İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:22 PM
    İslamda ailə 1
    BİRİNCİ FƏSİL
    CANSIZLARIN CÜTLƏŞMƏ PROSESİ
    Allah-təalanın alim, həkim və adil iradəsi möhkəm varlıq aləmində, xilqət və yaradılışın geniş meydanında hər bir şeyi cüt yaratdı. Hər şeyin cüt olması istisnasız bir həqiqətdir. Bəşər elmi, elmi tədqiqatlar bunu kəşf etməzdən öncə Quran bir çox ayələrdə, o cümlədən «Zariyat» surəsinin 49-cu ayəsində varlıq aləminin bütün mövcudlarını ‒ cansızları, bitkiləri, heyvanları və insanları əhatə edən bu həqiqət barəsində xəbər vermişdir.
    Bu mühüm elmi məsələnin, yaranış ailəsinin bütün mövcudatını əhatə edən bu aydın bəyanın elmi renesansdan əsrlər öncə Məkkə və Mədinə kimi oxuma-yazma, kitab, məktəb olmayan bir şəhərə aid olması Quranın möcüzələrindən, onun ilahi kitab olmasının tutarlı dəlillərindən, bu kitabın elmi kitab olması və peyğəmbərlərin sonuncusunun, həqiqətən, peyğəmbər olmasına ən möhkəm və əsaslı sübutlardan biridir.
    Quranın yaranışın digər məsələləri haqqında da ayələri mövcuddur ki, bəşərin bu günkü elmi onun qarşısında təəccüb və heyrətə qərq olur. Bu müqəddəs kitab hər hansı bir məqama sahib olman insan üçün özünün haqq və hidayət çırağı olması mövzusunda şəkk və tərəddüd olunası bir yer qoymur.
    «Bu elə bir kitabdır ki, onda heç bir şəkk-şübhə yoxdur.» ("Bəqərə" 1)
    Ulu Tanrının rəhməti hər bir növdən (fəsildən) olan cütlərin zatında bir-birinə qarşı aşiqanə rabitə, cazibə və meyl yaratmışdır. Bu meyl və cazibə müəyyən şəraitdə ‒ istər təkvin aləmində, istərsə də təşri meydanında ‒ növlərin izdivac, cütləşmə və artımları ilə nəticələnir. Bu yolla da yaranış sisteminin davamına, bütün mövcudatın - hər hansı sinfə aid olmasına baxmayaraq ‒ həyatın ləzzətini, gözəlliyini dadmağa, özünün və digərlərinin vücudundan bəhrələnməyinə şərait yaranır.
    Cansızların artımı və törəmə əlaqəsi nəticəsində (hər hansı şəkildə olursa) olsun, bir ünsürün digər ünsürlə birləşməsi ilə məsələn, oksigenlə hidrogen kimi iki yandıran və yanan ünsürün tərkibi və bu tərkib nəticəsində soyuq, sərin həyat cövhəri olan suyun meydana gəlməsi, ya bir çox nəticələr verən cəzb etmə və cəzb olunma yaxud da saysız-hesabsız mənfəətlərin meydana gəlməsi ilə nəticələnən iki müsbət və mənfi cərəyan şəklində üçüncü ünsür meydana gəlir. Bütün bunlar Allah-təalanın iradəsinin və rəhmətinin məhsulu olan varlığın möcüzələrindəndir. İki ünsür və ya bundan çox ünsürlər arasında olan əlaqə, bir-birinə meyllilik, bir sözlə, cansızların bir-birinə qarşı olan eşq sistemi nəsil artımına, siniflərin həyatının davamına, xilqət sisteminin və gözəl varlıq aləminin həmişəyaşarlığına gətirib çıxarır.
    Doğrusu, bu necə böyük iradə və misilsiz qüdrətdir ki, iki yanan və yandıran ünsür arasında əlaqə, aşiqanə hal yaradır. Belə ki, bu iki ünsürün birləşməsi nəticəsində soyuq su, axar çaylar, böyük dənizlər, sonsuz okeanlar və incə yağış damcıları əmələ gəlir!
    Bu hansı maraq oyadan qüvvədir ki, ünsürlərin bir-biri ilə tərkibi nəticəsində qara torpağın dərinliklərində, möhkəm daşların daxilində, qır rəngli, gecədən də qara yataqlarda almaz yaradır?!
    Bu hansı mahir iradədir ki, bir neçə maddənin tərkibi nəticəsində Yəmən mədənlərinin dərinliklərində qırmızı əqiq, Nişabur torpağının dərinliklərində səma rəngli firuzə, torpağın heyvan çürüntüləri ilə qarışması nəticəsində isə minlərlə bəşərin ehtiyac duyduğu əmtəələr yaradır?!
    Bu hansı rəhmət və lütfdür ki, daş, torpaq və digər maddələrin bir-biri ilə tərkibi nəticəsində qızıl, gümüş, mis, dəmir və s. bu kimi mənfəətli materialları varlıq ailəsinə təqdim edir?!
    Bu hansı iradə və hikmətdir ki, müxtəlif ünsürlərin bir-biri ilə tərkibi nəticəsində bütün bu nemətləri öz bəndələrinə bəxş edir?!
    Bu hansı iradə və hikmətdir ki, günəş və torpaq arasında, günəş ünsürləri ilə torpaq ünsürü arasında bu eşq və məhəbbəti yaratmışdır?! Belə ki, günəş ünsürləri ilə torpaq ünsürlərinin, günəş maddələri ilə torpaq maddələrinin tərkibi nəticəsində yaratdığı nemətləri ‒ Özünün Quranda buyurduğu kimi ‒ saymağa heç bir şəxsin qüdrəti yoxdur.
    «O, həmin Allahdır ki, göyləri və yeri yaratdı. Səmadan su endirdi və onun vasitəsi ilə meyvələri sizə ruzi olaraq yaratdı. Gəmini sizin ixtiyarınıza verdi ki, onun göstərişi ilə hərəkət etsin. Yer kürəsindəki çayları, hərəkətdə olan, varlıq dəryasında axan günəş və ayı, gecə və gündüzü sizin ixtiyarınıza verdi. Bir sözlə, ondan istədiyiniz hər şeyi sizə verdi. Belə ki, onun verdiyi nemətləri saymağa qalxsanız, bu sizin bacarığınız xaricindədir».("İbrahim" 32-34)
    Sözügedən meyl və əlaqə, cəzbetmə və cəzb olunma, ünsürlərin mənfi və müsbətliyi, onlar arasındakı törəmə və artım üçün zəruri olan aşiqanə əlaqənin miqdarı müəyyən nəzm, adilanə qanunlar əsasındadır. Bu meyl və əlaqə ifrat və təfritdən uzaqdır. Bu eşq və məhəbbət heç bir zaman sönmür. Bu aşiqanə və gözəl fəzada küsmək, savaşmaq, ixtilaf və s. bu kimi məfhumlar mə´nasızdır. Bu izdivacda təlaq və ayrılıq yoxdur. Əgər həyatın bu sahəsində ixtilafa, ayrılığa yol verilsəydi, şübhəsiz ki, nizamsızlıq, dağınıqlıq öz lənətə gəlmiş süfrəsini açar, vəziyyəti qarışdırar və bu büsatın kökünü qazardı.
    Cansızlar dünyasında hər bir ünsür müəyyən ölçü və həcmdə, lazımi fasilədə, özünəuyğun inkişaf və hərəkətdədir. Hər birinin digəri ilə tərkib olunması da müəyyən uyğunluq əsasındadır.
    Ünsürlər öz müəyyən nəzmlərindən əl çəkib, bir-biri ilə savaş və düşmənçiliyə qalxmırlar. Bu gözəl nizamın hər hansı bir nöqtəsində yerləşmələrindən asılı olmayaraq, öz həyati və qanuni hədlərini qoruyurlar.
    «Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri göydə (öz hədəqəsində, öz dairəsində) üzür».("Yasin" 40)
    Bu ünsürlərin aralarındakı fasilə, ölçü, həcm, uzunluq, en, dərinlik, rəng və digər xüsusiyyətləri, o cümlədən aralarında təqribən düz əlli milyon kilometr fasilə olan günəş və yerin bu fasiləsi heç bir zaman artıb-əskilmir. Belə ki, bu fasilənin artması bütün yer mövcudatının buzlaşmasına, azalması isə yer kürəsinin bütün ünsürlərinin yanmasına gətirib çıxarar. Bütün bunları müşahidə etdikdə, Allahın iradəsi ilə bütün mövcudatı əhatə edən sonsuz elm, ədalət və hikmətdən başqa bir şey görmək olmur. Elə buna görə də bəsirət, insaf və vicdan əhli pak qəlb, ürək gözü ilə varlıq aləminə nəzər saldıqda, bütün varlıqları ilə mövcudların yaradıcısını yad və bacardıqları qədər fəryad edirlər: «Ey bizim Malik və Rəbbimiz, bu xilqəti boş yerə yaratmayıbsan».("Ali-İmran" 121)
    İn həme nəqşe əcəb bər dəru divar vucud
    Hər ke fekrət nəkonəd nəqş buvəd bər divar.
    Mənası:
    Varlıq aləminin qapı və divarlarını gözəl rəsmlərlə bəzəyibsən,
    Sənin barəndə düşünüb, fikirləşməyən divara çırpılar.
    Bəli, nəzm və qanun, zahirdə və batində varlıq aləminin bütün ünsürlərini əhatə edir. Bütün mövcudatda Haqqın ismi və sifətləri özünü əks etdirir. Bu isim və sifətlərin xətti o qədər aydındır ki, hər bir savadsız və savadlı şəxs onu oxuya bilər.
    Be nəzde anke canəş dər təcəllast
    Həme aləm sefate Həqq Təalast.
    Mənası:
    Qəlbləri nurani olanlar bilir ki,
    Bütün aləm Haqq-təalanın sifətləridir.
    Maraqlı budur ki, bütün varlıqlar məxsus nizama, öz məhbublarına ‒ Haqq-təalaya çatmağa can atırlar.
    «Həqiqətən, son dönüş Rəbbinə doğrudur»("Nəcm" 42).
    BİTKİLƏRİN BİRGƏ HƏYAT SİSTEMİ
    Bitkilər aləminin tozlanma, cütləşmə, başqa sözlə desək, törəyib-artma prosesi hər bir müşahidəçini təəccüb dəryasına qərq edir.
    Əlimizdə olan az fürsət bu mühüm məsələ haqqında ətraflı məlumat verməyə imkan yaratmır. Buna görə də, bir neçə sözlə bu maraqlı həqiqətin müəyyən şəraitdə, dəqiq və münəzzəm proqram əsasında qurulmasını əziz oxucuların diqqətinə çatdırırıq.
    Əgər güllərə diqqət yetirsəniz, onların ortasında incə mil və bayraqcıqlar görünəcəkdir ki, onlara «göbəkcik» deyilir. Göbəkciklərin sayı güllərdə müxtəlif olmaqla yanaşı, xüsusi hesabı da vardır. Bu millərin yuxarısında «tac» adlanan sarı rəngli kiçik yumaq, onun daxilində isə dörd dəlikli çox kiçik bir torba vardır. Onların arasında yumru tozlar yerləşir. Yumru toz dənələri mikroskopla görünən çox xırda tozlardır. Vəzifə və iş etibarilə, onlar heyvanların spermasına olduqca bənzəyirlər.
    Onlarla dişiciklər arasında tozlanma əməliyyatından sonra çiçək toxumu düzəlir. Həddən artıq kiçik olmalarına baxmayaraq, yumru tozlar öz növbələrində iç-içə keçmiş hissələrə və qəribə incəliklərə malikdirlər. Onların arasında protoplazma, yağ, şəkər, nişasta və azot maddələri vardır. Ortada biri kiçik, digəri isə böyük olan iki nüvə yerləşir. Kiçik nüvə «törəyən nüvə», böyük nüvə isə «cücərdən nüvə» adlanır. Bunların hər birinin ümdə vəzifəsi aşağıdakılardan ibarətdir:
    Dişicik: Gülün üzərində - ortada - yerləşən hissədir. Onun yuxarısında «kəlalə» adlanan xüsusi bir çıxıntı vardır. Üzəri yapışqan və sürüşkən bir maddə ilə örtülmüşdür. Bu yapışqan maddənin işi erkəkcik tozlarını cəzb edib saxlamaq və onların cücərməsinə kömək etməkdir.
    Dişiciyin gülün aşağısına birləşən alt hissəsində «yumurtalıq» adlanan bir çıxıntı vardır. Onun arasında kiçik yumurtacıqlar görünür. O yumurtacıqlar xüsusi quyruğabənzər hissəylə yumurtalığın divarına birləşir, onun vasitəsilə su və digər lazımi maddələri cəzb edirlər. Yumurtacıqların da özlərinə görə diqqət etməli quruluşları vardır.
    Nikah: Tacın yumru torbaları parçalandıqdan və tozlar dişiciyin üzərinə düşdükdən sonra dərhal cücərməyə başlayırlar. Burada qeyd etmək lazımdır ki, erkəkcik tozlarının dişiciyin üzərinə çatması üçün müxtəlif yollar vardır. Onları müşahidə edərkən, yaranış aləmini öyrənənlər mütləq təəccüb edəcəklər.
    O cümlədən, bu həyati vəzifəni müxtəlif həşəratlar yerinə yetirirlər. Onlar güllərin gözəl ətir və rəngi, həmçinin onlarda olan xüsusi şirəyə görə onlara sarı hərəkət edir və üzərlərində oturub, tüklü ayaqları ilə toz dənələrini digər yerlərə aparırlar. Bu əməliyyat, xüsusilə erkəkcik və dişicikləri bir-birindən ayrı olan və iki dayaq üzərində duran güllərdə xüsusi əhəmiyyətə malikdir.
    Dediyimiz kimi, tozlar dişiciyin üzərində yerləşdikdən sonra böyüyüb, inkişaf etməyə başlayırlar. Cücərdən və bitirən böyük nüvə onunla birgə yumurtalığa doğru inkişaf edir, süzülür. Onun yaxınlığında tamamilə aradan gedib, məhv olur. Amma törəyən kiçik nüvə bu nazik borunun arasından keçib, yumurtalığa daxil olur. Orada yumurtalıqlarla qarışıb, gizli və qaranlıq mühitdə bir-birlərinə qovuşurlar. Gülün nütfəsi bağlanır və onun əsl yumurtası əmələ gəlir.
    Hava, su və insan bitkilərin tozlanmasına şərait yaradan digər vasitələrdirlər.
    Cansız əşyaların yerləşdirilməsi kimi bitkilərin həyatında da tərkib olunmaq, törəmək və tozlanmaq üçün Haqq-təalanın iradəsiylə[6] qanun və şəraitlər vardır. Bu qanunlar ziddiyyət və nifrət, qarşıdurma və boşanma olmadan öz işlərini yerinə yetirir və bu yolla diri məxluqların, xüsusən də insanın ruzi süfrəsini müxtəlif nemətlərlə doldururlar.
    HEYVANLARDA CÜTLƏŞMƏ VƏ ARTIM
    Həyatın ləzzətini dadmaq, artıb-törəmək üçün erkək heyvanın dişi heyvana, dişinin də erkəyə qarşı olan meyli ‒ bu iki varlıq arasındakı aşiqanə əlaqə - vəsfə gəlməyən möcüzələrdəndir.
    Heyvanların bu həyati məsələyə olan diqqəti, onların arasındakı bu cütləşmə prosesinin nizam-intizamı hər bir müşahidəçini dərin fikrə qərq edir.
    Erkək və dişi heyvanın özlərinə yuva tikərkən etdikləri həmkarlıq, yuvalarının quruluşu, sirlərinin qorunması, yer və zaman seçimi, hamısından mühüm onların cütləşməsi, cücəyə yetirilən qayğı, onun qida maddələri ilə təmin olunması, lazımi məsələlərin ona öyrədilməsi, təhlükələrdən qorunması və digər bu kimi heyvan həyatına hakim olan, əslində Haqqın iradəsini əks etdirən proqramlar dünyanın möcüzələrindən sayılmalıdır. Yumurtalıların və məməlilərin cütləşmə məsələsindəki sirlə dolu dünyaları, yumurtalarını və ya körpələrini qorumaları insanı heyrətə salır.
    Heyvanların cütləşməsi, artıb-törəməsi ilahi bir qanundur.
    «(Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır ("Hud" 56).
    Heç bir heyvan öz qarşı cinsindən qeyrisinə meyl göstərmir.
    Dişi heyvan öz şəhvətini napaklıqlara aludə edərək, İlahinin təyin etdiyi yoldan çıxmır.
    Heyvanların cinsi instinktləri mövzusunda heç bir aludəçilik və azğınlıq yoxdur. Erkək heyvanın nütfəsi öz dişisi üçündür və bu yolda digərinə diqqət yetirmir. Heyvanlarda şəhvətamiz baxışları digərlərinə dikib, onları təqib etmək yoxdur. Onlar digərinə aid olan dişi heyvana toxunmurlar. Bu sahədə yumurtalılar və məməlilər arasında heç bir fərq yoxdur.
    Afərineş həme tənbihe xudavənde del əst,
    Del nədarəd ke xudavənd iqrar.
    Mənası:
    Yaradılış aləminin hamısı ürək hakiminin əlamətidir,
    Elə isə Onu danan şəxsin ürəyi yoxdur.
    Həyatın bütün sahələrində, xüsusilə törəmə və artım sahəsində quşların, sürünənlərin, otlayanların və suda yaşayan heyvanların nizam-intizamı diqqətli insanların böyük marağına səbəb olur.
    Heyvanların onlara hakim olan məxsus qayda-qanunla sürdükləri həyat, hidayətdən uzaq düşənlər üçün böyük ibrət dərsidir.
    Heyvanlar da nizam-intizamda cansızlar, bitkilər və digər varlıqlara bənzəyirlər.
    İNSAN VƏ İZDİVAC
    İzdivac, ailə qurmaq, nəsil artırmaq heyvan, bitki və cansızlarda təkvini qanunlar, qərizələrin düzgün yönəldilməsi ilə baş verir. Lakin insanlar bu həyati məsələni dini qanunlarda, Quranda, peyğəmbər və imamların buyruqlarında göstərilən qayda-qanunlar əsasında həyata keçirilməlidirlər.
    Bu həqiqətin ilk mayası qərizə, meyl, dostluq, eşq və mehribanlıq şəklində, Allah-təalanın iradəsi ilə bərpa edilmişdir.
    «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət nişanələrindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır!»("Rum" 21).
    «İnsanları sudan (nütfədən) yaradan, onları bir-birinə əsil-qohum (qan qohumu) və sonradan (izdivac vasitəsi ilə) qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir!» ("Furqan" 54).
    Pak İslam mədəniyyətində özünə həyat yoldaşı seçmək öz-özlüyündə müstəhəb və çox bəyənilən bir işdir. Lakin ailə qurmamaq, subay qalmaq insanı günaha sürükləyərsə, bu zaman ailə qurmaq vacib və zəruri hesab olunur.
    Bu halda Allahın göstərişlərinə boyun əymək, maddiyyatdan qorxmadan canla-başla ailə qurmaq lazımdır. Çünki gələcəkdən qorxmaq şeytan işidir, Tanrıya etimadsızlıqdır.
    İndi isə Allahın izdivacla bağlı buyruğunu, Onun gələcək ailə xərclərinə zəmanət olmasını bəyan edən «Nur» surəsinin bir ayəsini diqqətinizə çatdırırıq:
    «Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəməti) geniş olan və (hər şeyi) biləndir»("Nur" 32).
    Ayədə istifadə olunan «وانكحوا» (evləndirin) kəlməsi ərəb dili qrammatikası baxımından felin əmr formasıdır. Bu əmr cəmiyyətin hər bir fərdinə ‒ bütün qadın və kişilərə aiddir.
    Bu ayədən ailə həyatı qurmağa ehtiyacı olanların izdivaclarının zəruriliyi anlaşılır. Belə ki, onların paklıq və sağlamlığı yalnız bu yolla təmin oluna bilər. Digər bir cəhətdən isə ayədə ailələrin, xüsusilə də maddi imkanı olan ata-ananın öz övladlarını ‒ oğul və qızlarını evləndirmələri zəruri hesab olunur.
    NİKAH MƏRASİMİNİN HƏYATA KEÇİRİLMƏSİNİ ÇƏTİNLƏŞDİRMƏYİN
    Kişinin qadına, qadının da kişiyə olan meyli, xüsusilə qərizə qönçələrinin çiçəkləndiyi, şəhvət gülünün açıldığı bir vaxtda, izdivaca ehtiyac olduğu zaman onun qüvvətlənməsi təbii, insani və həyati bir məsələdir. Belə ki, bunu heç bir şəxs inkar edə bilməz.
    Ailə həyatının ilk günlərində oğlan və qızın gələcək həyat mövzusundakı arzu, amal və məramı hər bir şəxs üçün, xüsusilə cavan qızı və ya oğlu olan valideynlər üçün gün kimi aydın bir həqiqətdir.
    Cəmiyyəti günahdan, pozğunluqdan qorumaq üçün, izdivaca ehtiyac duyan qız və oğlanları vaxtında evləndirmək ən mühüm üslublardandır. Bu elə bir həqiqətdir ki, onu danmaq yalnız ağılsız, şüursuz və məntiqsiz insanlar tərəfindən baş verə bilər.
    Bu cəbəbdən ilk öncə valideynlərə, qohumlara, qız və oğlanların izdivac məsələsinə aidiyyatı olan hər bir şəxsə bu ilahi istəyi asanlaşdırıb, ən asan şəkildə həyata keçirmək vacibdir. Sonrakı mərhələdə isə bir-biri ilə ailə qurmaq istəyən qız və oğlanın şəhvət, meyl və istəklərinin öz təbii yolu ilə cərəyan etməsi, gələcək xoşbəxt ailənin təməl daşının qoyulması, dünya və axirət səadətinin bərpası üçün bir-birlərinə qarşı yersiz tələblərdən, pis şəraitin meydana gətirilməsindən qəti surətdə çəkinmələri zəruridir.
    Şübhəsiz ki, Quran ayələrində, rəvayətlərdə, hədislərdə Allah-təalanın bu kimi işləri, xüsusilə öz qız və oğlanlarının ailə qurmasını asanlaşdıran insanların dünya və axirətdə, məhşər hesabında işlərini asanlaşdıracağı buyurulur. Bunun əksinə olaraq, hər bir işi çətinləşdirən, xalq dili ilə desək, hər bir sahədə tükü tükdən seçən və bununla da, öz övladlarının şəhvət və qərizələrin qələbəsi nəticəsində müxtəlif psixoloji, əsəbi xəstəliklərə tutulmalarına, onların pak çöhrələrinin günaha aludə olmalarına, arzu və amallarının puça çıxmasına bais olanları dünya və axirətdə, xüsusilə də məhşərdə Haqqın qəzəbi və əzabı gözləyir.
    İzdivac və nikah məsələsində çox diqqət və xırdaçılıq etmək insanı, özü də bilmədən, problemlərlə qarşılaşdırır.
    Təbiətdə iki ünsürün tərkibi olduqca asan olmasaydı, təbii ki, bu gün gördüyünüz varlıq aləmi də olmazdı.
    Analar və atalar, qız və oğlanlar! Bu ilahi və insani təşəbbüsün həyata keçirilməsini, mehriyyənin təyin olunmasında şəraitin yaradılmasını, nikah və toy mərasimlərinin, öz məhəlli adət-ənənələrinizin həyata keçirilməsini çətinləşdirməyin. Hər iki ailənin imkanı xaricində olan tələblər irəli sürməyin. Qoyun izdivac məsələsi olduqca asan başa gəlsin ki, Allah da dünya və axirətdə sizinlə asan davransın.
    Təqva əhlinin getdiyi yolla gedin və onlardan dərs alın. Öz həyatınızı o övliyaların xüsusiyyətləri əsasında qurun. Çünki xoşbəxtlik və səadət, dünya və axirət xeyrinin təmin olunması, əzəli və əbədi camal aşiqlərinin həmkarlığı ilə əldə olunur.
    Əli (ə) təqva əhlini belə vəsf edir: «Özlərini hər bir aludəçilikdən qoruyurlar. Onların ehtiyacları olduqca azdır. Hər hansı bir xeyir iş onlardan gözlənilir və hamı onların şərrindən amandadır».(Hidayətul-elm, səh.651)
    Hər halda, izdivacın həyata keçirilməsi ilə əlaqəli olan şəxslər yersiz və imkan xaricində olan tələblər irəli sürməkdən, həva-həvəsin tabeçiliyində yanlış adət-ənənələrə uymaqdan, digərləri ilə bəhs etməkdən, bir sözlə, nikahın bütün məsələlərini çətinləşdirməkdən çəkinməli və izdivacın təməlini ilk günlərdən asanlıqla, xeyirli məsləhətlər və Allah-təalanın razılığı əsasında qurmalıdırlar.
    Kişi ailə qurduqdan sonra öncədən izdivac məqsədi ilə görüb-bəyəndiyi, ailə qurduğu qadınla ailə həyatını davam etdirməli və ilahi rəhmətin davamının qarantı olmalıdır. Qadın da ərliyə qəbul etdiyi şəxs üçün problem yaratmamalı və bütün sahələrdə onun hüquqlarına riayət etməlidir.
    Bir-birinin hüquqlarına riayət etmək mehriyyənin çoxluğu, çox xərc aparan məclislər qurulması, həddən artıq qonaq dəvət olunması və yersiz, qeyri-məntiqi adət-ənənələrin keçirilməsi ilə müyəssər olmur. Bir-birinin hüquqlarını tapdalamamaq münasib həyat yoldaşı seçmək, sadə proqramlar icra etmək, hər iki ailə tərəfindən İslam əxlaqına, ilahi və insani haqlara riayət etmək, aradakı məhəbbət və səmimiyyəti davam etdirmək, müxtəlif ruhi və əsəbi xəstəliklərə yol açan ixtilaf və dava-dalaşa yol verməməklə müyəssər olur.
    Əli (ə) və Fatimənin (s.ə) birgə yaşadıqları ailə həyatı hər bir kişi və qadın üçün ideal həyat dərsidir.
    Fatimə (s) ailə üzvlərinin, xüsusilə də öz həyat yoldaşının aramlığına bais olur və ailədə yaşam zəminələrini yaradırdı. Əli (ə) də ən nümunəvi ailə başçısı, mehriban ata və övlad tərbiyəçisi, ev işlərində ən yaxşı həmkar idi. O, evin gündəlik ailə işlərindən belə çəkinmirdi. Təmizlik işləri ilə məşğul olur, xəmir yoğurur və uşaq saxlayırdı. Ev işlərinin idarəsinin öz həyat yoldaşı üçün asan olmasını və bütün işlərin Fatimənin (s.ə) üzərinə düşməməsini təmin edirdi.
    Qadın və kişi bir-birinin hüquqlarını tam qorumalıdırlar. Güman etməməlidirlər ki, zülm yalnız Firon, Nəmrud kimi zalımların etdiklərinə deyilir. Qətiyyən belə deyil! Nahaqdan digər bir şəxsin qəlbinin inciməyi belə, zülm adlanır. Allah zülmü və zalımı sevmir. Kimin tərəfindən olursa olsun, azacıq zülmdən belə xoşu gəlmir.
    Gələcək söhbətlərimizdə, tədricən, ailə həyatı ilə bağlı bütün məsələlərə toxunacağıq. Söhbətimizin bu yerində izdivacın əhəmiyyət və dəyəri, nikahın xeyirləri və bir çox digər məsələlər haqqında bir neçə etibarlı qaynağa əsaslanan hədisi diqqətinizə çatdırmaqla kifayətlənir və sizi bu hədislərə diqqət yetirməyə dəvət edirik. Çox güman ki, bu yolla İslam mədəniyyətinə heç bir mədəniyyətin tay ola bilməyəcəyi məlum olacaqdər.
    RƏVAYƏTLƏR BAXIMINDAN İZDİVACIN ƏHƏMİYYƏT VƏ DƏYƏRİ
    Peyğəmbər (s) buyurur:(İzdivac dər İslam 17; 7; 8)«Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur: yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»; «Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur»; «Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın»; «İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil»;("Bihar" c.103, səh.220) «İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin».("Bihar" c.103, səh.219)
    İmam Sadiq (ə) buyurmuşdur: «Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-deyə cavab verdi. Atam dedi: «İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».
    Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: «Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s) buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».("Vəsail" c.14, səh.7)
    Rəsuli-əkrəm (s) buyurur: «Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»;(İzdivac dər İslam, 14) «İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil»;("Bihar" c.103, səh.222)«İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir»;("Müstədrəkül-vəsail" 1-ci babın müqəddiməsi)«Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini mənim əlimdən qurtardı»-deyə fəryad edir. Ona görə də, Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin».("Bihar" c.103, səh.221)
    Görün, ailə qurmaqda necə də ülvi dəyərlər var. Ailə quran qadın və kişiyə nə qədər mənfəət nəsib olur və İslam ailə qurmağa necə böyük əhəmiyyət verir.
    Kaş, ailələr bu ilahi və insani işin asanlaşması yolunu açaydılar. Çətinləşdirmələri, imkan xaricində olan işlərin həyata keçirilməsi cəhdlərini aradan qaldıraydılar. Bu mərasimi özlərinə münasib şəkildə həyata keçirəydilər. Qənaətlə, mümkün olan yolu keçəydilər. Nəticədə, qızlar və oğlanlar öz təbii meyllərinə çatar, arzularını həyata keçirər, haqqın neməti olan şəhvət və qərizələri nemətin küfrünə çevrilməz və onların pak qəlbləri günah və harama aludə olmazdı.
    Arzu və amalların ürəkdə qalması, şəhvət və qərizələrin öz yolunu azması, günah və aludəçiliyin artması, öz cinsi tələbini müxtəlif yollarla doyurma, zina, gözlərin başqalarına dikilməsi və günaha meyllilik, digərlərinin namusuna təcavüz, ibadətdə tənbəllik və təhsildə süstlük, əsəb və psixoloji xəstəliklərin meydana gəlməsi və digər bu kimi ictimai və fərdi bəlaların kökü haradandır?
    Bütün bu sualların cavabını ilk növbədə izdivac məsələsini çətinləşdirən, yanlış adət-ənənələrin əsirinə çevrilən, digərləri ilə bəhsə girən valideynlərdən, ikinci növbədə təqvadan kənar olan oğlan və qızlardan, üçüncü növbədə isə cavanların izdivac yolunu açmaq imkanı olub, lakin Allah yolunda pul xərcləməyə ürəyi gəlməyənlərdən soruşmaq lazımdır. Əgər bu dünyada hər hansısa bir qəbul olunan məntiqi və əqli cavab varsa, yəqin bilsinlər ki, o dünyada, qiyamətdə ‒ ilahi ədalət məhkəməsində də həmin cavabı verməli olacaqlar!
    Category: İslamda ailə 1 | Views: 975 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024