İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:29 AM
    İslamda ailə 2
    İYİRMİ BEŞİNCİ FƏSİL
    ÖVLADIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQU
    XEYİRƏ GEDƏN YOL
    Sözümüzə başlamazdan öncə Əmirəl-mömininin (ə) hikmətli, insanı xeyirə doğru yola yönəldən bir kəlamına nəzər salaq.
    O Həzrət (ə) «xeyir» nədir?-deyə soruşan bir şəxsin cavabında buyurur: «Xeyir mal-dövlətin, övladların çoxluğunda deyil. Xeyir elmin, helmin çoxluğundadır. Xeyir ondadır ki, Pərvərdigarına ibadət etməklə fərəhlənəsən. Əgər davranışın yaxşıdırsa, Allaha şükür edəsən. Yox, əgər pisdirsə, Allahdan bağışlanmanı diləyəsən. Bu dünyada xeyir yalnız iki nəfər üçündür: günaha bulaşıb onu tövbə ilə bağışlatdıran və sürətlə yaxşılıqlara doğru addımlayan şəxs üçün. Təqva ilə edilən əməl az deyil. Qəbul olunmuş əməl necə az ola bilər?»(Nəhcül-bəlağənin şərhi, İbni Əbil Hədid, 18-ci cild, səh-250.)
    Bu dahiyanə kəlamda üç mühüm məsələyə ‒ elm, helm və onlardan bəhrələnməyə toxunulmuşdur. Hansı ki, Haqqa ibadət hesab olunur. Qeyd olunduğu kimi, elm və helmdən istifadə günahdan çəkinməklə yanaşı olmalıdır. Əks təqdirdə, Haqq dərgahında qəbul olunmayacaq.
    Sahibinin təqvası olmayan elm, pərhizkarlıqla yanaşı olmayan helm və təqvanın heç bir rolu olmayan ibadət yalnız ziyan, təhlükə törədir.
    Bu dünyada özlərini bir yerə yetirənlər elm və bəsirət, ibadət və tövbə, təqva və günahdan çəkinməklə yetirmişlər.
    Çıxarı olmayanlar, hövsələsizlər, həva-həvəs kölələri ziyan mənbəyidirlər.
    Hər halda yuxarıdakı kəlamdan məlum olur ki, valideynlər ilk mərhələdə övladlarının onların üzərində olan hüquqlarını bilməlidirlər. Növbəti mərhələdə isə ‒ onların hüquqlarını qoruyarkən olduqca səbirli, hövsələli olmalıdırlar.
    Bu hüquqlara riayət etmək böyük bir ibadətdir. Bu ibadəti etdikləri üçün onların qəlbi fərəhlənməli, sevinməlidir. Onlara belə bir ibadət nəsib etdiyi üçün Allaha, şükür etməli, bu yolda olan qüsurlarının bağışlanmasını diləməlidirlər. Zəhmətlərinin hədərə getməməsi və onun bəhrəsini dünya və axirətdə görmələri üçün bütün sahədə təqvalı olmalıdırlar.
    ÖVLADLARIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
    Həzrət Peyğəmbər (s) buyurur: «Ata övladına yazmağı, üzməyi, ox atmağı öyrətməli və ona yalnız halal ruzi yedizdirməlidir».(Mizanül-hikmə, 10-cu cild, səh-720.)
    Əlbəttə, bunları ata özü şəxsən öyrətməyə də bilər. Övladını məktəbə və ya etimad etdiyi hər hansı bir idman salonuna göndərərsə, bununla öz vəzifəsini yerinə yetirmiş olar. Halal qida məsələsi isə çox çətindir və o, bu məsələyə daha çox diqqət yetirməlidir.
    Çox gözəl olardı ki, hər bir məktəbin yanında idman salonu və məscid olsun. Övladlarımız dərslərini oxuduqdan sonra üzgüçülüyü, ox atmağı, öz dini məsələlərini də öyrənsinlər və onların bədənləri, fikirləri və ruhları birgə inkişaf etsin.
    Yazmaq və ya ümumiyyətlə savadlanmaq, üzmək, ox atmaq və halal qidalarla qidalanmaq övladlarımız üçün dörd güc mənbəyidir. Bütün bunlar gənclərin, uşaqların boş vaxtlarını doldurur və daxili hisslərini, xüsusilə şəhvətlərini kontrol edir.
    Şeyx Bəhayi halal mal haqqında Həsən adlı birindən nəql edir: «Əgər halal bir çörək qırıntısı əlimə keçərsə, onu əzib toz halına salıram. Sağalmayan bir xəstə mənə müraciət etdikdə, həmin halal tikənin tozundan bir az ona verirəm və halal tikədən dadmaqla onun xəstəliyi sağalır».
    HALAL VƏ HARAMIN TƏSİRLƏRİ
    Böyük alim və din xadimlərindən biri deyir: «Qum şəhərində Həzrət Xomeynidən təhsil aldığım zaman, məhərrəm ayında təbliğ məqsədi ilə müxtəlif bölgələrə gedirdim.
    Məhərrəm ayına yaxın o ilahi insanın yanına gedib: «Bu il də məhərrəm ayı üçün dəvət almışam. Mənim üçün dua edin»-deyə xahiş etdim. İmam mənim üçün dua edib, camaatla davranmağım və təbliğ etməyim haqqında müəyyən tövsiyələr etdi.
    Dəvət olunduğum yerə getdim. İki-üç min əhalisi olan bu məntəqəyə daxil olduqda, çiyninə bel alan nurani bir əkinçi mənə yaxınlaşıb, gəlişimin məqsədini soruşdu. Təbliğ üçün gəldiyimi bildikdə dedi: «Burada yalnız Allahın halal-haramından de. Çünki buranın camaatının bu məsələlərə daha çox ehtiyacı var. Bu on günü mənim evimdə qal. Mən sənə yalnız halal mal yedizdirərəm. Mənim çörəyimi yeməyin qəlbini işıqlandırar, çıxışların da daha çox təsir göstərər».
    Onun evinə getdim və dediyi kimi rahat, dilim topuq vurmadan çıxışlar etdim.
    O, sübh tezdən çölə gedir, şam namazı vaxtı məscidə qayıdırdı. Çıxışımdan sonra isə birlikdə evə gedirdik.
    Bir gün ondan xəbərsiz bir nəfərin təkidi ilə qonaqlığa getdim. Həmin gün axşam çıxış edərkən ağırlıq hiss etdim. Danışmağa çətinlik çəkirdim. Dinləyicilərin bundan xəbəri olmamasına baxmayaraq, mən sözləri ağzımdan güclə çıxarırdım. Evində qaldığım əkinçi, sanki mənə etiraz edirmiş kimi, iki-üç dəfə qəzəblə mənə baxdı. Məclis sona yetdikdən sonra evə getdik. O, sərt tərzdə mənə dedi: «Qarnına od yemişsən, bu gün mənim evimdən başqa yerə getmisən. Bunu sənin çıxışından anladım. Nə qədər buradasan, başqa yerə getməyə haqqın yoxdur. Ömrünün axırına qədər yeməyinə, get-gəlinə fikir ver. Halal nuranilik gətirir, haram isə zülmət».
    Bir daha bu mövzuda Həzrət Peyğəmbərin (s) mübarək kəlamına nəzər salaq: «Övladlarınız üçün yalnız halal ruzi aparın».
    ŞEYX ZAHİD
    Tehranda Şeyx Məhəmməd Zahid adlı böyük bir alim yaşayırdı. O, sözün əsl mənasında zahid idi. Bir çox gəncləri məscidə, dini məscidlərə cəlb etmiş və onlara dini tərbiyə vermişdi.
    Şeyx Zahid deyirdi: «Bir yerə dəvət olunmuşdum. Getməməli idim, lakin qeyri-ixtiyari olaraq getdim və yalnız məcburi bir dondurma yedim. Gecə ibadət etmək üçün yuxudan durdum. Dəstəmaz almağa gedərkən, pilləkandan yıxıldım və alnım parçalandı. Həyat yoldaşım alnıma məlhəm qoyub bağladı. Yaranın ağrısından ibadətimi davam etdirə bilmədim. Yatağıma uzandım və məni yuxu tutdu. Yuxuda bu sözləri eşitdim. «Şeyx, sən hara, dondurma hara?» Yuxudan ayıldım və alnımın parçalanmağının dondurmanın kəffarəsi olduğunu bildim.
    Həzrət Peyğəmbər (s) buyurur: «Övladın ata üzərində olan hüququ ona yaxşı ad qoyması, vaxtı çatdıqda onu evləndirməsi və ona yazmaq öyrətməsidir».(Mizanül-hikmə, 10-cu cild, səh-720.)
    Bir kişi Rəsulullahdan (s) soruşdu: «Övladımın mənim üzərimdə olan hüququ nədir?» Həzrət buyurdu: «Ona yaxşı ad qoy, yaxşı tərbiyə ver və onu yaxşı yerdə yerləşdir».(Həmən mənbə.)
    O həzrət (s) digər bir kəlamında buyurur: «Övladının izdivac vaxtı çatdıqda imkanı olan ata onu evləndirməzsə, oğlunun bu səbəbdən bulaşdığı hər bir günahın məsuliyyəti onun öhdəsinə düşür».(Həmən mənbə.)
    Əli (ə) buyurur: «Övladın ata üzərində olan hüququ üçdür: gözəl ad seçmək, yaxşı tərbiyə vermək, Quran öyrətmək».(Həmən mənbə.)
    Ənsardan bir kişi imam Sadiqə (ə) dedi: «Kimə yaxşılıq edim?» Həzrət (ə) «Ata-anana»-deyə buyurdu. Kişi dedi: «Ata-anam dünyasını dəyişib». İmam «O zaman övladlarına»-deyə buyurdu.(Bihar, 104-cü cild, səh-98.)
    Rəsuli-əkrəm (s) buyurmuşdur: «Övladlarınızı üç xüsusiyyətlə bəzəyin: peyğəmbərinizə eşqlə, Əhli-beytə eşqlə və Quran qiraəti ilə».(Mizanül-hikmə, 10-cu cild, səh-721.)
    Peyğəmbəri (s) və Əhli-beyti (ə) övlada tanıtdırmaq ata-ananın vəzifəsidir. Uşaq kiçik yaşlarından həzrət Peyğəmbəri (s) və məsum imamları tanımalı və onların eşqi ilə böyüməlidir. Uşaq həyatının bütün sahələrində onlardan dərs almalı və onlardan başqa örnək tanımamalıdır. Bu onun üçün ən yaxşı xeyirdir.
    ŞİRİN BİR XATİRƏ
    İlk dəfə təbliğ üçün Təbrizə dəvət olunduqda, yerli əhali ilə yoxsul məhəllədə, sadə evdə qalacağımı şərt etdim və onlar da şərtimi qəbul etdilər.
    Mən Təbrizə getdikdə, hər şeyin şərtimiz əsasında hazırlandığını gördüm. Mənim üçün adi bir məhəllədə ev tutmuşdular. Ev iki mərtəbə idi. Bir mərtəbəsində ev yiyəsinin ailəsi yaşayırdı, digər mərtəbəsində isə bir Hüseyniyyə var idi.
    Ev sahibi normal gəlirli bir şəxs idi. İbadət və gecə namazı əhli idi. İlk baxışdan qəribə insan təsiri bağışlayırdı. Məndən «Bu evə gəlməyinin səbəbini bilirsənmi?-deyə soruşdu. Dedim: «Mən özüm Tehranda məni dəvət edənlərlə belə şərtləşmişdim». O dedi: «Yox, sizinlə bağlı deyil. Mən Məşhəddə sizin «Ərəfə duası»nı oxuduğunuz məclisdə iştirak etmişəm. Dua qurtardıqdan sonra imam Rzanın (ə) hərəminə gedib, ağlayaraq ərz etdim: «İlahi! Əgər bir gün bu şəxs Təbrizə gəlməli olarsa, mənim evimə gəlməli olsun. Sizi bura imam Rza (ə) gətiribdir. Bu ev, mən və ailəm Əhli-beytə bağlıyıq. Biz Əhli-beyt xidmətçilərindənik».
    Sonra atası haqqında aşağıdakı sözləri dedi: «Atam ömrü boyu ibadət və gecə namazı ilə məşğul olmuş, məni də on üç, on dörd yaşlarımdan böyük məhəbbətlə ibadətə səsləmişdir. O, gecələr məni ibadət üçün oyatdıqda deyirdi: «Oğlum, hamı yuxudadır. İndi çox münasib vaxtdır. Gəl bir küncə çəkilib, imam Hüseynin (ə) məzlumiyyətinə ağlayaq. Biz Hüseynlə (ə) yaşayıb, Hüseynlə (ə) böyümüşük və Hüseyndən (ə) əl çəkən deyilik. Qiyamətə qədər onun xadimi olmaqda qərarlıyıq».
    Həzrət Sadiq (ə) buyurur: «Uşaq yeddi il ata-anasının evində oynamalıdır. Növbəti yeddi ildə Quran öyrədilməli, sonrakı yeddi ildə isə halalını, haramını öyrənməsi üçün şərait yaradılmalıdır».(Mizanül-hikmə, 10-cu cild, səh-222.)
    Əmirəl-möminin (ə) buyurur: «Öz övladlarınızdan elm və bilik ardınca getmələrini tələb edin».(Həmən mənbə)
    Digər bir hədisdə isə buyurur: «Övladlarınıza namaz öyrədin. Onlar həddi-büluğa yetdikdə isə, bu məsələyə daha da ciddi yanaşın».(Həmən mənbə)
    Həzrət Peyğəmbərdən (s) xəlq olunan üç mühüm rəvayətdə qeyd olunur: «Övladlar valideynlərini incidərək valideynin üzünə olduqları kimi, valideynlər də övladlarının hüquqlarını pozmaqla onların üzünə ağ olurlar. Valideynlərin hüquqlarını qorumaq övlada vacib olduğu kimi, övladların da hüquqlarını qorumaq valideynlərə vacibdir».(Bihar, 74-cü cild, səh-70; Mizanül-hikmə, 10-cu cild, səh-723.)
    ATA-ANALAR DİQQƏTLİ OLSUNLAR
    Həzrət Peyğəmbər (s) buyurur: «Övladını öpən insan üçün böyük bir savab yazılır. Övladını sevindirən şəxsi qiyamət günü Allah sevindirəcək. Övladına Quran təlim edən şəxsin valideynlərini qiyamətdə çağıracaq və onlara iki libas geyindirəcəklər. Bu iki simanın nurundan behişt əhli nurlanacaq»;(Furuğe Kafi, 6-cı cild, səh-203) «Kiçik uşağı olan şəxs onunla uşaqcasına oynasın»;(Vəsail, 15-ci cild, səh-203.) «Qızı olan şəxs onu yaxşı tərbiyə etsin, yaxşı savadlandırsın. Tanrının ona verdiyi nemətdən qızına bol-bol verərək, onu rifahla yaşatsın. Əgər belə edərsə, özü üçün cəhənnəm odu qarşısında bir maneə hazırlamış olacaq».(Mizanül-hikmə, 10-cu cild, səh. 705-707.)
    Rəsulullahın (s) övladlar barəsində buyurduğu tövsiyələrə nəzər salaq: «Təqvalı olun və övladlarınız arasında ədalətlə rəftar edin»;(Həmən mənbə.) «Övladlarınıza hədiyyə verdikdə onlar arasında fərq qoymayın. Sizinlə ədalətlə rəftar olunmasını istədiyiniz kimi, onlarla da ədalətlə rəftar edin»;(Həmən mənbə.) «Allah sizin övladlarınızı öpməyinizdə belə ədalətli olmanızı istəyir».(Həmən mənbə.)
    Həzrət Peyğəmbər (s) bir kişini iki uşağı ilə birlikdə gördü. Birini öpür, əzizləyir, digərinə isə soyuq yanaşırdı. Həzrət (s) buyurdu: «Nə üçün onları öpərkən ədalətsizliyə yol verirsən? Əgər öpürsənsə, hər ikisini öp».(Həmən mənbə.)
    Category: İslamda ailə 2 | Views: 995 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024