İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:18 PM
    İslamda ailə 1
    ALTINCI FƏSİL
    VƏHY MƏNTİQİNDƏ QADININ MƏQAMI
    HAQQIN PAK DİNİ
    Peyğəmbərin (s), onun haqq canişinlərinin və məsum imamların izah etdiyi müqəddəs İslam dini ‒ şiə məzhəbi - tövhid, qiyamət, mələklər, nübuvvət, imamət, Quran, fərd, ailə, cəmiyyət, maddi və mənəvi məsələlər, əxlaqi və əməli qaydalar, qadın, kişi, övlad, mənfəət əldə etmək, tərbiyə, siyasət, hökumət və s. işlərdə digər din, məzhəb və cərəyanlardan köklü şəkildə fərqlənir.
    İslamın bütün bu mövzularda irəli sürdüyü fikirlər həqiqətlə tamamilə uyğundur və İslamda həqiqət şərhçilərinin buyruqları Qurandan qaynaqlanan ilahi bilik və dünyagörüşünün məhsuludur.
    Bütün bu məsələlərin başlanğıcı Quran, Quranın başlanğıcı isə Haqqın müqəddəs vücudunun rəhmanlıq, rəhimlik və rübubiyyət vəsfidir. Bu həqiqətlərin şərhi həzrət Peyğəmbərin (s) pak və ilahi qəlbindən, davamı isə Əlidən (ə) on ikinci imama qədər olan məsum imamların buyuruqlarından başlanır.
    «Rəhman» Haqqa məxsus sifətlərdəndir və Allahdan qeyrisinə aid edilə bilməz. Lakin «rəhim» Haqdan qeyrisinə də aid ola biləcək sifətlərdəndir.
    Hər iki vəsfin kökü «rəhmət»dir. Tərcüməsi isə «bağışlayan» və «mehriban»dır.
    Quran təfsirçilərindən bir qrupu deyirlər: «Rəhman, ilahinin ümumi rəhmətinə bütün ‒ yaxşı və ya pis bəndələrinə qarşı olan rəhmətinə aiddir. Lakin rəhim isə ilahinin yalnız saleh və itaətkar bəndələrinə qarşı olan xüsusi rəhmətidir.
    Rəhmanlıq vəsfidünyada, rəhimlik vəsfi isə axirətdə öz əksini tapır. Amma Quranda bu fərqlə bağlı bir şey görünmür. Quranda buyurulur:
    «Mərhəmətim hər şeyi ehtiva etmişdir»("Əraf" 156)
    Bu vəsfin təcəllasını məxluqatın yaranmasında, onlara ruzi verilməsində, müxtəlif hadisələrdən xilas olunmasında müşahidə etmək olar. Bu iki vəsf vasitəsi ilə Allah dərgahından yardım diləmək irfani bir əhval-ruhiyyəyə, məxsus gümrahlığa səbəb olur. Nəticəsi isə, Allah-təalanın öz bəndəsinə diqqət yetirməsidir.
    İslam qaynaqlarında qeyd olunur ki, Allah buyurur: «Bəndəm Məni rəhman və rəhim vəsfləri ilə çağırdıqda, yardımına yetməməyə həya edirəm».
    Xalqı yaradıb onu ruzi ilə təmin etmək rəhman, onu hidayət edərək uğur qazandırmaq isə rəhim vəsfindən doğur.
    Allah-taala Quranda Özünü digər kəlamlarla rəhmət sahibi adlandırmışdır.
    Rəsulullah (s) bu həqiqəti camaatın düşüncə tərzinə yaxınlaşdırmaq üçün aşağıdakı şəkildə (ədəd və dərəcə ilə) bəyan etmişdir: «Allahın yüz rəhməti vardır. Onlardan birini yeddi səma və yerə yaydı. Bu bir dərəcə ilə xalqın hər birinə onun layiq olduğunu bəxş etdi. Xalq da bundan bəhrələnərək, bir-birinə məhəbbət bəsləyir və rəhm edir. Doxsan doqquzunu isə özündə saxlayıb. Qiyamət günü o bir dərəcəni doxsan doqquz dəfə artıraraq, mömin və itaətkar insanlara bəxş edəcək».
    «Rəbb» malik deməkdir. Onun malikiyyəti varlıq aləminin bütün məxluqatını əhatə edir. Bu malikiyyət O müqəddəs varlıqdan alına bilməz. Belə ki, bütün məxluqatın tərəqqisi, idarə olunması Onun əlindədir. Haqqın malikiyyəti, idarəçiliyi varlıq aləminin ən kiçik zərrələri ilə belə daimi, əbədi, zati olduğu üçün insanın Allahın malikiyyəti qarşısında digər bir malik axtarmasının, Onun qanunlarından başqa qanun qəbul etməsinin heç bir mənası yoxdur.
    Həqiqi tövhidin insan həyatının bütün sahələrində təcəllası insanın bütün varlığı ilə Onun malikiyyəti altında qalması, malikiyyət carçısı olan hər bir mədəniyyət və cərəyanı rədd etməsidir. Pak «La ilahə illəllah» kəlməsinin həyatın bütün sahələrində bundan başqa mənası yoxdur.
    Bəli, insanın batini və zahiri ehtiyaclarını ödəyən Haqqın rəhməti, Onun malikiyyət nuru, dünya və axirət səadətinə zəmanət verən lütfü, kərəmi, rəhmətidir.
    İLAHİ ƏNBİYALARIN ALLAHIN RƏHMƏT VƏ MALİKİYYƏTİNƏ SIĞINMALARI
    Haqqın malikiyyət, rəhmət və lütfündən qeyrisini tanımayan, özlərini bütün anlarda Allahın mülkü, qulu, bəndəsi hesab edən, yalançı malikiyyət iddiaçıları ilə daim mübarizə aparan, bəzən bu yolda canlarından belə keçən ilahi peyğəmbərlər cansıxıcı hadisələr və ehtiyaclar zamanı O müqəddəs varlığın rəhmətinə, malikiyyətinə sığınardılar.
    Adəm ərz etdi:
    «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər Sən bizi bağışlamasan və rəhm etməsən, mütlək ziyankarlardan olarıq.» ("Əraf" 23)
    Həzrət Nuh (ə) özünün və möminlərin nicatı, zalımların kökünün kəsilməsi üçün etdiyi duada belə dedi:
    «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!»("Nuh" 26).
    İbrahim (ə) duasında deyirdi:
    «Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə, Sənin Beytül-həramın (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim»("İbrahim" 37).
    Musa (ə) çarəsi hər yerdən kəsildikdə, Mədyən şəhərinin darvazası ağzında Allahla belə münacat etdi:
    «Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam»("Qəsəs" 24).
    Həzrət Yusif (ə) ərz etdi:
    «Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməli salehlərə qovuşdur!» ("Yusif" 101)
    Həzrət Zəkəriyya ərz etdi:
    «Pərvərdigara! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan»("Ənbiya-89).
    Öz kəramət sahibi Rəsuluna (s) münacat edərkən belə deməyi təlim edir:
    «(Ya Məhəmməd!) De ki, Pərvərdigara (bizi) bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan»("Möminun-118).
    Haqq övliya və aşiqlərindən nəql olunur ki, qaranlıq gecədə oturduqları halda xilqət və yaradılış haqqında düşünərək belə deyirlərmiş:
    «Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan»("Ali-İmran" 191).
    Məsum imamlardan bizə gəlib çıxan dualarda, xüsusilə «Kumeyl», «Əbu Həmzə», «Ərəfə» və imam Səccadın (ə) «On beş münacat» duasında «Rəbb» sözü çox işlənmişdir. Ənbiyanın bu məqama diqqəti, sığınması, dualarda təkrar olunması bu məsələnin əzəməti və insan həyatının bütün sahələrində öz əksini tapmasının göstəricisidir. Haqqın rübubiyyəti onların həyatında, əqidələrində və əxlaqlarında öz elmi və əməli əksini tapmışdır.
    HAQQIN İBADƏT VƏ BƏNDƏLİYİNİN ƏZƏMƏTLİ MƏQAMI
    İnsan ‒ istər qadın, istərsə də kişi - eyni şəxsiyyətə, eyni varlığa malikdirlər. Mənəvi məqamlara yetmək və insani keyfiyyətlər kəsb etməkdə onlar arasında heç bir fərq mövcud deyil. Onlar batini istək və fitri cazibə ilə, əql, nübuvvət, imamət və bəşər müəllimlərinin vasitəsi ilə Haqqın malikiyyətini qəbul edər və ona tabe olarlarsa, tağut, həva-həvəs, şeytani cərəyan və mədəniyyətlərin kölgəsinə çevrilməkdən amanda qalarlar. Bu həqiqi malikin mülkü olmağın bərəkəti vasitəsi ilə yüksək mənəvi məqam və dərəcələrə yetişərlər.
    Qadın və kişi öz yaradılışlarında Haqqın rəhmanlığının, rəhimliyinin, malikiyyətinin təcəllisidirlər. Bu, Quran ayələrindən aydınca istifadə olunan bir həqiqətdir. Belə ki, onda bir irad və ya tərəddüd yoxdur.
    Qadın insandır, istedad və mənəvi qüvvə sahibidir. Qadın vəhy məntiqində kişi ilə eyni şəxsiyyətə malikdir. Qadın ilahi rəhmətdir, Haqqın rübubiyyət cilvəsidir. Onu təhqir etmək, təzyiq göstərmək, hüquqlarını tapdalamaq, haqqını ödəməkdən boyun qaçırmaq, insanlığını zəif sanmaq, yersiz və səbəbsiz boşamaq, onunla oğlan arasında fərq qoymaq hamısı yalançı bəşər malikilərinin, tarix fironlarının və zalım mədəniyyətlərin acı nəticəsidir.
    İtaliyada hər hansısa bir kişinin qız övladı olduqda, sevincindən uçmağa qanadı olmurdu. Çünki onun var-dövləti artmışdır. On üç, on dörd yaşına çatdıqda, onu bazara çıxarıb satacaq və gündəlik xərclərini ödəyəcək.
    Bəzən İtaliyada qadının əlindən bezidikdə, onu içində zeytun yağı qaynayan iri bir qazana ataraq məhv edirdilər. Ondan xidmətçi, kölə və şəhvət aləti kimi istifadə edirdilər. Qadın hələ də bəşər mədəniyyətində bir çox hüquqlarından məhrumdur.
    Amma Haqq dinində, vəhy məntiqində qadın ülvi bir varlıq, mənəvi xüsusiyyətlər, ilahi qüvvə və sonsuz istedadlar qaynağıdır.
    Qadın öz qədrini bilsə, öz insani məqamını qorusa, öz tərəqqisi üçün İslam təlimlərindən istifadə etsə öz həddində pak Məryəmə, kəramət sahibi bir Xədicəyə, ləyaqətli bir Zeynəbə çevriləcək və cənab Haqqın yanında uca bir məqama sahib olacaqdır. Əks təqdirdə naşükür, Haqqın nemətlərini danan kişilər kimi dünya və axirət uçurumuna düşəcək və Haqqın əbədi lənətinə gələcəkdir.
    QADIN VƏHY MƏNTİQİNDƏ
    Böyük «Məcməul-bəyan» təfsirində qeyd olunur:[("Məcməül-bəyan" c.8, səh.358) «Əsma bint Üməys öz həyat yoldaşı Cəfər ibn Əbi Taliblə birgə sırf ilahi və dinin qorunması məqsədi ilə həyata keçirilən Həbəşə hicrətindən qayıtdıqdan sonra Peyğəmbərin (s) xanımlarının yanına gəlir və onlardan «Bizim haqqımızda Quranda bir şey varmı?»-deyə soruşur. «Yox» cavabı eşitdikdə Peyğəmbərin (s) hüzuruna gedərək, eyni sualı soruşur və bildirir ki, qadınlarda ümidsizlik yaranmışdır. Peyğəmbər (s) «Hansı mövzuda?»-deyə soruşduqda o deyir: «Kişilərin yaxşılığı yad edilmiş, lakin qadınların yox.» Bu hadisədən sonra mehriban Tanrı aşağıdakı ayəni nazil etdi:
    «Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar təvazökar (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (cənnət) hazırlanmışdır»("Əhzab" 35)
    Həzrət Peyğəmbər (s) səhabələrlə birlikdə əyləşmiş idi. Əsma bint Yəzid Ənsari onun hüzuruna gəlib ərz etdi: «Atam-anam sənə qurban! Mən qadınlar tərəfindən gəlmişəm. Bil ki, şərq və qərbdə bütün qadınların fikri mənim fikrimlə üst-üstə düşür. Allah səni kişi və qadınlar üçün peyğəmbər göndərib. Biz də sənə və Allaha iman gətirmişik. Lakin qadın cinsinin imkanları çox məhduddur. Onlar evdə ‒ dörd divar arasında həbs olunublar və öz ərlərinin şəhvətini doydurmağa və hamilə olmağa məcburdurlar. Amma siz kişilər cümə və camaat namazlarına, xəstələrin görüşünə, cənazə müşayiətinə təkrar şəkildə həcc ziyarətinə, hamısından mühümü də Allah yolunda cihada getməkdə qadınlardan üstünsünüz. Kişi həccə, ömrəyə və yaxud sərhədləri qorumağa gedir, biz qadınlar isə onların malını qoruyur, libas tikir, uşaq tərbiyə edirik. Biz kişilərlə hansı əcrdə, hansı savabda şərikik?» Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutaraq buyurdu: «Dini haqqında bundan yaxşı danışan bir şəxs görmüsünüzmü?» Səhabələr dedilər: «Bu həqiqətlərə çatacaq hər hansısa bir qadın təsəvvür etmirik». Həzrət Peyğəmbər (s) üzünü ona tutaraq buyurdu: «Get, bütün qadınları xəbərdar et. Ərinizə yaxşı xidmət göstərmək, onların razılığını cəlb etmək və düzgün həyat sürmək məsələlərində onlarla razılaşmaqdan qazandığınız savab, kişilərə aid bütün savablarla bərabərdir».
    Əsma bint Yəzid Ənsari Peyğəmbərin əyləşdiyi məclisdən olduqca şad və sevincək halda xaric oldu.("Mizanül-hikmə" c.9, səh.96)
    Səkkizinci İmam (ə) ataları vasitəsi ilə həzrət Peyğəmbərdən (s) nəql edir: «Mömin insan Allah üçün müqərrəb mələk kimidir. Həqiqətən, mömin Haqq üçün mələkdən də böyükdür. Allah üçün tövbə edən mömin kişi və qadından sevimli bir şey yoxdur».
    ƏQL VƏ ŞƏHVƏT XOŞBƏXTLİK VƏ BƏDBƏXTLİYİN MEYARIDIR
    Həqiqətləri dərk edən, reallıqları qəbul edən, xoşbəxtlik və sağlamlığın planını cızan, insan həyatında müsbət işlərin həyata keçirilməsinin idarəçisi əqldir. «Üsuli-kafi»nin «Əql» fəslində Əhli-beytdən nəql olunan bir rəvayətdə bu qiymətli gövhər «batini peyğəmbər» adlandırılmışdır.
    Təbii ki, şəhvət Haqqın neməti, maddi həyatdan ləzzət alma vasitəsi və insanın yaşamı üçün fəaliyyət və çalışma amilidir. Şəhvət əql nurunun nəzarəti altında olarsa, həyatın fəzası sağlam olar. Bununla da insan, insaniyyətin kamil nümunəsi və mələkdən də dəyərli olar. Lakin əgər əql şəhvət zindanında əsir olub öz nurunu yaymaqdan məhrum olsa, insan həyatını idarə edən heç bir hədd tanımayan şəhvət olsa, batini və zahiri gözü şəhvət ucbatından maddiyyatdan qeyrisini görməsə, insan həyatının meyarı qarın və cinsi qərizə olsa, insaniyyət məhvə sürüklənərək, heyvanlardan da səviyyəsiz olar.
    Abdullah ibn Sənan deyir: «İmam Sadiqdən (ə) soruşdum: «Mələklər üstündür, yoxsa insanlar?» Həzrət cavab verdi: «Əli (ə) buyurmuşdur: «Allah-təala mələklərə yalnız əql bəxş etdi. İnsana isə həm əql, həm də şəhvət bəxş etdi. Deməli, əqli şəhvətinə üstün gələn mələklərdən yaxşı, şəhvəti əqlinə üstün gələn isə heyvanlardan da pis olacaqdır».("Bihar" c.57, səh.299)
    Bu həqiqət qadınlarda da kişilər kimi özünü göstərsə, şübhəsiz ki, onun dəyər və qiyməti mələklərdən çox olacaqdır. Lakin bu varlıq əqlinin, «daxili peyğəmbər»inin - üstünü örtərək bütün cəhdini bəzənib-düzənməyə, özünü digərlərinə göstərməyə, Tanrıdan ayrı yaşamağa yönəldərsə, fasiq və kafir kişilər kimi, heyvanlardan da pis olacaqdır.
    MERAC GECƏSİ QADINLAR HAQQINDA MARAQLI BİR HƏDİS
    Şiə məzhəbinin böyük alimi və elmi simalarından və həzrət Hadinin (ə) buyruğuna əsasən, ziyarətinin savabı imam Hüseyn (ə) ziyarətinin savabı ilə bərabər olan İslamın mötəbər hədisçisi Həzrət Əbdüləzim Həsəni imam Cavaddan (ə), o həzrət də ataları vasitəsi ilə Əlidən (ə) belə nəql edir: «Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getdik. O həzrət çox möhkəm ağlayırdı. Ərz etdim: «Atam, anam sənə fəda! Ağlamağınızın səbəbi nədir?» Buyurdu: «Meraca aparıldığım gecə ümmətimin bəzi qadınlarını gördüm. Çox şiddətli əzab içində idilər. Onları bu şəkildə görcək, məni ağlamaq tutdu: Başının qabağının tükü ilə cəhənnəm divarından asılmış bir qadın gördüm. Əzabın şiddətindən beyni qaynayırdı. Dili ilə cəhənnəm divarına bağlanılmış bir qadın gördüm. Cəhənnəmin ən isti və çirkli maddəsini onun ağız və boğazına tökürdülər. Sinəsi cəhənnəm divarına yapışdırılmış bir qadın gördüm. Cəhənnəmdə iki ayağından asılmış bir qadın gördüm. Öz bədəninin ətini yeyən bir qadın gördüm. Belə ki, ətindən od yağırdı. Əli-ayağı bağlanılmış bir qadın gördüm. Ona çoxlu ilan və əqrəb hücum etmişdi. Əl-ayağı bağlı olduğu üçün qaçıb qurtara və özünü heç cür müdafiə edə bilmirdi. Kor, kar və lal bir qadın gördüm. Onu od dolu bir tabuta qoymuşdular. Bədəninin dərisi və əti cüzam xəstəliyinə tutulmuş adamın dərisi və əti kimi tikə-tikə olaraq yerə tökülürdü. Üzü və bədəni od tutub yanan bir qadın gördüm. Onu pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edirdilər. Başı donuz başı, bədəni ulaq bədəni olan bir qadın gördüm. O, milyonlarla əzaba düçar olmuşdu. İt sifətində olan bir qadın gördüm. Od arxasından daxil olub ağzından xaric olurdu. Əzab mələkləri cəhənnəm alətləri ilə onun başına, bədəninə vururdular».
    Həzrət Zəhra (s.ə) ərz etdi: «Mənim məhbubum, gözümün işığı, onların bu dünyada nə etdiklərini və nə üçün bu növ əzablarla qarşılaşdıqlarını mənə söylə». Həzrət (s) buyurdu: «Başının qabağının tükü ilə cəhənnəm divarından asılan qadın başının qabağının tükünü naməhrəmdən qorumamışdır. Dili ilə cəhənnəm divarına bağlanmış qadının əri onun dil sancmalarından amanda qalmamışdır. Sinəsi cəhənnəm divarına yapışdırılmış qadın öz ərinin cinsi tələblərinin doydurulmasına yol verməmişdir. Cəhənnəmdə iki ayağından asılmış qadın icazəsi olmadan istədiyi yerə gedirmiş. Öz bədəninin ətini yeyən və ətindən od yağan qadın ərindən qeyrisi üçün bəzənir və öz bəzəyini naməhrəm kişilərə göstərirmiş. Əli-ayağı bağlanıb ilan, əqrəb hücumuna məruz qalan qadın namazı yüngül sayar, özünü nəcasət, cənabət və heyzdən paklayıb qüsl verməzdi. Kor, kar və lal qadın ərindən başqası ilə cinsi əlaqədə olub, övlad doğurmuş və onu öz ərinin boynuna atmışdır. Od tutan qayçı ilə əti doğranan qadın özünü yad kişilərin ixtiyarına vermişdir. Üzü və bədəni od tutub yanan və pəncələri ilə qarnındakıları çıxarıb yeməyə vadar edilənlər fahişəlik üçün vasitəçilik edər və qadınları cinsi tələblərini doydurmaq üçün kişilərin ixtiyarına verərmişlər. Başı donuz başı, bədəni ulaq bədəni olan və milyonlarla əzaba məruz qalan qadınlar ara vurar və yalançılıqla məşğul olarmışlar. İt sifətində olan, od arxasından daxil olub ağzından xaric olan qadın eyş-işrət məclislərində xanəndəlik edər və həsəd xəstəliyinə bulaşmış idi».("Bihar" c.100, səh.245)
    Hər halda, vəhy məntiqinə əsasən, qadın ən uca mənəvi məqamlara, yüksək dərəcələrə yetişərək Məryəm, eləcə də Haqq dininə diqqətsizlik nəticəsində heyvanlardan da pis ola bilər.
    Category: İslamda ailə 1 | Views: 794 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024