəyəm».(Həmən mənbə.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Allah qıza oğlandan daha mehribandır. Qızının sevinməsinə bais olan şəxsi Allah qiyamət günü sevindirəcək»;(Vəsail, 20-ci cild, səh-367.) «Sizin ən yaxşı övladınız qızlardırlar»;(Bihar, 104-cü cild, səh-91.) «Üç qızını və ya üç bacısını himayədarlığa götürən şəxsin behiştə daxil olması vacibdir». Soruşdular: «Bəs bir nəfəri himayədarlığa götürsə necə?» Həzrət buyurdu: «Yenə də vacibdir».(Vəsail, 21-ci cild, səh-368.)
    O həzrət başqa bir hədisdə buyurur: «Bazara daxil olaraq bir töhfə alıb onu öz ailəsi üçün aparan şəxs ehtiyaclı bir qövm üçün sədəqə aparan şəxsə bərabərdir. (Töhfəni) qızlarına oğlanlarından öncə verməlidir. Çünki, həqiqətən, qızını sevindirən şəxs İsmayıl övladlarından bir qul azad etmiş şəxsə bərabərdir».(Bihar, 104-cü cild, səh-69.)
    Olduqca maraqlı bir rəvayətdir. Tarix boyunca heç bir mədəniyyət qız övladına sahib olmağı bu şəkildə müdafiə etməmişdir. Əksinə olaraq, qadın və qızların vəziyyəti müxtəlif qəbilə və millətlərdə acınacaqlı olmuşdur. Bu, həzrət Peyğəmbərin (s) yorulmaq bilməyən səyi və zəhmətidir ki, qadın mövzusunda belə bir inqilab yaratmışdır.
    Bundan da maraqlı Rəsuli-əkrəmin (s) aşağıdakı rəvayətidir. O həzrət buyurur: «Övladlarınızı uşaq olduqları üçün ağladıqlarına görə vurmayın. Onların ağlamağı mənasız deyil. Onların ağlamaları dörd ay əvvəldə Allahın birliyinə şəhadətdir. İkinci dörd ayda Peyğəmbər və onun ailəsinə salamdır. Üçüncü dörd ayda isə ata-anası üçün duadır».(Bihar, 60-cı cild, səh-381)
    Buna görə də Allahın yeganəliyinə şəhadət verəni, Peyğəmbər (s) və onun ailəsinə salam göndərəni, valideynləri üçün dua edəni vurmaq olmaz. Əksinə, ağladığı üçün onu qorumalı və sevgini ondan əsirgəməməlisən.
    Bu mühüm rəvayətə nəzər salaq: «İmam Sadiqin (ə) səhabələrindən olan Səkuni deyir: «Qəmgin halda imam Sadiqin (ə) yanına getdim. İmam «Səkuni, nə üçün belə qəmginsən?»-deyə soruşdu. Dedim: «Qızım olub». Həzrət buyurdu: «Yükünü yer daşıyır, ruzisini Allah verir. Yaşadığı zaman sənin yaşadığın zamanla fərqlidir. O öz ruzisini yeyir». And olsun Allaha (bu sözlərdən sonra) qəmim, qüssəm göyə sovruldu». Sonra İmam soruşdu: «Onun adını nə qoymusan?» Mən «Fatimə»-deyə cavab verdim. Həzrət üç dəfə dərindən ah çəkdi. Sonra əlini alnına qoyaraq, ah çəkməyinə davam etdi. Sonra buyurdu: «İndi ki, adını Fatimə qoymusan, onu söymə, döymə, ondan mərhəmətini əsirgəmə».(Kafi, 6-cı cild, səh-48; Məkarimül-əxlaq, səh-220; Vəsail, 21-ci cild, səh-482.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Qızı olan şəxs onu özündən bezdirməsin, acılamasın, oğlanlarını ondan qabağa keçirməsin. Əgər belə edərsə, Allah onu behiştə daxil edər»;(İzdivac dər İslam, səh-136) «Bir qızı olan şəxsin savabı min həccin, min cihadın, min qurbanlığın və min qonaqlığın savabından çoxdur».(Həmin mənbəə)
    Category: İslamda ailə 2 | Views: 946 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024