İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 2
    5:25 AM
    İslamda ailə 2
    OTUZUNCU FƏSİL
    BOŞANMA VƏ İRS
    BOŞANMANIN ÇİRKİNLİYİ
    Boşanma öz-özlüyündə yaxşı məsələ deyil. Talaq olduqca çirkin, Peyğəmbər (s) və imamların (ə) nifrətinə səbəb olan bir işdir. Boşanmaya, yalnız şəri səbəb üzündən olduqda haqq qazandırmaq olar.
    Həva-həvəs üzündən olunan boşanma insaniyyətə zidd, şəri hökmlərlə, insanların şəxsiyyəti ilə oynamaq deməkdir.
    Bu fəsildə öncə boşanma məsələsinə aid mühüm rəvayətləri diqqətinizə çatdıracaq, sonra isə bu məsələ haqqındakı Quran ayələrini və Quranın boşanmaya olan baxışını araşdıracağıq.
    Hacı Səbzivari «Şərhe-məsnəvi» kitabında məsumlardan belə bir rəvayət nəql edir: «Allah-təala yer üzərində qul azad etməkdən sevimli və boşanmaqdan pis şey yaratmamışdır».
    Həzrət Peyğəmbər (s) buyurur: «Allahın halal buyurduqları arasında boşanmadan çox acığı gələn şey yoxdur»;(Mizanül-hikmə, 5-ci cild, səh-546.) «Allah-təala qadını əyləncə sanan kişiləri, kişini əyləncə sanan qadınları və hər an boşanmaq ardınca olanları sevmir».(Vəsail, 22-ci cild, səh-8.)
    İmam Baqir (ə) buyurur: «Həqiqətən, Allah hər bir boşayanın düşmənidir. Hansı ki, qadını və ya kişini bir əyləncə sanır».(Həmən mənbə, səh-7.)
    İmam Sadiq (ə) buyurur: «Allah toy olan evi sevir, boşanma olan evi isə sevmir».(Həmən mənbə)
    Həzrət Peyğəmbər (s) bir kişiyə buyurdu:
    - Həyat yoldaşın nə etdi?
    Kişi dedi:
    - Onu boşadım.
    - Heç bir səbəb olmadanmı?
    - Bəli, səbəbsiz.
    Həmin kişi yenidən ailə qurdu. Peyğəmbər (s) onu gördükdə evlənib-evlənmədiyini soruşdu. Kişi evləndiyini bildirdi. Həzrət (s) buyurdu: «Həyat yoldaşın indi necədir?» Kişi «Onu boşadım»-deyə bildirdi. Həzrət (s) səbəbini soruşduqda, kişi «Heç bir səbəb olmadan»-deyə cavab verdi.
    Həmin kişi yenə də evləndi. Həzrət (s) onu gördükdə yenə evlənib-evlənmədiyini soruşdu və kişi evləndiyini bildirdi. Rəsulullah (s) «İndi arvadın nə edir?» buyurduqda, kişi dedi: «Onu boşadım». Həzrət (s) «Heç bir səbəb olmadanmı?»-deyə soruşdu. Kişi yenə də Peyğəmbərin sualına «Bəli» deyə cavab verdi. Bu dəfə Həzrət (s) buyurdu: «Allah-təala qadını əyləncəyə çevirən kişiyə və ya kişini əyləncəyə çevirən qadına lənət edir».(«Hucurat» surəsi, ayə 12.)
    BOŞANMANIN SƏBƏBLƏRİ
    Ailə həyatında kişidə və ya qadında mövcud olan hər hansı bir çatışmazlığa görə onunla yaşamaq mümkün olmazsa, bu zaman boşanmaq üçün heç bir problem qalmır. Belə boşanma şəri cəhətdən də tam düzgün addım hesab olunur.
    Belə problemlə qarşılaşdıqda, kişinin və ya qadının ailəsi məsələni dərinləşdirməməlidir. Kişi ilə həyat yoldaşının arasındakı problem şəri səbəbdən doğarsa, onları qeybət, iftira, təhqir, istehza və s. günahlara sürükləməməlidir. Bu tip günahlar kinlərin alovlanmasına, nəticədə isə qiyamət əzabına səbəb olur.
    Çox təəssüflər olsun ki, boşanma məsələsi qarşıya çıxdıqda ailələr arasında qeybət, kin və s. günahlar çoxalır.
    Qadın və kişi nikah bağladıqda, öz üzərlərinə bir çox öhdəçiliklər götürürlər. Əgər hər iki tərəfdən biri bu öhdəçiliklərə tabe olmazsa, qarşı tərəf boşanmaq hüququna malikdir. Bu zaman qarşıya çıxan hər hansısa bir anlaşılmazlıq səbir və hövsələ ilə həll olunmalıdır.
    Burada boşanan ailələrin ilk bulaşdıqları iki günah haqqında danışmaq istəyirəm. Ola bilsin ki, ilahi reallıqlara diqqət yetirərək, bu günahlardan çəkinək.
    QEYBƏT
    Quranda buyurulur:
    «…Ey iman gətirənlər!…Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar»(Vəsail, 12-ci cild, səh-152.). Qeybət də belədir.
    Həzrət Peyğəmbər (s) buyurur: «Qeybətin müsəlmanın dinini viran etməsi, onun qarnındakı tikəni həzm etməsindən tez başa gəlir»;(Bihar, 75-ci cild, səh-222) «Qeybətdən qəti şəkildə çəkinin. Həqiqətən, qeybət zinadan şiddətlidir»;(Mizanül-hikmə, 7-ci cild, səh. 332-333.)«Merac gecəsi dırnaqları ilə üzlərinin dərisini qoparan bir zümrə gördüm. Cəbrayıldan kim olduqlarını soruşduqda, «xalqın qeybətini edənlərdir»-deyə cavab verdi»;(Həmən mənbə.)«Allah-təala müsəlmanın malına, qanına zərər yetirilməsini haram etdiyi kimi, qeybətini də haram etmişdir».(Həmən mənbə.)
    Əli (ə) buyurur: «Qeybət münafiqin nişanələrindəndir»;(Həmən mənbə.)«Yaxşı şəxslərin qeybətini etmək ən pis səviyyəsizlikdir»;(Həmən mənbə, səh-352.) «Qeybəti eşidən də edən kimidir».(Bihar, 77-ci cild, səh-333.)
    İmam Museyi-Kazım (ə) buyurur: «Öz mömin qardaşının qeybətini edən şəxs Allahın rəhmətindən uzaqdır».(Bihar, 78-ci cild, səh-117.)
    İmam Hüseyn (ə) qeybət edən bir şəxsə buyurur: «Ey şəxs, özünü qeybətdən qoru. Həqiqətən, qeybət cəhənnəm itlərinin qidasıdır».(Bihar, 75-ci cild, səh-253.)
    Bəli, həvapərəst, bidət qoyan, zalım və aşkar şəkildə günah edənin qeybəti yoxdur.(Vəsail, 12-ci cild, səh-288.)
    Həzrət Peyğəmbər (s) qeybəti rədd edib eşitməmək və mömin qardaşının abırını qorumaq haqqında buyurur: «Allah qeybətin qarşısını almaqla müsəlman qardaşlarının abırını qoruyan şəxsi cəhənnəm odundan xilas edəcək».
    Deməli, boşanma məsələsində İslamın izn verdiyi şey, yalnız boşanmanın özüdür. İnsafdan, ədalətdən kənar söz demək cəhənnəm əzabına yol açan günahdan başqa bir şey deyil.
    İFTİRA
    Bəzən boşanma ilə qarşılaşan ailələr özlərinə haqq qazandırmaq üçün bir-birlərinə iftira yaxır və camaat qarşısında biri-digərini ləkələyirlər. İftira yaxmaq çirkinlikdə bənzəri olmayan bir günahdır. Belə ki, qiyamətdə əzabı olduqca çoxdur.
    İmam Sadiqdən (ə) Hugeym nəql edir: «Pak insana iftira yaxmağın günahı başı səmaya ucalmış dağlardan da ağırdır».(Həmən mənbə.)
    Həzrət Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) nəql edir: «Qiyamət günü mömin kişi və ya qadına iftira yaxan, onlarda olmayan hər hansısa bir xüsusiyyətin onlarda olduğunu deyən şəxsi bu dediklərini sübut etsin deyə, odlu bir təpənin üstündə yerləşdirəcəklər».(«Nisa» surəsi, ayə 35.)
    İBRƏTAMİZ BİR DƏRS
    Bir kişiyə dedilər: «Arvadını nə üçün boşayırsan?» Kişi cavab verdi: «Həyat yoldaşının qeybətini etmək günahdır». O, arvadını boşadıqdan sonra arvadı qeyrisinə ərə getdi. Yenə kişidən soruşdular: «Arvadını nə üçün boşadın?» Kişi cavab verdi: «Digərlərinin arvadının qeybətini etmək haramdır».
    QURANIN BOŞANMAYA OLAN BAXIŞI
    Əgər qadın və kişi aralarındakı anlaşılmazlığı özləri həll edə bilməsələr, hər iki ailə tərəfindən mömin, hövsələli bir şəxs təyin olunmalıdır ki, problem talaqla nəticələnməsin.
    «(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib, (onların yanına) göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah hər şeyi bilən və (hər işdən) xəbərdardır»(«Bəqərə» surəsi, ayə 229.)
    «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrindən) bir şey tələb etməniz sizə halal olmaz. Bu, yalnız kişi ilə qadın Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirməkdən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hökmləridir. Bu hökmlərdən kənara çıxanlar, əlbəttə, özlərinə zülm edənlərdir»(«Bəqərə» surəsi, ayə 231.)
    «Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman, onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Əziyyət və zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın hökmləri ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!» («Həşr» surəsi, ayə 18.)
    Allah-təala talaq (boşanma) məsələsi ilə yanaşı Quran, hikmət, sonsuz elm kimi nemətləri də xatırladır ki, insanlar bu məsələni tam insaf, ədalət üzərində qursunlar.
    Şübhəsiz ki, ailələr Allaha və qiyamətə inanar və əxlaqlı, əməlisaleh olarlarsa, səmimiyyət dolu bir həyat sürəcək və talaq kimi problemlərlə qarşılaşmayacaqlar.
    Narkotikaya qurşanma, təhsildən yayınma və s. kimi övladlarımızın həyatını məhv edən amillərin kökü valideynlər arasındakı münaqişə və boşanma ilə birbaşa əlaqəlidir.
    Qadın və kişi bir-birlərinin hüquqlarını qoruyaraq, talaq kimi Allahın düşmən sandığı bir problemlə qarşılaşmamalıdırlar. Bunun məsuliyyəti qiyamət günü günahkar, öz üzərinə götürdüyü öhdəçiliyə riayət etməyən şəxsin üzərinə düşür.
    Talaqın sayının azalması üçün hamı çalışmalıdır. Bu məsələdə daha ağır məsuliyyət Ədliyyə nazirliyinin üzərinə düşür. Bu kimi əlaqədar orqanlar əhalini, xüsusilə də boşanma üçün müraciət edənləri onun acı nəticələri haqqında məlumatlandırmalıdırlar. Bu, talaqın qarşısının alınmasında çox böyük rolu ola bilər.

    HƏYATIN SONU
    Enişli-yoxuşlu həyat yolunun sonu ölüm, əzəmət dolu bir dünyaya keçmək və öz əqidələrinin, əməllərinin səmərəsi, məhsulu ilə qarşılaşmaqdır.
    Quran qadın və kişilərə diri ikən axirətləri haqqında düşünməyi tövsiyə edir:
    «…Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın»(Mizanül-hikmə, 10-cu cild, səh. 494-495.).
    İnsanın həyatı sona yetməzdən öncə həyata keçirməli olduğu çox mühüm məsələlərdən biri də, var-dövlətinin üçdə bir hissəsi haqqındakı vəsiyyətidir. Bunun xeyiri insan öldükdən sonra onun özünə aiddir. Vəsiyyət edən şəxsin vəsisi bu pulu mərhumun malından ayırıb, vəsiyyətnamədə göstərilən qaydada xərcləməlidir.
    Bütün ənbiya və övliyalar vəsiyyət məsələsinə xüsusi diqqət yetirmiş və dünyadan vəsiyyətsiz getməmişlər.
    Vəsiyyət Quranın «Bəqərə» surəsinin 180-cı ayəsinin buyuruğu və Peyğəmbərin (s), məsum imamların şiələrə olan tapşırığıdır.
    Həzrət Peyğəmbər (s) buyurur: «Vəsiyyət etmək hər bir müsəlman üçün zəruridir»;(Həmən mənbə.) «Müsəlman gecə yatarkən vəsiyyətnaməsinin başının altında olmaması yaxşı iş deyil»;(Həmən mənbə.) «Vəsiyyət edərək dünyasını dəyişən şəxs düzgün qaydada, Peyğəmbərin (s) sünnəsi, təqva və şəhadət əsasında dünyasını dəyişmişdir. Allah onu bağışlayacaqdır».(Nəhcül-bəlağə, 254-cü hikmət. )
    Çox yaxşı olar ki, vəsiyyətə çox az əməl olunduğu bir vaxtda insan özü öz vəsiyyətini həyata keçirsin. Yəni, pulunu sərf olunacağı qaydada özü xərcləsin.
    Əli (ə) bu məsələyə toxunaraq buyurur: «Adəm övladı özü öz vəsiyyətini həyata keçirsin. Öldükdən sonra pulunun xərclənməsini istədiyin qaydada, bu gün özün sağ ikən xərclə».
    Bərge eyşi be qure xişe ust
    Kəsi nəyarəd ze pəse to pişe ust.
    Tərcüməsi:
    Öz qəbrinə azuqəni özün göndər,
    Səndən sonra bir kimsə onu göndərməyəcəkdir, özün göndər.
    Hər halda çalışmaq lazımdır ki, özünüzdən sonra istifadə olunmaq üçün qoyduğunuz pul halal olsun. Haramdan irs olmaz. Özünüzdən sonra müəyyən yerlərə xərclənmək üçün vəsiyyət etdiyiniz pul da halal olmalıdır. Əks təqdirdə, onun sizin axirətinizə heç bir xeyiri dəyməyəcək. Var-dövlətinizin qalan üçdə iki hissəsini isə Qurana əsasən bölün ki, varislərinizə zülm olmasın.
    Vəsi və vərəsə (varis) Quran əsasında tənzimlənmiş vəsiyyətnaməyə düzgün əməl etməlidirlər. Bu, vacib bir əməl olaraq ibadət sayılır.
    Varisin pulu bölməzdən öncə mərhumun bütün borclarını ödəməsi vacibdir. Digərinin haqqı ilə qarışmış var-dövlətdən istifadə etmək haramdır.
    Miras bölünərkən mərhumun həyat yoldaşının, ata-anasının, övladlarının hüquqları Quranda buyurulduğu qaydada qorunmalıdır. Əks təqdirdə, ilahi göstərişlərin hüdudlarından kənara çıxaraq, qiyamət əzabına düçar olacaqlar.
    İrsin bölünməsi məsələsində risalələrə və yaxud fiqh elmi sahəsində mütəxəssis olan şəxslərə müraciət edin. Əgər irs düzgün qaydada bölünərsə, mərhumun ruhu şad olar.
    Mərhumun varisləri bilməlidirlər ki, o, yaşadığı dövrdə onlar üçün hər bir zəhmətə qatlaşmışdır. Ola bilər ki, bu yolda bəzi günahlara aludə olmuşdur. Ona görə də onu unutmamalı, onun üçün namaz qılıb, dua etməli və bəzən qəbri üstünə getməlidirlər. Çünki Allah-təala onun ruhuna sizinlə ünsiyyətdə olmağa icazə verir və bu, onların bərzəxdə sizin üçün dua etmələrinə səbəb olur.
    Dostlarımdan biri deyirdi: «Bir dostum problemlə qarşılaşdıqda yubanmadan Tehrandan Quma gələr, bir az valideynlərinin qəbri yanında əyləşərdi. Onlar üçün Fatihə oxuyar, dua edərdi. Valideynlərinin adından sədəqə verər və onlardan özü üçün dua etmələrini xahiş edərdi. Sonra yenidən Tehrana qayıdardı. Beləliklə də, günəş qürub edənə qədər problemi həll olardı».
    Valideynin övladı üçün minlərlə zəhmətə qatlaşması, vəfatından sonra isə unudulması düzgün deyil.
    Category: İslamda ailə 2 | Views: 946 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024