İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:26 AM
    İslamda ailə 2
    İYİRMİ SƏKKİZİNCİ FƏSİL
    SİLEYİ-RƏHİM
    QURAN VƏ SİLEYİ-RƏHİM
    Sileyi-rəhim (qohumlarla münasibətdə olmaq) çox yaxşı və bəyənilmiş əməllərdəndir. Hansı ki, peyğəmbərlər və imamlar ona əməl etməyə çox əhəmiyyət vermişlər.
    Ömrünü Quranla, rəvayətlərlə keçirmiş böyük filosof Molla Möhsün Feyz sileyi-rəhimin qohumlara baş çəkmək, onların maddi ehtiyaclarını ödəmək, subaylarının ailə qurmasına kömək etmək olduğu qənaətinə gəlmişdir. Əgər Quran ayələri və rəvayətlərə diqqət yetirilsə, sileyi-rəhimin belə dolğun məna kəsb etdiyi anlaşılar.
    Quran sileyi-rəhimi həyata keçirməyi tapşıraraq, onun əql sahiblərinə aid olduğunu vurğulamışdır. Onu həyata keçirməyənləri isə fasiq hesab etmişdir. «Nisa» surəsində buyurulur: «Allaha və qohumlarınıza qarşı təqvalı olun».
    Çox maraqlıdır ki, Allah-təala qohumları Özündən sonra qeyd etmişdir.
    «(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!»(«Rəd» surəsi, ayə 21.)
    Allah-təala «Rəd» surəsində əql sahiblərinin bir neçə xüsusiyyətini qeyd edir və bu xüsusiyyətlərin qiyamətdəki qarşılığının mələklərin məhşərdə onları qarşılamaları, salamlamaları, aqibətlərinin xeyirli olması olduğunu buyurur. Bu xüsusiyyətlərdən biri də, sileyi-rəhimdir.
    «O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirirlər. (Qohumluq əlaqələrini qoruyub saxlayırlar)» («Bəqərə» surəsi, ayə 27)
    «Bəqərə» surəsində qohumlarla əlaqəni kəsmək haqqında buyurulur:
    «O kəslər ki,…Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (qohum-əqraba ilə əlaqələri kəsir) və yer üzərində fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır»(«Rəd» surəsi, ayə 25.)
    «Rəd» surəsində bu mövzuda daha bir ayə nazil olmuşdur:
    «…Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir»(«Məhəmməd» surəsi, ayə 22.)
    «Məhəmməd» surəsində isə buyurulur:
    «Əgər (Allahdan, Onun Peyğəmbərindən (s)) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!» («Bəqərə» surəsi, ayə 265)
    Doğrudan da, qohumlarla xoş münasibətdə olmaq olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, onlarla xoş münasibətdə olmaq qiyamətdə mələklərin insanı qarşılamalarına, ona salam vermələrinə, insanın aqibətinin xeyirli olmasına, əks təqdirdə isə Allahın lənətinə, aqibətin pisliyinə və qiyamətdə insanın nicat tapmaqdan məhrum olmasına səbəb olur.
    Qohumların iqtisadi problemlərini həll etmək, onların abırlarını, şəxsiyyətlərini qorumaqla yanaşı, yardım göstərmək də böyük bir savaba malikdir.
    «Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh) də ona kifayət edər. Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir.»(.«Bəqərə» surəsi, ayə 271.)
    «Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah etdiyiniz hər bir işdən xəbərdardır!»(Bəqərə surəsi, ayə 274.)
    «Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Allah yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər»(«Bəqərə» surəsi, ayə 177.)
    GÖZƏL VƏ FAYDALI BİR TƏKLİF
    Bu ilahi vəzifəni lazımınca yerinə yetirmək üçün belə bir iş görmək yerinə düşərdi: Bütün qohumlarımızı, istər qan qohumları, istərsə də izdivac vasitəsi ilə qohum olanları siyahılaşdıraraq, onların imkanlılarını bir yerə toplayaq. Sileyi-rəhim haqqındakı rəvayətləri onlar üçün açıqlayıb, onları bu mövzuda məlumatlandıraq. Onlardan hər ay və ya hər il başında imkan qədərincə müəyyən qədər pul ayırmalarını xahiş edək. Bu pulu nəslin mötəbər şəxslərindən biri toplayaraq, iki imza ilə əmanət bankına qoysun. Hər hansı bir yoxsul qohum müşkül ilə qarşılaşdıqda, həmin puldan əvəzsiz və ya qaytarmaq şərti ilə götürsün və problemini həll etsin.
    Bu, asan başa gələn, Allahın bəyəndiyi və savab bir işdir. Bunun savabı sözügedən üç ayədə diqqətinizə çatdırıldı.
    Bu gözəl layihəni həyata keçirmək, onu hər yerdə təbliğ etmək və camaatı bu kimi xeyir işlərə rəğbətləndirmək lazımdır. Əgər belə bir layihə həyata keçirilərsə, dövlətin və xeyriyyəçilərin çiynindən ağır bir yük götürülər və qohumların imkanlıları böyük bir savaba nail olarlar.
    Quran «İnfaq» ayəsində qohumlara qayğı göstərməyi digərlərindən öncə vurğulamışdır. Sonra isə yetim, miskin, fəqir, (pulu tükənərək) yolda qalanların adını çəkmişdir. Misal olaraq aşağıdakı ayəyə nəzər salaq:
    «…Yaxşı əməl sahibi, əslində, …Allaha məhəbbəti yolunda malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu tükənib yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdirlər…»(Səfinətül-bihar.)
    MARAQLI BİR RƏVAYƏT
    Şeyx Səduq mötəbər şəxslər vasitəsi ilə imam Sadiqdən (ə) rəvayət edir: «Balığın qarnında münacat edən Yunisin səsini yer tutaraq Haqq əzabına düçar olan Qaruna çatdırdılar. Qarun bu səsin kimin səsi olduğunu soruşduqda, əzab mələkləri: «Bəni-İsrail peyğəmbərlərindən birinin səsidir»-deyə cavab verdilər. Qarun onunla bir neçə dəqiqə söhbət etmək üçün icazə istədi və ona icazə verdilər.
    Qarun Harun və Musa haqqında soruşdu. Yunis cavab verdi: «Mən onların zamanında yaşamıram. Amma onlar hər ikisi dünyasını dəyişib». Qarun bu sözü eşidib ağladı. Allah-təala mələklərə xitab etdi: «Qohumlarına qarşı göstərdiyi bu səmimiyyətə görə onun əzabını azaldın».(Bihar, 74-cü cild, səh-103.)
    SİLEYİ-RƏHİM HAQQINDA RƏVAYƏTLƏR
    Həzrət Peyğəmbər (s) buyurur: «Sudan hazırlanmış bir şərbətlə olsa da, qohumlarına baş çək. Sileyi-rəhimin ən üstün mərhələsi onları incitməməkdir»;(Həmən mənbə, səh-104.) «Bir salam verməklə olsa belə, dünyada sileyi-rəhim edin»;(Həmən mənbə, səh. 103-105.)«Qohumlarınla görüşmək üçün bir il yol get».(Həmən mənbə.)
    O Həzrət (s) digər bir hədisdə buyurur: «Bu günkü və bundan sonra yaşayacaq cəmiyyətə, valideynlərinin sülbündə olanlara qiyamət gününə qədər vəsiyyət edirəm: Sileyi-rəhim edin, hətta bir illik səfər əziyyətinə qatlaşmalı olsanız belə. Həqiqətən, sileyi-rəhim dindəndir».(Bihar, 75-ci cild, səh-185.)
    «Biharül-ənvar» kitabının 74-cü cildinin 111-126-cı səhifələrində sileyi-rəhimin faydaları haqqında çox mühüm rəvayətlər qeyd olunmuşdur. Həmin rəvayətlərdən bir neçəsini diqqətinizə çatdırırıq:
    Həzrət Baqir (ə) buyurur: «Sileyi-rəhim əməlləri paklayır, ruzini çoxaldır, bəlanın qarşısını alır və ölümü təxirə salır».
    İmam Sadiq (ə) buyurur: «Sileyi-rəhim və yaxşılıq qiyamətdə insanın hesabını asanlaşdırır. İnsanı günahdan qoruyur. Ona görə də yaxşı salamlaşmaq və yaxşı cavab vermək qədərincə də olsa, sileyi-rəhim və yaxşılıq edin».
    Həzrət Peyğəmbər (s) buyurur: «Sileyi-rəhim ömrü artırır və yoxsulluğu aradan qaldırır»; «Sileyi-rəhim şəhəri abadlaşdırır, ömrü çoxaldır. Hətta bu işi görənlər yaxşılardan olmasalar da belə»; «Allah-təala canı və malı ilə yaxınına tərəf gedən və ya sileyi-rəhim edən şəxsə min şəhidin savabını verəcəkdir»; «Allah-təala sileyi-rəhim edənin bu iş üçün atdığı hər addıma qırx min savab yazır, qırx min günahını bağışlayır. Sanki Allaha yüz il səbirlə, ixlasla ibadət edibmiş kimi ona qırx min uca məqam verir»; «Behiştdə bir dərəcə var. O, ədalətli rəhbər, çox sileyi-rəhim edən və ailədə səbirli olanlardan qeyrisinə nəsib olmayacaq».
    Əbuzər buyurur: «Səni gördükdə əsəbiləşsələr də, qohumlarının görüşünə get. Əgər səni qəbul etməsələr, yenə get. Nəhayət, məqsədinə çatacaqsan. Onlar Haqqın buyruğundan boyun qaçırsalar da, sən boyun qaçırma».
    Bir şəxs həzrət Peyğəmbərə (s) dedi: «Qohumlarımla xoş münasibətdə olmağa çalışsam da, məni incidirlər. Onlarla əlaqələrimi kəsmək istəyirəm. Həzrət (s) buyurdu: «Belə olduqda Allah sizin hamınızı tərk edər». Həmin şəxs «Vəzifəm nədir?»-deyə soruşduqda, Rəsulullah (s) belə buyurdu: «Səni bir şeydən məhrum edən şəxsə yaxşılıq et. Səninlə əlaqələrini kəsən şəxslə əlaqə yarat. Sənə pislik edəni bağışla. Allah səni onlardan yüksəklərə qaldıracaq».
    QOHUMLARLA ƏLAQƏNİ KƏSMƏK HAQQINDA RƏVAYƏTLƏR
    Əbu Bəsir deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Sizin müxaliflərinizdən olan qohumları ilə əlaqəsini kəsmək istəyən şəxsin vəzifəsi nədir?» Həzrət (ə) buyurdu: «Bu yaxşı iş deyil».(Bihar, 74-cü cild, səh-131.)
    Cəhm ibn Həmid deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Mənim dinimə mənsub omlayan bir qohumum var. Onun mənim boynumda haqqı varmı?» Həzrət (ə) buyurdu: «Qohumluq haqqını heç bir şey pozmur. Əgər qohumun sənin dininə mənsub olsaydı, bu zaman iki haqqa – qohumluq və müsəlmanlıq haqqına malik olacaqdı».(Bihar, 73-cü cild, səh-369.)
    İmam Baqir (ə) buyurur: «Həzrət Peyğəmbərin (s) kitabında buyurulur: «Camaat qohumları ilə əlaqələrini kəsdikdə, malları şər insanların əllərinə düşər».(Bihar, 74-cü cild, səh-90.)
    Həzrət Peyğəmbər (s) buyurur: «Üç zümrə behiştə daxil olmayacaq: daim şərab içənlər, cadugərlərə inananlar və qohumları ilə əlaqələrini kəsənlər».(Həmən mənbə, səh-137.)
    Əmirəl-möminin (ə) buyurdu: «Əcəli yaxınlaşdıran günahlardan Allaha pənah aparıram.» Ravi soruşdu: «Ya Əmirəl-möminin, əcəli yaxınlaşdıran günah varmı?» Həzrət (ə) buyurdu: «Bəli, qohumlarla əlaqələri kəsmək».(Mizanül-hikmə, 4-cü cild, səh-89.)
    İmam Əli (ə) buyurur: «Ən pis günahlar qohumlarla əlaqəni kəsmək və valideynin üzünə ağ olmaqdır».(Həmən mənbə.)
    Rəsulullah (s) buyurur: «Allahın rəhməti sıralarında qohumları ilə əlaqələrini kəsən şəxs olan millətə nazil olmur»;(Həmən mənbə.) «Sıralarında qohumları ilə əlaqələrini kəsən şəxs olan cəmiyyətə mələk nazil olmur».(Bihar, 72-ci cild, səh-25.)
    Mütəvəkkilin oğlu imam Hadiyə (ə) dedi: «Atamın qətli vacibdir. İcazə ver, onu öldürüm». Həzrət (ə) buyurdu: «Onun övladı olduğun üçün bu işi görmə. Çünki əgər onu öldürsən, yer üzündə altı aydan artıq qalmayacaqsan».
    Category: İslamda ailə 2 | Views: 901 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024