İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:16 PM
    İslamda ailə 1
    SƏKKİZİNCİ FƏSİL
    İZDİVACIN İLAHİ VƏ İSLAMİ ŞƏRAİTİ
    DİN VƏ DİNDARLIQ
    Müqəddəs İslam dini etiqadi, əxlaqi və əməli bir quruluşdur. İslamda əqidə qəlbin Haqqa bağlılığı, qiyamətə, mələklərə, peyğəmbərlərə və Qurana inamından ibarətdir.
    İslamda əxlaq təvazö, ədəb, səbir, helm, hövsələ, dözüm, mehribanlıq, səmimiyyət, ədalət, kərəm, səxavət və s. kimi xüsusiyyətlərdən ibarətdir.
    İslamda əməl namaz, oruc, həcc, zəkat, xüms, əmr be məruf və nəhy əz münkər, cihad, təvəlla və təbərra, ata-anaya yaxşılıq, insanla münasibətdə olanların hamısının hüquqlarına riayət etməkdən ibarətdir.
    Əlbəttə, bu məsələlər İslamın bütün məsələləri deyil. Bu kamil İslamın, əhatəli dinin bəzi nümunələri, camaatın dünya və axirətinin zəmanətidir.
    Din, həqiqətdə, həyat günəşi, Haqqa tərəf gedən yolun bələdçisi və insanın dünya və axirətini abad edəndir. Haqqın yaradılış xəzinəsində dindən dəyərli gövhər yoxdur. Belə ki, bütün ilahi peyğəmbər, imam və övliyalar onun təbliğçisi olmuşlar. Bu elə bir dindir ki, onunla zinətlənən ilahi rəng alır və bütün səadət qapılarını öz üzərinə açmış olur. Ondan uzaq düşənlər isə bütün bədbəxtlik qapılarını öz üzlərinə açırlar.
    Dindarın dəyəri dinin Allah dərgahında malik olduğu dəyər miqdarıncadır. Haqq dininə bürünən insan ən dəyərli insan, varlıq və məxluqdur.
    «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılardır»("Bəniyyə" 7).
    Möminin xüsusiyyətləri Quranda və rəvayətlərdə insanın onlarla zinətlənməsi vasitəsi ilə həqiqi mömin olacağı qədərində bəyan olunmuşdur: Namazda xüzu, yersiz və lazımsız sözlərdən çəkinmək, zəkat vermək, şəhvət üzvlərini haramdan qorumaq, əmanətə, əhd-peymana vəfa qılmaq, namaza əhəmiyyət vermək("Möminun-2-9), yer üzündə təvazö ilə yerimək, nadanlarla qarşılaşdıqda salam vermək (yaxşı davranmaq), gecələri sübhə qədər səcdə və qiyam halında keçirmək, cəhənnəm əzabından nicat tapmaq üçün dua etmək, infaq edərkən israf etməmək, səxavətli olmaq, hər bir işdə orta yolu nəzərə almaq, şirk, qətli-nəfs və zinadan çəkinmək, digərlərinin uyğunsuz işlərini öz böyüklüyü ilə əfv etmək, Allahın ayələrinə bəsirətlə yanaşmaq, həyat yoldaşları və övladları üçün dua etmək, paklar və təqva əhlləri arasında öncül (rəhbər) olmaq("Furqan-64-74).
    Əli (ə) buyurur: «Möminin adəti dünyaya meylsizliyi, ciddiyyəti dindarlığı, izzəti qənaəti və bütün səyi axirəti üçündür. (Belə bir şəxsin) yaxşılıqları artmış, dərəcəsi yüksəlmiş və nicatı yaxınlaşmışdır»;("Nizanuş-hikmə" c.1, səh.333) «Mömin daim zikr edən, çox düşünən, ilahi nemətlərə şükür və bəlalara qarşı səbir edəndir».(Həmin mənbəə)
    İmam Sadiq (ə) buyurmuşdur: «Mömin qazancı təmiz, gözəl təbiətli, batini pak, malının artığını infaq edən, artıq danışmayan şəxsdir».("Bihar" c.67, səh.293)
    Möminin dəyəri haqqında rəvayətlərdə qeyd olunur:
    İmam Sadiq (ə) buyurmuşdur: «Möminin hörməti Kəbədən böyükdür».("Mizanül-hikmə" c.1, səh.330)
    İmam Baqir (ə) buyurmuşdur: «Mömin səmada məşhurdur. Kişi öz həyat yoldaşını və övladlarını tanıdığı kimi. O, Allah dərgahında müqərrəb mələklərdən də əzizdir».(Həmin mənbəə)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Allah-təala buyurur: «And olsun izzət və cəlalıma, yaratdıqlarım arasında mömindən sevimlisini yaratmamışam».("Bihar" c.71, səh.158)
    ÖZÜNƏ UYĞUN HƏYAT YOLDAŞI
    Din və dindarlıq haqqında danışdıqdan sonra izdivacın çox mühüm şərtlərindən olan tərəflərin bir-birinə tay olmaları məsələsinə diqqət yetirmək zəruridir. Rəvayətlərdə bu məna «kufuv» sözü ilə ifadə edilmişdir. «Kufuv» sözünün hərfi mənası «oxşarlıq», «bənzərlik» deməkdir. İzdivac məsələsində isə bundan məqsəd, qızla oğlanın zahiri və batini baxımdan bir-biri ilə bənzərliyidir.
    Bu bənzərliyin ən mühüm mərhələsi özünü dindarlıqda göstərməlidir. Yəni Haqqın pak dinində mömin möminənin tayı, dindar dindarın bənzəridir.
    Quranın dili ilə desək,
    «…Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər»("Nur" 26).
    Quran buyurur:
    «Sizə halal olan qadınlarla nikah bağlayın»("Nisa" 3).
    Bu paklıqdan məqsəd, ilk növbədə daxili paklıqdır. Daxili paklıq Allaha, qiyamətə, nübüvvətə, Qurana, mələklərə inamdan və ilahi əxlaqla zinətlənməkdən ibarətdir.
    Buna əsasən, müsəlman və imanlı kişi qeyri-müsəlman və imansız(Məs: bütpərəst, Allaha şərik qoşan şəxs)qadınla ailə qurmaq haqqına malik deyil. Belə bir izdivacın həyata keçirilməsi düzgün deyil. Belə ki, onların nikahı batil, övladları isə zinazadə olacaq. İmanlı qadın da imansız bir şəxslə ailə qurmaq haqqına malik deyil. Çünki belə bir izdivac şəri baxımdan batil və haram, bu yolla dünyaya gələn uşaqlar isə haram yolla doğulmuş olacaqlar.
    Mömin və möminə, qeyri-mömin və qeyri-möminə ilə tay deyildirlər. Əgər bu qeyri-şəri nikah baş tutarsa, onların üzünə qiyamət əzabından bir qapı açılacaq. Quran pak, mömin insanın müşriklə ailə qurmasına qəti surətdə qadağa qoymuşdur:
    «Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi cəhənnəmə səslədikləri halda, Allah sizi öz icazəsi ilə cənnətə, məğfirətə çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır».
    Buna əsasən, valideynlər son dərəcə diqqətli olmalı və öz imanlı qızlarını Haqq əhli olmayan birinə ərə verməməlidirlər. Həmçinin, öz gənc oğlanlarına ilahi prinsipləri danan qız almamalıdırlar. Çünki izdivacın ilk şərti oğlan və qızın imanlı olmasıdır. Bu yolla iki pak və pakizə mömin bir-birinə qovuşur və bu qovuşmanın məhsulu olan saleh övladlar dünyaya gəlir. «İmansız kişi və ya qadının pulu, gözəlliyi, vəzifəsi onun xoşbəxtliyinə, sağlamlığına və həyatın davamına dəlildir» - deyə düşünmək düzgün deyildir.
    Əlbəttə, ailələr bənzərlik məsələsini çox da qabardaraq işi çətinləşdirməməlidirlər. İki gənc İslam etiqadı, əxlaq, əməl, sima və görkəm baxımından bir-birinə tay olarlarsa, şəri cəhətdən bənzər və oxşar sayılırlar. Haqqın rəhməti onları izdivacında mütləq özünü göstərəcəkdir.
    Bənzərlik məsələsi haqqında aşağıdakı hədislərə diqqət yetirin:
    İmam Sadiq (ə) buyurmuşdur: «İffətli və həyatı asanlaşdıran qız sizin tayınızdır».("Bihar" c.100, səh.372)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Dinindən və əmanətdarlığından razı olduğunuz bir şəxs sizin qızınıza elçi göndərərsə, mütləq bu izdivacın baş tutmasına zəmin yaradın. Çünki bir-birinə tay olanların ailə qurmasının qarşısını almağınız, yer üzündə böyük bir fitnə-fəsada yol açır».(Həmin mənbəə)
    Rəsulullah (s) digər bir hədisində buyurmuşdur: «Dinindən, davranışından razı olduğunuz adama qız verin. Bu izdivacın qarşısını alsanız, yer üzündə böyük bir fitnə-fəsada səbəb olacaqsınız».("Bihar" c.100, səh.373)
    Bəli, izdivacı çətinləşdirmək, ona maneələr törətmək, yanlış adət-ənənələrə üz gətirmək, çətin şəraitin tabeçiliyinə düşmək, gözəllik, var-dövlət və vəzifə tələb etmək gənclərin özlərini müxtəlif yollarla doyurmalarına, homoseksualizmə, zinaya, əsəbi və ruhi xəstəliklərin çoxalmasına yol açır. Bütün bunların cəzası dünya və axirətdə bunu törədən valideynlərin, qohum və ailələrin yaxasından yapışacaq.
    Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: «Bir-birinə tay olan gənclərin izdivacına zəmin yaradın. Öz tayınızla ailə qurun və saf övladlar dünyaya gətirmək üçün onlarla nikah bağlayın».(Həmin mənbəə)
    Bəli, iman, əxlaq, əmanət və doğruluq bənzərliyin, oxşarlığın mayasıdır. Valideynlərə, ailələrə olduqca tez, ilahi şərtlər əsasında gənclərin izdivacı üçün şərait yaratmaq zəruridir. Onlar yalnız bu yolla Haqqın razılığını cəlb edə bilərlər.
    Həzrət Baqir (ə) buyurmuşdur: «Bundan böyük müsibət yoxdur ki, gənc bir mömin öz mömin qardaşının qızına elçilik edə, o isə «Mən qızımı sənə verə bilmərəm, çünki sən məndən yoxsulsan»-deyə cavab verə».(İzdivac dər İslam, səh.32)
    İzdivac məsələsində tayfa, qəbilə, şəhər təəssübləri nəzərə alınmamalıdır. Çünki bu tip təəssüblər Allah dinində qadağan olunmuşdur. Yoxsulluğu və var-dövlətliliyi, bu şəhəri və o şəhəri, bu qəbiləni və o qəbiləni izdivacın meyarına çevirmək lazım deyil. Çünki insanları ayıran və üstünlüklərini müəyyənləşdirən yalnız təqva və pərhizkarlıqdır.
    HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ
    Həzrət imam Baqir (ə) buyurur: «Atam Zeynəl-Abidin (ə) həcc miqatlarından birində bir xanımla rastlaşdı. Onun əxlaqı atamı özünə cəlb etdi. Həzrət (ə) onun ailəli olub-olmadığını soruşduqda, «Ailəli deyil»-deyə cavab verdilər. Atam qadının əsil-nəsəbi haqqında axtarış aparmadan ona elçilik etdi. Sonunda, bu elçilik izdivacla nəticələndi.
    Ənsardan olan bir kişi bu məsələdən xəbərdar oldu. Bu evlilik, bu sadəlikdə izdivac ona çox ağır gəldi. «Mümkündür, o qadın əsilsiz-nəsəbsiz və nəticədə, İmamın (ə) məzəmmətinə səbəb olsun»-deyə düşündü. Bir müddət axtarış apardı. Məlum oldu ki, o qadın Şeyban tayfasındandır. İmamın (ə) yanına gəldi. Məsələni İmam (ə) danışıb, «Şükür Allaha, sizin həyat yoldaşınız tanınmış və möhtərəm bir ailədəndir»-deyə ərz etdi. İmam (ə) ona buyurdu: «Mən sizin bu işlərə diqqət yetirmək səviyyəsindən daha ağıllı olduğunuzu düşünürdüm. Məgər bilmirsənmi ki, uca Allah İslamın bərəkəti ilə bütün səviyyəsizlikləri aradan qaldırımış və qüsurların yerini doldurmuşdur. İndi müsəlman hansı mövqedə olmasından asılı olmayaraq möhtərəmdir. Ona heç bir səviyyəsizlik aid etmək olmaz. Bu xislətlər cahiliyyətə məxsus idi».("Bihar" c.100, səh.374)
    Bu şərif hədisə əsasən eyni qəbilədən, eyni şəhərdən və ya var-dövlət baxımından eyni səviyyədə olmaq bənzərliyə səbəb olmur. İslamın hökmünə əsasən ərəb əcəmdən, ağ qaradan, Qüreyş qeyri-Qüreyşdən heç bir şeylə fərqlənmir. İnsanlar bir-birindən təqva ilə fərqlənir. İki müsəlman qadın və kişi iman, təqva, əxlaq, əmanətdarlıq, iffət, paklıq və təharətə malik olmaqla, bir-birinə tay olurlar. Biri ərəb, digəri əcəm, biri şəhərli, digəri kəndli, biri varlı, digəri yoxsul, biri ağ, digəri qara və biri əsilli-nəsilli, digəri isə kimsəsiz olsa belə, onlar bir-birinə taydırlar.
    Əli ibn Əsbat həzrət Cavada (ə) yazdı: «Mən qızlarımı ərə vermək üçün özüm kimi imanlı, əxlaqlı birisini tapmamışam». Həzrət (ə) onun məktubuna cavab olaraq belə yazdı: «Qızların haqqında yazdıqlarını aldım. Allah sənə öz rəhmət və lütfünü şamil etsin. Qızlarını ərə vermək məsələsinə bu qədər diqqət yetirmək lazım deyil. Peyğəmbər (s) buyurmuşdur: «Əgər əxlaqını, dinini bəyəndiyiniz biri elçiliyə gəlsə, qəbul edin. Əks təqdirdə, yer üzündə böyük bir fitnə-fəsada yol açacaqsınız».(Həmin mənbəə, səh.373)
    İmam Sadiq (ə) İbrahim adlı bir kişiyə buyurdu: «Heç bir mömin var-dövlətdən təhlükəli fayda qazanmamışdır. Malın ziyanı, çobansız sürüyə hücum edən iki canavarın ziyanından çoxdur. Bu canavarlar qoyunlara nə edirlər?» İbrahim dedi: «Yırtıb dağıtmaqdan başqa bir şey etmirlər». İmam buyurdu: «Doğru deyirsən. Malın ən kiçik ziyanı budur ki, bir müsəlman digər bir müsəlmanın qızına elçi göndərsin və o, yoxsul olduğu üçün qızını ona verməsin».
    BİR NEÇƏ ŞƏXSƏ QIZ VERMƏYİN
    İlahi maarifdə qeyd olunur ki, övlad Allahın əmanəti, Haqqın neməti, Pərvərdigarın bəxşişidir. Ulu Tanrının əmanətini qorumaq, ona yetirincə dini tərbiyə vermək, izdivac zamanı isə onun üçün yaxşı, pak və pakizə həyat yoldaşı seçməkdir.
    Ər evinə gedən qız həyat yoldaşı və onun ailəsinin təsiri altına düşür. Hər halda, o mühitdə ər vasitəsi ilə ondan müəyyən şeylər tələb olunur. Buna görə də, qızın getdiyi ailə ilahi və mömin ailə olmalıdır. Həyat yoldaşı öz çıxarı qədərincə zahiri və daxili gözəlliklərə malik olmalıdır. Allah bütün bunları nəzərə alaraq ilahi və islami şərtlərə uyuşmayan şəxslərə qız verməyi qəti surətdə qadağan etmişdir.
    Bir rəvayətdə Peyğəmbərin (s) dilindən deyilir: «Nikah bir növ bəndəlik və itaətdir. Sizlərdən hansınız qızını ərə verirsə, onu ərinin bəndəlik və itaət dairəsinə daxil edir. Buna görə də qızınızı kimə verməyinizə diqqət yetirməniz zəruridir».("Bihar" c.103, səh.371)
    İlahi göstərişlərə, dinə, haqq əqidələrə əhəmiyyət verməyən şəxsə, Quranın ifadəsi ilə desək, fasiq şəxsə qız vermək düzgün deyil. Əxlaqsız, təkəbbürə, qürrələnməyə, paxıllığa, tamaha, hərisliyə, səxavətsizliyə aludə olan və acı dil, nadan, səfeh, anormal, öz yaşayışını idarə edə bilməyən və qadın üçün problemdən başqa heç bir şey yaratmayan, şərabxor, səviyyəsiz və Allahın haramlarından çəkinməyən şəxslərə qız vermək qəti şəkildə qadağandır, həmçinin şəriətə zidd və insanlıqdan uzaqdır.
    İndi isə bu mövzuda bir sıra rəvayətlərə nəzər salaq:
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Öz kəramət sahibi olan qızını dinsiz bir şəxsə ərə verən valideynə hər gün min lənət yağdırılır».(İzdivac dər İslam, 55)
    Hüseyn ibn Bəşşar imam Musa ibn Cəfərə (ə) yazdı: «Qohumlarımdan biri qızıma elçi göndərib. Lakin çox pis əxlaqa malikdir». Həzrət (ə) cavabında yazdı: «Əgər əxlaqı pisdirsə, ona qız vermə».("Bihar" c.103, səh.235)
    İmam Sadiq (ə) «Nisa» surəsinin 5-ci ayəsinə əsaslanaraq ictimai, fərdi və əmanət məsələsində etimad olunmayan, mal verilməyə ləyaqəti olmayan nadan və səfehə qız verməyi qəti surətdə qadağan etmişdir.(İzdivac dər İslam, 54-55)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, mən Allah tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçilik etsə, cavab eşitməyə layiq deyil». (Həmin mənbəə)
    İmam Rza (ə) buyurmuşdur: «Qızını şərabxora verməkdən çəkin. Əgər onu belə bir şəxsə ərə versən, sanki öz iffətli qızını zina olunmağa vermisən».("Bihar" c.79, səh.142)
    Bəli, ilahi vacibatlara əhəmiyyət verməyən, günahdan çəkinməyən, insani keyfiyyətlərə, lazımi ağıla malik olmayan, süst iradəli, haram içkilərdən çəkinməyən şəxs Haqqın əmanəti olan pak və möminə qıza sahib çıxmağa layiq deyil. Əks təqdirdə, qızın zay olması ilə yanaşı, ondan cəmiyyət üçün yararlı olmayan, ərinin bütün pis xüsusiyyətlərindən təsirlənən övladlar dünyaya gələcək. Bəşər elmi bu həqiqəti kəşf etməzdən öncə, altıncı İmam (ə) bu barədə buyurmuşdur: «Haramın təsiri nəsildə (övladlarda, törəmələrdə) özünü göstərir».("Vəsail, c.17,1-ci bab, səh.81, 22043-cü hədis)
    BU QADINLARLA AİLƏ QURMAYIN
    Müqəddəs İslam dini bir neçə zümrəyə, o cümlədən fasiqlərə, axmaqlara, pis əxlaqlılara, şərabxorlara qız verməyi qadağan edərək qadının izzət və hörmətini qoruduğu kimi, mömin cavanlara da ilahi şərtlərlə uyuşmayan qadınları almağı qadağan etmişdir. Bu mövzuda da çox mötəbər kitablarda olduqca mühüm rəvayətlər qeyd olunmuşdur. Onlardan bir neçəsinə nəzər salaq:
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Axmaq qadınla ailə qurmayın. Onunla oturub-durmaq ömrü zay etmək deməkdir. Ondan doğulan övlad isə zülmkar və təcavüzkardır».("Bihar" c.103, səh.232-237)
    O həzrət digər bir rəvayətdə buyurur: «Zibillikdə bitən çiçəkdən çəkinin. «Zibillikdə bitən çiçək hansıdır?»-deyə soruşulan suala Peyğəmbər (s) «səviyyəsiz ailədə böyüyən gözəl qızdır»-deyə buyurdu.(Həmin mənbəə)
    Rəsulullah (s) dua edərkən Haqq-təalaya ərz edərdi: «İlahi! Mənim əmrlərimə tabe olmaq əvəzinə mənə əmr edən övladdan xeyir vermədən məhv olan maldan, axmaqlığı ucbatından məni vaxtından tez qocaldan qadından və hiyləgər dostdan sənə sığınıram».(İzdivac dər İslam, 75-77)
    Peyğəmbəri-əkrəm (s) buyurur: «Sizin qadınlarınızın ən xeyirsizi qısır (doğmayan), təmizliyə riayət etməyən, inadkar, sözə baxmayan, qohumlarının gözündə səviyyəsiz, öz gözündə hörmətli, ərinə itaətsizlik göstərən, digərlərinə isə təslim olan qadınlardır»;(Həmin mənbəə)«Uğursuzluq üç şeydədir: Minikdə, qadında və evdə. Qadında uğursuzluq mehriyyəsinin çoxluğu və doğmamazlığı, minikdə onun xəstəlik və itaətsizliyi, evdə isə kiçikliyi və qonşuların pisliyidir»;(Müstədrək" "Nigah" kitabı, 6-7-ci bölümlər)«Ən xeyirsiz şey pis qadındır».(Həmin mənbəə)
    Əli (ə) buyurmuşdur: «Ən pis həyat yoldaşı (ərinin əmrlərinə) uyuşmayan qadındır».
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadınlarınızın ən pisini tanıtdırımmı? Qohumları və ailəsində sayılmaz, ərinə qarşı qürrələnən, doğmayan, kin bəsləyən, pis işlərdən çəkinməyən, əri olmadıqda özünü bəzəyən, ərinin yanında bəzəksiz gəzən, ərinin tələbinə cavab verməyən, onun üzrünü qəbul etməyən və qüsurundan keçməyən qadınlardır».("Bihar" c.100, səh.235)
    Category: İslamda ailə 1 | Views: 1070 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024